Məhkəmə qərarları › İş №2-1(102)-2055/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2055/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2055/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2000-ci il təvəllüdlü: FİN: CJZ5BB cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2-1(103)-2119/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının SX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli hərbi biletindəki məlumatlarına əsasən, o xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Mərkəzi Hərbi Həkim Komissiyasının 11 saylı xx.xx.2020-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” qeyd olunmuşdur. 3. “Oğuz rayon Mərkəzi Xəstəxanasının” 0307003AAD73 saylı göndərişin surətinə əsasən iddiaçının xəstəliyi xx.xx.2019-cu ildə başlanılmış, əsas diaqnoz – Bud sümüyü cisminin (diafiz inin) sınığı Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə “İntramedulyar metallosteosintezi” icra olunub və xx.xx.2019-cu il tarixdə “Ştiftin” çıxarılması icra olunub). ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası TSEK-ə göndərilməsi üçün əsas Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 4. “Oğuz rayon Mərkəzi Xəstəxanasının” xx.xx.2021-ci il tarixli İddiaçı əlillik dərəcəsinin qiymətləndirməsinə dair məlumat vərəqinə əsasən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: imtina edilib: səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və m üayinələr əlillik təyininə əsas vermir. Əsas diaqnoz S72.3 Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə "İntramedulyar metallosteosintezi" icra olunub və 09.11,2019-cu il tarixdə "Ştiftin" çıxarılması icra olunub) sonrakı vəziyyət. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin pozulması. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası.

5. İddiaçının əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il ta rixli 0307003AAD73 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.3 - Bud süm...; Diaqnozun mətni: Əsas diaqnoz S72.3 Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə "İntramedulyar metallosteosintezi" icra olunub və 09.11,2019-cu il tarixdə "Ştiftin" çıxarılması icra olunub) sonrakı vəziyyət. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin pozulması. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “ona əlillik dərəcəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi tərəfindən 26 oktyabr 2018-ci il tarixdə hərbi xidmətə çağ ırılmış, xx.xx.2019-cu il tarixdə postlara yemək apararkən yük avtomobilinin qəzaya uğraması nəticəsində ciddi xəsarət almış, hərbi hissənin tibb məntəqəsində müvafiq tibbi yardım göstərildikdən sonra xx.xx.2019-cu il tarixdə N saylı hərbi hissəyə təxliyə olunmuş və xx.xx.2020-ci il tarixədək müalicə olunmuşdur. Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsində hərbi qeydiyyata alınmışdır. O, halhazırda da müalicəsini davam etdirir, əmək qabiliyyətini itirdiyinə görə heç bir yerdə işləmir və bu səbəbdən də maddi çətinlikləri var. Bununla bağlı ona əlillik dərəcəsinin verilməsi üçün inzibati orqana müraciət etsə də, s onuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0307003AAD73 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.3 - Bud süm...; Diaqnozun mətni: Əsas diaqnoz S72.3 Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə "İntramedulyar metallosteosintezi" icra olunub və 09.11,2019-cu il tarixdə "Ştiftin" çıxarılm ası icra olunub) sonrakı vəziyyət. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin pozulması. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qər arı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndər işlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsd ə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edi ldikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, T SEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1339/2022 nömrəli qərarı ilə (sədrlik edən M.Hacıbəyova) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, keçirilmiş ekspertizanın nəticəsi olaraq ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliyə görə ona əlilliyin verilməsi üçün əsas olmadığından iddia təmin edilə bilməz.

11. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2119/2022 nömrəli (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar araşdırılması üçün B akı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual normaların tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə (bundan so nra mətndə- İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən 29 sentyabr 2021-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında xx.xx.2000-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəliyin və qüsurların aşkar olunmasının, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas olmasının müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T264/2021 saylı ekspert rəyindən görünür ki, “2000-ci il təvəllüdlü İddiaçı hal-hazırda “S72. Bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyünün or ta 1/3-nin yerdəyişmiş qapalı sınığı, intramedulyar metalloosteosintez və ştiftin çıxarılması əməliyyatlarından sonrakı vəziyyət, R26.2 başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması, L91.0 hipertrofik çapıq, sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları, M24.5 oynaqların kontrakturası, sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası” xəstəliyindən əziyyət çəkir. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə əlillik dərəcəsi verilməsi üçün yetərli olmaması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud olmamışdır.

22. Məhkəmə kollegiyası apellyasiya insta nsiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

23. Apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı ekspert rəyində ekspertlər mənbə (ədəbiyyat) kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişlər.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə həmin Əsasnamə ləğv edilmiş, yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.

25. Beləliklə, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu vaxtda, iş ü zrə yekun qərar qəbul edənədək əlilliyin müəyyən edilməsinin meyarlarına dair qaydalar artıq dəyişdiyindən, məhkəmə iddia tələbi üzrə işin hallarını qüvvədə olan normativ aktın tələblərinə uyğun araşdırmalı və qiymətləndirməli idi. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox və ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Bu halda, bir qayda olaraq, qərarın qəbul edildiyi vaxtda qüvvədə olan qanun rəhbər tutulmalıdır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12. 1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 05 iyul tarixli, 21(103)-2119/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar