Məhkəmə qərarları › İş №2-1(102)-205/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-205/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-205/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə Tədqiqat İdarəsi, Zaqatala rayonu X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi; torpaq sahəsinin planı və ölçüsünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə Tədqiqat İdarəsi, Zaqatala rayonu X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) “Torpaq sahəsinin planı və ölçüsünün, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 14.10.2021-ci il tarixli, 2-1(107)-285/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala rayonu Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X6 Komissiyası tərəfindən 05.09.1999cu il tarixdə tərtib edilmiş akt ilə sovxozun üzvü İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir.

2. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) 25.09.2003cü il tarixli 110 nömrəli qərarı ilə torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə ve rilən torpaqların verildiyi yerdə saxlanılması, artıq olarsa kəsilməsi, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsinin nəzərdə tutulması və s. qərara alınmışdır.

3. Bundan sonra, 03.11.2011-ci ildə Zaqatala RİH başçısı tərəfindən "Zaqatala rayon Yuxarı Tala kənd sakinlərinin keçmiş 2 saylı fındıqçılıq sovxozu ərazisindən pay torpağı alan zaman yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəl" təsdiq olunmuşdur.

4. Həmin cədvəldə 322-cı sırada Cavabdeh2 adının qarşısında subyektlərin sayı 3 nəfər, həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,21 ha, qanuni sahə 0,12 ha, zəbt olunmuş sahə 0,09 ha, cəmi torpaq pay norması 1,17 ha, çöldən düşən bağ sahəsi 0,73 ha, əkin sahəsindən verilən sahə 0,35 ha göstəri lmişdir.

5. Yenə həmin cədvəldə 522-cı sırada İddiaçı1 adının qarşısında subyektlərin sayı 4 nəfər, həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,10 ha, qanuni sahə 0,10 ha, cəmi torpaq pay norması 1,56 ha, çöldən düşən bağ sahəsi 1,46 ha, əkin sahəsindən verilən sahə 0,10 ha göstərilmişdir.

6. Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,5009 ha (çoxillik əkmələr) kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ilə bağlı üçüncü şəxs Cavabdeh2 adına A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 18.11.2011-ci ildə 391 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti tərəfindən Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən 0,4832 ha torpaq sahəsinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 14.05.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh2 adına bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

8. Yuxarıda qeyd olunan A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında 15.05.2018-ci ildə sənəd üzrə 0,5009 ha, faktiki isə 0,4832 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) ilə bağlı üçüncü şəxs Cavabdeh2 adına A-263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir.

9. İddiaçı1 cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək 0,48 ha torpaq sahəsi ilə bağlı Cav abdeh2 adına tərtib edilmiş A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsini, həmin torpaq sahəsinin özünün və ailə üzvlərinin adına sənədləşdirilməsi xahiş etmiş, lakin cavabdeh 29.11.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpaq sahəsinin planı və ölçüsü"nün, habelə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi İdarənin səlahiyyətinə daxil deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü i l tarixli 110 saylı qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 14.05.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ailələrinə düşən 0.48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına torpaq sahəsinin planı və ölçüsü sənədi verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

11. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavab deh4 adına işlənmiş A seriyalı 379945 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün, onun əsasında tərtib edilmiş 15.05.2018-ci il tarixli 263042 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün, həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK tərəfindən 05.09.1999-cu il tarixdə tərtib edilmiş akt əsasında mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər.

12. İddianın əsaslarına görə, 05.09.1999-cu il tarixdə torpaq islahatı aparılan zaman dörd nəfər ailə üzvünə 2 nömrəli fındıqçılıq sovxoz undan 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq topası xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi yerində göstərilərək iddiaçılara təhkim edilmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsinə DƏDRX-in 18 saylı Ərazi İdarəsindən 14.05.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış almışlar. İddiaçılar 1999-cu ildən hal-hazıradək həmin torpaq sahəsini istifadə etməklə ona sahiblik etmişlər. Üçüncü şəxslərin əmlak payı olmadığına görə onlara torpaq sahəsi ayrıla bilməzdi. Odur ki, iddiaçılar ailələrinə düşən torpağı tələb edirlər.

13. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala rayon AİK-ın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqata la rayonu Yuxarı Tala kəndində 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,5009 ha (müayinə zamanı faktiki sahə 0,4832 ha olmuşdur) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq 14.05.2018-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

14. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 həmin qərardaddan apellyasiya şikayəti vermişlər.

15. Şəki Apellyasiya Məhkəməsinin 04.12.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçılar tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 04.12.2019-cu il tarixli qərardadı ləğv edilərək iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

17. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.07.2020-ci il tarixli 2-1(107)-255/2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.0 9.2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.

18. Şəki İnzibati Məhkəməsinin (hakimi Vidadi Qasımov) 30.03.2021-ci il tarixli, 21(116)-162/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 adına "Torpaq sahəs inin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş torpaq sahəsi torpaq islahatı zamanı 05.09.1999-cu il tarixli aktla iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsidir. Bu səbəbdən də sadalanan sənədlərin üçüncü şəxslərin adına rəsmiləşdirilməsi qanuni olmamışdır.

20. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayət vermişlər. b. Apellyasiya instansiyası məhkəməsində icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 21(107)-285/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Elçin Hüseynov və Rövşən Rəfiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin 0,48 ha. torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsi və yaxud qərarın ləğv edilərək işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabd ehin kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh hesab edir ki, məhkəmə tərəfindən Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qərarında qeyd olunan maddi hüquq normasına münasibət bildirilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Zaqatala rayon 2 nömrəli fındıqçılıq sovxozunun YAİK tərəfindən 05.09.1999-cu il tarixində verilmiş fındıq bağının yerləşdiyi 0,48 ha. torpaq sahəsinə iddiaçıların adına cavabdeh tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi üçün həmin torpaq sahəsinin yerini müəyyən edən məlumatlar mövcud olmalıdır. Müvafiq torpaq sahələrinə qeyd olunan məlumatlar olmadığından cavabdeh tərəfindən sözügedən sənədin tərtib edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, Torpaq Məcəlləsinin 68-ci madd əsinə əsasən torpaq sahəsi üzərində hüquq yaranması üçün onun sərhədlərinin yerində müəyyən olunması, plan və ölçüsünün tərtib edilməsi mütləqdir.

26. Məhkəmə yuxarıda göstərilən halları nəzərə almayaraq cavabdeh inzibati orqanın üzərinə icrası mümkün olmayan öhdəlik qoymuşdur. Belə ki, ləğv edilmiş DTXK tərəfindən Ərazi İdarəsinin xidməti istifadəsinə verilmiş məlumatlarda iddiaçılara YAİK tərəfindən 05.09.1999-cu ildə verilmiş fındıq bağının yerləşdiyi 0,48 ha. torpaq sahəsinə dair hər-hansı bir məlumat yoxdur. Məhkəmə nəzərə almamışdır ki, Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə zidd qərar qəbul edilmişdir. Belə ki, oxşar mübahisələrlə bağlı əvvəlki məhkəmə qərarlarında qeyd edilmişdir ki, məcburetmə və öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətinin dəyişdirilməsini tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehi n imtinasının əsaslı olubolmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir. b. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

28. Məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddia tələbinin mümkün hesab edilməsi iddiaçıların qarışıq iddia tələbinin təmin edilməsi anlamına gəlməməlidir. İddiaçıların istifadə etdikləri torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə eyniləşdirilməməlidir. İddiaçıların yalnız üçüncü şəxslər torpaq sahəsinə dair çıxarış aldıqdan sonra guya həmin torpaq sahəsinin onlara məxsus olmasını tələb etmələri, üçüncü şəxslərin konstitusion hüququ olan mülkiyyət hüquqlarının nəticəsi olan çıxarışın ləğvini istəmələri və sahiblik faktına dair heç bir imzası və möhürü olmayan, sonradan tərtib edilmiş arayışa əsaslanmalarının məhkəmə tərəfindən mötəbər hesab edilməsi yolverilməzdir. Üçüncü şəxslərin mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olduğu halda iddiçıların tələbinin təmin edilməsi üçüncü şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

29. Eyni zamanda, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 97-99, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, sübutlar səthi tədqiq edilmiş, zəruri ekspertizalar keçirilməmişdir. c. Kassasiya şikayətlərinə qarşı etiraz

30. İddiaçılar kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edərək kassasiya şikayətlərinin təmin edilmə məsi və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazlar belə əsaslandırılmışdır ki, iş materiallarında olan 07.03.2019-cu il tarixli mütəxəssis rəyi iddiaçıların naturada istifadə etdiyi torpaq sahəsi ilə üçüncü şəxs Cavabdeh2 adına dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin üst-üstə düşdüyünü təsdiq edir. Eyni zamanda, Zaqatala rayon Dövlət Arxivinin vəkil sorğusuna verdiyi cavabdan da məlum olur ki, Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun üzvlərinə əmlakın hesablanması və verilməsi sənədlərində Cavabdeh2 adına torpaq üzərində əmlakın verilməsinə dair aktın olması aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Torpaq islahatı haqqında” Qanun Maddə

11. S ovxoz və kolxozların özəlləşdirilən torpaqları

1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. (-) Maddə

12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. (-) Maddə

13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-) Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdi m edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya b ələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin möv cudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) M addə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, hazırkı qərarın 32-ci bəndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.

38. İşin hallarında məlu mdur ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxs X3 mülkiyyət hüququ Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən qeydə alınmışdır.

39. Lakin işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun üzvlərinə əmlakın hesablanması və verilməsi sənədlərində Cavabdeh2 adında torpaq üzərində əmlakın verilməsinə dair aktın olması aşkar edilməmişdir (İ cild, iş v.150).

40. İşin araşdırılmış hallarından müəyyən olunur ki, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə, 15.05.2018-ci il tarixli 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş torpaq sahəsi torpaq islahatı zamanı 05.09.1999-cu il tarixli aktla iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsidir.

41. Hazırkı qərarın 31-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının həmin torpaq sahəsinə hüququ olduğu halda, bu torpaq sahəsinin üçüncü şəxslərin adına qeydə alınması qanunazidd olmuşdur.

42. İşə ilk dəfə Ali Məhkəmədə baxılarkən də bununla bağlı qeyd edilmişdir ki, fındıq bağının iddiaçıya bilavasitə YAİK tərəfindən təhvil verilməsi barədə 15.09.1999-cu il tarixli aktın YAİK tərəfindən təsdiq edildiyi də nəzərə alındıqda, həmin sənəddə təsdiq edilən fakt (bağ sahəsinin yerində göstərilməklə iddiaçıya təhvil verilməsi) hüquqi əhəmiyyət kəsb edir.

43. Üçüncü şəxs torpaq sahələrinin üst-üstə düşmədiyini iddia etsə də, məhkəmə araşdırmaları ilə üçüncü şəxsin bu dəlili təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin 07.03.2019-cu il tarixli mütəxəssis rəyində (İ cild, iş v.109) qeyd edilmişdir ki, İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Cavabdeh2 adına hazırlanmış seriya RX№ ******* nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

44. İşə məhkəmələr tərəfindən baxılarkən nə cavabdeh, nə də üçüncü şəxslər göstərilən mütəxəsiss rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Məhkəmələr haqlı olaraq həmin mütəxəssis rəyini mötəbər sübut hesab edərək qeyd edilən torpaq sahələrinin üst-üstə düşməsi barədə qənaətə gəlmişdir.

45. Bu hal, eyni zamanda, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmaması, zəruri ekspertizaların keçirilməməsi barədə üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinin də əsassız olduğunu göstərir.

46. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən mütəxəssis rəyində torpaq sahələrini üst- üstə düşdüyü müəyyən edilmişdir. Bu hal isə onu göstərir ki, həmin torpaq sahəsinin naturada ölçülərinin, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkündür. Bununla bağlı məhkəmə qərarının icrası zamanı maneə yaranması barədə cavabdeh əsaslı dəlil irəli sürməmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin qeyri-mümkün ol ması barədə dəlilləri əsassızdır.

47. Cavabdehin kassasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 14.10.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 21(107)-285/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar