Məhkəmə qərarları › İş №2-1(102)-2054/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2054/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2054/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X4, X1, X5 və X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X4, X1, X5 və X6) qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X3, X4, X1 və X7 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X2 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-247/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İq tisadi Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X3, X4, X1 və X7 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X2 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin edilməmişdir.

3. Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən, qərar kağız daşıyıcıda poçt vasitəsilə 16 iyul 2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada çatdırılmışdır.

4. İddiaçı apellyasiya instan siyası məhkəməsinə apellyasiya şikayəti verərək və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək müddətin bərpa olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(106)-247/2023 nömrəli qərardadı ilə (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/ M.K.Həsənov və T.S.Kərimov) buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsi təmin olunmamış, Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.

6. Apelyasiya instansiya məhkəməsi qərardad ını onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)-368/2020 nömrəli qərarının iddiaçıya təqdim edildiyi vaxtdan 1 ildən çox müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilmişdir. Bundan başqa, məhkəmə tərkibi iddiaçının təqdim etdiyi arayışa münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həkim məntəqəsində müalicə almışdır. Başqa sözlə, iddiaçının xx.xx.2020-ci il tarixə kimi, eyni zamanda xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə apellyasiya şikayəti vermək imkanı olsa da, o bu prosessual imkandan istifadə etməmiş, apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Eyni zamanda məhkəmə tərkibi hesab etmişdir ki, prosessual müddə tin bərpa edilməsinə dair ərizədə qeyd olunan dəlillər və iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 37 nömrəli arayış prosessual müddəti bərpa edilməsi üçün əsas ola bilməz.

7. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həkim məntəqəsində Covid-19 diaqnozu ilə müalicə almışdır.Bundan başqa isə məhkəmə qərarının nəticəsini başa düşməmişdir. 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə eyni tələblə müraciət etdikdə ona məlum olmuşdur ki, əvvəlki iş üzrə qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı et irazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə ərizəni və iş üzrə materialları araşdıraraq hesab edir ki, kassasiya şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

14. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarı iddiaçıya 16 iyul 2020-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Bu hal iş üzrə materiallara əlavə olunmuş poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə də təsdiq olunur. Həmin xəbərnaməyə əsasən, qərar kağız daşıyıcıda poçt vasitəsilə iddiaçıya şəxsən və imza olunmaqla təqdim edilmişdir.

15. İddiaçı tərəfindən qeyd olunan qərardan apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizə və apelyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur.

16. Hazırki qərarın 10-cu bəndində istinad olunan normaya (PM-in 24.1-ci maddəsinə) görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

17. Həmçinin İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

18. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən ərizə və apelyasiya şikayəti qərarın iddiaçıya çatdırıldığı vaxtdan iki ildən çox müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur. İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət məhdudiyyətini istisna edən şərtlərin, yəni təbii fəlakət və ya digər qarşısıalınmaz halların, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı halların mövcudluğu iş üz rə materiallardan müəyyən edilməmişdir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

19. Bundan başqa, qərardan qanunla müəyyən olunmuş müddətdə şikayətin verilməsi müddətinin buraxılmasının iddiaçının təqsirli davranışına bağlı olduğu da iş üzrə materiallarla təsdiq olunur.

20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad olunan normaların tələblərinə uyğun olduğundan, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(106)-247/2023 nöm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar