Məhkəmə qərarları › İş №2-1(102)-2055/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2055/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2055/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-284/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlilliyə görə əmək pensiyanın təyin edilməsi ilə bağlı DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət etmişdir və xx.xx.2017-ci il tarixdə ona 2 qrup əlillik dərəcəsi verilərək pensiya təyin edilmişdir.

2. İddiaçıya pensiya ödənilməsi xx.xx.2019-cu il tarixində dayandırılmışdır. Cavabdeh pensiyanın ödənilməsindən imtina edilməsinə əsas kimi iddiaçının xx.xx.1992ci il tarixdən xx.xx.1995-ci il tarixinədək işlədiyi “X1”-nın sənədlərinin yoxlanılmasının mümkün olmadığını, bu səbəbdən iddiaçının sığorta stajının təsdiq olunmadığını göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-nin İsmayıllı Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1995ci il tarixinədək “X1”nda işləməsi əmək kitabçası ilə təsdiq edilir. Cavabdeh inzibati orqan həmin stajı hesablamaqdan imtina edirsə onda həmin stajın olmamasını sübut etməlidir. Lakin cavabdeh bu halı sübut edə bilməmiş, əsassız olaraq iddiaçıya pensiya verilməsindən imtina etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-213/2020 saylı qərarı ilə (hakim – İ.H.Cabbarov) iddianın təmin edilməsi, cavabdehin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən iş stajı əmək kitabçasında göstərilmişdir və əmək kitabçasında olan qeydlərin mötəbər olmaması ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia əsaslıdır.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-213/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qə rar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-284/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinədək “X1”nda işləməsi əmək kitabçasında qeyd olunduğundan cavabdehin imtinası əsassızdır.

10. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir..

11. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verər ək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)284/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

13. Belə ki, iddiaçı həqiqətən də sözügedən müəssisədə işləsə idi, bununla bağlı müvafiq əmrlər və əmək haqqı cədvəlləri mövcud olardı və həmin sənədlər ən azından Dövlət Arxivinə təhvil verilərdi. Sənədlərin olmaması onun həmin müəssisədə faktiki deyil, f ormal olaraq işləməsi anlamına gəlir. Məhkəmə bununla bağlı müvafiq sorğular göndərməli, əmək kitabçasının mötəbərliyini araşdırmalı olsa da, göstərilən halları nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 19. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 21. “İnzibati icra at haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda i stisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Azərbaycan Res publikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-284/2020 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.

27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinədək “X1”nda işləməsi barədə arxiv sənədləri yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almadan qərar qəbul etmişdir.

28. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından məlum olur ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta y etirilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

29. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinədək “X1”nda işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.

30. Hazırkı qərarın 21-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. İddiaçının müvafiq iş stajını təsdiq edən əmək kitabçası olduğu halda cavabdeh həmin əmək kitabçasının mötəbərliyini sübut edən əlavə sənədlər tələb edərək “İnzibati icra at haqqında” Qanunun göstərilən tələbini pozmuşdur.

31. Bundan başqa, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsini təsdiq edən sənədlərin Dövlət Arxivinə təhvil verilməməsi vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.

32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçın ın, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

33. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

34. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-284/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar