Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2051/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 62 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(103)-1124/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən onun sığorta stajı: xx.xx.1976 - xx.xx.1979: Qazax rayon S.Vurğun adına sovxozda fəhlə – 3 il 3 ay 6 gün; xx.xx.1980-xx.xx.1984: Xalça-Toxuma Kombinatında burucu – 4 il 5 ay 9 gün; xx.xx.1985-xx.xx.2002: Bakı Komvol Kombinatında nəzarətçi – 16 il 11ay 26 gün; xx.xx.2021- xx.xx.2022 (pensiya hüququnun yarandığı gün) həmin Kombinatda mütəxəssis - 3 ay 29 gün təşkil edir.
2. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmas ını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan Bakı Komvol Kombinatında ("xxxx" ASC-də) xx.xx.1992-xx.xx.1992 və xx.xx.1995xx.xx.2002-ci illərdəki əmək stajı öz təsdiqini tapmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 62 yaş 6 ayından, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx. xx.2022-ci il tarixdə 62 yaş 6 ay tamam olduğunda, ən azı 25 il sığorta stajı mövcud olduğuna görə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı zəruri sənədləri (əmək kitabçasının təsdiq edilmiş surəti və s.) təqdim etməklə, pensiya təyin olunması üçün 1 saylı Bakı DOST Mərkəzi vasitəsilə cavabdehə müraciət etmiş, sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı məktubda əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992xx.xx.2002-ci il tarixinədək Bakı Konvol Kombinatındakı əmək fəailiyyəti dövrünün araşdırılması zərurəti yarandığı və qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacağı qeyd olunmuşdur. Daha sonra, 1 saylı Bakı DOST Mərkəzinə müraciəti zamanı ona məsul əməkdaş şifahi olaraq bildirmi şdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022- ci il tarixli, BA-037412022 saylı arayışına əsasən onun xx.xx.1985-ci il tarixdən hazırlayıcı sexə 2-ci dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul olunması, xx.xx.2002-ci il tarixli 8/KŞ saylı əmrlə xx.xx.2002ci il tarixdə işdən azad edilməsi, əmək haqqı hesablanması barədə məlumatların mövcud olması öz əksini tapıb. Eyni zamanda, həmin arayışda o da, qeyd olunub ki, Bakı Konvol Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ildən sonrakı dövrlər üçün əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olun anlar təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Abdullayeva) 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10639/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzrinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edi lməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) 11 may 2023-cü il tarixli, 21(103)-1124/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə də, xx.xx.2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsi əhəmiyyət daşımır. Odur ki, iddiaçının əmək kitabçasındakı iş stajına dair qeydlərin mötəbərliyini şübhə altına almağa əsas verən sübutlar mövcud olmadığından həmin müddət onun sığorta stajına daxil edilməlidir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın, eləcə də iddiaya qarşı etirazın dəliləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(103)-1124/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müva fiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulm uş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə
69. İş stajını n təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkild ə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsin in vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. C avabdehin şikayəti üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şik ayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki ha lları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlıdır.
28. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1976 - xx.xx.1979-cu illərdə Qazax rayon S.Vurğun adına sovxozda fəhlə – 3 il 3 ay 6 gün; xx.xx.1980 - xx.xx.1984-cü illərdə Xalça-Toxuma Kombinatında burucu – 4 il 5 ay 9 gün; xx.xx.1985-xx.xx.2002-ci illərdə Bakı Komvol Kombinatında nəzarətçi – 16 il 11ay 26 gün; xx.xx.2021- xx.xx.2022 (pensiya hüququnun yarandığı gün) həmin Kombinatd a mütəxəssis - 3 ay 29 gün işləmişdir. İddiaçının qeyd olunan dövrlər üzrə iş stajı toplandıqda, onun ümumilikdə, 25 il (3 ay 3 gün 6 gün+ 4 il 5 ay 9 gün+ 16 il 11 ay 26 gün, +3 ay 29 gün = 23 il 22 ay 60 gün= 25 il) iş stajı müəyyən olunur.
29. Cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının Bakı Komvol Kombinatında işlədiyi xx.xx.1992-xx.xx.1992 və xx.xx.1995 -xx.xx.2002-ci illəri əhatə edən müddətlərlə bağlı qeyd edilməlidir ki, Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin Bakı filialın istinad olunan 21 iyun 2022-ci il tarixli arxiv arayışına əsasən, iddiaçının 1989-1995-ci illərdə Bakı Komvol Kombinatında işlədiyi və əmək haqqı aldığı müəyyən olunur. Həmin arayışda 1992-ci ilin birinci 10 ayında əmək haqqı almadığının qeyd olunmasına gəldikdə, bu hal heç də onun həmin müddət ərzində həm in işəgötürənlə əmək müqaviləsini pozulmasını deməyə əsas vermir.
30. Apellyasiya məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçının 1992-ci ilin birinci 10 ayı, habelə 1996-2002-ci illər üzrə işlədiyi dövrə aid arxivdə müvafiq məlumatların aşkar edilməməsi onun təqsirinə yozula və hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz.
31. Belə ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
32. Məhkəmə k ollegiyasının qənaətinə görə, hazırkı qərarın 17-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
33. Kassasiya şikayətinin sosial sığorta haqqının ödənilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, konkret halda, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunda təsbit edilmiş hüquqi tənzim ləmə nəzərə alınmalıdır. Həmin normalara görə, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Bu baxımdan, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması yuxarıda istinad olunan tənzimləmənin məqsədlərinə və qanunvericinin iradəsinə zidd olardı.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığı ndan, qeyd edilən hal da onun ziyanına şərh edilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu iş materialları ilə təsdiq olunduğundan (belə ki, iddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sığorta stajına (25 il) malikdir və zəruri yaş həddinə (62 yaş 6 ay) çatmışdır), iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məh kəmənin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(103)-1124/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.