Məhkəmə qərarları › İş №2-1(102)-2050/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2050/2019

15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2050/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: təhsil hüququ ilə bağlı mübahisələr; diplomun tanınması GİRİŞ HİSSƏ Hakimlər: 15.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X3 ibarət tərkibdə, E.Məmmədzadənin katibliyi ilə İddiaçının vəkili X1, cavabdeh Nazirliyin nümayəndəsi X2 və vəkili X4 iştiraklı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom tanınması və şəhadətnamənin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukraynanın Kiyev Milli Texnoloji və Dizayn Universiteti tərəfindən iddiaçının adına verilmiş 31 yanvar 2017-ci il tarixli, B17 002228 nömrəli Diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarı ilə (hakim R.Kəriml i; iş № 2-1(82)-2094/2018) iddianın təmin edilməsi; İddiaçı Ukrayna Respublikası Kiyev Milli Texnologiya və Dizayn Universiteti tərəfindən verilmiş 31 yanvar 2017-ci il tarixli B17 002228 nömrəli diplom üzrə ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh Nazirliyin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov; iş № 21(103)-63/2019) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şik ayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Cavabdeh Nazirliyin apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək, iddia tələbini rədd edərkən öz mövqeyini tamamilə fərqli olan dəlillərlə izah etmişdir. Yəni, apellyasiya instansiyası məhkəməsi öz mövqeyini iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə de yil, ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab verməməsi ilə izah etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu barədə mövqeyini hüquqi baxımdan əsaslandırmamışdır. Məhkəmə öz qərarında yalnız bir neçə hüquqi sənədin adını çəkməklə kifayətlənmiş, başqa hər hansı fakta və sübuta isə istinad etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili A.Ələkbərova kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Məhkəmə kollegiyası icla sında çıxış edən cavabdeh Nazirlyin vəkili H.Cəlilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirlyin nümayəndəsi İ.Quliyeva vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 2012 -2017-ci illərdə Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universitetində qiyabi təhsil almış və ona B17 002228 saylı 31 yanvar 2017-ci il tarixli Diplom verilmişdir. İddiaçı ali təhsil haqqında sənədlərinin nostrifikasiya olunması ilə bağlı cavabdeh Nazirliyə müvafiq ərizə ilə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 16.06.2017-ci il tarixli, 23-0402/ANİ saylı cavab məktubu ilə bildirilmişdir ki, Nazirliyin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nı, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Ərizənin baxılması hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinin i (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universitetitərəfindən iddiaçının adına verilmiş 31.01.2017-ci il tarixli B17 002228 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması mümkün hesab edilmir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, cavabdeh Nazirlik iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edərkən öz imtina qərarını Azərbaycan R espublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarının müddəaları ilə əsaslandırmışdır. Belə ol an halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuşdur. Ona görə də, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 203 saylı 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.27-ci və 8.28-ci bəndlərinə müvafiq olaraq Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlə tlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Bundan başqa, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, «xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, «ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə anın verilməsi səpkisində baxılmalıdır»; d) yarımbəndində qeyd edilir ki, «səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternat iv, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı bəndinə əsasən, ixtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyriakademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil ediməsi formasında ola bilər. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 64 saylı 13.05.2003-cü il tarixli Qərarla təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş a li təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.4-cü bəndinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nə zərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə müvafiq olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasındı təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə uyğun olaraq təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisas mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə müvafiq olaraq ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan azolduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya instansiyası məhkəməsi ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin qarşılıqlı tanınmasının və e kvivalentliyinin müəyyən edilməsinin müvafiq olaraq təşkil edilmiş ekspertizaların rəyləri əsasında cavabdeh Nazirlik tərəfindən həyata keçirildiyini qeyd etsə də, sözügedən ekspertizaların predmetinin “nə olmasının” müəyyən edilməsində cavabdeh inzibati orqanın dəlillərinə əsaslanaraq, hazırki işin hallarına düzgün qiymət verməmiş, nəticədə yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. İş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən təşkil edilmiş ekspertiza yuxarıda məzmunu verilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğunu, yəni iddiaçının xaricdə aldığı ali təhsilin müddəti və məzmunu ilə bağ lı məsələləri deyil, iddiaçının rus dilinin bilməsinin qənaətbəxş olmamasını müəyyən etməklə, onun biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmiş və bunun əsasəndə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Halbuki, cavabdeh inzibati orqan iddiaçının bilik səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılılmış sual - cavabların sənədləşdirilməsinə və bu zaman iddiaçıya müvafiq sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi isə, bu kimi vacib məsələlərə hər hansı hüquqi qiymət verməmişdir. Əslində isə, cavabdeh inzibati orqanının dəlillərindən fərqli olaraq, iddi açıya tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, bu inzibati orqanın deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələləri artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh inzibati orqanın təşkil etdiyi ekspertiza qarşısında iddiaçının xaici dil üzrə və dolayısı yol ilə aldığı ixtisas üzrə biliklərinin yoxlanılması deyil, iddiaçının təhsil aldığı xarici ali təhsil müəssisəsində təşkil olunmuş tədrisin müddətinin və məzmununun Azərbaycan Respublikasının müvafiq tədris standartlarına uyğun olub-olmamasının yoxlanılması məsələsi qoyulmalı idi. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, yuxarıda sadalanan maddi hüquq normaları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar xarici ali təhsil müəssisəsi tərəfindən verilmiş diplomun tanınması və ekvivalentiliyinin müəyyən edilməsi zamanı iddiaçının biliklərinin yoxlanılmasından bəhs etmir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtina üçün əsas kimi gətirdiyi hallar yuxarıda sadalanan maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın iddiaçının mütəxəssis diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin apellyasiya instansiya məhkəməsi bu hallara lazımi hüquqi qiymət verə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icra atında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli; iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxar ıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Ukrayna Respublikası Kiyev Milli Texnologiya və Dizayn Universiteti tərəfindən verilmiş 31 yanvar 2017-ci il tarixli B17 002228 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəlyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar