Məhkəmə qərarları › İş №2-1(102)-2052/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2052/2019

03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2052/2019 03.07.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-2052/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov şöbəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, onun xxxx 1979-cu xxxx 2004-cü ilədək işlədiyi illəri sosial sığoıta stajı kimi nəzərə almaqla hüququnun yarandığı gündən yaşa görə əmək pensiy asının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin üzrə xxxx 2019-cu il tarixli, 2-1(82)-2981/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-424/2019 saylı, xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüevvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 20 19-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasınakassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti qanunvericiklə müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının xxxx 2019-cu il tarixli qərarı cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Nərimanov rayon Şöbəsinə xxxx 2019-cu il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, xxxx 2019-cu il tarixdə həmin qərardan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xxxx 2019-cu il tarixdə poçta təhvil verilmiş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmiş, bununla da qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəb ul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Nərimanov şöbəsi kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən hər hansı üzrlü səbəb olmadan iştirak etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cğ maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar