Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2051/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (sərəncamının etibarsız hesab edilməsi) Giriş hissə: 14.10.2020 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(107)-157/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiy a şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı əri X1 inşa etdirdiyi tikilinin yerləşdiyi topaq sahəsinin X3 icarəsinə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2003cü il tarixli 140 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2019-cu il tarixində ərizə verərək, Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx. 2020-ci il tarixli,2-1(116)-46/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərardadı ilə iddianınmümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.5, 35.1, 36.1, 36.4, 38.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 296– 298-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, hazırkı iddia tələbi prosessual qanunvericiliyin tələblərinə cavab vermir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına qaytarımasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-157/2020 nömrəli (hakimlər Vəzirx an Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Ayaz Mahmudov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdi ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Mingəçevir şəhər XDS İcraiyyə Komitəsınin xx xxxx 1994-cü il tarixli 97 saylı qərarı ilə X12 məxsus bağ sahildəki saatsaz köşkünün kolxoz bazarının qarşısındakı «Gül» mağazasının qərb hissəsin dəki boş sahədə yerləşdirilməsi üçün 5,4 kvadrat metr (2,7 x 2) torpaq sahəsi ayrılmışdır. Cavabdeh Başçısının xx xxxxxxxx 1998-ci il tarixli, 267 saylı Sərəncamı ilə X7 mərkəzi bazarın qarşısındakı mövcud kommersiya mağazalarının yanında (cizgidə qeyd olunan yerdə) ticarət köşkünün tikintisi üçün 6 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Cizgidən görünür ki, R. Sarıyevə ayrılmış torpaq sahəsi saatsaz köşkünün yanıdır. 2002-ci ildə isə həmin yerləri sökən İcra Hakimiyyəti həmin şəxslərə Mingəçevir səhəri, M.Ə.Rəsulzadə (H.Əliyev) küçəsi, 48 saylı bina ilə 50 saylı binanı obyekt tikmək təklif etmiş və verilmiş layihə əsasında da əri Məmməd Sarıyev obyekt inşa etdirmişdir. Daha sonra isə Cavabdeh Başçısının xx xxx 2003·cü il tarixli 140 saylı sərəncamı ilə Rinat Sarıyev 15 kvadrat metr, qo nşu Həcər Həsənovaya 15 kvadrat metr tikdikləri ticarət obyektlərinin altındakı torpaq sahəsini 10 il müddətinə icarə əsasında istifadələrinə verilmiş, daha sonra isə daha 15 il müddətinə torpaq icarə müqaviləsi bağlamışlar. Rinat Sarıyev isə əli ilə onun inşa etdirdiyi tikilini xx xxxxxx 2017-ci ildə öz adına qeydə aldırmışdır. Halbuki, xx xxx 2003-cü il tarixli 140 saylı Sərəncama əlavə olunmuş Cizgidən görünür ki, M.Ə.Rəsulzadə küçəsi, 48 saylı bina ilə 50 saylı binanın arasından X4 ticarət obyekti tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, məhz həmin Sərəncamla onun əri ilə inşa etdirdiyi tikiliyə mülkiyyət hüququ əldə etmək hüququndan məhrum edilmişdir. Sərəncamın surətini xx xxxx 2019-cu il tarixdə alıb tanış olmuşdur. Rinat Sarıyevin həmin tikiliyə mülkiyyət hüququ əldə e tməsindən isə xx xxxxx 2019-cu ildə xəbərdar olub hazırkı iddianı qaldırmışdır. Məhkəmənin gedişində o, məhkəməyə bildirmişdir ki, sərəncam qəbul olunanda Rinat Sarıyevin şəxsiyyət vəsiqəsi ümumiyyətlə olmamışdır. Sərəncam saxta məlumatlar əsasında hansısa yolla əldə edilmişdir. X12 verilmiş torpaq sahəsinin onun razılığı olmadan başqa şəxsə verilməsi qanunsuz olsa da, məhkəmə bu halı nəzərə almamışdır. Şikayətini təmin etməyən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 2.2.5, 36.1, 36.3, 36.4-cü maddələrinə əsasən «Subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədilə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverənlik) şərtlərindən yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn, məcburetmə haqqında iddia müddətini ötürmüş və ya inzibati orqana əvvəlcədən ərizə ilə müraciət etməmişdirsə, onda eyni məsələ ilə bağlı müəyyənetmə haqqında iddia qaldıra bilməz (4-cü səhifə son abzas). Daha sonra işin halları ilə bağlı heç bir münasibət bildirmədən məhkəmə formal olaraq işə aidiyyəti olmayan müxtəlif qərarlara, «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakoviç Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli, Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli, Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000ci il tarixli qərarına istinad etmişdir. Ancaq səhifəlik qərardadda onun şikayətinin hansı səbəbdən təmin olunmaması aydın deyildir. O, əri ilə inşa etdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin Cavabdeh Başçısının xx xxx 2003-cü il tarixli 140 saylı sərəncam ilə Rinat Sarıyevin istifadəsinə verilməsi barədə Sərəncamı mübahisələndirmişdır. Həmin Sərəncamdan xx xxxx 2019-cu ildə xəbərdar olub, məhkəmədə iddia qaldırmışdır. Tələbi mübahisələndirmə və tanınma barədə iddia olduğundan tələb olunan 1 aylıq müd dəti pozmadan iddia qaldırmışdır.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(107)-157/2020 saylı qərardadını ləğv edib, işi məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasın a əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli, 2-1(107)-157/2020 saylı qərardadı ilə və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx xxx 2003-cü il tarixli, 140 nömrəli sərəncamına əsasən, M.Ə.Rəsulzadə prospekti, 48 və 50 saylı binaların arasındakı sahədə razılaşdırılmış layihə əsasında tikdikləri ticarət obyektlərinin altındaki torpaq sahələri 10 (on) il müddətinə X5 15 kvadrat metr X6 15 kvadrat metr verilməsi qərara alınmışdır. Bu arada xü susi olaraq qeyd edilməlidir ki, Cavabdeh başçısının xx xxx 2003-cü il tarixli 140 nömrəli sərəncamı torpaq sahəsinin istifadəyə verilmə müddəti keçdiyi üçün artıq öz qüvvəsini itirmişdir. Cavabdeh başçısının xx xxxxxxxx 2015-ci il tarixli 99 nömrəli sərəncamı ilə X2 müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinin istifadə müddəti daha 20 il artırılmışdır. Halbuki hazırkı iddia tələbi Cavabdeh Başçısının xx xxx 2003-cü il tarixli 140 saylı sərəncamın etibarsız sayılması barədədir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən prosessual hüquq normaları düzgün tətbiq etməklə işin halları ilə bağlı doğru nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəyə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə müvafiq olaraq müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllə nin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin həmin maddələrinə istinad edib haqlı olaraq belə qənaətə gəlmişdir ki, subsidiarliq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük [yolverilənlik] şərtlərindən (məs: İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn məcbure tmə haqqında iddia müddətini ötürmüş və ya inzibati orqana əvvəlcədən ərizə ilə müraciət etməmişdirsə, onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllən in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsində m üəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcə llənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 285.0.3, 296–298-ci maddələri haqlı olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 285.0.3-cü maddəsində göstərilirdi ki, məhkəmə xüsusi iddia icraatı qaydasında müvafiq icra ha kimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə baxa bilər. Həmin Məcəllənin 296.1-ci maddəsində isə qeyd edilmişdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir (Mülki Prosessual Məcəllənin 296.3-cü maddəs i). Mülki Prosessual Məcəllənin 297.1-ci maddəsində müəyyən edilirdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: şəxsin hüquq və azadlıqları pozulmuş olsun; şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Həmçinin Həmin Məcəllənin 298-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət müəyyən edilərək göstərilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllə əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20– 21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarak terindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30–33). Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsus i ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(107)-157/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(107)-1 57/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2051/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2051/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver