Məhkəmə qərarları › İş №2-1(102)-2049/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2049/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2049/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi; işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Dövlət Ver gi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(105)-217/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********567000 nömrəli əmri ilə 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi olan iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə” 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən vergi orqan larında xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdən müsabiqə yolu ilə xidmətə qəbul olunaraq xidmətə 10 saylı Ərazi Vergilər İdarəsində (Qəbələ rayonu) başlamışdır. Xidmət illərində daim nümunəvi işləyərək üzərinə düşən öhdəlik ləri layiqincə yerinə yetirmiş, ailə vəziyyəti və daimi yaşayış yeri Sumqayıtda olduğundan xx.xx.2017-ci il tarixdə xidmət yeri dəyişdirilərək Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsində işləməyə davam etmiş, son olaraq həmin idarədə vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. X9 Xidmətinin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, "Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı bəndinə əsasən mənim vergi orqanlarında xidmətimə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi onun xx.xx.2022-ci il tarixdə imzaladığı akt göstərilmişdir. Həmin aktın mahiyyəti ondan ibarət olmuşdur ki, "xxxx" QSCdə keçirilən təkrar baxış zamanı mühasibat sənədləri ilə faktiki vəziyyət arasında uy ğunsuzluq aşkara çıxmış və nəticələr rəsmiləşdirilmişdir. Sonradan həmin müəssisə ilə "'Metallurq'' MMC arasında mübahisə yarandığı üçün həmin akt hüquq mühafizə orqanına təqdim edilmişdir. Sözügedən akta görə işdən çıxarılması ilə nəticələnmiş əmr qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və yenidən əvvəlki iş yerində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Belə ki, cavabdeh inzibati orqan onun həmin aktı imzalamasını səlahiyyət həddini aşma kimi qiymətləndirmiş və bunun vergi xidməti orqanına xələl gətirəcəyini hesab etmişdir. Lakin işlərin gedişatı tamam əksinə olmuşdur. Belə ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında yaranmış mübahisəyə son qoyulmuş və tərəflər razılığa gəlmişlər. Bu isə o deməkdir ki, tərəflər razılığa gəldiyi üçün hər hansı çatışmazlıq, uyğunsuzluq da aradan qalxmışdır və gələcəkdə həmin müəssisələrə təyin olunacaq vergi yoxlamalarına da heç bir təsir olmayacağı deməkdir. Başqa sözlə, onun bu əməli nümayəndəsi olduğu orqana heç bir xələl gətirməmiş və gələcəkdə də gətirməyəcəkdir. Törətdiyi xəta xidmət etdiyi orqan üçün nəinki ağır, ümumiyyətlə heç bir nəticəyə səbəb olmamışdır. İnzibati orqan araşdırmanı sonadək aparmadan onun 10 ildən artıq vergi orqanlarında xidmət etdiyini, himayəsində 3 azyaşlı uşağının olmasını, ailənin yeganə gəlir gətirən üzvü olduğunu, törətdiyi əməlin gərgin iş rejimindən sonra heç bir maraq və mənfəətin olmadan yüngül ehtiyatsızlıqdan baş verdiyini nəzərə almamış və törədilən pozuntunu kobud pozuntu kimi qiymətləndirmişdir. Bu səbəbdən də hesab edir ki, aşkar edilmiş və nöqsan kimi qəbul edilmiş pozuntu onun xidmətdən xaric edilməyinə əsas ola bilməz. Həmin nöqsan sadəcə olaraq başqa intizam tənbehlərinin qəbul edilməsinə əsas ola bilərdi ki, bunu da inzibati orqan qəti olaraq nəzərə almamışdır. Ümumiyyətlə, əmək funksiyasının icrası zamanı hər hansı pozuntunun kobud pozuntu hesab edilməsi üçün ciddi əsaslar olmalı, həmin pozuntu işəgötürən üçün ağır nəticələrə səbəb olmalıdır. Başqa sözlə, törədilmiş xəta ilə tətbiq olunmuş intizam tənbehi düz mütənasib olmalıdır. Çünki cəza həmişə törədilmiş əmələ adekvat cavabdır. Hesab edir ki, törətdiyi xətaya münasibətdə ona tətbiq olunmuş intizam tənbehi qeyri-adekvat və eyni zamanda çox ağırdır. Doğrudur, inzibati orqanda xidmətə qəbul, xidmətdən xaric edilmə, hansı əsaslarla xaric edilmə məsələsini həll etmək müstəsna olaraq cavabdehə məxsus hüquqdur. Bundan başqa, həmin hüquq qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.

4. Cavabdeh inzibati orqan iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, "Azmet” QSC-nin rəhbəri X4 tərəfindən küllü miqdar təşkil edən ******* manat məbləğində pul vəsaitinin mənimsənilməsi barədə vətəndaş X3 tərəfindən Sumqayıt şəhər Prokurorluğuna müraciət daxil olmuş, prokuror tərəfindən kommersiya və peşə sirri təşkil edən məlumatların ələ keçirilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində gö stərilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı İddiaçı və digər şəxslərin iştirakı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən "Ruzi Metal” MMC-nin icarəyə götürdüyü əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və xammal və hazır məhsul aşkar edilmədiyi barədə akt tərtib olunduğundan, bu gün həmin aktda göstərilənlər qeydiyyata qoyulmuş obyektlərin müşahidə baxış hərəkətlərin yoxlanılması üçün əraziyə gəlmiş vergi əməkdaşının iştirakı ilə yenidən yoxlanılmış, icarəyə götürülmüş əraziyə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli aktda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli aktla "xxxx" QSC-nin xx.xx.2022ci il tarixdə fəaliyyətini müqavilə müddəti başa çatmadan dayandıraraq əməkdaşları tərəfindən ofisdən bütün sənədlər və hesabatların aparıldığı kompüterlər, video müşahidə kameraları və hard disk gizli şəkildə götürülüb aparıldığından onların fəaliyyət göstərdikləri xammal qəbulu, emalı sahələri və hazır məhsul anbarında mal-material qalığının olubolmaması yoxlanılmış və ərazidə hər hansı bir xammal və hazır məhsul qalığı aşkar edilmədiyi müəyyən edilmişdir. Bu gün yenidən həmin ərazilərə təkrarən baxış keçirilərkən ərazidə "xxxx" QSC-yə məxsus təqribən 30- 40 ton yararsız vəziyyətdə olan metal qırıntısı və "xxxx" MMC-nin mühasibat sənədləri əsasında ona məxsus olan və ərazidə baxış zamanı faktiki aşkar edilən ******* manat dəyərində müxtəlif metal tullantılarının olduğu aşkar olunmuşdur. Həmin akt vergi orqanı əməkdaşının təsdiq etdiyi hüquqi əhəmiyyət kəsb edən sənəd kimi nəzərə alınaraq ibtidai araşd ırma və məhkəmə prosesində istifadə edilmişdir. Halbuki, vergi orqanı əməkdaşı İddiaçı özbaşına olaraq vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlərə yol verərək əraziyə baxış keçirmiş, xx.xx.2022-ci il tarixli aktın doğruluğunu, ******* manat məbləğində malların "xxxx" MMC-yə məxsus olduğunu təsdiq etmiş, həmin obyektdə yol verilmiş qanunsuzluqlarla bağlı prokurorluq tərəfindən araşdırma aparılmasını nəzərə almayaraq, sübut əhəmiyyətli sənədi qanunla müəyyən edilmiş hüquq və vəzifələrinə aid olmadığı halda imzalamış, şəxsi maraqları (cəmiyyətin rəhbərinin əvvəllər vergi orqanı əməkdaşı olması (X2 xx.xx.2010-xx.xx.2021-ci il tarixlərində vergi orqanlarında çalışmış, tutduğu sonuncu vəzifə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi İdarəsinin İstehsal sahəsinin auditi şöbəsin in dövlət vergi müfəttişi vəzifəsi olmuşdur) vəzifə funksiyalarının obyektiv icrasına təsir göstərmiş, vəzifə funksiyaları ilə şəxsi maraqları arasında ziddiyyət yaranmasına baxmayaraq, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə məlumat verməmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi ödəyicisinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə yol vermişdir. Eyni zamanda, vergi orqanı əməkdaşı kimi iddiaçının aktı imzalaması araşdırma və məhkəmə prosesi zamanı tərəflərdən birinin müdafiəsi kimi qiymətləndirilə, habelə aktın düzgünlüyü mübahisələndirilərkən vergi orqanlarının nüfuzuna xələl gələ bilər. Bu hərəkətlərə yol verməklə iddiaçı xidməti fəaliyyətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci və 31.0.2-ci maddələrinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"nın 3.1.2-ci, 3.2.1-ci, 3.7.1-ci, 3.10.1- ci və 3.10.2-ci yarımbəndlərinin, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları"nın 4.1.1-ci, 4.1.2-ci, 4.1.3-cü və 4.1.4-cü yarımbəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasn amə”nin 48-ci maddəsinin tələbləri nəzərə alaraq, dövlət vergi müfəttişi olan iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi xx.xx.2022-ci il tarixli **********547500 nömrəli xidməti məruzə ilə (sənədin dərkənar qəbulu və aidiyyəti üzrə icra üçün verilməsi xx.xx.2022-cİ il tarixdə olmuşdur) təklif olunmuş, təklif məqsədəmüvafiq hesab edilərək Xidmət rəisinin xx.xx.2022-ci il tarixli **********567000 nömrəli əmri ilə onun vergi orqanlarında xidmətinə müvafiq əsaslarla xitam verilmişdir.

5. İddiaçının hərəkətlərinin vergi orqanına birbaşa xələl gətirib-gətirməməsindən asılı olmayaraq, səlahiyyəti olmadan qeyd edilən aktı imzalaması artıq əm ək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. İddiaçının xidmət zamanı yol verdiyi nöqsanlara görə 2 saylı ƏVBİ-nin xx.xx.2022-ci il tarixli **********137400 nömrəli əmri ilə onun barəsində “töhmət" intizam tənbehi tədbiri görülmüşdür. Qüvvədə olan intizam tənbehi tədbiri olmasına baxmayaraq iddiaçı təkrar intizam pozuntusuna yol vermişdir. Göründüyü kimi, iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Başqa sözlə, avqust ayında “töhmət" almasına baxmayaraq həmin intizam tənbehindən 2 ay keçməmiş ötən ilin oktyabr ayında sözügedən intizam xətasını törətmişdir. Həmçinin, iddiaçı həmin obyektdə yol verilmiş qanunsuzluqlarla bağlı prokurorluq tərəfindən araşdırma aparılmasına diqqət yetirməyərək, sübut əhəmiyyətli sənədi qanunla müəyyən edilmiş hüquq və vəzifələrinə aid olmadığı halda imzalamış, şəxsi maraqları (cəmiyyətin rəhbərinin əvvəllər vergi orqanı əməkdaşı olması və s.) vəzifə funksiyalarının obyektiv icrasına təsir göstərmiş, vəzifə funksiyaları ilə şəxsi maraqları arasında ziddiyyət yaranmasına baxmayaraq, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə məlumat verməmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi ödəyicisinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, qan unsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol vermişdir. Bu halın özü icra intizamı, vergi orqanlarının funksional fəaliyyəti və nüfuzu baxımından kifayət qədər ağır nəticə sayılır. Cavabdeh tərəfindən inzibati icraat tam və hərtərəfli təşkil edilmiş, işin bütün hallarının araşdırılması təmin edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(060)-769/2022 nömrəli qərarı 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olduqdan sonra işin hallarının araşdırılması üçün xx.xx.2022-ci il tarixində iddiaçının izahatı alınmış, daha sonra məsuliyyət məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixli **********783900 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Aparatına müraciət edilmişdir. Daha sonra x idməti araşdırmanın davamı kimi Xidmətin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının izahatı alınmış və xx.xx.2022-ci il tarixli **********547500 nömrəli xidməti məruzə ilə intizam tənbehinin tətbiqi üçün Xidmət rəisinin dərkənarına verilmişdir. Xidməti araşdırmanın yekunu olaraq xx.xx.2022-ci il tarixində Xidmət rəisi tərəfindən daxili sənəd dərkənara qəbul edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmr layihəsinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixli **********48500 məktubla 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin İlk Həmkarlar Təşkilatına müraciət edilmişdir. 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin İlk X1 Komitəsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli protokolu ilə Dövlət Vergi Xidmətinin əmr la yihəsinə razılıq verilmişdir. X8 Xidmətinin xx.xx.2022-ci il tarixli **********567000 nömrəli əmri ilə iddiaçının vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.

6. İddiaçı hazırkı iddia ərizəsində törədilən pozuntunu kobud pozuntu kimi qəbul etməsə də, DVX-nə etdiyi xx.xx.2022-ci il tarixli **********616900 nömrəli müraciətində törətdiyi əməlin kobud pozuntu olduğunu etiraf edərək səmimi peşmanlıq duyduğunu göstərmişdir. İddiaçı tərəfindən törədilmiş pozuntunun xarakteri, ağırlıq dərəcəsi, qısa müddət ərzində təkrar pozuntuya yol verməsi ailə vəziyyəti ilə bağlı göstərdiyi halların nəzərə alınmasına imkan verməmiş dir. Əlavə olaraq, “Metallurq" MMC ilə "xxxx" QSC arasında yaranmış mübahisəyə son qoyulması və tərəflərin razılığa gəlməsi barədə hərhansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının vergi orqanında işlədiyi halda qulluq mövqeyindən sui-istifadə etməsi, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması, qanun pozuntusu hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi və həmin qanun pozuntusu halının iştirakçısı olması xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(118) 1828/2023 nömrəli qərarı (hakim: L.E.Mirzəyeva) ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericiliyin tələblərini pozduğuna və vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlərə yol verməklə törətdiyi əməlin xarakter və ağırlığı nəzərə alınaraq, o, vəzifəsindən azad edilmişdir. İddiaçı şifahi məhkəmə iclası zamanı da vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlərə yol verdiyini bildirmiş, etiraf etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin əsaslılığını sübut etməli olduğu halda bunu edə bilmədiyindən və cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olduğundan iddia təmin edilə bilməz.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tə min edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) 13 mart 2024-cü il tarixli, 2-1(105)-217/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kass asiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh inzibati orqan kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular...

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;... Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər...

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya m ülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:... ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;... Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində gös tərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötür ənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 15. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür....

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür....

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq....

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir....

43. Vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təminatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər....

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni b ir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə....

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər....

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. 16. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları” 1.2. Bu Qaydalar dövlət vergi orqanı əməkdaşının dövlət vergi orqanlarına, digər əməkdaşlara, fiziki və hüquqi şə xslərə, o cümlədən vergi ödəyicilərinə münasibətdə riayət etməli olduğu etik davranış qaydalarını, Qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyət, habelə əməkdaşın fiziki və hüquqi şəxslərin təzyiq və qeyrietik davranışlarından müdafiə olunması məsələlərini tənzimləyir. 1.3. Bu Qaydaların məqsədləri üçün əməkdaş dedikdə vergi orqanlarının vəzifəli şəxsləri, vergi orqanlarında işləyən stajçılar, ştatdankənar və büdcədənkənar fond hesabına saxlanılan işçilər nəzərdə tutulur. 1.4. Bu Qaydaların məqsədləri vergi orqanlarının və əməkdaşların nüfuzunun artırılmasından, fiziki və hüquqi şəxslərin, o cümlədən vergi ödəyicilərinin vergi orqanlarına və əməkdaşlara etimadının yüksəldilməsindən, əməkdaşlarının etik davranış qaydalarına riayət etmə səviyyəsi baxımından vergi orqa nlarının nümunəvi dövlət orqanları kimi tanınmasından, vergi orqanlarının və əməkdaşların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından, korrupsiyanın, maraqların toqquşmasının və digər neqativ halların qarşısının alınmasından, əməkdaşların riayət etməli olduğu etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılmasından, vergi orqanlarının və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinə fiziki və hüquqi şəxslərin təsir imkanlarının genişləndirilməsindən ibarətdir. 1.5. Əməkdaş dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq xidməti fəaliyyəti (vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti) zamanı, eləcə də xidməti fəaliyyətindən kənar davranışlar ında bu Qaydaların tələblərinə əməl etməlidir.... 3.1.2. Əməkdaş bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. 3.2.1. Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır.... 3.7.1. Əməkdaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməsi və ya qərarlar qəbul etməsi qadağandır.... 3.10.1. Əməkdaş vəzifə funksiya ları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır. 3.10.2. Əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur....

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları 4.1. Xidmətin əməkdaşları: 4.1.1. əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan R espublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Xidmətin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində verilmiş əmr və göstərişlərə əməl etməli; 4.1.2. yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalı; 4.1.3. xidməti vəzifələrini dəqiq və peşəkarlıqla yerinə yetirməli, xidmət intizamını pozmamalı, qanunvericiliyin tələblərinə, yüksək əxlaqi prinsiplərə və subordinasiyaya riayət etməli; 4.1.4. xidməti vəzifələrini yerinə yetirərkən dövlət və ictimai mənafeləri şəxsi mənafeyindən üstün tutmalı, nümunəvi davranışları ilə vətəndaşların, o cümlədən vergi ödəyicilərinin etimadını qazanmalı;...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, yetərlilik və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir.

23. Hazırkı iş üzrə iddiaçı vergi orqanında xidmətinə xitam verilməsinə dair qəbul edilmiş əmrin qanunla müəyyən edilmiş müddətdə verilməməsi, prosessual təminatlara riayət olunmaması, əmrin verilməsinə əsas olmuş aktın imzalanmasının cavabdehin hansı mənafelərinə xələl gətirilməsinin əsaslandırılmaması, hansı ağır nəticələrə səbəb olmasının qeyd edilməməsi, ehtimallara istinad edilməsi, onun ailə vəziyyətinin, həmin xətanın yüngül ehtiyatsızlıqdan baş verməsinin nəzərə alınmaması, həmin xətanın kobud pozuntu kimi qiymətləndirilməsi üçün ciddi əsasların olmamasını əsas gətirərək cavabdeh inzibati orqanın əmrini mübahisələndirmişdir.

24. İşin hallarından müəyyən olunur ki, iddiaçı xidmət keçdiyi qurum tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmədiyi halda 05 oktyabr 2022-ci il tarixli aktı imzalamışdır. Həmin akt vergi ödəyiciləri arasında yaranmış mübahisə ilə bağlı aidiyyəti şəxslər tərəfindən sübut əhəmiyyətli sənəd kimi hüquq mühafizə orqanına və məhkəməyə təqdim edilmiş, habelə müvafiq məhkəmə qərarında iddiaçının iştirakı ilə keçirilmiş həmin baxış və tərtib edilmiş akt barədə məlumatlar öz əksini tapmışdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, qeyd edilən aktı imzalamaq iddiaçının vəzifə səlahiyyətlərinə aid olmamışdır (bu halı iddiaçı özü qəbul edir). İddiaçının inzibati icraat zamanı verdiyi izahatından da aydın olur ki, o həmin aktın mahiyyət ini bilmədən imzaladığını, ciddi məsələ kimi qəbul etmədiyindən, bununla bağlı birbaşa rəisinə və ya səlahiyyətli digər şəxsə məlumat vermədiyini, onun ciddi məsələ olduğunu yalnız prokurorluq orqanlarından məktub daxil olduqdan sonra başa düşdüyünü, aktı imza etməkdə hər hansı təmənna və məqsədinin olmadığını, sadəcə olaraq vergi ödəyicisi olan müvafiq MMC-nin rəhbərinin sabiq vergi işçisi olduğunu nəzərə alaraq, həmçinin onun bu aktı özündə saxlayacağı və heç bir yerə təqdim etməyəcəyi barədə sözlərinə inanaraq imzaladığını, bu hərəkətinə görə peşman olduğunu bildirmişdir.

25. Kollegiya apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, həmin hərəkətlər və onun nəticələri xidməti vəzifələrin icrası ilə bir araya sığmayan hərəkət qismində çıxış etməklə, vergi orqanlarında xidməti n adına xələl gətirən və ya onu nüfuzdan salan hərəkətlər olması, nəticə etibarilə vergi orqanının qanunla qorunan maraqlarının və mənafeyinin pozulmasına səbəb olan hərəkətlər kimi qəbul edilə bilər. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçı barəsində öz vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlər etməsi, bununla xidmətlə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi hallarına istinad etməkdə haqlı olmuşdur.

26. Nəzərə almaq lazımdır ki, vergi orqanının əməkdaşı kimi iddiaçının üzərində xidməti fəaliyyəti zamanı qanunun tələblərinə əməl etmək öhdəliyi mövcuddur. Bu öhdəlik ondan həmçinin vəzifə səlahiyyətlərinə daxil olmayan, eləcə də xidmət keçdiyi qurum tərəfindən müvafiq qaydada səlahiyyət verilməmiş hərəkətlərin edilməməsini eht iva edir. İddiaçı öz səlahiyyətinə aid olmadığını bildiyi halda xidməti vəzifəsinin icrasına aid olmayan hərəkətlərə yol vermiş, habelə həmin pozuntu və onun nəticələri birbaşa vergi xidmətinin qanunla qorunan mənafeyinə və maraqlarına təsir etdiyindən iddiaçı barəsində vergi orqanlarında xidmətinə xitam verilməsinə dair tənbeh tədbirinin tətbiq edilməsi yol verilmiş pozuntunun xarakterinə mütənasib olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının “müvafiq vergi ödəyiciləri arasında razılıq əldə edilməsi, bu halın vergi yoxlamalarına heç bir təsirinin olmaması” barədə kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, qeyd edilən hallar özü-özlüyündə vergi orqanı əməkdaşının vəzifəsinin icrası zamanı kobud pozuntuya yol verməsi və onun nəticələrinin (vergi orqanının qanunla qorunan mara q və mənafelərinə təsiri baxımından) yaranması halına təsir etmir.

27. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı göstərildiyi kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmr qəbul edilməsi ilə əlaqədar olaraq dövlət vergi orqanlarında xidmət haqqında qanunvericiliyin və əmək qanunvericiliyinin hər hansı normasının pozulması halı da müəyyən edilir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(105)-217/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar