Məhkəmə qərarları › İş №2-1(102)-2049/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2049/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2049/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-2049/2020) (Açar sözlər: sərəncam etibarsızlığı, iddinın müddətə görə mümkün sayılmaması) 28.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili Nümayəndə Tapdıq oğlunun və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehə (üçüncü şəxs X3) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1393/2020 nömrəli qərardadindan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 36 saylı MKİK ünvan 1 ünvanda yerləşən qanunsuz tikilinin yerli hakimiyyətin mənzil fondu balansına götürülməsini xahiş etmişdir. İdarələrarası komissiya tərəfindən yoxlama aparılaraq müəyyən edilmişdir ki, həmin tikili qanunsuz olmaqla, sahibsizdir, tikilinin yaşayış sahəsi 57 kv.m, köməkçi sahəsi 14,8 kv.m-dir, sanitar-texniki və yanğın mühafizə normalarına uyğundur. Komissiya tikilini yerli hakimiyyətin mənzil fondu balansına götürülməsini məqsədəuyğun hesab etmişdir. İdarələrarası komissiyanın qeyd olunan tikili haqqında texniki rəyi təsdiq edilmiş, N ərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 761 nömrəli sərəncamı ilə Ü.Bünyadzadə küçəsi 17 saylı ünvanda yerləşən, yaşayış sahəsi 57 kv.m, köməkçi sahəsi 14,8 kv.m. olan qanunsuz tikili yerli hakimiyyətin mənzil fondu balansına götürülmüşdür.

2. Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 784/14 nömrəli sərəncamına əsasən, Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evin sahəsi 57 kv.m. olan 3 otaqlı məhdud kommunal şəraitli mənzili ev növbəsi çatana qədər müvəqqəti istifadə üçün 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, uşaqları) Ə.A.İsrafilova verilmişdir.

3. Həmin mənzil Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 784/14 nömrəli sərəncamına əsasən Ə.A.İsrafilovun ailəsinə müvəqqəti yaşayış üçün verilmişdir. 4. 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 37/615 nöm rəli arayışa əsasən İddiaçı Ü.Bünyadzadə küçəsi 17 saylı evdə özü, həyat yoldaşı, qızı ilə birlikdə 1992-ci ildən bu günə kimi Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Ə.İsrafilov) məhkəməyə müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 784/14 nömrəli sərəncamının etibarsızlığına dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Laçın rayonu işğal edilməmişdən əvvəl, yəni fevral ayından ünvan 2 ünvanda ailə üzvləri ilə yaşayır. 2019-cu ili oktyabr ayında Cavabdehin əməkdaşları və əvvəllər tanımadığı İsrafilov Əbülfət yaşadığı ünvana gələrək ondan mənzili tərk etmələrini tələb etmiş, Bakı şəhəri Nərimanov RİH başçısının xx xxxxxxx 1996-cı il tarixli sərəncamını əsas gətirmişlər. Həmin sərəncamı əldə edəndən sonra məlum olmuşdur ki, yaşadığı ev Nərimanov RİH başçısının xx xxxxxxx 1996-cı il tarixli, 784/14 saylı sərəncamı ilə X2 verilmişdir. Onun ailə üzvləri ilə həmin mənzildə 1992-ci ildən yaşması faktı iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövltə Komitəsinin Nərimanov rayon sektoru tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 1752 saylı və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx xxxxxxx 2019-cu il tarixli, 37/615 saylı rayışları ilə təsdiq olunur. Məskunlaşdığl yaşayış sahəsinin üçüncü ş əxsə verilməsi, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinə, “Azərbaycan Respublikasında Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 1991-ci il 09 noyabr tarixli Qanununun 10.4-cü maddəsinə ziddir. Mübahisəli mənzil dövlət mülkiyyətində olmayıb. xx xxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 488-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X5 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə ə sasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Göründüyü kimi, cavabdeh orqan səlahiyyət həddini aşaraq heç bir qanuni əsas olmadan sərəncam vermiş və bu sərəncamdan irəli gələn order verilməsini təmin etməmişdir. Bu isə mübahisələndirilən sərəncamın formal xarakter daşıdığını sübut edir. Order olmadığı səbəbindən kirayə müqaviləsi də bağlanmamışdır. Hesab edir ki, hazırki mübahisəyə 1992-ci ildə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. 1964-cü ilin 11 sentyabr tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136-cı maddəsinə görə mülkiyyətçisi olmayan və ya mülkiyyətçisi məlum olmayan əmlak (sahibsiz əmlak) maliyyə orqanının ərizəsi ilə çıxarılmış məhkəmə qətnaməsi üzrə dövlət mülkiyyətinə verilir. Ərizə əmlak uçota alındığı gündən bir il keçdik dən sonra verilir. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, sahibsiz əmlakın aşkara çıxarılma və uçota alınma qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Onun iddia qaldırmaq üçün subyektiv hüququ 1964-cü ilin 11 sentyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən yaranmış olur. İddia müddətinin riayət edilməsi məsələsinə gəlincə bildirmək istəyir ki, burada da qanunvericiliyin tələbini pozmamışlar və iddia müddətinə riayət edilməklə vermişlər. Cavabdeh sərəncam qəbul edərkən iddiaçını məlumatlandırmalı olduğu halda bunu etməmişdir. Cavabdehin qəbul etdiyi xx xxxxxxx 1996-cı il tarixli sərəncamı qanunsuz və etibarsızdır. Həmin sərəncamın 1964-cü ilin 11 sentyabr tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin, həm də xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbini, digər qanunvericilik aktlarını və ən əsası Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarını pozmaqla qəbul edilmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 1992-ci ilin fevralında mübahisəli yaşayış sahəsinə köçdüyünü bildirsə də, nədənsə ailəsinin hansı statusla, hansı hüquqmüəyyənedici sənədlər əsasında ora köçməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisəli yaşayış sahəsinə iddiaçı hansı hüquqlarının yaranmasının (istifadə, icarə, mülkiyyət və s) və pozulmuş hüquqlarının nədən ibarət olması, bunun nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə görə: Dövlət Mənzil Fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhərdə rayon, qəsəbə kənd, X5 İcraiyyə Komitəsi yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının Yerli X6 aid edilməsi səlahiyyətləri yerli İcra Hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2004-cü il tarixli, 298 №-li Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı” və xx xxxxxxx 2007-ci il tarxili, 2475 № -li Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilmişdir. Sözügedən normativ hüquqi aktların icrası Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası İqtisadi-İnkişaf Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Neft Fonduna həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004- cü il tarixli, 298 №-li Sərəncamının icrası ilə əlaqədar iddiaçının ailəsinə təyinatı üzrə istifadə üçün qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahələri ayrı lsa da, onlar həmin yaşayış sahəsinə köçməmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılması üçün 6 əsas müəyyən edilmişdir. Hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yol verilən müddəalarının tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçının mübahisəli yaşayış sahəsinə hər hansı bir hüququnun olması iş materiallarında öz əksini tapmır. 8.Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1959/2020 saylı qərardadı (hakim-A.Abdullayeva) ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbinə dair məhkəməyə müraciət etməkdə subyektiv hü quqa malik deyil.

10. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1393/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-cı il tarixli, 2-1(112)-1959/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq bildirmişdir ki, iddiaçı verilmiş tələb üzrə iddia müddətini ötürmüşdür.

13. İddiaçı həmin qərardaddan kassa siya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində iddia ərizəsində əksini tapmış dəlillər təkrarlanmış, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Konstitusiyanın bu müddəasını əsas götürərək hesab edir ki, mübahisənin həllinə həmin dövrdə, yəni 1992-ci ildə qüvvədə olan qanunvericilik, xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Mülki Məcəllənin 136, 142-148-ci maddələrinə əsasən iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ 1992-ci ildə yaranmış olur. Hakim iddiaçınin 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə həmin ünvanda məskunlaşması barədə xx.xx.1997-ci il tarixli 054688 saylı qeydiyyat vərəqəsi verildiya barədə arayışa qiymət verməmişdir. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c.Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və onun vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

17. Üçüncü şəxs məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlən ilməmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.

20. İnzibati Prosessual Məcəllə Maddə

35. İddinın mümkünlüyü Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına v ə ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər; Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır; Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, hə min qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. «İnzibati icraat haqqında» Qanun Maddə

73. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 22. 2000-ci ilin 1 sentyabr tarixədək qüvvədə olmuş 1964-cü il 11 sentyabr tarixl i Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

235. Məhkəmə tərəfindən baxılan, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər Məhkəmə aşağıdakı işlərə baxır:... 2) cərimə qoyulması ilı ilə əlaqədar inzibati orqanların hərəkətlərindən verilən şikayətlər üzrə işlərə; qanunla nəzərdə tutulan hallarda, vəzifəli şəxslərin qanunu pozmaqla, səlahiyyət həddini aşmaqla vətəndaşların hüquqlarını məhdudlaşdırılan hərəkətlərindən verilən şikayətlər üzrə işlərə. Maddə

240. Məhkəmə tərəfindən baxılan, inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkələrindən şikayətlər üzrə işlər. Məhkəmə, qanunla nəzərdə tutulan hallarla, inzibati qaydada cərimə qoymaq hüququ verilmiş inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən vətəndaşların və vəzifəli şəxslə rin şikayətlərinə bu fəsildə müəyyən edilən qaydada baxılır. Maddə

241. Vətəndaşlar və ya vəzifəli şəxslər inzibati qaydada cərimə qoyulması və alınması haqqında inzibati orqanların və ya vəzifəli şəxslərin qərarların təqdim edildiyi gündən on gün müddətində inzibati orqanların və ya vəzifəli şəxslərin müvafiq hərəkətlərindən öz yaşadıqları yerin məhkəməsinə şikayət verməyə haqlıdırlar.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarı. 8.6-cı bənd. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi KASSASİYA ŞİKAYƏTİNİN MÜMK ÜNLÜYÜ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzdün nəticəyə gəlmişdir.

27. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönə lməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

30. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddia inzibati orqanın xx.xx.1996-cı ildə verilmi ş sərəncamının etibarsız hesab olunmasından ibarətdir. Bu iddia, İPM-nin 2.2.5-ci və 36-cı maddələri anlamında müəyyən etmə və tanınma haqqında iddiadır.

31. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

32. Azərbaycan Respublikası İPM-də müəyyən etmə və tanınma haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmamışdır. Lakin bu hal iddianın mümkün sayılmaması barədə məhkəmənin g əldiyi nəticəni dəyişmir.

33. Çünki iddiaçının etibarsız sayılmasını tələb etdiyi inzibati akt 1996-cı ildə verilmişdir və iddianın müddətlər baxımından həllində həmin dövrdə qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. 34. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi.

35. İlk növbədə qeyd olunmalıdır ki, hazırda qüvvədə olan İPM-də, inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar növlərə bölünmüşdü r və iddiaların növündən asılı olaraq icraat üçün bəzi fərqli prosessual qaydalar müəyyən olunmuşdur. Bu fərqlilikdən biri də müəyyən etmə və tanınma haqqında iddia növlərinə iddia müddətlərinin şamil edilməməsidir.

36. Lakin iddiaçının etibarsız sayılmasını tələb etdiyi inzibati akt qəbul olunduğu dövrdə - 1996-cı ildə qüvvədə olmuş Azərbaycan Respublikası MPM-də iddiaların bu cür fərqləndirici təsnifat yox idi və inzibati orqanların qərarlarından, vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayətlər iddia müddətlərinə tabe tutulurdu. Həmin Məcəllənin 22-ci fəslində nəzərdə tutulmuş müddətlər bütün iddialara (həm inzibati aktın ləğvi, həm inzibati aktın etibarsız sayılması, həm vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən verilmiş iddialara) şamil olunurdu.

37. Azərbayca n Respublikası MPM-nin 22-ci fəslinin iddia müddətləri ilə bağlı məhdudlaşdırıcı müddəaları hazırki iddiaya da tətbiq olunur.

38. İddiaçı müddətin buraxılmasını yaşadığı evin üçüncü şəxsin adına keçirilməsindən xəbəri olmaması ilə əlaqələndirir.

39. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma xx xxxx 2011-ci il tarixli 143İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisəl əndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır).

40. Lakin bu hal da iddianın mümkün saylmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası nəzərdə tutulmamışdı.

41. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilli yin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

42. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır.

43. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsind ən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Ümumiyyətlə bunun əksi, hüquq münasibətlərində qeyri-müəyyənliyə, qeyri-stabilliyə səbəb olardı.

44. İddiaçının məskunlaşıb yaşadığı evin hüquqi rejimi ilə 23 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının yaşayış sahəsindən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt yoxdur. Yalnız bu cur əsas olduğ u halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır.

45. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də bu müddalara uyğundur. Apelyasiya instansiyası məhkəməsinin qararında göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. İPM-nin bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmaması da diqqətə alınarsa, iddiaçının artıq ötürdüyü bu bir aylıq prosessual müddətlərin İPM-lə bərpa olunmadığı sabit olar. Başqa sözlə, xx.xx.2011-ci il tarixə müb ahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisə edilə bilməz. Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır.

46. İddianın verilməsi üçün iddiaçının subyektiv hüququnun olması barədə iddiaçının dəlilləri əsaslıdır. Lakin bu hal kassasiya şikayətinin təmin olunması üçün yetərli əsas deyildir. Çünki iddia müddətinin keçməsi iddianın mümkün sayılmaması üçün müstəqil və yetərli əsasdır. Müddətlə bağlı iddianın mümkün sayılmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğuna görə qərardad dəyişdirilmədən saxlanılmalıdır.

47. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini araşdıraraq, iddianın mümkün sayılmaması barə də düzgün nəticəyə gəlmişdir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1393/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar