Məhkəmə qərarları › İş №2-1(102)-2050/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2050/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2050/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məcburi köçkün kimi mənzillə təmin etmə, bir dəfə mənzillə təmin olunma) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı mənzillə təmin olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-1497/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası X9 onunla yaşayan beş nəfər ailə üzvü ilə birlikdə Sabirabad rayonunda məcburi köçkünlər üçün tikilmiş Zəngilan yaşayış qəsəbəsində 147 saylı evlə təmin olunmuşdur.

2. İddiaçı məcburi köçkün statusu ilə X3 ailə üzvü qismində həmin ünvanda məskunlaşmışdır. Hazırda müstəqil ailə olaraq məcburi köçkün kimi mənzillə təmin olunmasını tələb edir.

3. İddiaçı mənzillə təmin olunması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh 02.03.2020-ci il tarixli, 01\8415 nömrəli məktubla onun tələbinin təmin olunmasından imtina edildiyini, 2007-ci ildə atası X3 ailə tərkibində dövlət tərəfindən Sabirabad rayonu, Zəngilan qəsəbəsində 147 saylı evlə təmin olunduğunu və məcburi kö çkün ailələrinin dövlət tərəfindən yalnız bir dəfə mənzillə təmin olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa olunmasını və məcburi köçkün kimi mənzillə təmin edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1993-cü ildən Şirvan şəhərində məskunlaşmışdır. 2007-ci ildə yaşadığı Qres yataqxanasının ərazisində aparılan tikinti işləri ilə əlaqədar həmin ərazidən məcburi köçkünlərin bir hissəsi Şirvana şəhərinə, qalanları isə Sabirabad rayonuna məcburi şəkildə köçürülmüşdür. Onun valideynləri də Sabirabad rayonuna köçürülənlərin arasında idi. O, Şirvan şəhərində işlədiyinə görə və ailə təsərrüfatı ayrı olduğu üçün Şirvan şəhər 28 nömrəli texniki peşə məktəbində məskunlaşaraq yaşamışdır. 2019-cu ildə məcburi köçkünlərə mənzil tikintisi ilə əlaqədar cavabdehin nümayəndələri onu təkrar qeydiyyata alsalar da, 2020-ci il yanvar ayında mənzillərin bölüşdürülməsi zamanı ona mənzil verilməmişdir. Ona bildirilmişdir ki, Şirvan şəhərində qeydiyyatda deyildir. Cavabdeh tərəfindən sənədlərə və qonşuların şahidliyinə əhəmiyyət verilməmişdir. Bu barədə cavabdehə ərizə ilə müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Hesab edir ki, hüquqları kobud şəkildə pozularaq ona mənzil verilməsindən imtina olunmuşdur. Onun da digər köçkünlər kimi mənzillə təmin olunmağa hüququ və ehtiyacı vardır.

6. Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tari xli, 2-1(112)-1110/2021 nömrəli (hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı məcburi köçkün kimi cavabdeh tərəfindən artıq bir dəfə yaşayış sahəsi ilə təmin edildiyindən, onun bu barədə tələbindən cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia tələbi təmin edilməməlidir.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2-1(103)-1497/2021 nömrəli qərarı ilə (hakimlər Nuriyeva Afaq-sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) iddiaçının şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 20 21-ci il tarixli, 2-1(112)-1110/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 02.10.2020-ci il tarixli, 628 nömrəli məktubdan görünür ki, Zəngilan rayon İcra haki miyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 30.09.2020-ci il tarixli, 20 nömrəli arayışına əsasən, Zəngilan rayonu, Qaradərə kənd sakini İddiaçı hal-hazırda Sabirabad rayonu, Rüstəmli kəndi, yeni salınmış qəsəbədə müvəqqəti məskunlaşmışdır. Digər tərəfdən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 18.12.2020-ci il tarixli, 809 saylı məktubda isə qeyd edilmişdir ki, Zəngilan rayon Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin texniki səhvi ilə bağlı Zəngilan rayon, Qaradərə kənd sakini İddiaçı ünvanı barədə məlumat onlara düzgün çatdırılmadığına görə, Zəngilan rayon sakininin faktiki yaşayış yeri barədə məlumat yenidən aidiyyatı üzrə göndərilir. Belə ki, Abasov X8 şəhərində qeydiyyatda olmaqla, Şirvan şəhəri, 28 saylı Texniki Peşə Məktəbinin inzib ati binasında məskunlaşmışdır. Halbuki, o məcburi köçkün kimi 1993-cü ildən Şirvan şəhərində məskunlaşmış və orada da qeydiyyata düşmüşdür. Faktiki olaraq məcburi köçkün kimi mənzillə təmin edilməmişdir. Hal-hazırda da Şirvan şəhərində məcburi köçkünlər üçün tikilən yaşayış binasında kifayət qədər boş mənzil olmasına baxmayaraq, cavabdeh əsassız olaraq onu mənzillə təmin etmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 14. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)-Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 15. “Məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının: - 1.3-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. - 1.4-cü bəndinə əsa sən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. - 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra– Komitə) qərarı ilə həyata keçirilir. - 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunu r. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. - 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. - 2.3-cü bəndinə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavə sində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. - 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə ob yektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. - 2.11.2-ci bəndinə əsasən köçürülmə zamanı məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət formal tələblərə uyğundur, laz ımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəmə sinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Hazırkı mübahisə iddiaçının məcburi köçkün kimi cavabdeh tərəfindən mənzillə təmin edilməməsi ilə bağlıdır.

23. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X9 arasında bağlanmış 11.08.2009-cü il tarixli, 138 №-li müqavilənin surətindən görünür ki, X9 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Sabirabad rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş yeni yaşayış qəsəbəsində 2 otaqlı 147 saylı evdə məskunlaşmışdır.

24. Həmin müqaviləyə əlavə edilmiş məcburi köçkünlərin miqrasiya formasından və iş üzrə materiallardan X4, İddiaçı, X5, X1, X7, X2 X3 ailə üzvləri olduğu təsdiq olunur. Həmin şəxslər Əli Bayramlı şəhəri, LES-in ərazisində qeydiyyatda olmuş, 03.12.2007-ci il tarixdə qeydiyyatdan çıxarılmışlar. Köçürüldükləri yer Sabirabad rayonudur.

25. Bundan başqa, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ailənin say tərkibi (Habil Abasov və İddiaçı) nəzərə alınmaqla həmin ailəyə əlavə olaraq 152 saylı, 1 otaqlı mənzil də verilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.03.2020-ci il tarixli, 01/8415 №-li məktubdan atası X3 adına ünvan 4 ünvanında yerləşən 0.06 ha çıxarışlı torpaq sahəsinin mövcud olduğu da görünür.

26. Məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi yuxarıda istinad olunan normaların təl əblərinə uyğun olaraq həyata keçirilir. Həmin normalara əsasən köçürülmə zamanı məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir.

27. İddiaçı hazırkı tələbinin əsası kimi həm də müstəqil təsərrüfat kimi qeydiyyata alındığına istinad etmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, ailə üzvü kimi yaşayış sahəsi ilə təmin edildikdən sonra iddiaçının atasının təsərrüfatından ayrılması və müstəqil təsərrüfat kimi qeydiyyata alınması, onun yuxarıda istinad olunan normalar baxımından məcburi köçkün kimi yeni yaşayış sahəsi ilə bağlı tələb hüququnun yaranmasını şərtləndirmir.

28. Kassasiya şikayətində X3 ailə tərkibi ndə evlə təmin olunduğu, atası X3 adına ünvan 4 ünvanında yerləşən 0.06 ha çıxarışlı torpaq sahəsinin mövcud olduğu iddiaçı tərəfindən təkzib edilməmişdir. İş üzrə materiallardan da iddiaçının bunu təkzib etdiyi müəyyən edilməmişdir.

29. Beləliklə, iddiaçı məcburi köçkün statusu ilə atasının ailə tərkibinə aid şəxs kimi cavabdeh tərəfindən artıq bir dəfə yaşayış sahəsi ilə təmin edilmişdir. Bu mənada iddiaçı yuxarıda qeyd olunan səbəblərdən məcburi köçkün kimi ayrıca mənzillə təmin olunmasını tələb etməkdə haqlı sayıla bilməz.

30. Məhkəmə kollegiya hesab edir ki, mənzillə təmin edilməsi barədə iddiaçının tələbindən cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır.

31. Nəticə etibarı ilə, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 21(103)-1497/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar