Məhkəmə qərarları › İş №2-1(102)-2048/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2048/2019

23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2048/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 23.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil Hikmət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesa blanması haqqında iddia tələbinədairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 21.09.2010-cu il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illər orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi və keçmiş dövr ərzində yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qər ar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarı ilə (hakim H.Babayeva; iş No 2-1(82)-1791/2018) iddianın təmin edilməsi; İddiaçı 21.09.2010-cu il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illər orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi və keçmiş dövr ərzində yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.08.2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov; iş S.Seyidova və S.Hacıyev; iş 2-1(103)-1483/2018) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarının dəyi şdirilmədən saxlanılması qərar alınmışdır. Azərbaycan Respublikası Ali Məhk0əməsinin 19.12.2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova; hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1(102)-2216/2018) cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.08.2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 2-1(103)-744/2019) cavabdeh şöbənin apellyasiya şikayəti təmin edilməsi; 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 30.03.2018-ci i l tarixli qərarının ləğv edilməsi; iş üzər yeni qərar qəbul edilməsi; iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 21 sentyabr 1958-ci ildə anadan olmuşdur. İşin materiallarında olan əmək kitabçasının surətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş X1 SOCAR/15-1000/26-10-00377 saylı, 07.09.2015-ci il tarixli arxiv arayışına görə, iddiaçı 02.07.1996-cı il tarixdə “Suraxanıneft” NQÇİ-nin QYTS-yə quyuların yeraltı təm iri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, 01.10.1999cu ildə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə keçirilmiş və 02.06.2006-cı ildə “Suraxanmeft” NQÇİ-nin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. 02.06.2006-cı il tarixdə “X2 Şirkətinin” Azərbaycan Nümayəndəliyində quyuların yeraltı təmiri sexinə 5-ci dərəcəli maşinist peşəsinə qəbul edilmiş, 01.04.2008-ci il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçıya 2015-ci ildə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2018-ci ildə cavabdeh orqana müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin həmin inzibati orqanın iddiaçı ya ünvanlanmış 28 fevral 2018-ci tarixli imtina bildirişində qeyd edilmişdir ki, iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 1 saylı siyahısında nəzərdə tutulmadığından iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçıya onun istəyinə əsasən, 52 yaş dan pensiya təyin edilməsi üçün onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda nəzərdə tutulmalı, iddiaçı 01.01.2006-cı ilədək 20 il ümumi, 10 il güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə çalışmalı idi. Lakin 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajının 10 ildən az olduğu, yəni 9 il 5 ay olduğu müəyyən olunur. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərt lərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 avqust 1997-cu il tarixinə qədər olan redaksiyası) 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişi lər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bundan əlavə işə apellyasiya instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, 1-ci instansiya məhkəməsi iddiaçının işlədiyi vəzifələrin 1 saylı siyahıda 1100000a - 15876 saylı kodla, 1100000a - 14012 saylı kodla nəzərdə tutulduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin kodlarla qeyd edilmiş vəzifələr dəniz neftçilər i üçün neftin qazılması və hasilatı bölməsində nəzərdə tutulmuşdur. İddiaçının dəniz neftçisi olması barədə iş materiallarında hər hansı sübut olmadığından onun işlədiyi vəzifələrin 1 saylı Siyahıda nəzərdə tutulmadığına dair cavabdeh şöbənin imtina bildirişində istinad etdiyi hal qanuni və əsaslıdır. İş üzrə müəyyən edilir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda 21300000 saylı bölmədə (Xİİ. Qazma, neftin, qazın və qaz kondensantının hasilatı və emalı (dəniz neftçilərindən başa), kömürün və şistin emalı) nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanuni əsaslar mövcud deyil. İddiaçının güzəştli şərtlərl ə yaşa görə pensiya hüququnun 52 yaşda yaranmadığı müəyyən edildiyindən, onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” 27-ci maddəsinin 01.01.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulmuş qaydada (orta aylıq əmək haqqı üzrə) hesablanmalı olduğuna dair tələbi də əsassızdır. Belə ki, 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması üçün zəruri olan şərtlər şəxsin 01 yanvar 2006-cı ilədək müvafiq olaraq ümumi və xüsusi stajın toplanması, lakin müvafiq yaş həddinin 01 yanvar 2010-cu il tarixinə qədər olmasıdır. Ona görə də, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh ş öbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar