Məhkəmə qərarları › İş №2-1(102)-2053/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2053/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2053/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin ayrılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı qaraj tikmək üçün torpaq sahəsinin ayrılması vəzifəsinin qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-982/2021 nömrəli iş üzrə 07.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 27 oktyabr 2021-ci il tar ixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanda yaşadığı evin qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6 x 8 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(82)1179/2019 nömrəli (sədrlik edən hakim Xalıq İmanov) qərarı ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yaşadığı evin qarşısında yerləşən boş torpaq sahəsində qaraj tikintisinə icazə verilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə öhdəliyin qoyulması qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(82)-1179/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 06.03.2020-ci il tarixli, 2-1(103)-605/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə apellyasiya şikayətini n təmin edilməsi, birinci instansiya məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(82)-1179/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.

5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin 06.03.2020-ci il tarixli, 2-1(103)-605/2020 nömrəli qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

6. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 21(102)-1911/2020 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova, İlqar Hüseynov) qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 06.03.2020-ci il tarixli 2-1(103)605/2020 nömrəli qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi gərara alınmışdır.

7. Kassasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 85.1, 87.1, 87.2, 87.3, 87.4-cü maddələrinə, MPM-in 134.1-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, apelyasiya icraatı zamanı apellyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılmışdır. Halbuki, apellyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılması yolverilməzdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya məhkəməsinin 07.06.2021- ci il tarixli 2-1(103)982/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Vüsalə Baxışova) qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-1179/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı ünvan 3 ünvanda yaşadığı evin qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6 x 8 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın mümkünlük şərtlərini yoxlamadan, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, həll etməklə, prosessual hüquq normalarını pozmuş və nəticədə səhv qərar qəbul etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, Bakı Apellasiyya Məhkəməsi onun Konsitusiya ilə təsbid olunan əsas insan və vətəndaş hüquq və azadlıqlarından olan məhkəməyə müraciət etmək hüququnu kobud şəlkildə pozaraq tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Belə ki, mübasiləndirdiyi məhkəmə aktına qədər 3 instansiya məhkəməsi işə baxarkən iddia tələbini mümkünlüyünə hüquqi qiymət vermiş iddiaya mahiyyəti üzrə baxılmışdır. Hesab edir ki, 3 instansiya məhkəməsində hüquqi qiymət verilmiş iddianın mümkünlüyü məsələsinə göstərilən qaydada baxılaraq qiymət verilməsi yol verilməzdir. Bundan başqa iş materiallarında olan sənədlərlə, işin faktiki halları ilə və istinad olunan maddi hüquq normaları ilə də sübut olunur ki, faktiki olaraq istifadəsində olan qarajın yerləşdiyi torpa q sahəsinin hüquqi baxımdan onun istifadəsinə verilməsi barəsində müvafiq icra hakimiyyəti və bələdiyyə tərəfindən kifayyət qədər əmr və sərəncamlar verilmişdir. Birinci instansiya məhkəməsi məhz həmin sənədləri əsas götürərək iddia tələbini mümkün hesab edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarı instansiya məhkəmələridə iddia tələbini təmin etməsələr də mümkünlük məsələsini yenidən mübahisələndirilməmişdir. 3 instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı hesab edilən mümkünlük məsələsinin yenidən baxılması qanuna zidd bir haldır. Eyni zamanda məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən, iştirakı olmadan işə baxaraq qanunun tələblərini pozmuşdur.

11. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(103)982/2021 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (24 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbə də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həm in şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır;

16. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

19. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 3 ünvanda yaşadığı evin qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6 x 8 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir k i, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndləri ndə isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddia nın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil.

26. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun ic ra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. 27. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni, rayon bölgüsü olan Bakı şəhərində Xətai RİH başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur.

28. Həmçinin mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olduğu fərz edilən halda da iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

30. Həmin Qanunun 19-cu maddəsinə müvafiq olaraq, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən az ı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin e htiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır.

31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin “Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi” adlı 59-cu maddəsinə əsasən isə, 1. yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə.

32. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, “...iddiaçı cavabdeh Xətai RİH-dən, torpaq sahəsi istər dövlət mülkiyyətində, istərsə də bələdiyyə torpağı olan hallarda, yəni hər bir halda, onun səlahiyyətlərində olmayan məsələnin həllini (torpaq sahəsinin ayrılmasını) tələb etmişdir...”

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqların ın və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(103)-982/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar