Məhkəmə qərarları › İş №2-1(102)-2048/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2048/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2048/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (vergilərin hesablanması barədə qərarların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Xanlar Məmmədovun və vəkili Vəkil, cavabdehin nümayəndəsi Leyla Nəsirlinin və vəkili Abil Bayramovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinm ə tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1032/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı x xxxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin “vergilərin hesablanması barədə” **********528400 nömrəli, xx xxxx 2017-ci il tarixli qərarı ilə 2016-cı il üzrə kameral yoxlama nəticəs ində mənfəət vergisi üzrə 23.883,30 manat əlavə vergi hesablanmışdır. Qərarda göstərilir ki, bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumata görə, baza məlumatlarına əsasən 119416.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirlər çıxılan xərclər müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının xx xxxxxx 2018-ci il tarixli, **********917600 nömrəli qərarı ilə hüquqi şəxs İddiaçı MMC-nin kameral vergi yoxlamasının nəticələrindən narazılıq barədə xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli şikayətləri təmin edilməmiş, Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********781800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı il üzrə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.1ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətrində 1600 manat, 221.1-ci “Sosial sığorta haqları” sətrində 352 manat, 221.13-cü “Bank xidməti üzrə xərclər” sətrində 616 manat, cəmi 2568 manat xərc məbləğləri vergi orqanının baza məlumatlarına əsasən öz təsdiqini tapsa da, 221.4-cü “malın dəyəri” sətrində göstərilmiş 119416,50 manat xərc məbləği verg orqanlarının baza məlumatları ilə öz təsdiqinitapmamışdır. Bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək Cəmiyyətə xx.xx.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və tələb olunan sənədlər təqdim edilmədiyi üçün xx.xx.2017-ci il tarixli **********528400 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarla 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi üçün əlavə olaraq 23 966 manat vergi məbləği hesablanmışdır. Hesab olunur ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının x xxxxxx 2018-ci il qərarı ilə iddiaçıya hesablanmış 3.996,92 manat vergi məbləği tam əsassızdır və ləğv edilməlidir. İddiaçı ilə Azərbaycan Dəmir Yolları QSC arasında xx xxxxxx 2016-cı il müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən satıcı müqaviləyə əlavə edilmiş spesifikasiya və ya protokol spesifikasiyasına uyğun olaraq malı satır, alıcı isə alır. Həmin müqavilələrə dair qaiməfaktiralar tərtib edilmişdir. 2016-cı ilin noyabr ayında Azərbaycan Dəmir Yolları QSC Yükdaşımaları Departamentinə İddiaçı MMC tərəf indən satılmış mal-materiala görə MMCnin ƏDVG sub-uşot hesabına 22.032 manat ƏDV, bank hesabına 122.400 manat malın dəyəri mədaxil olunmuşdur. Cəmiyyətin ƏDV sub-uçot hesabına daxil olmuş 22.032 manat ƏDV-nin Vergilər Nazirliyi yanında Audit Departamentinin Topdan ticarət idarəsinin əməkdaşları, o cümlədən şöbə rəisinə müraciət edərək bildirmişdir ki, ƏDV sub-uşot hesabında olan 22.032 manat ƏDV-ni ödəyəsiniz. Bundan sonra Cəmiyyətin ƏDV subuçot hesabından digər ƏDV sub-uçot hesabına əməliyyatlarıb aparılması üçün çıxışı bağlanmışdır. MMC məcburii surətdə bu müraciət əsasında ƏDV sub-uşot hesabında olan 22.032 manat ƏDV-ni dövlət büdcəsinə ödəmiş, satmış olduğu malı-materialların sənədlərini bazar alış aktı yazmalı olmuş və həmin aktda alınmış mal-materialların dəyəri öz əklsini tapmışdı r. İddiaçı MMC-nin 2016-cı il mənfəət vergisinin bəyannanməsində gəlirlər 122.400 manat, alınmış malların dəyəri 119.416,50 manat və digər xərclər öz əksini tapmışdır. X1 yanında Bakı şəhəri Lakal Gəlirlər Departamentinin “xxxx” kameral şöbəsi tərəfindən MMC tərəfindən alınmış mal-materialın dəyəri 119.416,50 manat xərc kimi əsasız olaraq, nəzərə alınmamışdır. Cəmiyyətin 2016-cı ildə VN yanında Audit Departamentinin Topdan Ticarət İdarəsində yoxlama qeydiyyatında olmuş, lakin 2017-ci ildən VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində yoxlama qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-109/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respu blikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti «Vergilərin hesablanması barədə» **********528400 nömrəli, xx xxxx 2017-ci il tarixli və xx xxxx 2017-ci il tarixli, **********851900 nömrəli «Vergilərin hesablanması barədə» qərarların ləğv edilməsi, həmin qərar əsasında İddiaçı MMC-yə hesablanmış 3996,92 manat əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Birinci instansiya məhkəməsihəmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 42, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.6, 15.2, 17, 67.1, 67.2-ci maddələrinə, Vergi Məcəlləsinin 67, 104.1, 105.1-ci mad dələrinə, Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 saylı qərarına əsasən belə hesab etmişdir ki, cavabdehin qərarları qanuna ziddir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1032/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Valeh Ağayev) qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəmənin xx xxxxxx 2019-cu il tari xli, 2-1(82)-109/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiasının təmin edilməməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 16.1, 24.0.1, 36.1, 37.1, 37.3, 37.4, 67.1, 83.9, 105.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.1, 32.1-ci maddələrinə, Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 nömrəli qərarına istinad etməklə, belə hesab etmişdir ki, cavabdeh orqan qəbul etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən şərtləri sübuta yetirə bilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əs aslandırılmışdır ki,Vergi orqanının «Vergilərin hesablanması barədə» **********528400 nömrəli xx xxxx 2017-ci il tarixli qərarı ilə 2016-cı il üzrə kameral yoxlama nəticəsində mənfəət vergisi üzrə 23883,30 manat əlavə vergi hesablanmışdır. Qərarda göstərilir ki, bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumata görə baza məlumatlarına əsasən 119416,50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirlər çıxılan xərclər müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının xx xxxxxx 2018ci il tarixli, **********917600 nömrəli qərarı ilə hüquqi şəxs İddiaçı MMC-nin kameral vergı yoxlamasının nəticələrindən narazılıq barədə xx xxxxxx 2018-ci il tarıxli və xx xxxxxx 2018-ci il tarixli şikayətləri təmin edilməmiş Vergilər Nazirliyinin «İnzibati şikayətin təmin edilməsi haqqında» xx xxxx 2017-ci il tarixli **********781800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı il üzrə «Mənfəət vergisinin bəyannaməsi»nin 221.1-ci «Əmək haqqı və ona bərabər tutulan ödəmələr» sətrində 1600 manat, 221.1-ci «Sosial sığorta haqları» sətrində 352 manat, 221.13-cü «Bank xidməti üzrə xərclər sətrində 616 manat, cəmi 2568 manat xərc məbləğləri vergi orqanının baza məlumatlarına əsasən öz təsdiqini tapsa da, 221.4-cü «malın dəyəri» sətrində göstərilmiş 119416,50 manat xərc məbləği vergi orqanlarının baza məlumatları ilə öz təsdiqini tapmamışdır. Bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək Cəmiyyətə xx xxxxxx 2017- ci il tarıxli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və tələb olunan sənədlər təqdim edilmədiyi üçün xx xxxx 2017-ci il tarixli **********528400 nömrəli «Vergilərin hesablanması haqqında» Qərarla 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi üçün əlavə olaraq 23966 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin şikayətinə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti departamentində baxılmış və xx xxxx 2017-ci il tarixli **********781800 nömrəli «İnzibati şikayətin təmin edilməsi haqqında» Qərarla 2016-cı il üzrə mənfəət vergisi üzrə 119416 manat xərc məbləğinin öz təsdiqini tapmaması səbəbindən vergi ödəyicisinin öhdəliyinin şərti rentabellik norması əsasında müəyyən edilməsi qərara alınmışdır. Bu qərar əsasınd a Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx xxxx 2017-cı il tarixli **********851900 nömrəli «Vergilərin hesablanması barədə» Qərarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəlin) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə» x xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-ci ilin mənfəət vergisi üzrə 3996,92 manat əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi, xx xxxx 2017-ci il tarixli **********528400 nömrəli «Vergilərin hesablanması haqqında» Qərarla hesablanmış vergi məbləğinə dair yenidən şərti rentabellik norması tətbiq edi lməklə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx xxxx 2017-ci il tarixli **********851900 nömrəli «Vergilərin hesablanması barədə» Qərarla vergi ödəyicisinə 2016-cı ilin mənfəət vergisi üzrə 3996,92 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinın mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli qərarı ilə 20 faizlik şərti rentabellik götürülməklə həmin mənfəət vergisi müəyyən olunur. Sadalanan normaya əsasən vergi orqanı iddiaçı şirkətin gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib, o biri hissəsini nəzərə almaya bilməzdi. Xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalı i di. Bununla da, vergi orqanı kameral qaydada yoxlama aparmaqla iddiaçıya 2016-cı il üçün mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablayarkən düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, tərəfindən xərc sənədləri vergi orqanına və məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sənədləri nəzərə almamışdır. Lakin cavabdehin apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərə almamış, iddiaçının əsaslı və qanuni olan iddiasını təmin etmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarın ləğv etmişdir. Hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin bu qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi tətbiq etməli olduğu Azərbaycan Res publikası Vergilər Məcəlləsinin 37-ci və 67-ci maddələrini tətbiq etməmiş, iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə ekspert rəyini əsassız olaraq mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən müəssisəyə hesablanmış vergilər əlaqəli məlumatlara analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmışdır. Həmçinin qeyd edilir ki, iş materiallarında analoji müəssisənin mövcud olub-olmaması əlaqəli məlumatların müəyyən olub-olunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır. Yən i, vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablanmamışdan əvvəl əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələbləri tam şəkildə nəzərə alınmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1032/2020 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının və kili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1032/2020 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Məmmədovda vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1 (103)-1032/2020 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Bayramov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Nəsirli də vəkili A.Bayramovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayətinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəru ri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçıları nın öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını dərindən, tam və hərtərəfli araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən sübutları tələb etməmiş, işdə olan sübutları doğru qiymətləndirməmiş və nəticə etibarı ilə iş üzrə düzgün olmayan qərar q əbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxmasına səthi yanaşmasının ən bariz göstəricisi işdə vergi ödəyicisi olan iddiaçının vergiyə aid şəxsi hesab vərəqəsinin mövcud olmamasıdır. Halbuki, məlum olduğu kimi, iddiaçının məhz vergiyə aid şəxsi hesab vərəqəsində vergi ödəyicisinin bütün hesablanmış, ödənilmiş, ödənilməmiş qalmış vergi məbləğlərinin hərəkəti öz əksini tapmamışdır. Digər tərəfdən, iddiaçının iddiası cavabdehin «Vergilərin hesablanması barədə» xx xxxx 2017-ci il tarixli və xx xxxx 2017-ci il tarixli qərarlarının ləğv edilməsindən və həmin qərar əsasında iddiaçıya hesablanmış 3996,92 manat əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 62.2 -ci maddəsinə müvafiq olaraq vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Burada qeyd edilməlidir ki, iddiaçı Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsaslanmaqla, cavabdehin xx xxxx 2017-ci il tarixli **********528400 nömrəli «Vergilərin hesablanması barədə» qərarının ləğv edilməsini və kamerial vergi yoxlaması ilə 2016-cı il üçün mənfəət vergisi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını yuxarı vergi orqanına (Vergi Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti) şikayət vermişdir. Yeri gəlmişkən, cavabdehin xx xxxx 2017-ci il tarixli **********528400 nömrəli «Vergilə rin hesablanması barədə» qərarla iddiaçıya 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinə 23883,30 manat əlavə vergi hesablanmışdır. İşdə olan (səhifələr: 116–120) Vergi Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin (yuxarıda vergi orqanı) tarixi «09» iyun 2017-ci il kimi göstərilmiş «İnzibati şikayətinin təmin edilməsi haqqında» adlanan **********781800 nömrəli qərarının «Qərara alıram» hissəsindən göründüyü kimi, iddiaçının inzibati şikayətlərinin təmin edilməsi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Departamentinin xx xxxxx 2017-ci il tarixli, **********633700 nömrəli «Vergilərin hesablanması barədə» qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin ə ldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na uyğun olaraq hesablanmış vergi məbləğinin azaldılması qərara alınmışdır. Bununla əlaqədar olaraq, əvvəla qeyd edilməlidir ki, iddiaçı cavabdehin xx xxxx 2017-ci il tarixli **********528400 nömrəli «Vergilərin hesablanması barədə» qərarından şikayət verdiyi halda, yuxarıda göstərilmiş şikayət instansiyası cavabdehin xx xxxxx 2017ci il tarixli, **********633700 nömrəli «Vergilərin hesablanması barədə» qərarına dəyişiklik edir və hesablanmış vergi məbləğini azaldır, halbuki cavabdehin sözügedən xx xxxxx 2017-ci il tarixli qərarı işdə ümumiyyətlə mövcud olmamaqla yanaşı, şikayət instansiyasının qərarında vergi məbləğinin konkret şəkildə hansı həcmdə (məbləğdə) azaldılması q eyd edilməmiş, yəni, həmin qərar natamam və qeyri-konkret xarakter daşımaqdadır. Beləliklə, şikayət instansiyası tarixi «09» iyun 2017-ci il kimi göstərilmiş natamam və qeyri-konkret xarakter daşımaqdadır. Lakin apelyasiya instansiyası məhkəməsi işin sözügedən hallarını ümumiyyətlə araşdırmamış və bunlara diqqət yetirməmişdir. Beləliklə, şikayət instansiyası tarixi «09» iyun 2017-ci il kimi göstərilmiş natamam və qeyri-konkret qərar qəbul etmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx xxxx 2017-ci il tarixli **********851900 nömrəli «Vergilərin hesablanması barədə» Qərarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığ ı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə» x xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-cı ilin mənfəət vergisi üzrə 3996,92 manat əlavə vergi məbləği hesablanmışdır. Lakin iddiaçı cavabdehin həmin qərarından narazı qalaraq, Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin qərarından (birinci qərar qəbul etmiş yuxarı şikayət instansiyası) həmin yuxarı şikayət instansiyasının qərarı natamam və qeyrimüəyyən olmuğu üçün Vergilər nazirliyinin Apelyasiya Şurasına şikayət vermiş, Vergilər Nazirliyinin Apelyasiya Şurasının xx xxxxxx 2018-ci il tarixli **********917600 nömrəli qərarı ilə şikayətlər təmin edilməmiş, Vergilər Nazirliyinin «İnzibati şikayətin təmi n edilməsi haqqında» xx xxxx 2017-ci il tarixli **********81800 nömrəli qərarı (yuxarıda artıq qeyd edildiyi kimi natamam və qeyri-müəyyən qərar) qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət instansiyası (yuxarı vergi orqanı) maraqlı şəxs tərəfindən təqdim olunmuş inzibati şikayət üzrə “İnzibati icraat haqqında” Qanunun 80.1.2-ci maddəsinə əsasın “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərar qəbul etdikdən sonra yerli vergi orqanı yenidən həmin vergi bəyannaməsini kameral yoxlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 saylı Qərarına istinad edərək əlavə vergi məbləği hesablaya bilməzdi. Və yaxud hüquqi əsaslar olduğu halda təqdim edilmiş inzibati şikayət əsasında ya şikayət olunan inzibati aktı 3996,92 manat saxlanılmaqla digər hissədə qismən ləğv etməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən bunları nəzərə almamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mənfəət vergisinin bəyannaməsi üzrə xərc kimi göstərdiyi məbləğinin hansı səbəbə görə yalnız bir hissəsinin nəzərə alıb, digər hissəsinin isə nəzərə almaması məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı 2016-cı ilin mənfəət vergisinin bəyannaməsində gəlirlər 122400 manat, alınmış malların dəyəri 119416,50 manat və digər xərclər öz əksini tapdığı halda, cavabdeh tərəfindən alınmış mal-materialların dəyərini təşkil edən 119416,50 manat xərcin nədən nəzərə alınmaması araşdırma predmeti olmamışdır. Bununla yanaşı qeyd edilməlidi r ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş qənaətə gələrkən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin məlum xx xxxx 2001-ci il tarixli, 55 saylı Qərarına istinadən göstərir ki, «vergi orqanı tərəfindən birbaşa Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsaslanaraq həyata keçirilən hesablama vergi qanunvericiliyinin tələblərinə zidd hesab edilə bilməz». Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmçinin məhkəmə kollegiyası qeyd ed ir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarının əsaslandırma hissəsində göstərilmişdir ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli 9167 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Rəyin təqdimat hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən müəssisəyə hesablanmış vergi ilə əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmışdır. Həmçinin qeyd edilir ki, iş materiallarında analoji müəssisə nin mövcud olub-olmaması, əlaqəli məlumatların müəyyən olunub-olunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının hansı fəaliyyətlə məşğul olmasını, analoji müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların müəyyən olunub-olunmamasını və s. amilləri araşdırmamışdır. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələbləri tam şəkildə nəzərə alınmamışdır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olmadığından kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəmə sinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1032/2020 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayətinin qalan hissəsi, iş üzrə çoxlu sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1032/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar