Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2053/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(103)-1207/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 4 sentyabr 1978-ci il tarixdən 12 dekabr 1979-cu il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində maşinist şagirdi işləmişdir, 15 dekabr 1979-cu il tarixdən 17 noyabr 1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almışdır, 18 noyabr 1980-ci il tarixdən Bakı dəniz sənay e və refrijerator donanması idarəsi Bakı Balıq Soyuducu Donanma “Xəzərbalıq” Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində motorçu, 7 dekabr 1980-ci il tarixdən 16 aprel 1981-ci il tarixədək DBE “Suraxanı” gəmisində motorçu işləmişdir, 3 may 1981-ci il tarixdən 4 iyun 1983-cü il tarixədək ordu sıralarında xidmət etmişdir, 8 iyul 1983-cü il tarixdən 3 sentyabr 1984-cü il tarixədək "xxxx" İstehsal Təmir Müəssisəsində qazanxana-təmir sexində 3-cü dərəcəli qazla kəsən işləmişdir, 17 sentyabr 1984-cü il tarixdən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, 2 iyun 1986-cı il tarixdən metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, 3 yanvar 1989-cu il tarixdən anbar müdiri işləmişdir, 15 mart 1989-cu il tarixdən 2 ay müddətinə baş mexanik vəzifəsini müvəqqəti icra etmişdir, 30 may 1989-cu il tarixdən 3 yanvar 1991-ci il tarixədək müvəqqəti olaraq kassir vəzifəsini icra etmişdir, 3 yanvar 1991-ci il tarixdən Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4-cü dərəcəli çilingər, 1 mart 1991-ci il tarixdən 30 mart 1992ci il tarixədək həmin sahənin briqadiri, 1 aprel 1992-ci il tarixdən 5 fevral 1993-cü il tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki, 21 aprel 1993-cü il tarixdən 26 oktyabr 1993-cü il tarixədək “Varlıq” istehsalat yaradıcılıq mərkəzində direktor, 1 noyabr 1993-cü il tarixdən 1994-cü il 19 avqust tarixədək “Azərqumtikinti” birliyində 4-cü dərəcəl i çilingər işləmişdir, 22 yanvar 1997-ci il tarixdən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, 26 aprel 1997-ci il tarixdən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, 9 noyabr 1998-ci il tarixdən t/x “PS-152" gəmisinə 2-ci mexanik, 5 aprel 2000-ci il tarixdən “SLV-363” gəmisində böyük mexanik, 1 dekabr 2006-cı il tarixdən “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2 oktyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 25 oktyabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərə görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 57 yaşının tamam olduğu 17 avqust 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırm ışdır ki, o, güzəştli şərtlərlə ona əmək pensiyasının təyin olunması üçün cavabdehə müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməmiş və tələbindən imtina barədə ona 2 oktyabr 2019-cu il tarixli məktub ünvanlamışdır. İmtina səbəbi kimi onun tələbinin təmin olunması üçün qanunla tələb olunan 25 illik iş stajının və 12 il 6 ayının güzəştli iş stajının olmaması göstərilmişdir. Halbuki, onun təqdim etdiyi sənədlərindən görünür ki, onun ümumi iş stajı 25 il 5 ay 9 gün olmaqla həmin staj ilinin də 12 il 6 ayından artıq hissəsi də zərərli və ağır olan iş şəraitində işləməsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, onun işlədiyi peşə sahəsi də həmin siyahıya salınmışdır. Onun əmək kitabçasında bütün işlədiyi dövrlər, hansı yerlərdə işləməsi aşkar göstərilmişdir. İşlədiyi yerlərin bəzilərindən aldığı arxiv sənədləri də var. Lakin cavabdeh orqan onun tələbi ilə əlaqədar müraciətini əsassız şəkildə cavablandırmaqla tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçı xüsusi sığorta stajının tamam olduğunu təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. İddiaçın məhkəməyə təqdim etdiyi iş materialları arasında onun 1991-1997-ci illər tarixindəki stajını təsdiq edən, həmin tarixdə güzəştli şərtlərlə pe nsiya hüququ verən işlərdə çalışdığını sübut edən hər hansı sənəd yoxdur. Digər tərəfdən, iddiaçının təqdim etdiyi sənədlərdən 1 oktyabr 1978-ci il və 11 dekabr 1979-cu il tarixlər arasında “İnter Textile”-də “maşinist köməkçisi” olaraq işlədiyinə dair arayış sadəcə olaraq iddiaçının həmin tarixdəki ümumi əmək stajını təsdiq edir, arayış güzəştli arayış deyildir, həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğuna dair arayışda heç bir qeyd yoxdur. Həmçinin Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli siyahıların heç birində iddiaçının çalışdığı maşinist köməkçisi vəzifəsi yoxdur. Bu o deməkdir ki, iddiaçının 1 oktyabr 1978-ci il və 11 dekabr 1979-cu il tarixlər arasındakı stajı xüsusi sığorta stajı hesab edilmir. Qeyd edil ənlərdən aydın olduğu kimi iddiaçının 12 il 6 aylıq xüsusi sığorta stajı tamam olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi arayışlar heç biri “Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyalarının yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarda göstərilən formaya uyğun tərtib edilməmişdir, bu arayışlar iddiaçının xüsusi sığorta stajını yox, ümumi sığorta stajını təsdiq edən sənəd olaraq qəbul edilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin (P.A.Hüseynov) 9 fevral 2021-ci il tarixli, 2-1(112)323/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil müddəti və ordu sıra larında xidmət illəri nəzərə alınmaqla, o, 2006-cı il 1 yanvar tarixədək 25 il 8 ay 4 gün ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmi 11 il 16 gün güzəştli staja malikdir. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/ H.Ü.Həmidov və C.A.Yusifov) 7 sentyabr 2021-ci il tarixl i, 21(103)-1634/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/ R.S.Nəbizadə və K.N.Bədəlov) 28 dekabr 2022ci il tarixli, 2-1(102)-2364/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1634/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Buna görə də, apellyasiya instansiyası məhkəməsi arayışda qeyd olunan müəssisə tərəfindən sənaye (istehsal) obyektlərinin tikintisi prosesində iddiaçının icra etdiyi işin xarakterinə, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətinə dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmalı, yalnız bundan sonra onları qiymətləndirməli idi. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya verilmiş cavabdan müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1984-cü il tarixində baş Mexanik bölməsinə 3-cü dərəcəli Metal konstruksiya yığıcı çilingəri peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə 4-cü dərəcəli Metal konstruksiyası çilingəri təyin edilmiş, xx.xx.1989-cu il tarixindən BSTM-nin Anbarına anbardar təyin edilmiş, xx.xx.1989-cu il müvəqqəti olaraq 2 aylığına müəssisənin Baş Mexaniki vəzifəsini də icra etməyə başlamış, xx.xx.1989-cu il tarixində Müəssisənin Xəzinədar vəzifəsinin müvəqqəti olaraq icra edilməsinə başlamış, xx.xx.1991-ci il tarixində işdən azad edilərək Azərbaycan Dəmir yollan idarəsinin yaşıllaşdırma Distansıyasına köçürülmə yolu ilə işdən azad edilmi şdir. xx.xx.1984-cu il tarixindən xx.xx.1989-cu il tarixinə qədər işlədiyi sahə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin Zərəri peşələr siyahısına salınmışdır. Baş mexanik şöbəsində işlədiyi dövrlərdə eləcə də hazır metal konstruksiyalarının rənglənməsi işini bilavasitə görmüşdür. Əmək haqqının hesablanması da bu işə görə hesablanmışdır. Metal layihəsi yığan çilingərdə biləvasitə soyuq metallarda kəsən doğrayan dəzgahlar da işləyən işçidir. xx.xx.2007-ci il tarixli 12 №li qərarına əsasən baş mexaniki bölməsində işləyən çilingərlərin peşələri zərərli əmək şəraitində sayılan peşələr hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiya sı hüququ verir. Güzəştli pensiya üçün stajı 4 il 3 ay 16 gün təşkil edir. Əsas: Kadr əmrlər, şəxsi vərəqə T-2 ştat cədvəlinə uyğundur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1988-ci ildə trest Sənaye müəssisələri tikintisi Azərbaşmeliorasiya dəyişdirilərək AzərSuTikintisi nazirliyi adlandırılmışdır, əmr № 2,xx.xx.1988, əmr № 514. xx.xx.1988-ci il. Hal-hazırda Müəssisə özəlləşdirildikdən sonra adı dəyişdirilərək Birləşmiş Sənaye Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur və hüquq varis sayılır. Peşə kodları olaraq çilingər yığıcı sənaye avadanlıqları üzrə 7233, rəngsaz bayır işləri tikintisi üzrə isə 7131-dir. Müəssisənin əvvəlki kodu 41200, sonradan dəyişdirildiyi kod 68200-dür. İddiaçı güzəştli pensiya üçün stajı 4 il 3 ay 16 gün təşkil edir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/ A.S.Hüseynov və V.Ə.Baxışova) 8 iyul 2022-ci il tarixli, 21(103)-1207/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 9 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilərək iddiaçının 57 yaşının tamam olduğu 17 avqust 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1 yanvar 2006cı il tarixədək 15 il 4 ay güzəştli iş stajına malikdir. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. (Bax bu qərarın 7-ci bəndinə) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz işin hallarına və iddia ərizəsinə uyğun tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş d igər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mini mum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zə rərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçası dır. 26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışa n neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 27. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni za manda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
28. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndi: Əmək kitabçası iş stajını təsdiq edən sənəddir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür ) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həq iqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
31. İnzibati Prosessual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Madd ə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş i üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
39. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçın 1991-1997-ci illərdə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığını iddia etsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübutu inzibati orqana, həmçinin məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçının 1 oktyabr 1978-ci il və 11 dekabr 1979-cu il tarixləri arasında “İnter Textile”-də “maşinist köməkçisi” işlədiyinə dair arayış da, onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığını təsdiq etmir. Çünki həmin arayışda bu barədə heç bir qeyd yoxdur. Həmçinin Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli siyahıların heç birində iddiaçının çalışdığı maşinist köməkçisi vəzifəsi qeyd edilməmişdir.
41. Göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının işlədiyi Bakı Balıq Soyuducu Donanma İdarəsində xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək RMS “Oka” gəmisində motorçu, DBE “Suraxanı” gəmisində motorçu peşəsi (11 ay 10 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXVİİİ bölmə, kod 23003020-14706), xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin qazanxana avadanlığının təmiri sexində qazan təmiri üzrə 3-cü dərəcəli qazla kəsicisi peşəsi (1 il 1 ay 25 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXXİİİ bölmə, kod 23200000-11618), xx.xx.1997-ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində işlədiyi 1-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1998-ci ildən t/x “PS-152" gəmisində 2-ci mexanik, xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək “SLV-363” gəmisin də böyük mexanik peşələri (8 il 11 ay 9 gün) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXVİİİ bölmə, kod 2300302014706; 23003020-23484 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir.
42. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü il tarixində baş Mexanik bölməsinə 3-cü dərəcəli Metal konstruksiya yığıcı çilingəri peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə 4-cü dərəcəli Metal konstruksiyası çilingəri təyin edilmiş, xx.xx.1989-cu il tarixin dən BSTM-nin Anbarına anbardar təyin edilmiş, xx.xx.1989-cu il müvəqqəti olaraq 2 aylığına müəssisənin Baş Mexaniki vəzifəsini də icra etməyə başlamış, xx.xx.1989-cu il tarixində Müəssisənin Xəzinədar vəzifəsinin müvəqqəti olaraq icra edilməsinə başlamış, xx.xx.1991-ci il tarixində işdən azad edilərək Azərbaycan Dəmir yollan idarəsinin yaşıllaşdırma Distansıyasına köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1984-cu il tarixindən xx.xx.1989-cu il tarixinə qədər işlədiyi sahə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin Zərəri peşələr siyahısına salınmışdır. Baş mexanik şöbəsində işlədiyi dövrlərdə eləcə də hazır metal konstruksiyalarının rə nglənməsi işini bilavasitə görmüşdür. Əmək haqqının hesablanması da bu işə görə hesablanmışdır. Metal layihəsi yığan çilingərdə biləvasitə soyuq metallarda kəsən doğrayan dəzgahlar da işləyən işçidir. xx.xx.2007-ci il tarixli 12 №-li qərarına əsasən baş mexaniki bölməsində işləyən çilingərlərin peşələri zərərli əmək şəraitində sayılan peşələr hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 4 il 3 ay 16 gün təşkil edir. Peşə kodları olaraq çilingər yığıcı sənaye avadanlıqları üzrə 7233, rəngsaz bayır işləri tikintisi üzrə isə 7131-dir. Müəssisənin əvvəlki kodu 41200, sonradan dəyişdirildiyi kod 68200-dür. İddiaçı güzəştli pensiya üçün stajı 4 il 3 ay 16 gün təşkil edir.
43. Beləliklə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən ara şdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 26 il 3 ay 8 gün ümumi iş stajı, işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı 1 iyun 2006-cı il tarixədək 15 il 4 ay güzəştli iş stajına malik olmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
45. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntus una əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 23-31(a)-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
47. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 21(103)-1207/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.