Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2052/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; diplomun hüquqi baxımdan əsaslı hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Dövlət Pedaqoji Universiteti) “qərarın ləğv edilməsi və diplomun hüquqi baxımdan əsaslı hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyul tarixli, 2-1(103)-1815/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1 Dövlət Attestasiya Komissiyasının 2010-cu il 23 iyun tarixli qərarı ilə iddiaçıya “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi İddiaçı 2012-ci il 10 aprel tarixli, M-2448/03-24 nömrəli məktub ünvanlanmış və bildirmişdir ki, Azərbaycan Müəllimlər İnstitutu tərəfindən adına yazılmış B № 200219 (qeydiyyat nömrəsi № 2/1883) diplom blankı həqiqətən 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəlli mlər İnstitutuna (Gəncə filialı) verilən dövlət nümunəli sənəddir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası X1 bildirmişdir ki, 1988-ci il 16 mart təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx, əvvəlki soyadı: Vəliyeva) 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X1 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbul əmri verilməmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplomun hüquqi baxımdan əsaslı hesab edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2020-ci il 12 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildir mişdir ki, iddiaçının adına yazılmış B seriyalı 200219 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2020-ci il 24 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 12 iyun tarixli, M-5724/31-24 saylı məktubu ilə müəyyən edilmiş qərarın əsassız olduğu üçün ləğv edilməsini və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən 2010-cu il 23 iyun tarixdə iddiaçıya verilmiş B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplomun hüquqi baxımdan əsaslı hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci il 16 mart tarixdə Gəncədə anadan olmuş, orta məktəbi orada bitirmiş, ali mə ktəbə imtahan verərək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına daxil olmuşdur. Üçüncü kursun ortasında qiyabi şöbəyə keçmişdir. Təhsil aldığı müddətdə bütün dərslərə gəlmiş, davamiyyəti yetərli olmuş, keçirilən bütün imtahanlarda iştirak etmiş və diplom almışdır. Hazırda onun təhsil aldığını təsdiq edən tələbə bileti, şəkil və videolar əlində mövcuddur. Sonda iddiaçıya 2010-cu il 23 iyun tarixdə, B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplom verilmişdir. 2011-2019-cu illərdə Gəncə şəhəri 12 nömrəli orta məktəbdə, 2019-2020-ci illərdə isə Gədəbəy rayonu Daryurd kənd tam orta məktəbində işləmişdir. Belə ki, sonuncu iş yerinə cavabdeh tərəfindən keçirilən imtahanı uğurla verib qəbul olunmuşdur. Bir müddət sonra o, cavabdehə müraciət edərək, diplomunun həqiqiliyini yo xlamaq qərarına gəlmişdir. Çünki özü saxta diplomların həmin ərəfədə çoxalması ilə əlaqədar narahat olmuşdur. Beləliklə, cavabdeh orqan tərəfindən onun ərizəsinə cavab verilərək bildirilmişdir ki, ona verilən sənəd cavabdeh tərəfindən 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutuna (Gəncə filialına) verilən dövlət nümunəli sənəddir. Lakin, cavabdehin 2020-ci il 12 iyun tarixli, M-5724/31-24 saylı məktubuna əsasən həmin diplomun hüquqi əsasının olmaması müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsası kimi “Təhsil haqqında” Qanunun 22-ci və 27-ci maddələrinə istinad edilmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adından yazılmış B ser iyalı 200219 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuşdur. Cavabdeh iddiaçının təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının tutduğu vəzifəyə təyin edilmə əsası olaraq, təhsil sənədi kimi təqdim etdiyi Azərbaycan Müəllimlər İnstitutun Gəncə filialının bitirməsi barədə verilən diplomun dövlət nümunəli olmadığı müvafiq araşdırma zamanı sübu ta yetirmişdir. Eyni zamanda, cavabdeh tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı cavabdeh tərəfindən sifariş verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə’’nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Az ərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbindən göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 mart tarixli, 2-1(112)-1274/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməsi, lakin, heç bir təhsil müəssisəsinə qəbul olmaması, ona Azərbaycan Müəllimlər İnstitutu tərəfindən Dövlət Attestasiya Komissiyasının 23 iyun 2010-cu il tarixli qərarı ilə “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında B seriyalı № 200219 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir və həmin diplomun bərpa edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyul tarixli, 2-1(103)-1815/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işdə olan materiallardan görsənir ki, iddiaçı işə ərizə ilə deyil dövlət tərəfindən təyinat ilə təyin olunmuşdur. 2021-ci il 9 iyul tarixdə Təhsil Nazirliyi tərəfindən müəllimliyə qəbul imtahan keçirilməsinə dair iddiaçının şəxsi səhifəsinə bildiriş gəlmişdir. Sonradan iddiaçı özünə məxsus diplomun surətini əlavə edərək həmin qəbul imtahanında da iştirak etmiş və nəticə əldə edərək növbəti mərhələyə buraxılmışdır. Qeyd olunan xüsusatlara əsasən hesab edilməlidir ki, apellyasiya şikayəti təmin edilməli, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş 2011-ci il 7 iyul tarixli, B seriyalı 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli verilmiş “Maarif İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası verilməsinə dair diplomun Azərbaycan Respublikası ərazisində tanınması və hüquqi baxımından əsaslı hesab edilməsi öhdəliy i cavabdehin üzərinə qoyulmalıdır b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiya sı məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X1 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbul əmri verilməmişdir. 20. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşla rın təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edil miş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.
21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEAnın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparıl ır.
23. İstinad edilən normalardan göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
24. Məhkəmə araşdırmaları zamanı iddiaçının 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirakı etməsi müəyyən olunsa da, hər hansı bir təhsil müəssisəsinə qəbul olunması və barəsində X1 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbulu barədə əmrin verilməsi müəyyən edilməmişdir.
25. Belə olan halda, iddiaçıya verilmiş B seriyalı № 200219 saylı diplomun bərpa edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanuni olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyul tarixli, 21(103)-1815/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.