Məhkəmə qərarları › İş №2-1(102)-2054/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2054/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2054/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlüyü; iddia müddətinin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətlərinin - cavabının əsassız olması və ikinci qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(103)1771/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyəti 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAC24 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır.

2. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, iddiaçıya dair rəsmiləşdirilən 0108003AAC24 nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarix ində X1 Sisteminin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində iddiaçıya dair Tibbi-Sosial Ekspert Komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur.

3. Qərardan narazı qalan iddiaçının müraciəti əsasında o, xx.xx.2020-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2022-ci il tarixə dək) ikinci dərəcə ilkin əlillik təyinatı bərpa edilmişdir.

4. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023cü il tarixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik səbəbindən (orqanizmin funksiyalarının 50 % pozulması) 1 il müddətinə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin - cavabının əsassız olması və ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonunun İsmayıllı şəhərində doğulmuş, xx.xx.2017-ci il tarixdə İran İslam R espublikasında total mastoektomiya diaqnozu ilə cərrahi əməliyyat olunmuş, xx.xx.2017ci il tarixdən MOM-də 8 kimyaterapiya və ardınca 2 ay şüa müalicəsi qəbul etmişdir. 2-ci kimyaterapiyadan sonra şəkər xəstəliyinə tutulmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Tibbi- Sosial Ekspertiza müayinəsinə əsasən ona ikinci dərəcəli əlillik təyin edilmiş, 2022-ci ilin sentyabrın sonundan xx.xx.2023-cü il tarixədək bir çox müayinələrə göndərilməklə, əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi üçün sənədləri hazırlayıb komissiyaya təqdim etmiş, xərçəng xəstəliyi ilə yanaşı, diabetik polineyropatiya, diabetik retinopatiya və digər yanaşı xəstəliklərlə bağlı komissiyaya sənədlər təqdim etmişdir. Hətta digər xəstəliklər nəticəsində ona 1-ci qrup əlillik dərəcəsi verilməli idi. Təkr ar müayinənin nəticəsinə əsasən əsassız olaraq ona orqanizmin funksiyalarının 50% pozulması ilə bir illik müddətə üçüncü dərəcəli əlillik verilmişdir. İddiaçı 2017-ci il tarixdən həmin diaqnozla 2-ci dərəcəli əlil hesab olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş meyarlar ona aid edilə bilməz.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 20 noyabr 2023-cü il tarixli 21(112)-14303/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əgər onun barəsində orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməklə yeni, daha əlverişli bir inzibati aktın qəbul edilməsini tələb edirsə, onun b u iddiası məcburetmə haqqında iddia növünə uyğun gəlir. Belə ki, iddiaçıya təyin edilən əlilliyin dərəcəsinin (orqanizmin funksiyalarının pozulması faizinin) müəyyən edilməsi ona əlillik təyin edilməsi barədə inzibati aktın məzmununu tamamlayan müddəa olmaqla, ayrıla bilməyən müddəadır. Çünki iddiaçıya əlilliyin təyini birbaşa həmin müddəadan asılıdır, Yəni, iddiaçıya həmin əlillik ona görə təyin edilmişdir ki, onun orqanizmin funksiyalarının 61-80 faiz deyil, məhz 50 faiz pozulması aşkar olunmuşdur. Buna görə də, iddiaçı ona əlilliyin təyin edilməsi ilə birbaşa əlaqədar olan bu qərarın müddəasını, ayrıca mübahisələndirmə haqqında iddia ilə mübahisələndirə bilməz. Bunun üçün iddiaçı arzuladığı məqsədə uyğun yeni bir inzibati aktın qəbul edilməsi barədə məcburetmə haqqında iddia qaldırmalıd ır, hansı ki, iddiaçı hazırda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işdən görünür ki, iddiaçı ona ikinci dərəcə əlillik təyin edilməsi, yəni orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməsi ilə bağlı məhkəməyə qədər cavabdeh orqana müraciət etməmişdir.

9. Halbuki, İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

10. Göründüyü kimi, inzibati prosessual qanunvericilik məhkəmədə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə h aqqında iddia qaldırılması üçün ilk öncə, inzibati orqana müraciət edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İşdən görünür ki, iddiaçının cavabdehə yeganə müraciəti xx.xx.2023-cü il tarixli göndəriş olmuş, həmin göndəriş əsasında iddiaçıya üçüncü dərəcə, yəni orqanizmin funksiyalarının 50 faiz pozulması barədə əlillik təyin edilmiş, iddiaçı həmin inzibati aktla razılaşmış, ona ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı cavabdehə müvafiq göndəriş verilməsi barədə müraciət etməmişdir.

11. Şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatl arı, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Lakin işin halları ilə bu normaların tələblərinə əməl olunması, yəni iddiaçı barəsində ona ikinci dərəcə əlillik təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi müəyyən edilmir. Belə olan halda, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və idd iaya mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 25 aprel 2024-cü il tarixli, 2- 1(103)-1771/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olu nmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o yeni əlillik dərəcəsini almaq istəmir. Onun 2-ci dərəcəli əlilliyi var idi, cavabdeh qanunsuz olaraq onun vəziyyətini düzgün qiymətləndirməmişdir. Bu səbəbdən mövcud əlilliyin bərpa olunmasını xahiş edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərək əti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın v ə elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kas sasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.

23. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərardadında hazırkı iddiaya məcburetmə haqqında iddia növü kimi hüquqi qiymət verməkdə səhv nəticəyə gəlsə də, nəticə etibarı ilə qərardadın ləğv o lunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən İPM-nin 96.7-ci maddəsinin tələblərinə əsasən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

24. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda qeyd edilir ki, tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir.

25. Əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz, əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən ed ilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir.

26. Bu kimi mübahisələrdə, məhkəmələr tərəfindən ilk növbədə, iddiaçının əlilliyi olan şəxs statusuna malik olub-olmamasının dəqiqləşdirilməsi zəruridir. Belə ki, işlərin öyrənilməsi zamanı bəzən əlilliyi ləğv edilmiş şəxsin əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı iddiasına məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmaqla həll edilməsi halları da müəyyən edilmişdir.

27. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişd irilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyinin dəyişdirilməsinə dair iddia qaldıra bilər.

28. Qeyd edilməlidir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı və çatmaq istədiyi hüquqi nəticə ona sonuncu əlillik təyinatında qeyd olunduğu kimi 1 il müddətinə deyil, 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilməsindən ibarətdir. Başqa sözlə, iddiaçı ona əlillik təyin edilməsini deyil, cavabdeh inzibati orqanın ona əlillik təyin edilməsi barədə qərarı ilə razılaşmayaraq, həmin qərarın dəyişdirilməsini arzu edir. Belə olan h alda, Ali Məhkəmənin icmal məktubunda da qeyd olunduğu kimi, hazırkı iddia məcburetmə haqqında deyil, mübahisələndirmə haqqında iddia növünə aiddir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi mübahisələndirmə haqqında iddia qaldırmaq üçün müddət məhdudiyyəti (iddia müddəti) müəyyən etmişdir. Həmin maddənin tələbinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

30. İşin hallarından göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə sonuncu göndəriş əsasında noyabr 2022-ci ildə baxılmış və əlillik vəziyyəti qiymətləndirilməklə hazırda iddiaçının mübahisələndirdiyi qərar q əbul edilmişdir. Ona əlillik təyin edilməsi nəticəsində iddiaçı müvafiq pensiya və ya müavinət almış, başqa sözlə, təyin edilmiş əlilliyin dərəcəsindən, müddətindən məlumatlı olmuş, buna baxmayaraq, həmin təyinatdan təqribən 1 ilə yaxın müddət keçdikdən sonra əlillik təyinatının düzgün aparılmadığına istinad etməklə, iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, beləliklə də hazırkı məzmunda iddia verilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. İddiaçı iddia verilməsi müddətini üzrsüz səbəblərdən ötürməsi barədə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə mübahisə açmamışdır.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 21(103)-1771/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar