Məhkəmə qərarları › İş №2-1(102)-205/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-205/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-205/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ünvanlı sosial yardımın bərpa edilməsi) 29.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(1 03)-2278/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Şəki rayonu, Cumakənd ərazi dairəsi, Cumakənd kəndində qeydiyyatdadır.

2. X6 xx.xx.1981-ci ildə Şəki rayonu, Cumay kəndində doğulmuş, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatdadır.

3. Şəki şəhər İcra Hakimiyyəti başçısının Cumay kənd nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında 26 fevral 2003-cü il tarixli şəhadətnaməyə əsasən, İddiaçı ilə X9 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra Həsənovaya Məmmədova soyadı verilmişdir.

4. Şəxsiyyət vəsiqələrindən müəyyən edilir ki, X16, X10, X14, X17, X7 ataları qismində İddiaçı qeyd olunmuşdur.

5. Azərbay can Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1514 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı adına Şəki rayonu inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ İdarələrinin arxiv məlumatlarında, ƏMDK və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat mövcud deyildir.

6. İş materiallarında olan sığortaedənin əsas məlumatlarından müəyyən olunur ki, X3 adına torpaq sahəsi qeyd olunmuşdur (SUN **********4), xx.xx.2016-cı il tarixdə İddiaçı vergi ödəyicisi kimi qeydə alınmışdır (VÖEN **********).

7. DSMF-nin Sosial Ö dənişlər Departamenti tərəfindən Dövlət Sosial Müdafiə X19 uçota nəzarət və sosial sığorta Departamentinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Şəki rayon sakini İddiaçı Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli və xx.xx.2021-ci il tarixli, **********6 nömrəli müraciətlərinə Fondun Aparatının Sosial ödənişlər Departamentində baxılmış və müəyyən edilmişdir ki, ailəsini təmsil edən şəxs qismində İddiaçı ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) a ltsisteminə daxil etdiyi xx.xx.2016-cı il tarixli, **********81002 nömrəli rəsmi müraciəti əsasında xx.xx.2016-cı il tarixindən ailəsinə təyin olunmuş aylıq 272,86 manat məbləğində sosial yardımın verilməsi barədə “Ərizə bəyannamə”də JN 40413018-219 və JN 40413018-004 nömrəli dövlət aktlarına əsasən kənd təsərrüfatına yararlı torpaq sahələrinin olmasına dair məlumatlar təqdim edilmədiyinə görə ona ünvanlı sosial yardımın ödənişi xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən olunması ilə bağlı rəsmi qaydada VEMTAS-a müraciət etməmişdir. İddiaçı müvafiq məlumatları VEMTAS-a daxil etməklə elektron qaydada müraciət etməsi tövsiyə olunur.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubda qeyd olunmuşdur ki, müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair xx.xx.2010-cu il tarixli, JN 40413018-219 nömrəli dövlət aktına əsasən onun adına sığortaedənin uçot nömrəsi (SUN-**********9) rəsmiləşdirilməlidir. Hal-hazırda mülkiyyətində pay torpaq sahəsi yoxdursa və həmin sığortaedənin uçot nömrəsini (SUN) ləğv etdirmək istəyirsə, ərizə və təsdiqedici sənədlər (əvvəllər mülkiyyətində torpağa mülkiyyət hüququna dair dövlət aktı olubsa və həmin sahə satılıbsa, alqı-satqı müqaviləsinin surəti, bağışlanıbsa, bağışlama müqaviləsinin surəti, pay torpaq mülkiyyətçisinin və payçıların ş əxsiyyət vəsiqələrinin surəti və Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışın surəti) təqdim olunmaqla DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə müraciət etməlidir.

9. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 19 mart 2021-ci il tarixli, **********9 nömrəli məktubda qeyd olunmuşdur ki, DSMF-nin 15 saylı Regional ərazi Filialı (Şəki şəhəri) üzrə xx.xx.2010-cu il tarixdə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış İddiaçı məxsus **********9 nömrəli sığortaedənin uçot nömrəsinin statusu təqdim edilən təsdiqedici sənədlər əsasında ƏƏSMN-nin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.

10. Torpağa mülkiyyət hüququna dair JN 219, kod 40413018 saylı dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli, 49 nömrəli qərarı ilə X11, X2, X12, X8, X4 1,83 hektar torpaq sahəsi ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sosial yardımın dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial yardımın bərpa edilərək həmin tarixdən ödənilməsinə davam etdirilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Son radan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixli, **********1002 saylı müraciətinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın xx.xx.2017-ci il tarixdən bərpa edilərək, həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi 6 nəfərdən ibarətdir. Onun ailəsi çoxuşaqlı ailə olduğundan dövlət tərəfindən ailəsinə sosial yardım təyin edilmişdir. Lakin ailələrinə təyin edilən sosial yardım dayandırılmış və sosial yardım almaq hüquqları əsassız olaraq ləğv edilmişdir. Belə ki, sosial yardımın dayandırılmasının əsası kimi cavabdeh tərəfindən ona bildirilmişdir ki, onun adına xx.xx.2010-cu il tarixli, 40413018-219 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı mövcuddur. Onun adına torpaq sənədinin olması barədə cavabdehin dedikləri həqiqəti əks etdirmir. Ona görə ki, Şəki rayon Cumakənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, Şəki şəhər İcra Hakimiyyəti başçısının Cumakənd nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlarda göstərilir ki, Cumakənd kəndində torpaq islahatı aparılarkən ona və ailəsinə torpaq payı verilməmişdir. Ailəsinə verilən sosial yardımın dayandırılması qanunsuz və əsassızdır.

14. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddianın mümkün sayılmamasına dair 2 mart 2022-ci il tarixli ərizədə göstərilmişdir ki, iddiaçının ailəsinə xx.xx.2016 tarixdə 272,86 AZN ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının özünün və ailə üzvünün mülkiyyətində müvafiq olaraq JN 40413018-219 və JN 40413018-0004 nömrəli torpaq mülkiyyətinin mövcud olduğu, lakin iddiaçının doldurduğu ərizə-bəyannamədə həmin məlumatların əks olunmadığı aşkar edilmişdir. Aşağıda qeyd edilən hüquqi və faktiki xüsusatlara görə icraatda olan 2-1(112)11074/2021 nömrəli iş üzrə iddia mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı cavabdeh orqana xx.xx.2021 və 09.3.2021-ci il tarixli eyni məzmunlu müraciətlərində ona ünvanlı dövlət sosial yardımın təyin edilməsini xahiş etmiş, əvvəllər təyin edilmiş sosial yardımın dayandırılması barədə qərarın ləğv edilərək, sosial yardımın bərpa edilməsi barədə tələb irəli sürməmişdir. Lakin iddiaçı məhkəmədə fərq li məzmunlu -xx.xx.2021-ci il tarixdə dayandırılmış sosial yardımın bərpa edilməsi barədə tələb irəli sürmüşdür. Bu səbəbdən, Ali Məhkəmənin Plenum qərarına müvafiq olaraq, iddiaçının eyni məzmunlu ərizə ilə əvvəlcə cavabdeh orqana müraciət etməməsi əsası ilə iddia tələbi mümkünsüz sayılmalıdır. Bundan əlavə, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın (7 noyabr 2020-ci il tarixli dəyişikliklərə müvafiq redaksiyada) 2-ci maddəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət qaydaları aşağıdakı şəkildə müəyyənləşdirilmişdir: ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya və kil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”n i (2 nömrəli əlavə) dolduraraq Nazirliyin X1 sisteminin "Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. İddiaçı ona sosial yardımın təyin edilməsi tələbinə dair iddia qaldırsaydı belə, təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırıldıqdan sonra ona yenidən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qanunvericilikdə müəyyən edilmiş qaydada VEMTAS altsistemi vasitəsilə müraciəti olmadığından iddiası mümkün sayıla bilməzdi. Digər tərəfdən, sözügedən Qanunun 10-cu maddəsində (2 iyun 2020-ci il tarixədək qüvvədə olan redaksiyada) qeyd edilmişdir ki, sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 5-ci maddəsində ünvanlı dövlət sosial yardımı təyin edilərkən nəzərə alınan gəlirlər və onların hesablanması qaydası müəyyən edilmişdir. Həmin Qaydaların 5.14-cü maddəsində torpaq payından əldə edilən gəlirin hesablanması qaydası aşağıdakı məzmunda ifadə olunmuşdur: torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından iba rət olduğu hallarda, ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının mülkiyyətində torpaq payının olması ünvanlı dövlət sosial yardım məbləğinin dəyişməsinə səbəb olan hal hesab olunduğundan, iddiaçı tərəfindən doldurulan ərizə-bəyannamədə həmin halın qeyd edilməməsi onun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının qanunvericiliyə müvafiq qaydada dayandırılması ilə nəticələnmişdir. Yəni, iddiaçıya təyin edilmiş sosial ödənişin dayandırılmasında inzibati orqan haqlı olmuşdur. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döv lət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubda qeyd olunmuşdur ki, mövcud arxiv materiallarına əsasən İddiaçı adına Lənkəran şəhəri ərazisində yerləşən 0,01 ha həyətyanı torpaq sahəsi aşkar edilmiş, lakin arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilməmişdir. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar edilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2899/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddiа təmin edilmiş, iddiaçının 7 noyabr 2016-cı il tarixli **********1002 saylı müraciətinə əsasən, ona təyin olunmuş ünvanlı sosial yardımın 2 mart 2017-ci il tarixdən bərpa edilərək, həm in tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın dayandırılmasına əsas kimi istinad olunan "Torpağa mülkiyyət hüququna dair” JN 219, kod 40413018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, qeyd olunan Akta əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli, 49 nömrəli qərarı ilə X11, X2, X12, X8, X4 1.83 hektar torpaq sahəsi ayrılmışdır və göstərilən torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciət və məlumat əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etmək dən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2278/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2899/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kassasiy a şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayəti iddiaya qarşı etiraza və apelyasiya şikayətinə uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən imtina məktubunun əsaslarından olan iddiaçının ailə üzvü X5 mülkiyyətində torpaq sahəsinin olub-olmaması ilə bağlı müvafiq araşdırılma aparılmamışdır.

23. Sözügedən halın müəyyən edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestrinə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli sorğu ünvanlanmışdır. Qeyd olunan sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən xx.xx.2022-ci il tarixli, **********23 cavab məktubunda bildirilmişdir ki, həmin məlumatlar hüquq sahiblərinə, onun tərəfindən vəkil edilmiş şəxslərə və ya hüquq sahibinin əmlakına qanun və vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə verilə bilər. Bu səbəbdən qeyd olunan məlumatların cavabdeh inzibati orqana verilməsindən imtina edilmişdir.

24. Qeyd olunan məlumatların əldə olunması üçün apellyasıya instansiyası məhkəməsinə vəsatətlər verilsə də, həmin məlumatların əldə olunması üçün məhkəmələr tərəfindən sorğu göndərilməmiş və iş üzrə lazım olan sübutlar tam səkildə toplanaraq qiymət verilməmişdir.

25. Bundan başqa, məhkəm ə qərarı ilə xx.xx.2017-ci it tarixdən ünvanlı sosial yardımın bərpa edilərək iddiaçıya ödənilməsi qərara almışdır. Məhkəmənin gəldiyi nəticə ilə işin faktiki halları uyğunsuzluq təşkil edir. Belə ki, “Ünvanlı dövlət sosial yardım haqqında” Qanuna əsasən vətəndaşlara ünvanlı dövlət sosial yardımı müəyyən müddətə təyin edilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müə yyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə

6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial ya rdımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 28. “Azərbaycan Respu blikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. 29. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. 30. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. 31. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. 32. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. 33. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qa biliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra qurumlar) informasiya ehtiyat larından və sistemlərindən istifadə olunur: 1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi; 1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; 1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; 1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi; 1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; 1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti; 1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; 1.3.18. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi; 1.3.19. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” po rtalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda (3.7.1) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda (3.7.2) -sosial yardım üçün mür aciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə (3.7.3); -ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) (3.7.4) -ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır) (3.7.5) -ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda (3.7.6); -ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.7). 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ail ə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaq qı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fə aliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdi yi qiymətlərə əsasən müəyyənləşdirilir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvanlı dövlət sosial yardımın bərpası üçün tələb olunan şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qa ydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ailəsini təmsil edən şəxs qismində iddiaçının qanunvericiliyə uyğun olaraq ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2016-cı il tarixli, **********81002 nömrəli rəsmi müraciətinə əsasən, onun ailəsinə xx.xx.2016-cı il tarixdən aylıq 272,86 manat məbləğində sosial yardım t əyin edilmişdir.

43. İddiaçı tərəfindən doldurulmuş “Ərizə bəyannamə”də kənd təsərrüfatına yararlı torpaq sahəsi barədə məlumatların qeyd olunmaması səbəbi ilə cavabdeh xx.xx.2017-ci il tarixdən ünvanlı sosial yardımın ödənilməsini dayandırmışdır.

44. Bununla bağlı qeyd edilməlidir ki, ünvanlı dövlət sosial yardımın məqsədi, təyin olunması prinsipləri və hüquqi əsasları “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanuna əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

45. Nəzərə almaq lazımdır ki, iddiaçının mülkiyyət hüququ əsasında torpaq sahəsinə malik olması ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün yetərli əsas say ıla bilməz. Belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun həmin torpaq sahəsindən ailənin maddi rifahının lazımi səviyyədə təmin edilməsi üçün yetərli qədər gəlir əldə etməsi anlamına gəlmir. Bu qərarın 27-ci bəndində istinad olunan normaya görə, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Bu qərarın 34-cü bəndində istinad olunan normaya görə ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə sosial yardımın ödənilməsini dayandırarkən cavabdeh iddiaçının mülkiyyətində torpaq sahəsinin olmasına və bu barədə məlumatın “Ərizə bəyannamə”də qeyd olunmamasına istinad etmişdir. Halbuki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə iddiaçının mülkiyy ətində hər hansı torpaq sahəsinin olmadığı təsdiq olunur. Eləcə də iş üzrə materiallardan cavabdehin istinad etdiyi torpağa mülkiyyət hüququna dair dövlət aktlarının iddiaçıya və onun ailə üzvlərinə hər hansı aidiyyətinin olmadığı görünür.

47. Xüsusilə vurğulamaq lazımdır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcl udur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

48. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək v əzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müddətin nəzərdə tutulması əsassız dayandırılmış sosial yardımın ödənilməsinin bərpa olunmasını istisna edən hal kimi təfsir edilə bilməz. Sosial yardımın təyin olunması və ya bərpası ilə bağlı məsələnin həlli zamanı əhəmiyyətli olan şəxsin sosial yardım almaq hüququna malik olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş meyarların ona münasibətdə mövcud olmasıdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsin in iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2278/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar