Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2055/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi filialı) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-1(103)-198/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 18 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1985-ci il 6 iyun tarixdə açılmış BT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 1991-ci il 17 yanvar 2005-ci il 16 sentyabr və 2006-cı il 1 may - 2016-cı il 1 ya nvar tarixləri arasındakı dövrlər ərzində "Bakı Metropoliteni” QSC-də işlədiyi “halvanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər yarımbəndində (21.5) nəzərdə tutulmamış, həmçinin 2006-cı il 1 yanvar tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 28 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1979-1985 -ci illərin ümumi əmək stajına daxil edilməklə, ona 2019-cu il 8 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1962-ci il 8 avqust təvəllüdlüdür. 1979-cu ildən 1985-ci ilə kimi Bakı Texnoloji Texnikumunda təhsil almış, həmçinin təhsil müddətində 1980-ci il 29 oktyabr tarixdən 1982-ci il 12 dekabr tarixə kimi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1985-ci il 6 iyun tarixdə başlamışdır. 1991-ci ildən isə Bakı Metropolitenində işləyir. Hal-hazırda da Bakı Metropoliteninin işçisidir. Bu müddətdə 1991-ci il 17 yanvar tarixdən 2005-ci il 16 sentyabr tarixə kimi və 2006cı il 1 may tarixdən 2014-cü il 18 iyul tarixə kimi Bakı M etropoliteninin “N.Nərimanov” adına elektrik deposunda “halvanik” peşəsində, 2014-cü il 18 iyul tarixdən 2016-cı il 1 yanvar tarixə kimi "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli “halvanik” peşəsində olmaqla tam iş rejimində zərərli iş şəraiti ilə işləmişdir. Göründüyü kimi, zərərli iş şəraitində əmək stajı 24 il 3 ay 29 gün təşkil edir. Ümumi əmək stajı isə 34 ildən çoxdur. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi onun 34 ildən çox ümumi iş stajı var ki, bunun da 24 ildən çoxunu zərərli (güzəştli) iş şəraitində işləmişdir. Buna əsaslanaraq, 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, inzibati orqan bildirmişdir ki, 2006-cı il 1 yanvar tarixə onun ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla razı deyildir. Cavabdehin imtina etdiyi digər səbəb isə “halvanik" vəzifəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş yerləri siyahısında nəqliyyat bölməsinin metropolitenlər yarımbəndində nəzərdə tutulmamasıdır. Halbuki, 2019-cu il 6 avqust tarixli arayışa əsasən məhz “halvanik" peşəsində tam iş rejimində zərərli iş şəraiti ilə işləməyi təsdiq olunur. Onun 2019-cu il 8 avqust tarixdən, yəni 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək, bununla onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozmuşdur. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından aydın olmuşdur ki, iddiaçı 1985-ci il 6 iyun tarixdən əmək fəaliyyətinə başlamışdır. Aradakı fasilələr nəzərə alınmadan, iddiaçının 1985-ci il 6 iyun tarixdən 2006-cı il 1 yanvar tarixədək olan ümumi əmək stajı 20 il 02 ay 11 gün təşkil edir. İddiaçı 1980-ci il 29 oktyabr - 1982-ci il 7 dekabr tarixlərdə, yəni 02 il 01 ay 08 gün həqiqi hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, hərbi xidmətlə birlikdə iddiaçının 2006-cı il 1 yanvar tarixədək olan ümumi əmək stajı 22 il 03 ay 19 gün təşkil edir. İddiaçı "xxxx" QSC-nin A/365 saylı, 2019-cu il 6 avqust tarixli güzəştli arayışına əsaslanaraq iddia etmişdir ki, 1991-ci il 17 yanvar - 2005-ci il 16 sentyabr tarixlərdə çalışdığı “halvanik” peşəsi, 2005-16 sentyabr - 2006-cı il 01 may tarixlərdə çalışdığı “çilingər” peşəsi NK-nın 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli Qərarı ilə təsdiqlənmiş siyahıda nəzərdə tutulub. İddiaçı 2006-cı il 1 yanvar tarixədək ümumi və güzəştli əmək stajını topladığını iddia edirsə, onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiqlənmiş siyahıya deyil, 320 nömrəli, 1993-cü il 21 iyun tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya istinad edə bilərdi. Güzəştli arayışda bu barədə hər hansı qeyd yoxdur. Arayışın özü natamamdır. Yəni arayışda iddiaçının çalışdığı peşənin siyahının hansı bölməsində öz əksini tapdığı qeyd edilməmişdir. Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiqlənmiş siyahının 21-ci bölməsi “Nəqliyyat” adlanır. Həmin bölmə 5 bənddən ibarətdir; 5 bənddən 2-sində 21.1-ci (“Dəmiryol nəqliyyatı və metropoliten” adlanır) və 21.5-ci (“Metropolitenlər" adlanır) bəndlərdə metropolitenlərlə bağlı peşələr nəzərdə tutulub. Lakin həmin bəndlərdən heç birində iddiaçının çalışdığı “halvanik” peşəsi öz əksini tapmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 5 avqust tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1979-1985-ci illər ümumi əmək stajına daxil edilməklə 57 yaşdan, yəni 2019-cu il 8 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “halvanik” vəzifəsi peşə təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 nömrəli Siyahının XİV Bölməsinin 2150500a-11629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndinə uyğun olmaqla iddiaçının 2006-ci il 1 yanvar tarixə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 01 ay 23 gün ümumi və 14 il 07 ay 29 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 2019-cu il 8 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-1(103)-198/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 5 avqust tarixli qərarı ləğv edilmiş, iş üzrə y eni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XİV Bölməsinin 2150500a-11629 şifri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndi “Metal emalı” bölməsinə aid olmuş, iddiaçının çalışdığı sahə ilə heç bir əlaqəsi olmamı şdır. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının 11.7-ci bölməsində nəzərdə tutulan “halvanik” peşəsinin Metropolitendə “halvanik” peşəsi ilə eynilik təş kil etməməsi qənaətinə gəlmişdir. Hesab edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, qanunu düzgün tətbiq etməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, gəldiyi nəticə isə qanunsuz və əsassızdır. İşdə olan bu sübutlardan iddiaçının həqiqətən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən tam zərərli iş şəraitində işləməsi, habelə sağlamlıq üçün təhlükəli olan zərərli maddələrlə işləməsi sübut olunur. Həmçinin “Halvanik” peşəsi zərərli peşə kimi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XİV Bölməsinin 2150500a-l 1629 kodu və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 11.7-ci bölməsinin “a” bəndində əks edilmiş və birbaşa iddiaçının çalışdığı sahəyə aid olmaqla eynilik təşkil edir. Yəni iddiaçının işlədiyi “halvanik" peşəsi həmin siyahıda göstərilən “halvanik" peşəsinə uyğundur. Hesab edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci və 13-cü maddələrinin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallarla bağlı iş üçün əhəmiyyət kəsb edən tam və hərtərəfli araşdırma aparmamışdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyin tələb etdiy i bütün şərtlər mövcud olduğu halda Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 9 mart tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmadan qalmış, həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən hazırkı məhkəmə qərarı qəbul edilmişdir. Kassasiya şikayətinə əlavənin dəlilləri
13. İddiaçı kassasiya şikayəti əlavə verərək bildirmişdir ki, iddiaçının işlədiyi peşənin vəzifə təlimatı Bakı Metropoliteni QSC-nin 2020-ci il 23 iyun tarixli, 40N-10/3600 saylı cavab məktubu ilə işə əlavə edilmişdir. Təlimatdan görünür ki, iddiaçının iş yerində əmək funksiyası – metro vaqonlarının tutacaqlarının və digər b irləşdirici elementlərin (metalların) təmizlənməsi, cilalanması, hissələrin metal şotkalarla emal rejiminə əməl edilməklə təmizlənməsi, cilalanması, elektrolitin hazırlanması, vannalara doldurulması, xrom örtüyün çəkilməsi, sonra onların vannalardan çıxarılması, soyudulması, qurudulması, cihazların zay örtüklərinin çıxarılması, zay örtüklərin bərpası kimi işlərdən ibarətdir. Beləliklə, iddiaçının metropolitendə işlədiyi “halvanik" peşəsi ilə metal emalı bölməsində qeyd edilən “halvanik" peşəsinin əmək funksiyaları eynidir. Bu isə o deməkdir ki, iddiaçının tutduğu “halvanik" peşəsi Nazirlər Kabinetinin “zərərli iş yerlərinə dair” müvafiq siyahısının XİV Bölməsinin “Metal Emalı” yarımbölməsində qeyd edilən “halvanik" peşəsi ilə tam eynilik təşkil edir. Digər tərəfdən, “halvanik" peşəsi Nazir lər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XİV Bölməsinin “Metal Emalı” 5-ci yarımbölməsində a) bəndində fəhlələr kateqoriyasında qeyd olunmuşdur və həmin Siyahının XXİ Nəqliyyat Bölməsində də 1-ci Dəmir Yolu və Metropoliten adlı yarımbölmədə a) bəndində fəhlələr qeyd edilmişdirsə, bu onu deməyə əsas verir ki, iddiaçı həm halvanik, həm də fəhlə olaraq zərərli iş şəraitində çalışması müvafiq Siyahıda əksini tapmışdır. Apellyasiya məhkəməsi mübahisəyə düzgün yanaşmayaraq iddiaçının vəzifə təlimatı və əlavə olaraq məhkəmə baxışı zamanı təqdim olunan “halvanik" vəzifəsi üzrə istifadə olunan zərərli maddələr barədə təli mata dair sənədə əhəmiyyət verməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 8
2. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı Bakı Metropoliteni "N.Nərimanov" adına elektrik deposunda çalışdığından onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edil miş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 2-ci bəndində (Nəqliyyat; metropolitenlər) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsində (Nəqliyyat, dəmir yolu nəqliyyatı və metropoliten) öz əksini tapmalıdır. Lakin müvafiq bölmələrdə nəzərdə tutulmuş vəzifələr arasında iddiaçının çalışdığı “halvanik" peşəsi öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü i l 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XİV Bölməsinin 2150500a-11629 şifri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndi “Metal emalı” bölməsinə aid olmuş, iddiaçının çalışdığı sahə ilə heç bir əlaqəsi olmamışdır.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “halvanik” peşəsinin Siyahıda “Metal emalı” bölməsində nəzərdə tutulduğu və həmin peşənin iddiaçının işlədiyi “Nəqliyyat. Metropoliten” sahəsi ilə əlaqəsi olmadığı nəticəsinə gələrkən “Metal emalı” bölməsinə aid peşə və vəzifələrin, hazırkı halda, iddiaçının çalışdığı “halvanik” peşəsinin, həmin peşənin icra olunduğu iş yerinin və əmək şəraitinin xüsusiyyətlərinə dair hər hansı sübutetmə vasitələrinə və məlumatlara əsaslanmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, metal emalı metal və tökmələrin forma, ölçü və keyfiyyətinin dəyişdirilməsi üzrə texnoloji prosesdir və bu proses müxtəlif istehsalat sahələrində və müxtəlif metodlarla, o cümlədən halvanika metodu ilə həyata keçirilə bilər.
22. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.
23. Buna görə də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan texnoloji prosesin məhz halvanika metodu ilə iddiaçının çalışdığı istehsalat sa həsində də icra olunduğuna dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları tam və hərtərəfli araşdırmalı və qiymətləndirməli idi.
24. Hazırkı işdə bu, baş verməmişdir.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə tə min oluna bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 21(103)-198/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.