Məhkəmə qərarları › İş №2-1(102)-2053/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2053/2019

12.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2053/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpası giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi X2 və vək ili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı son müayinə tarixindən etibarən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-500/2019 saylı, 19 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinə Ali Məhkəmənin binasında 12 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərə k son müayinə tarixindən etibarən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-135/2018 saylı 2 noyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-500/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, lakin şikayət üzrə qanunla müəyyən edilmiş müddəti buraxmışdır. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək şikayət üzrə müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya ins tansiyası məhkəməsinin qərarı iddiaçının ünvanı kimi göstərilmiş və birinci instansiya məhkəməsində iştirak etmiş vəkili A.Məmmədovun ofis ünvanıdır. Sonradan eşitdiyinə görə A.Məmmədov vəkillik fəaliyyətini dayandıraraq Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, apellyasiya məhkəməsi də qərarı həmin ünvana göndərmişdir. Həmin ünvanda qərarı alan şəxsi tanımır. Yuxarıda göstərilən səbəbdən şikayət vermə müddəti tərəfindən 9 gün ötürülmüşdür və müddətin buraxılmasını xahiş edir. tərəflərin izahatı: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında ərizəyə uyğun izahat verib ərizənin təmin olunmasını xahiş etmişlər. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı hər hansı üzrlü səbəb olmadan şikayət vermə müddətini buraxmışdır. Odur ki, ərizə təmin edilə bil məz. əsaslandırma hissəsi: İddiaçının verdiyi kassasiya şikayəti üzrə müddətin buraxılması ilə bağlı tərəflərin dinlənilmə hüququnu təmin etmək və kassasiya şikayəti üzrə müddətin buraxılması, yaxud bərpasına aydınlıq gətirilməsi üçün bununla bağlı kassasiya şikayətinin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 9 iyul 2019cuil tarixətəyin edilmiş, iddiaçıya göndərilən 1 iyun 2019-cu il tarixli bildirişdə həmin tarixədək qeyd edilən nöqsanların aradan qaldırılması, yaxud müddətin buraxılmaması barədə sübutlarını təqdim etməsi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkilinin şifahi vəsatəti nəzərə alınaraq kassasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən buraxılıbburaxılmamasına aydınlıq gətirilməsi üçün məhkəmə iclası 12 iyul 2019-cu il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək şikayət vermə müddətinin üzrlü səbəbdən buraxıldığını bildirib müddətin bərpa olunmasını xahiş etmişdir (Ərizənin məzmunu yuxarıda şərh edilmişdir). İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarının vəkili A.Məmmədovun ünvanına göndərildiyini bildirsə də, iddia ərizəsind ən görünür ki, məhkəmə qərarı göndərilən ünvan iddia ərizəsində iddiaçının ünvanı kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmə sənədləri də iddiaçının adına iddia ərizəsində qeyd edilən ünvana göndərilmişdir. Hazırkı iş üzrə məhkəmə kollegiyası tərəfindən də məhkəmə bildirişləri iddiaçının adına iddia ərizəsində qeyd edilən ünvana göndərilmişdir. İddiaçı həmin ünvanın ona məxsus olmaması, yaxud önünün poçt ünvanı ilə bağlı məhkəmələrə hər hansı məlumat verməmişdir. İPM-in 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsu llarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər (20.2-ci maddə). Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (20.3-cü maddə). Mülki Prosessual Məcəllənin 146-cı maddəsində qeyd edilir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı iddia ərizəsində göstərilən və apellyasiya instansiyası məhkəməsinin qərarının surətinin göndərildiyi ünvanın ona məxsus olmaması barədə, habelə özünün ayrıca ünvanı barədə məhkəmə icraatı zamanı hər üç məhkəmə instansiyasına məlumat verməmişdir. Məhkəmə bildirişləri və məhkəmə qərarı da məhkəməyə məlum olan və iddiaçının qeyd etdiyi ünvana göndərilmişdir. İPM-in 94.1-ci maddəsinə görə kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İşdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının surətini iddiaçı 14 mart 2019-cu ildə poçtla almışdır (səh.183). Kassasiya şikayəti üzrə son müddət (13 və 14 apr el şənbə və bazar günlərinə təsadüf etdiyindən)15 aprel 2019-cu il tarixdir. Lakin kassasiya şikayəti 24 aprel 2019-cu il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Kassasiya şikayəti 15 aprel 2019-cu il tarix də daxil olmaqla həmin günə qədər verilməmişdir. İddiaçıya kassasiya şikayəti üzrə müddətin ötürülmədiyini təsdiq edən sübutun təqdim edilməsi təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmaması barədə xəbərdarlıq edilmiş, lakin məhkəmə kollegiyasına bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarını tam formada 14 mart 2019-cu il tarixdə alsa da, həmin qərarda ondan şikayət vermə müddətinin qərarın təqdim olunma gündən 1 ay müddətində olması qeyd edilməsinə baxmayaraq həmin müddətdə ka ssasiya şikayəti verməyərək şikayət üzrə müddəti buraxmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İddiaçı kassasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına mötəbər sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imka nının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-500/2019 saylı, 19 fevral 2019-cu tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar