Məhkəmə qərarları › İş №2-1(102)-2056/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2056/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2056/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müraciətə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(103)-2059/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. O, 07 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı vəzifəsində,13 iyun 1988-ci il tarixdən 18 yanvar 1996-cı il tarixədək “Xəzər” Gənclərin X1 baş iş icraçısı vəzifəsində, 01 dekabr 2014-cü il tarixdən 01 aprel 2017-ci il tarixədək “Xəzər” GETYM-in tikintisində iş icrası vəzifəsində işləmişdir.

2. İddiaçı 04 mart 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı 17 mart 2020-ci il tarixli, **********0 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina olunduğu bildirilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdən pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. 07 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək, yəni 3 il 3 ay, 8 gün “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. Bu barədə arayış da mövcuddur. 13 iyun 1988-ci il tarixdən 18 yanvar 1996-cı il tarixədək “Xəzər” Gənclərin X1 baş iş icraçısı vəzifəsində, 01 dekabr 2014-cü il tarixdən 01 aprel 2017-ci il tarixədək “Xəzər” GETYM-in tikintisində iş icraçısı vəzifəsində işləmişdir. Göründüyü kimi, 1978-ci ildən 2017-ci ilədək müxtəlif işlərdə işləm iş, əmək fəaliyyətinin kifayət qədər hissəsi zərərli iş şəraiti ilə bağlı olmuşdur. Bu səbəbdən də stajının bir hissəsini AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrdə toplamışdır. Stajının digər hissəsini isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulmuş güzəştli vəzifələrdə toplamışdır. 04 mart 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cava bdehə müraciət etmişdir. Lakin cavabdeh 17 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməli və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, həmin dövrdən indiyədək ödənilməmiş pensiya məbləği ödənilməlidir.

6. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Cavabdehin etirazının d əlilləri iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsasları ilə eynidir.

8. Birinci instansiya məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-2002/2021 nömrəli (hakim Rüstəm Kərimli) qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən iddiaçının işlədiyi “izolyasiyaçı”, “iş icraçısı” və “baş iş icraçısı” vəzifələri AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh “baş iş icraçısı” ilə “iş icraçısı” vəzifələrinin əhəmiyyətli fərqi barədə hər hansı dəlil gətirmədiyindən, məhkəmə bu əsasla verilmiş imtinanı formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirmiş və iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işlədiyinin təsdiqləndiyi qənaətinə gəlmişdir. Məhkəmə qanunvericilik normalarına əsasən vurğulamışdır ki, iddiaçının inzibati orqana müraciəti ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olsa da, inzibati orqanın qərarı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlıdır. İddiaçı isə, hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunması tələbini irəli sürür. Məhkəmə 60 yaşdan iddiaçıya əmək pensiyasının təyin olunması məsələsinin araşdırılmadığını nəzərə alaraq, bununla bağlı inzibati icra atı məhkəmə araşdırmasına nisbətən daha məqsədəuyğun hesab etmişdir.

10. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajının olması nəzərə alınmaqla yenidən baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

11. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 05.08.2021-ci il tarixli, 2-1(103)-2059/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-2002/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı tamam olmamışdır. Belə ki, iddia çının əmək kitabçasında qeyd olunan 03.02.2005-03.09.2006 və 01.04.2017-03.09.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq olaraq “Xəzər” GETYM-də işlədiyi baş iş icraçısı və mühəndis vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sü butlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusi yyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. i nzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icr aatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul ed ə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası məhkəmə tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəaları baxımından formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirilmişdir. Məhkəmə eyni zamanda inziba ti orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olduğuna, iddiaçının tələbinin isə hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasından ibarət olduğuna, 60 yaşdan iddiaçıya əmək pensiyasının təyin olunmasının inzibati orqan tərəfindən araşdırılmadığına istinad edərək, qeyd olunan halların cavabdeh tərəfindən inzibati icraat çərçivəsində yoxlanılmasını daha məqsədəuyğun hesab etmişdir. Bu baxımdan məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur.

30. Lakin məhkəmə həmin mövqeyində haqlı sayıla bilməz. Konkret mübahisəyə münasibətdə qeyd etmək lazımdır ki, inzibati orqan tərəfindən natamam inzibati icraatın aparılması və belə icraat nəticəsində formal qərarın qəbul edilməsi heç də bütün hallarda məhkəməni işin faktiki hallarını araşdırmaq və müəyyən etmək, bu məqsədlə yuxarıda istinad olunan normaların müddəalarına uyğun olaraq əlavə sübutlar toplamaq, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları əldə etmək vəzifəsindən azad etmir və etməməlidir. İnzibati orqan tərəfindən qərarın işin faktiki hallarını yetərli səviyyədə araşdırmadan qəbul olunduğunu hesab edən məhkəmə, hər bir halda qərar qəbul etməzdən əvvəl tam araşdırma aparmağa borcludur. Bu obyektiv araşdırma prinsipinin tələblərindən irəli gəlir. Bu qaydadan kənara çıxmağa yalnız o hallarda yol verilir ki, məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları məhk əmə özü həyata keçirmək iqtidarında olmasın.

31. Bununla bağlı nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən yuxarıda istinad olunan normalarda təsbit olunmuş tələblərə əməl olunmamışdır.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə bax ışı çərçivəsində tələb olunan araşdırmanın həyata keçirilməsi mümkün olmadığı təqdirdə, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoymaqda haqlı sayıla bilər. Lakin məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları həyata keçirmək iqtidarında olmadığını məhkəmə öz qərarında hər hansı şəkildə əsaslandırmamışdır.

33. Bu baxımdan inzibati orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olması, iddiaçının məhkəmə icraatının gedişində iddiasını dəqiqləşdirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasını tələb etməsi, mübahisə ilə bağlı hazırkı işin iddiaçıya 60 yaşdan əmək pensiyasının təyin olunmasının ara şdırılması üçün cavabdehə göndərilməsinə haqq qazandıra bilməz.

34. Halbuki, iş üzrə materiallardan iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun məhkəmə tərəfindən məhkəmə icraatı çərçivəsində yoxlanılmasının mümkün olduğu görünür. Başqa sözlə, məhkəmə iş üzrə materiallar əsasında şəxsin yaşını, ümumi və güzəştli iş stajını yoxlamaq və müəyyən etmək, habelə məhkəmə icraatı çərçivəsində bu halların müəyyən edilməsi məqsədilə zəruri sübütları toplamaq iqtidarında olmuşdur. Bunu birinci instansiya məhkəməsinin öz qərarının əsaslandırma hissəsində gəldiyi qənaətlər də təsdiq edir (məsələn, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən i şlərdə 12 il 6 aydan artıq iş stajının olması nəzərə alınmaqla yenidən baxılmalı və müvafiq qərar qəbul edilməlidir).

35. Bundan başqa, məhkəmə tərəfindən qərar qəbul edilərkən inzibati icraat çərçivəsində araşdırmanın aparılmasının məqsədəuyğunluğu önə çəkilmiş, bu zaman obyektiv araşdırma və məhkəmə qənaəti prinsiplərinin tələbləri nəzərə alınmamışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəblərdən iddianın qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin qoyulması barədə qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz.

37. Beləliklə, kollegiyanın qənaətinə görə kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş m ahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(103)-2059/2021 nömrəli qərarı ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar