Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2048/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarını hərtərəfli araşdırmadan iddianın mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın və prot okolun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(103)-2147/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 08.09.2020-ci il tarixli, **********1 saylı qərarı ilə iddiaçıya məxsus əmlakların siyahıya alınması qərara alınmışdır.
2. Cavabdehin 27 noyabr 2020-ci il tarixli, **********1 saylı protokolu ilə 08.09.2020ci il tarixli **********1 saylı qərara əsasən, iddiaçıya məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 3cü mkr., 3018-ci məhəllə, Alı Mustafayev küçəsində yerləşən ünvanda əmlakların siyahıya alınması həyata keçirilmiş, 405.000 manat dəyərində əmlak siyahıya alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 08.09.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir
4. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ilə (hakim: N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıl dığından, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona məlum olunduğu müddətdən 5 (beş) ay 23 (iyirmi üç) gün, protokolun məlum olduğu müddətdən isə 3 (üç) ay 4 (dörd) gün keçdikdən sonra, yəni 01.03.2021-ci il tarixdə məhkəməyə müraciət olunmaqla, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(103)-2147/2021 nömrəli qərardadı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bəktaşi və V.M.Məmmədov) Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 21(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarında olan 27.11.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, 08.09.2020-ci il tarixli, **********1 nömrəli qərarın icrası məqsədilə İddiaçı ilə ona məxsus ********** nömrəsi ilə əlaqə saxlanılmışdır. Lakin iddiaçı əmlakın siyahıya alınması prosesində iştirak etməkdən, protokol, siyahı və siyahıya alınmış əmlakın məsul saxlamaya təhvil verilməsinə dair aktı imzalamaqdan imtina etmişdir.
10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməklə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı vergi borcunun mövcudluğundan ümumiyyətlə xəbərsiz olmuş, 01.02.2021ci il tarixdə ölkəni tərk edərkən hava limanında, barəsində ölkədən getməyə məhdudiyyət qoyulduğunu öyrəndikdən sonra vergi borcunun olmasını bilmişdir. Bundan sonra isə 25.02.2021-ci il tarixdə, yəni 25 gün sonra məhkəməyə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəlikl ərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfl i araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şika yəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
17. Belə ki, aşağı instansiya məhkəmələri iddia tələbini mümkünsüz hesab edərkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişlər.
18. Məhkəmə tərkibi hazırkı iş üzrə apellyasiya məhkəməsinin hüquqi mövqeyi və nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.
19. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi qərar və protokolla iddiaçıya məxsus əmlakların siyahıya alınması qərara alınmış, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə Alı Mustafayev küçəsində yerləşən ünvanda əmlakların siyahıya alınması həyata keçirilmiş, 405.000 manat dəyərində əmlak siyahıya alınmışdır.
20. Əmlakların siyahıya alınması barədə 08.09.2020-ci il tarixli **********1 sayl ı qərarı (iş v. 39) cavabdeh tərəfindən imzalanmışdır.
21. Cavabdehin 27 noyabr 2020-ci il tarixli **********1 saylı protokolunda iddiaçının protokolu imzalamaqdan imtina etdiyi qeyd edilsə də (iş v.11), iş materiallarında olan (iş v.13) böyük dövlət vergi müfəttişi X1 və dövlət vergi müfəttişi X2 tərəfindən hazırlanmış imtina aktında qeyd edilmişdir ki, əmlakın siyahıya alınması zamanı iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin iddiaçı əmlakın siyahıya alınması prosesində iştirak etməkdən, protokolu, siyahını və siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi aktını imzalamaqdan imtina etmişdir.
22. İşə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarında olan 27.11.2020-ci il tarixli a kta əsasən müəyyən olunur ki, 08.09.2020-ci il tarixli, **********1 nömrəli qərarın icrası məqsədilə İddiaçı ilə ona məxsus ********** nömrəsi ilə əlaqə saxlanılmışdır. Lakin iddiaçı əmlakın siyahıya alınması prosesində iştirak etməkdən, protokol, siyahı və siyahıya alınmış əmlakın məsul saxlamaya təhvil verilməsinə dair aktı imzalamaqdan imtina etmişdir.
23. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur və rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Eyni zamanda, inzibati pr osessual qanunvericiliyin müddəalarına əsasən, mübahisələndirmə haqqında iddialarda prosessual müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır.
24. Hazırkı iş üzrə isə iddiaçıya mübahisələndirilən qərarın və protokolun təqdim edilməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmiş, əksinə cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş “imtina aktı”nda iddiaçının siyahıya almada iştirak etmədiyi qeyd edilmiş, işə baxan apellyasiya instansiya məhkəməsi isə cavabdehin əməkdaşlarının iddiaçı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb əmlakın siyahıya alınması prosesi barədə məlumat verməklərini, iddiaçının həmin an mübahisələndirilən inzibati aktlardan “məlumatlı olması” kimi hesab etmiş, bununla da inzibati aktın təqdim edilməli olması barədə imperativ normaların tələblərini pozmuş və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış, beləliklə də, İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinə riayət etməmişdir.
25. Belə olan halda, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 21(103)-2147/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.