Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2053/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(106)-83/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bundan sonra iddiaçı pensiya təyini ilə bağlı məhkəməyə müraciət etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin (hakim X3) 20 avqust 2024-cü il tarixli, 2-1(120)1262/2024 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı 24 sentyabr 2022-cil il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
3. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verib qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, X1 və X9) 11 mart 2025-ci il tarixli, 2-1(106)-83/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)-1262/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uy ğun deyildir. Eyni zamanda "xxxx" ASC-nin Energetika avadanlıqlarının təmiri idarəsinin elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində və Sumqayıt Texnologiyalar Parkı MMC-nin X2 turbin təmir sexində onun işlədiyi sahələr yuxarıda qeyd olunan sahələrə aid deyil. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər elektrik montyorları, bütün adlardan olan e lektrik çilingərləri; avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarına və iddiaçının təqdim etdiyi sənədlərə əsasən "xxxx" Azərbaycan-X4 xx.xx.2016-cı il tarixli 46 nömrəli arayışında xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində trubogenerator avadanlığının təmiri üzrə çilingər və "xxxx" ASC-nin 12 yanvar 2023-cü il tarixli 01 və/20 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nın Energetika avadanlıqlarının Təmiri idarəsini n elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində usta, "xxxx" MMC-nin 24 iyun 2023-cü il tarixli 39 nömrəli arayışında isə xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X2 turbin təmir sexinin Bakı təmir sahəsində elektrik avadanlıqlarının təmiri bölməsində usta vəzifələrində iddiaçının işlədiyi qeyd olunmuşdur. Nə iddiaçının işlədiyi trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyil, nə də Azenco” ASC-nin Energetika avadanlıqlarının təmiri idarəsinin elektrik stansiya larının və istilik avadanlıqlarının ölçülməsi sexində və Sumqayıt Texnologiyalar Parkı MMC-nin X2 turbin təmirsexində onun işlədiyi sahələr yuxarıda qeyd olunan sahələrə aid deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların d üzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sada lanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
11. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən məqam iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi mübahisə edilən dövrü iddiaçının güzəştli iş stajına aid etməklə məhkəmə haqlı olmamışdır.
12. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə edilmiş "xxxx" AzərbaycanX4 xx.xx.2016-cı il tarixli, 46 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1984-cü il tarixdən trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzi fəsində işləmiş, xx.xx.1998ci ildə ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi elektrik çilingərləri güzəştli şərtlərlə pensiya hüququna malikdir.
13. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilə kimi "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Elektrik Stansiyalarının və İstilik Avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırma Departamentində usta işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensi ya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi (24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümü, 144-cü səhifə, b) bəndi 4-cü xana) istehsalat sahələrinin ustaları güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
14. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən "xxxx" MMC-nin X2 Turbin təmiri sexinin Bakı təmir sahəsinin Şirvan elektrik avadanlıqların təmiri bölməsində 10-cu dərəcəli usta vəzifəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işləmişdir. Göstərilən vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il t arixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəslində müəyyən edilmiş “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” sahəsinin və “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 6 (altı) gün təşkil edir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş y erinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
16. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətlə ndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
17. İddiaçı barəsində verilmiş arayış yuxarıda göstərilən tələblərə cavab verir. Belə ki, arayışda iddiaçının hansı tarixlərdə, hansı işlərdə işləməsi və bu işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının hansı bəndinə uyğun olduğu qeyd edilmişdir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-786/2023, xx.xx.2023-cü il tarixli 2-1(102)-461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-332/20 23 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)527/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-478/2023 nömrəli qərarları).
18. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
19. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə iş in hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(106)-83/2025 nömrəli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.