Məhkəmə qərarları › İş №2-1(102)-2048/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2048/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2048/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Balakən rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: X1) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2048/23) (Açar sözlər: iddianın mümkünlük məsələsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Balakən rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) “Balakən rayon İHB-nın xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncamının və sərəncam əsasında verilmiş xx.xx.2008-ci il tarixli 000013 nömrəli orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)294/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncamı ilə Balakən şəhəri S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 116 m2 olan 40 nömrəli mənzil X1 verilmiş və həmin mənzilə dair üçüncü şəxsin adına xx.xx.2008-ci il tarixli 000013 nömrəli order tərtib edilmişdir.

2. Üçüncü şəxs X2 həmin order əsasında mübahisə predmeti olan mənzilə köçmüş, təmir etmişdir və mənzilin kommunal ödənişlər ini ödəyir.

3. Balakən şəhəri N.Nərimanov küçəsi ev 93 (yeni qaydalarla – AZ 0800. ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq adına çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Balakən rayon İHB-nın xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncamının və sərəncam əsasında verilmiş xx.xx.2008-ci il tarixli 000013 nömrəli orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ünvan 2 ünvanında hündürmərtəbəli, çoxmənzilli bina inşa edilmişdir. 2008-ci ildə həmin dövrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan və Balakən rayonu ərazisinin daxil olduğu seçki dairəsindən seçilmiş Rəbiyyət Aslanovaya seçiciləri ilə görüşə gəldiyi zaman qalmaq üçün İddiaçı MMC tərəfindən müvəqqəti olaraq həmin binada mənzil ayrılmışdır. Bu zaman həmin mənzilə dair İddiaçı MMC ilə cavabdeh Balakən Rayon İcra Hakimiyyəti, habelə Rəbiyyət Aslanova arasında hər-hansı müqavilə bağlanmamışdır. Cavabdeh ilə iddiaçı arasında hər-hansı yazılı razılaşma olmamasına baxmayaraq, cavabdeh tərəfindən mübahisəli mənzilə dair Rəbiyyət Aslanovanın adına 000013 nömrəli order verilmişdir. Balakən Rayon İcra Hakimiyyətinin 08 oktyabr 2008-ci il tarixil 172 nömrəli Sərəncamı əsasında həmin orderin verilməsindən İddiaçı MMC-nin məlumatı olmamışdır. İddiaçı bu barədə məlumatı Rəbiyyət Aslanovanı n Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 03 avqust 2022-ci il tarixli iddia ərizəsi üzrə Şəki İnzibati Məhkəməsində baxılan, üçüncü şəxs qismində cəlb olunduğu işdən əldə etmişdir. Orderdə ünvan ev 73, mənzil 40 olaraq göstərilmişdir. 2008ci ildə bina istismara qəbul edilmədiyindən və dəqiq ünvan verilmədiyindən güman edir ki, söhbət ünvan 3ydalarla: AZ0800, ünvan 4 ünvanında yerləşən 106,10 m2 olan mənzildən gedir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının mübahisəli mənzilə dair orderin verilməsinə əsas olmuş 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamında qeyd olunur ki, guya həmin sərəncam İddiaçı MMC-nin 29 sentyabr 2008 -ci il tarixli məktubuna əsasən verilmişdir. Halbuki “Alazançay" MMC tərəfindən Rəbiyyət Aslanovaya mənzil ayrılması ilə bağlı heç bir quruma, o cümlədən Balakən Rayon İcra Hakimiyyətinə hərhansı məktub ünvanlanmamışdır. Mənzil Rəbiyyət Aslanovaya deputat olduğu dövr üçün müvəqqəti istifadəyə verilmişdir. Mübahisəli mənzil hazırda İddiaçı MMC-nin mülkiyyətindədir və **********32-05301-093035 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu səbəbdən mübahisəli mənzilə dair sərəncam və order etibarsız hesab edilməlidir.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, Balakən RİH tərəfindən İddiaçı MMC-nin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli 542/1 nömrəli müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir. İddiaçı MMC (MTK) tərəfindən 29 sentyabr 2008-ci il tarixdə təklifə müsbət cavab verilmişdir. Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən 2000-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı Rəbiyyət Aslanovanın mənzilməişət şəraiti araşdırılmış, rayonda tez-tez ezamiyyətdə olan millət vəkilinin mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 40 nömrəli mənzillə təmin edilməsi t əklif edilmiş, Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m2-dən ibarət 40 nömrəli mənzilin üçüncü şəxsə verilməsi məqsədəuyğun sayılmışdır. İddiaçı MMC isə həmin mənzilin verilməsi üçün Balakən RİH-nə və ya digər qurumlara məktub ünvanlamadığını, mənzilin R.Aslanovaya deputat olduğu üçün müvəqqəti istifadəyə verildiyini və bununla əlaqədar hər-hansı müqavilə bağlanmadığını bildirir. RİH-də İddiaçı MMC-nin sözügedən mənzilin R.Aslanovaya verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin R.Aslanova 2008-ci ildən indiyədək həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. Ord eri etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər.

7. Məhkəmə icraatına zəruri cəlb edilmiş üçüncü şəxs iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Balakən Rayon İcra Hakimiyyəti Başçısının 172 nömrəli 08 oktyabr 2008-ci il tarixli sərəncamının ləğv edilməsi tələb olunur. İnzibati məhkəmə icraatının hazırkı mərhələsində iddianın mümkünlüyü məsələsi həll edilməlidir. İddiaçının mübahisələndirmə barədə iddiasının mümkünlüyü məsələsinə baxarkən, məhkəmə diqqət etməlidir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü ş əxslər: Balakən Rayon İcra Hakimiyyəti, İddiaçı MMC) cavabdeh tərəfindən ünvan 10 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın “Alazançay" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2-dən ibarət olan 40 nömrəli mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə 05 avqust 2022-ci ildə Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2-1(116)-1811/2022 nömrəli qərardadı ilə həmin iş üzrə İddiaçı MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Aidiyyəti rabitə orqanına ünvanlanmış sorğuya cavabla müəyyən edilmişdir ki, məhkəmənin İddiaç ı MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardadı 26 avqust 2022-ci il tarixdə İddiaçı MMC-yə təqdim olunmuşdur. Hazırkı işin materiallarından görünür ki, İddiaçı MMC yuxarıda sözügedən iddia tələbi ilə 24 oktyabr 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı sərəncam verilməsindən xəbərdar olduğu halda, məhkəməyə inzibati aktın qəbul edildiyindən 30 (otuz) gün müddətində müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncam və bu sərəncam əsası nda verilmiş 11 oktyabr 2008-ci il tarixli 000013 nömrəli order elə həmin sərəncam və orderin verildiyi vaxt İddiaçı MMC-yə təqdim olunmuş və həmin vaxtdan sözügedən sərəncam və order əsasında ona ayrılmış mənzili əldə edib, həmin mənzili əsaslı təmir edərək, bu mənzili zəruri mebel və digər məişət əşyaları ilə təhciz etmişdir. Bundan sonra isə üçüncü şəxs həmin mənzildə faktiki yaşamaqla müvafiq kommunal və xidmət haqlarını vaxtlı-vaxtında ödəmişdir. Göründüyü kimi, İddiaçı MMC hazırda mübahisələndirdiyi sərəncamdan 2008-ci ilin oktyabr ayından xəbərdar olmasına və həmin sərəncamın, eləcə də orderin surətini həmin tarixdən əldə etməsinə baxmayaraq üzərindən uzun illər, yəni 14 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür.

8. Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qə rarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, Balakən rayon İHB-nın xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 000013 nömrəli order etibarsız sayılmışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh onun səlahiyyəti olmadığı halda, mülkiyyətində olmayan daşınmaz əmlakı heç bir hüquqi əsas olmadan üçüncü şəxsə ayırmaqla inzibati icraat haqqında qanunun tələblərini pozmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla iddiaçının xüsusi mülkiyyətində olan mənzilin başqa şəxsə verilməsi qərara alınmış, qərarın qəbul edilməsi zamanı isə iddiaçının xx.xx.2008-ci il tarixli məktubuna istinad edilmişdir ki, sözügedən məktubun mövcudluğu işin halları və iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsi müəyyən olunmuşdur. Sərəncam səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən, sərəncamdan irəli gələn hüquqi nəticələr də aradan qaldırılmalı, yəni həmin sərəncam əsasında verilmiş order də etibarsız hesab edilməlidir.

10. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(107)-294/2023 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2-1(116)-518/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilmiş və İddiaçı MMC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli 000013 nömrəli orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, hazırda iddiaçının mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 4 otaqlı mənzilin üçüncü şəxsə verilməsinə dair 11 oktyabr 2008-ci il tarixli 000013 nömrəli orderin və həmin orderin verilməsinə əsas olmuş Balakən Rayon İcra Hakimiyyəti Başçısının 08 oktyabr 2008-ci il tarixli 172 nömrəli Sərəncamının etibarsız hesab edilməsinə nail olmaqdır. ünvan 11 ünvanında yerləşən 4 otaqlı mənzilin üçüncü şəxsə verilməsinə dair order və həmin orderin verilməsinə əsas olmuş sərəncam öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, ünvan 12 ünvanı ilə ünvan 13, M8, mənzil 5) ünvanı eyni ünvanlardır. Həmçinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 13, M8, mənzil 5) ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Beləlikl ə, iddiaçının mübahisələndirdiyi ünvan 11 ünvanında yerləşən 4 otqalı mənzilin üçüncü şəxsə verilməsinə dair sərəncam 08 oktyabr 2008-ci il tarixdə, həmin sərəncam əsasında verilmiş order isə 11 oktyabr 2008-ci il tarixdə verilmişdir. Həmin mənzil üzərində xx.xx.2021-ci il tarixdə, yəni Sərəncam və orderin verildiyi tarixdən sonrakı tarixdə iddaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla da iddiaçı arzu etdiyi məqsədə nail olmuşdur,

13. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına istinad etmişdir.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilmişdir ki, inzibati aktın etibarsızlığı məhkəmə aktının nəticə hissəsində öz əksini tapmalı və bunun əsasında hüquqi qüvvəsini itirməlidir.

16. İddiaçı kassasiya şikayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 220.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

18. Üçüncü şəxsin kassasiya şikayətindən etirazının dəlilləri iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 1 9. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı mə hkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ay rı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, iş materialları ilə müəyyən olunduğu ki mi, iddiaçının hazırki iddia tələbində hüquqi marağı hazırda onun mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 4 otqalı mənzilin üçüncü şəxsə verilməsinə dair Balakən rayon İcra Hakimiyyətinin sərəncamı və orderin etibarsız hesab edilməsinə nail olmaq, yəni həmin mənzilin onun mülkiyyətində olduğunu məhkəmədə sübut etməkdir.

26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncam və order üçüncü şəxsə verildiyi tarixdən sonrakı tarixdə iddaçının həmin mənzil üzərində qeydiyyat orqanı tərəfindən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla da iddiaçı arzu etdiyi məqsədə nail olmuşdur. Bu səbəbdən iddiaçının tələbi mümkün sayılmamalıdır.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

28. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(107)-294/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar