Məhkəmə qərarları › İş №2-1(102)-205/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-205/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-205/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı ı Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-205/2019) Bakı şəhəri 06 fevral 2019-cu il 06.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı ının Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) kompensasiya tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1242/2018 saylı 27 avqust 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ı (bundan sonra - iddiaçı) 23.11.1979-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasənxxxx oğluna məxsus olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, 7-ci Sovet döngəsi, 20 saylı evin vərəsəsidir. Cavabdeh Başçısının 18.07.1994-cü il tarixli, 998 saylı “Torpaq sahəsi ayrılması haqqında” Sərəncamına əsasən, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəllədə 2 yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız Cavabdeh balansına təhvil verməsi üçün "xxxx" Azərbaycan-Tü rkiyə müəssisəsinə torpaq sahəsi ayrılmışdır. İddiaçı ona məxsus mülkün sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə əlaqədar Cavabdehnə ( bundan sonra- cavabdeh) müraciət etmiş, müraciət baxılması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yasamal rayon İcra Hakimiyyəti iddiaçının müraciətini təmin etməmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Yasamal rayonu, 7-ci ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi və ətrafında olan torpaq sahəsi 2 yaşayış evinin layihələndirilməsi və tikintisi üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının 998 saylı, 18.07.1994-cü il tarixli sərəncamı ilə "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə ayrılmış, eyni zamanda qeyd olunan ünvan söküntü məhəlləsinə düşmüşdür. Dəymiş ziyanın ödənilməsi ilə bağlı "xx xx" AzərbaycanTürkiyə müəssisəsinə qarşı iddia tələbi irəli sürülə bilər. İddiaçı cavabdehə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, maddi ziyana görə cavabdehdən 200.250,00 manat kompensasiya tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası1967-ci ildə vəfat etdikdən sonra ünvan 2 ünvan 7-ci ünvan 3ə adına reyestrdən çıxarış verilmişdir. İddiaçı həmin ünvanda 1990-ci ilin mart ayınadək ailəsi ilə birlikdə yaşamışdır. 1990-cı ilin mart ayında evin bir hissəsi qəza vəziyyətinə düşdüyündən evin təmiri başa çatanadək ailəsi ilə başqa ünvanlarda kirayədə yaşamağa başlamışlar. Lakin, onlar evi təmir etmək istədikdə Bakı şəhəri İcra Hak imiyyətindən gələn əməkdaşlar bildirmişlər ki, təmirə xərc çəkmək lazım deyil, şəhərin Baş Planına əsasən orada yaxın zamanda yeni binalar inşa olunacaq və onlara həmin binalardan birində mənzil veriləcəkdir. Sonradan məlum olmuşdur ki, həqiqətən Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması layihələri ilə əlaqədar iddiaçıya məxsus, xüsusi mülkiyyətində olan həmin həyət evinin yerində Cavabdeh sərəncamlarına əsasən yeni, çoxmənzilli və yüksək mərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Əvvəlcə onlara bildirilmişdir ki, orada "Qəbələ" tikinti şirkətinə tikinti aparmağa icazə verilmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh 998 saylı, 18.07.1994-cü il tarixli Sərəncamına əsasən onların evinin yerləşdiyi ərazidə "xxxx" Azərbaycan -Türkiyə Birgə Müəssisəsinə çoxm ənzilli və yüksək mərtəbəli 2 yaşayış binasının inşa edilməsinə icazə verilmişdir. Sözügedən şirkət tərəfindən onların tam uçurulan evinin yerləşdiyi ərazidə birinci bina 1994-1997-ci illərdə, ikinci bina 2004-cü ildə inşa edilməyə başlanılaraq tikintisi 2008-ci ildə başa çatdırılmışdır. Tikinti başlanarkən Cavabdehndən bildirilmişdir ki, "xxxx" Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin Yeni Yasamal yaşayış massivində inşa etdiyi binalardakı mənzillər onlara, yəni Bakı şəhəri İcra Hakimiyyətinə məxsus olacaq və həmin mənzillər hesabına iddiaçıya da mənzil ayrılacaqdır. Lakin, həmin vaxtdan artıq 10 ilə yaxın müddət keçsə də, bu günə qədər də onlara Cavabdeh tərəfindən heç bir mənzil verilməmiş, müxtəlif instansiyalara ünvanladığı şikayət ərizələri isə baxılmamış qalmışdır. Hesab edir ki, onun mülkiyyətində olmuş evindən məhrum edilməsi ilə əlaqədar dəymiş maddi ziyana görə 200.250.00 manat məbləğində kompensasiya ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-243/2018 saylı, 20 fevral 2018-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Məmmədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının kompensasiya tələb etdiyi Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 saylı ev "xxxx" Azərbaycan-Türkiyə birgə müəssisəsi tərəfindən söküldüyündən, həmin ərazidə 2004-cü ildə çoxmərtəbəli yaşayış evi inşa edildiyindən cavabdehə qarşı hazırkı iddia əsassızdır və rədd olunmalıdır. Məhkəmənin həmin qərarından iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1242/2018 saylı, 27 avqust 2018- ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: M.N.Tağızadə və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)243/2018 saylı 20 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1242/2018 saylı, 27 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “xxxx” Azərbaycan -Türkiyə müəssisəsi ilə iddiaçı arasında hər hansı bir müqavilə olmamış və öhdəlik götürülməmişdir. Və göründüyü kimi, iddiaçının evinin də yerləşdiyi ərazi üzərində səlahiyyət “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinə Cavabdeh Başçısının 18.07.1994-cü il tarixli, 998 saylı Sərəncamı ilə verilmiş, əvəzində yuxarıda göstərilən sərəncamla həmin müəssisənin üzərinə təmənnasız olaraq Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisi öhdəliyi qoyulmuşdur. Yəni, Cavabdeh Başçısının 18.07.1994-cü il tarixli, 998 saylı Sərəncamı ilə “xxxx” AzərbaycanTürkiyə müəssisəsinin üzərinə bilavasitə iddiaçıya və qeyrilərinə mənzil və ya kompensasiya verilməsi vəzifəsi qoyulmamış, yalnız Yasamal rayonu, Yeni Yasamal yaşayış m assivindəki Taliblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evini tikib təmənnasız olaraq Cavabdeh balansına vermək öhdəliyi qoyulmuşdur. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsində qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1242/2018 saylı, 27 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs mə hkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır. İddiaçı ona məxsus əmlakın sökülməsinə görə cavabdehdən kompensasiya ödənilməsini xahiş etmiş, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, inz ibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi). Belə ki, İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nə ticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə: - zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın( 21.1-ci maddə). - zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1-ci maddə) - delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). - qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3-cü maddə). -dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.( 1100-cu maddə). - zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). İşə baxan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəti cə ondan ibarət olmuşdur ki, iddiaçının kompensasiya tələb etdiyi Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 nömrəli ev "xxxx" Azərbaycan-Türkiyə müəssisəsi tərəfindən sökülərək həmin ərazidə 2004-cü ildə çoxmərtəbəli yaşayış evi inşa edildiyindən, hazırkı iddia Cavabdehnə qarşı əsassızdır, buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, Cavabdeh Başçısının 18.07.1994-cü il tarixli, 998 saylı “Torpaq sahəsi ayrılması haqqında” Sərəncamına əsasən Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəllədə 2 yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız Cavabdeh balansına təhvil ve rmək üçün "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə torpaq sahəsi ayrılmışdır. Yəni, iddiaçının da evinin yerləşdiyi torpaq sahəsi cavabdehin sərəncamı əsasında "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə verilmiş və məhz həmin sərəncam əsasında "xxxx" Azərbaycan-Türkiyə müəssisəsi söküntü işlərini həyata keçirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi söküntüdə məsul olan subyektlə bağlı hər hansı araşdırma aparmamış, "xxxx" Azərbaycan-Türkiyə müəssisəsi tərəfindən sözügedən ərazidə sökülən evlərə görə kompensasiya ödənilib-ödənilməməsi məsələsini araşdırmamış, "xxxx" Azərbaycan-Türkiyə müəssisəni üçüncü şəxs qismində prosesə cəlb etməmiş, iş üzrə sübut əhəmiyyəti kəsb edən söküntü, həmçinin sakinlərə kompensasiyanın ödənilməsi ilə bağlı sənədlər tələb edilməmiş, nəticədə formal əsaslarla idd ia rədd edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən verilmiş sərəncamın əsli və tam mətni mövcud deyildir. Məhkəmələr iş üzrə qərar qəbul edərkən sərəncamın kserosurət şəkilindəki yarımçıq mətninə istinad etmişlər ki, bu da araşdırmanın keyfiyyətsiz aparıldığına dəlalət edir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər z əruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İPM-in 12.1, 58.7, 64.1-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Belə ki, İPM-in 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPMnin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatlar ı, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan halları ilə bağlı ətraflı araşdırma aparmamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də apell yasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı ı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1242/2018 saylı iş üzrə 27 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar