Məhkəmə qərarları › İş №2-1(102)-2049/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2049/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2049/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məs ələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(107)-168/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçının və üçüncü şəxsin qohumluq münasibətləri

1. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 03 nömrəli məktubunda qeyd olunmuşdur ki, arxivdə mühafizə olunan 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitablara əsasən X15 təsərrüfatın başçısı, X 8 (iddiaçının və üçüncü şəxsin mərhum qayınatası) isə təsərrüfatın üzvüdür. Məktuba əlavə olunmuş 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitablarından çıxarışa əsasən X7 (iddiaçının mərhum əri) və X9 (üçüncü şəxsin mərhum əri) X10 təsərrüfatının üzvləridir.

2. Zərdab rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 297 nömrəli məktubuna əlavə olunmuş doğum akt qeydinə, ölüm akt qeydinə və nikah haqqında akt qeydinə əsasən X7 xx.xx.1963-cü ildə doğulmuş, İddiaçı ilə aralarında nikah bağlanmış, M.Cəfərov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.

3. Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli 1031 nömrəli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında (indiki S.Mehdiyev küçəsi dalan 1 ev 1) qeydiyyatdadır, hazırda Zərdab şəhəri, S.Abdullayev küçəsi 53 nömr əli evdə yaşayır və onun ailə üzvləri oğlu X13 və oğlu X11r. Həyat yoldaşı X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mübahisələndirilən fərdi yaşayış evinə və torpaq sahəsinə dair sənədlər

4. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 396719 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ünvan 2 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi Zərdab bələdiyyəsinin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə Zərdab Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13 nömrəli qərarı, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli 27 nömrəli rəyi, DTXK-nın xx.xx.2019-cu il tarixli 985 nömrəli rəyi əsas olmuşdur.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi Zərdab bələdiyyəsinin xüsusi mülkiyyəti kimi çıxarışla rəsmiləşdirilmişdir. 6. 07.08.2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini X1.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi X3 xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır.

8. Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışında qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən 1982-ci ildə tik ilmiş, ümumi sahəsi 70.4 kv.mr, yaşayış sahəsi 54,8 kv.m olan fərdi yaşayış evi X3 istifadəsindədir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi qırmızı, tənzimləmə xətlərini pozmur. Bu barədə Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq və tikinti şöbəsində qeydiyyat kitabında qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yeraltı kabel, yüksək gərginlikli elektrik xətlər keçmir.

9. Cavabdeh məhz qeyd olunan sənədlər əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışla ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsini X3 xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır.

10. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubunda qeyd olunmuşdur ki, X3 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində 2V-497 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

11. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək X3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

12. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********63 nömrəli bildirişlə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X5 Zərdab şəhəri, S.Mehdiyev küçəsin də yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakının dövlət reyestrində rəsmiləşdirilərək elektron çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, iddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X14 ilə bərabər ünvan 7 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu ünvana mərhum həyat yoldaşı X7 ilə 2004-cü ildə ailə həyatı qurduqdan sonra gəlin köçmüş və həmin evin bir otağında hazırda dünyasını dəyişmiş qaynanası, digər otağında isə mərhum həyat yoldaşı Mehman və övladların ilə bərabər yaşamışdır. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra 2009-cu ilin payızında səhhəti ilə əlaqədar xüsusi qulluğa ehtiyacı olduğu üçün, həm də mərhum ərinin qonşuluqda yaşayan, ruhi xəstə olan əmisinin davranışlarından ehtiyatlandığı üçün qardaşı X6 yaşadığı ünvan 8 ünvanında yerləşən ata evinə köçmüşdür. 2010-cu ildə mərhum ərinin uzun illər Rusiya Federasiyasında yaşamış qardaşı X9 Azərbaycan Respublika sına geri dönmüş və evə daxil olaraq həmin evdə yaşamağa başlamış və iddiaçının həmin evə geri dönməsinə mane olmuşdur. Həmin vaxtdan aralarında mübahisələr başlamış və hazırda da mübahisələr davam etməkdədir. Aralarında mübahisələr davam etdiyi dövrdə X2 yollarla cavabdehdən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli çıxarış almışdır. İddiaçı hesab edir ki, çıxarış qanunsuz yolla əldə edildiyi üçün ləğv edilməlidir.

15. Birinci instansiya məhkəməsinin qərardadı ilə X12 (X3 arvadı, Rusiya Federasiyası vətəndaşı) zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

16. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmiş dir ki, X3 mülkiyyət hüququ 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********13 reyestr nömrəli çıxarış və Zərdab RİH Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz əsasında aparılmışdır.

17. Üçüncü şəxs tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, mərhum həyat yoldaşı X9 ilə 22 ildir ki, bir yerdə yaşayır. Onlar ailədə üç uşaq olmaqla, iki qardaş, bir bacı olmuşlar. Ataları 1978-ci ildə dünyasını dəyişib. Anaları 1991-ci ildə qaynı Mehmana Bakı şəhərində ev almışdır. 1991-ci ildə Mehman anası ilə birlikdə Bakı şəhərinə köçmüş və orada qeydiyyata düşmüşdür. Qaynı Mehman 1991-ci ildə Bakı şəhərində aldığı evdə qeydiyyatda olmuşdur. Mehman iddiaçı ilə 2004-cü ildə ailə qurmuşdur. 2006-cı ildə anaları, 2008-ci ildə isə Mehman dünyalar ını dəyişmişlər. Mehman dünyasını dəyişdikdən sonra, 2009-cu ildə iddiaçı heç kimin icazəsi olmadan, heç bir sənəd olmadan qeyri-qanuni olaraq evə, yəni S.Mehdiyev küçəsi dalan 1, ev 2 ünvanındakı evə qeydiyyata düşmüşdür. İddiaçı mərhum M.Cəfərovla 4 il evli olmuşlar. Bu 4 il müddətdə M.Cəfərov onu nə Bakıdakı, nə də burdakı evə qeydiyyata saİmamışdır. Hazırda ünvan 9 ünvanındakı ev rəsmi olaraq mərhum həyat yoldaşı X5 məxsusdur.

18. Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərardadı (hakim F.S.İsmayılzadə) ilə iddia tələbi mübahisələndirilən çıxarışda qeyd olunan 0,03 ha torpaq sahəsinə dair hissədə mümkün sayılmamış və qərardadla iddiaçıya izah edilmişdir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə həmin 0,03 ha torpaq sahəsinin Na tiq Cəfərova satılmasına dair müvafiq bələdiyyə qərarını mübahisələndirməli, daha sonra isə çıxarışın ləğvini notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi ilə birlikdə tələb etməlidir.

19. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir.

20. Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh X3 fərdi yaşayış evinə mülk iyyət hüquqlarını dövlət qeydiyyatına alan zaman qanunvericiliyinin tələblərini pozaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin müddəalarını nəzərə almamış, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışı əsasında ünvan 6 ünvanında yerləşən, 1982-ci ildə tikilmiş, ümumi sahəsi 70.4 kv.m olan fərdi yaşayış evini X3 adına qeydə almışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən tələblərə zidd olaraq öz faktiki xarakterli hərəkətləri ilə mübahisəli fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnu N.Cəfərovun adına qeydə almaqla iddiaçının və digər hüquq sahiblərinin hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Mübahisələndirilən çıx arışın faktiki olaraq qüvvədə olması iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müvafiq tələblərinin irəli sürülməsinə məhdudiyyət yaratmaqdadır.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(107)-168/2023 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi birinci in stansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 9.1.2 və 16-cı maddələrinə, Mülki Məcəllənin 140-cı maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və məlum olmuşdur ki, məhkəmə qərarı ilə ləğv edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301-reyestr nömrəli dövlət reyestrindən çıxarış həmin daşınmaz əmlaka X4 adına ********** qeydiyy at nömrəli dövlət reyestrindən çıxarış verilməklə artıq ləğv edilmişdir. Belə olan halda ləğv edilmiş dövlət reyestrindən çıxarışın yenidən ləğv edilməsi mümkün deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barə də hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməy ərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən məhkəmə qərarı ilə ləğv edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301reyestr nömrəli dövlət reyestrindən çıxarış həmin daşınmaz əmlaka X4 adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilməklə artıq ləğv edilmişdir. Belə olan halda ləğv edilmiş dövlət reyestrindən çıxarışın yenidən ləğv edilməsi müm kün deyildir.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanaraq aparıla bilər, eyni zamanda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətinin nəticəsi də ola bilər.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi çıxarış, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan, cavabdehin ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakt erli fəaliyyətinin nəticəsində aparılmışdır.

38. İddia ərizəsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi göstərilsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin, habelə cavabdeh və üçüncü şəxs tərəfindən təqdim edilən etirazların mahiyyətində fərdi yaşayış evinə dair X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qanunsuz olaraq qeydə alınması dayanır.

39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin formal olaraq əsaslandırıldığına istinad edərək qeyd edir ki, həm iddia ərizəsindən, həm cavabdeh və üçüncü şəxsin etirazlarından, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində aparılan icraatın məzmu nundan açıq-aşkar görünür ki, hazırkı iş üzrə mübahisə predmetini fərdi yaşayış evinə dair X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qanunsuz olub-olmaması təşkil edir.

40. Aşağı instansiya məhkəmələri tərəfindən aparılmış tam, hərtərəfli və obyektiv araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən tələblərə zidd olaraq öz faktiki xarakterli hərəkətləri ilə mübahisəli fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnu N.Cəfərovun adına qeydə almaqla iddiaçının və digər hüquq sahiblərinin hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur.

41. Ona görə də, cavabdehin qanunsuz olaraq X3 adına qeydə alınmış mülkiyyət hüququnun vərəsəlik q aydasında onun arvadı – üçüncü şəxs X4 adına qeydə alması və nəticə etibarilə X3 adına verilmiş çıxarışın onsuz da ləğv edildiyi barədə formal dəlili tamamilə əsassızdır. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə dair X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə qərarı qəbul edildiyi halda həmin hüquqların vərəsəlik qaydasında üçüncü şəxsin adına qeydə alınması və məhz bu səbəbdən guya məhkəmə qərarı ilə ləğv edilməsi nəzərdə tutulmuş çıxarışın onsuz da ləğv edilməsi əsaslı hesab oluna bilməz.

42. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxar ıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(107)-168/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar