Məhkəmə qərarları › İş №2-1(102)-2052/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2052/2024

20.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2052/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik vəziyyəti nin qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-114/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının əlillik vəziyyətinə Bakı 1 saylı Şəhər Poliklinikasının göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizm fəal faza aktivlik dərəcəsi 1 Revmokardit latant gedişli. Mitral qapaq çatmamazlığı. Revmoensofalop atiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə xx.xx.2006-cı il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi. Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki revmatik xəstəliyi” səbəbi ilə xx.xx.2011-ci il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. İddiaçının əlillik vəziyy ətinə həmin Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəliyi” səbəbi ilə xx.xx.2013-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 Ürəyin xroniki revmatik xəstəliklə ri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fıbrotik dəyişikliyi; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə xx.xx.2014-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Elektron təyinatla iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığ; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fibrotik dəyişikli yi; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2782003AABXR saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 105-109 Ürəyin xroniki revmatik xəstəlikləri => 105 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər A16.2 Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Keçirilmiş ağ ciyər infetrativ vərəmi.(xx.xx.2015-ci ildə 3 s aylı Vərəm əleyhinə dispanserdə İİİ B qrupu üzrə dispanser qeydiyyatındadır). Yanaşı xəstəliklər H34 Tor qişanın damarlarının okklyüziyası, OU- Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-Miopiya-0,5D; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Xəstənin əmək müqaviləsi var əmək qabiliyyətinin itirilmə günləri reyestrdə qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir.

7. Həmin Poliklinikanın xx.xx.2021-ci ildə 2782003AABYR saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni:Əsas diaqnoz İ05 Mitral qapa ğın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit, Xroniki tonzillit. Yanaşı xəstəliklər G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.Xoriotik hiperkinezlərlə. Yanaşı xəstəliklər K73 Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xronik hepatit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya institutunda müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 289/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İ.Ə. Ağacanovun tibbi sənədlərinə əsasən o, xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və ona “revmatizm qeyri-aktiv faza. MÇ-İ dərə, poliartrit, keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri (AF-57%)” diaqnozu qoyulmuşdur. Onun əziyyət çəkdiyi həmin xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 831/2023 nömrəli ek spert rəyindən görünür ki, vətəndaş İ.Ə.Agacanov xx.xx.2023-cü il tarixdə “MTE və PA Birliyi” Phş-in Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən X1 göndərilmiş və Exokardioqrafiyada “Mitral qapaq tayları qalınlaşıb, atım fraksiyası-EF57%” aşkar olunmuşdur. Onun xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Phş-də müayinəsi zamanı “Hal-hazırda kəskin revmatoloji patologiya aşkar olunmadı” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qə rarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya uşaqlıqdan 18 yaşına kimi xəstəliyi ilə əlaqədar olaraq müavinət təyin olunmuş,18 yaşı tamam olandan sonra isə 2-ci dərəcəli əlillik diaqnozu qoyularaq pensiya təyin olunmuşdur. Xəstəliyinin anadangəlmə olması və Səhiyyə İdarəsinin qeydiyyatında olmağını təsdi q edən Tibbi Sosial Ekspert Komissiysının müvafiq göndərişləri mövcuddur. İddiaçı bu xəstəliklə əlaqədar Azərbaycan Respublikasında müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur 29 dekabr 2020-ci il tarixdə təkrar müayinə olunduqdan sonra imtina cavabı almışdır. İmtinanın səbəbi isə 2016-cı ildə iddiaçının adına VÖEN və aktiv əmək müqaviləsi olması qeyd olunmuşdur. İddiaçı bildirir ki, 2016-cı ildə onun adına VÖEN açılması tamamilə formal xarakterli olmuşdur. Uzun müddətdir ki, səhhəti ilə əlaqədar olaraq heç bir yerdə işləmir.

12. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı 1 saylı Şəhər Poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi, daha sonra həmin Poliklinikan ın xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik, həmin Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında bir il müddətinə, Poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2782003AABXR saylı göndərişi əsasında baxılmış və “xəstənin əmək müqaviləsi var əmək qabliyyətinin itirilmə günləri reyestrdə qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. xx.xx.2021-ci ildə 2782003AABYR saylı göndərişi əsasında baxılmış və “Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya institutun da müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 289/2021 nömrəli,16 noyabr 2021-ci il tarixli ekspert rəyinə istinadən hesab etmişdir ki, iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq edir.

15. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər: (A.P.Oruczadə (s ədrlik edən və məruzəçi), X.A.Cəmilova və M.N.Tağızadə) 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)1036/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X7 öz izahatında bildirmişdir ki, revmatizm özü yunan sözü olub, oynaqlara maye toplanması deməkdir. Bu xəstəliyin əsas yaranma səbəbi iltihablanmanın olmasıdır. Mitral qapağın iltihabdan sonra fibrotik dəyişikliyi ilə bağlı onu qeyd e tmişdir ki, ürəyin iki taylı, üç taylı qapaqlarına mitral qapaqlar deyilir. İnfeksiyanın təsirindən nəticədə ürəyin qidalanma rejimi də pozulur. Onu da bildirir ki, bu xəstəliklər sağalan xəstəliklərə aid deyildir. Belə ki, ümumi terapevtik xəstəliklərin adı altında olan heç bir xəstəlik sağalmır, sadəcə ağırlaşmanın qarşısı alınır. Qeyd edilən xəstəliklər yalnız müəyyən bir səviyyəyə çatdıqdan sonra əlliyin təyini üçün əsas ola bilər. İddiaçı canlı müayinə olunmuş və nəticəyə gəlinmişdir ki, şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar yoxdur. Göründüyü kimi, ekspert də iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. c) kassasiya instansiyas ı məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), Z.M.Quliyev və S.Ə.Kərimov) 2-1(102)- 526/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertizanın təyin edilməsi barədə məhkəmənin qərardadında cavabdehin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Lakin ekspert rəyindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi qeyd edilən X8 iştirak etmiş və o d a ekspert rəyini imzalamışdır. İş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 həvalə edilməsinə baxmayaraq, ekspertiza idarəsi tərəfindən məhkəmə qarşısında idarənin əməkdaşı olmayan şəxsin ekspert qismində iştirakının təmin edilməsi barədə vəsatət qaldırmadan, işin gedişatında birbaşa hüquqi marağı olan cavabdehin səlahiyyətli nümayəndəsi ekspert qismində işə cəlb edilməklə rəy verilmişdir. Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. Cavabdeh Agentliyin əməkdaşı C.Məmmədov məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında q ərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən iddianın rəddinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Bundan başqa, tibb müəssisəsindən verilən göndərişdə göstərilən “Mitral qapağın revmatik xəstəliyi” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarla rının 2.9.1-ci bəndində qeyd edilmişdir. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPMin 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 22 fevral 2024-cü il tarixli, 21(103)-114/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 nömr əli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Apellyasiya məhkəməsi apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi əsaslı və mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı anadangəlmə xəstəlikdən əziyyət çəkir, sağlamlığı bərpa olunmayacaq səviyyədə mütəmadi müalicələrlə həyatda qalmağa çalışır. b. Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə

1. Məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; Maddə

6. Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakiml ər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə

9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:... rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunm ası haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır: məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək; Maddə

21. Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə t əyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir. Maddə

25. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol veri lmir. Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər. Maddə

37. Proses iştirakçılarının canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasında iştirakı Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər. Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir. Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında iştirak edən həkimlərə və tibb işçilərinə aid edilmir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qal dırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən i fadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən bir il müddətinə üçüncü dərəcə, xx.xx.2011-ci il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2013-cü il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2014-cü il tarixdən bir il müddətinə ikinci dərəcə, elekt ron təyinatla iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci ildə 2782003AABYR saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni:Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit, Xroniki tonzillit. Yanaşı xəstəliklər G09 Mərkəzi sinir sist eminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.Xoriotik hiperkinezlərlə. Yanaşı xəstəliklər K73 Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xronik hepatit; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya inistutunda müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə artıq bir dəfə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən yazılı icraat qaydasında Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış və işə baxılmanın nəticələri haqqında 2-1(102)-526/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərar qəbul edilmişdir.

34. Həmin qərara görə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

35. Ali Məhkəmənin sözügedən qərarında Azərbaycan Respublikasının İPM-in 96.11-ci maddəsinə müvafiq olaraq, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər verilmişdir.

36. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin sözügedən göstərişlərinə riayət olunmamışdır.

37. Belə ki, yeni apellyasiya baxışı zamanı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertiza cavabdehin mütəxəssisi və ya nümayən dəsinin iştirakı olmadan keçirilməli olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T 831/2023 nömrəli ekspert rəyinin verilməsinə əsas olmuş ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi qeyd edilən X4 iştirak etmiş və o da ekspert rəyini imzalamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi də məhz həmin rəyi mötəbər sübut kimi qəbul edərək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

39. Halbuki, qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismind ə məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi). Beləliklə, hazırkı halda, məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olararaq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir.

40. O da vurğulanmalıdır ki, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.

41. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.

43. Bundan başqa, kollegiya qeyd edir ki, Ali Məhkəmənin “iddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Ə lilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməli olması” barədə göstərişi də yerinə yetirilməmişdir.

44. İddiaçının əsas diaqnozu (İ05) “Mitral qapağın revmatik xəstəliyi, ürəyin xroniki revmatik xəstəliyi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli Qərarı ilə 2.9-cu bəndinə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında “Xroniki revmatik xəstəlikləri” bəndin in (İ05 - İ09) 2.9.1 altbəndində “mitral qapağın revmatik xəstəlikləri-İ05” qeyd edilmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hazırda qüvvədə olan 2.9-cu bəndində “Xroniki revmatik xəstəlikləri İ05 - İ09) diaqnozu, həmin bəndin altbəndi olan 2.9.1-ci bəndində ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması göst ərilmişdir.

46. Odur ki, növbəti apellyasiya baxışında iddiaçının xəstəliyi ilə bağlı diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

47. İddiaçının hazırkı tələbi əlillik vəziyyətinin qiymətləndirilməsindən ibarət olsa da, hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsidir.

48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə al maq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-114/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(103)-114/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar