Məhkəmə qərarları › İş №2-1(102)-2054/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2054/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2054/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli stajın mövcudluğu ilə bağlı işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 21(103)-541/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1958-ci il təvəllüdlü iddiaçı may 1977-ci ildən 31 may 1979-c u ilədək hərbi xidmətdə olmuş, 01.07.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə, 27.07.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltəraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, 06.03.1980-ci ildən ona əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsi verilmiş, 01.07.1980-ci ildə vəzifəsindən azad olunmuş, 09.07.1980-ci ildə Bakı Şampan Şərabları Zavodunda bələdçi vəzifəsinə qəbul olunmuş və 17.07.1980-ci ildə azad olunmuş, 21.07.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, 14.01.1981-ci ildən İİİ dərəcəli qəlibçi, 30.08.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, 17.06.1983cü ildən V dərəcəli qəlibçi, 12.06.1987-ci ildən Vİ dərəcəli qəlibçi, 30.12.1998-ci ildən icraçı heykəl təraş vəzifəsində çalışmışdır və hazırda da çalışmaqda davam edir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 19.06.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapit alı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilən 1 iyul 1976-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 27.07.1979-cu il tarixindən bu günədək Azərbaycan Rəssamlar X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt, Azərbaycan Rəssamlar İstehsalat Yaradıcılıq Kombinatı tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ona 07 iyun 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1958-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə 1976-cı ildən başlamış müxtəlif sahələrdə çalışmış, hazırda da çalışmaqdadır. O, ümumilikdə 40 ildən çox sığorta stajına malikdir, həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də görünür ki, o, həqiqətən 01.07.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977- 1979-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuş, 27.07.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltəraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, 06.03.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsində, 21.07.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, 14.01.1981-ci ildən İİİ dərəcəli qəlibçi, 30.08.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, 17.06.1983-cü ildən V dərəcəli qəlibçi, 12.06.1987-ci ildən Vİ dərəcəli qəlibçi, 30.12.1998-ci ildən icraçı heykəltaraş vəzifəsində çalışmışdır və hazırda da çalışmaqda davam edir. Göründüyü kimi, onun ümumilikdə 25 ildən çox iş stajının olması və bunun 12 il yarımdan artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən əlvan metal sahəsində qəlibçi-tökməçi kimi işləməsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən 19 iyun 2020-ci il tarixdə imtina məktubu verilərək bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az təşkil edir, buna görə də pensiya təyin edilməsi mümkün olmamışdır. Halbuki, müraciəti zamanı ərizəsinə əmək kitabçasının surətini əlavə etmiş, orada işlədiyi yerlər və çalışdığı vəzifələr ətraflı qeyd olunmuşdur. Hətta Azərbaycan Rəssamlar X3 Kombinatı tərəfindən verilmiş arayışı cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh pensiya təyin etməli olduğu halda, yuxarıda qeyd olunan imtina məktubunu vermişdir. Cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, əmək kitabçasında olan qeydlərə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinasını qanuns uz və əsassızdır.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 1 iyul 1976-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 27.07.1979-cu il tarixindən hazırki vaxtadək Azərbaycan Rəssamlar İttifaqı X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialı tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd o lunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar edilmişdir. Bu fakt, Azərbaycan Rəssamlar İstehsalat Yaradıcılıq Kombinatı tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən, onun güzəştli iş stajı isə 10 ildən az təşkil edir. Əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğunda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.

6. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapsa da, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2-1(103)-541/2021 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) Bakı İn zibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi “qəlibçi” peşəsinin zərərli peşə olmasını nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 11.1-ci yarımbölməsinin a) bəndində nəzərdə tutulmuşdur. “Tökücü” və “qəlibçi” peşələri eyni siyahıda, eyni bölmədə, eyni bənddə nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim etmiş və bildirmişdir ki, iş stajının araşdırılması zamanı onun güzəştli stajının 09 il 17 gündür. Tələb olunan güzəştli stajı olmadığından iddiaçıya pensiya təyin edilə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşə lərin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ola n digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

19. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı tələb olunur.

20. İddiaçının 25 il ümumi stajının olması tərəflər arasında mübahisələndirilməyən hal olmaqla yanaşı, iş materiallarında olan əmək kitabçası, iş yerindən arayış və hərbi biletə əsasən öz təsdiqini tapır.

21. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır.

22. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının güzəştli staj dövrü ilə əlaqədar cavabdehin dəlilləri, o cümlədən iddiaçının iş yerindən verilən məlumatlarda uyğunsuzluq və ziddiyyət var. Belə ki, cavabdehin imtina məktubunda (iş v. 8) və iddia tələbinə etirazda (iş v.24) iddiaçının 09 ay 17 gün iş stajının olması qeyd edilmiş, kassasiya şikayətinə etirazda isə 09 il 17 gün yazılmışdır. Bundan başqa, iddiaçının iş yerindən verilmiş arayışlarda (iş v. 9 və 32) onun işlədiyi peşələrin (qəlibçi və tökməçi) Azərbaycan Rəssamlar İttifaqı X2 işlədiyi tökməçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmasına görə güzəştli şərtlərlə pensiya hüququnun olması qeyd edilsə də, 01.06.2020-ci il tarixli Aktda (Azərbaycan Rəssamlar İttifaqı X1 səlahiyyətli şəxsi və cavabdehin səlahiyyətli şəxsi arasında bağlanmışdır; iş v.27) iddiaçının güzəştli stajının 09 ay 17 gün olması qeyd edilmişdir.

23. Bundan əlavə, iddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən o, eyni müəssisədə və istehsalatda (Azərbaycan Rəssamlar İttifaqı X2) həm tökməçi, həm də qəlibçi vəzifələrini icra etmişdir. Cavabdeh və işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Azərbaycan Rəssamlar İttifaqı X2 işlədiyi tökməçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsinə uyğunlaşdırmış, lakin iddiaçının işlədiyi peşənin sözügedən siyahıda nəzərdə tutulmadığı nəticəsinə gəlmişlər.

24. Bununla bağlı, məhkəmə tərkibi qeyd edir ki, cavabdehin və apellyasiya instansiya məhkəməsinin istinad etdiyi Siyahının 11-ci bölməsində həm də “qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri” və “tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilər” peşələri də nəzərdə tutulmuşdur ki, iddiaçı məhz həmin peşələrə istinad etməklə onun işlədiyi işin Siyahıya uyğun luğuna iddia edir.

25. İşə baxan apellyasiya instansiya məhkəməsi isə iddiaçının dəlillərini nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmamış, iddiaçının güzəştli stajının mövcudluğu isitqamətində öz xidməti vəzifəsindən irəli gələn məhkəmə araşdırmasını hərtərəfli aparmamışdır.

26. Halbuki, iş materiallarında iddiaçının iş yerindən verilmiş iki arayış mövcuddur, işdəki arayışların məzmunu oxşardır və həmin arayışlarda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi qeyd olunmuşdur. Doğrudur, iş yerindən arayış məzmun etibari ilə tələblərə cavab vermə sə də (güzəştli iş dövrü (il ay gün olaraq) dəqiq göstərilməmiş, iddiaçının işlədiyi peşə/vəzifənin konkret olaraq Siyahıda nəzərdə tutulan hansı peşə/vəzifəyə uyğunluğu müəyyən edilməmiş, iddiaçının işlədiyi peşələrin zərərli olması halı əsaslandırılmamışdır), məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının güzəştli stajı ilə bağlı müəssisəyə sorğu ünvanlamaqla məzmunca mötəbər güzəştli arayışın əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.

27. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9- cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

28. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

29. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

30. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

31. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkə mə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə b ilər.

32. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadığından iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə tərkibinin yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və işə baxmalıdır.

34. Qeyd olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 21(103)-541/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar