Məhkəmə qərarları › İş №2-1(102)-2051/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2051/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2051/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinət hüququnun təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.11.2022 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı “sosial müavinət hüququnun təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2304/2022 nömrəli, 23 iyun 2022-ci il tari xli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Milli Məclisinin “Sosial müavinətlər haqqında” Qanununda yol verdiyi cinayətə bərabər xətanın yəni “işsizlikdən” yana sosial müavinət hüququnun təmin edilməsi haqqında 17 aprel 2020-ci il tarixdən “işsiz” statusu aldığı gündən ona 725 manatdan olmaqla layiqli həyat şəraitini təmin edəcək (işlə təmin olunana kimi aylıq 725 manatdan çox olmaqla) və gələcəkdə devalvasiya, indeksasiya da nəzərə almaqla sosial müavinət verilməsi haqqında cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşlarının hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasının maddələri ilə qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 38.3-cü maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Lakin Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununda sosial müavinət hüququ olan kateqoriyalı insanlardan nədənsə “işsiz” kateqoriyalı insanları n sosial müavinət hüquqları öz əksini tapmamışdır. Bununla da sosial müavinət hüququ olan bu vətəndaşların Konstitusiyanın 38-ci maddəsində nəzərdə tutulan konstitusion haqları qəsdən və bilə-bilə kobud surətdə pozulmuşdur ki, o işsiz kateqoriyadan olan insanlar işsiz olduğu halda onlar dövlət qayğısından məhrum olmasına səbəb olubdur. Bu səbəbdən də iddiaçı və onun kimi “işsiz” statuslu iş axtaran kimi dövlət orqanlarında qeydiyyatdan keçən 100.000-lərlə vətəndaşların konstitusion sosial müavinət hüququ təmin edilməmişdir.

3. Bununla bağlı dəfələrlə ƏƏSMN-nə etdiyi müraciətlər məhz bu qanun boşluğu səbəbindən təmin edilməmişdir. Hətta bu barədə Azərbaycan Respublikasının ƏƏSMN-nə qarşı qaldırdığı məhkəmə çəkişmələri onun əleyhinə olmaqla nəticələnmişdir ki, bu da son dərəcədə ağır sosial durumda olduğu halda onu dövlətin ali məqsədi: ölkə vətəndaşlarına layiqli həyat şəraiti yaratmaq öhdəçiliyindən məhrum etmişdir. Rifahlı, layiqli həyat şəraitini təmin etmək üçün isə dövlət ya iddiaçını orta aylıq əmək haqqı 725 manata bərabər (və ya bundan da çox olmaqla) işlə təmin etməli ya da işlə təmin edənə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2022-ci il üçün proqnozlaşdırdığı orta aylıq əmək haqqı səviyyəsində 725 manatdan olmaqla aylıq sosial müavinət verməlidir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim A.Ə.Əhədova) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, iddianın subyekt cəhətdən inzibati məhkəmə icraatında mümkün olmamağı ilə yanaşı qeyd edir ki, iddia predmet cəhət dən də inzibati məhkəmə icraatında mümkün iddia deyildir. İddiaçının tələb etdiyi cari qanuna müvafiq dəyişiklik edilməsi hakimiyyət qollarından biri olan Milli Məclisin bilavasitə qanunvericilik hakimiyyəti orqanı statusundan irəli gələn konstitusion səlahiyyətləri olub bu səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı tələb inzibati mübahisənin predmeti qismində çıxış edə bilməz. Eləcə də tələb edilən iddiaçının işsiz statusu aldığı gündən sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh qismində qoyulmuş subyektin səlahiyyətinə aid olmayan məsələdir. Beləliklə, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv ol unmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2304/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı: Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaç ının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. İnzibati mübahisələrə b axılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudl uğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İdd ianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

19. Hazırkı işdə iddiaçı sosial müavinət hüququnun təmin edilməsinin Azərbaycan Respublikası Milli Məclisinin üzərinə vəzifə qoyulması barədə məhkəməyə müraciət etmişdir.

20. Qeyd edilməlidir ki, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzi bati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri).

21. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Həmin Təsnifatda Azərbaycan Respublikasının Milli Məclisi inzibati orqan kimi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırkı iddia tələbi üzrə Milli Məclis ümumiyyətlə inzibati orqan kimi çıxış edə bilməz.

22. Bununla bağlı qeyd edilməlidir ki, tələbin yönəldiyi cavabdeh inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə ic raatında mümkün deyildir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

24. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2304/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar