Məhkəmə qərarları › İş №2-1(102)-2056/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2056/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2056/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-911/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 12 yanvar 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə 141,04 manat məbləğində əmək pensiya təyin olunmuş, sonradan isə həmin şöbənin xx.xx.2018-ci il tarixli, 155 №-li qərarı ilə sonradan ona xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə növünə keçirilərək 716,03 manat ömürlük pensiya təyin olun muşdur.

2. Daha sonra ailə başçısını itirməyə görə xx.xx.2020-ci il tarixinədək iddiaçıya 908.95 manat məbləğində əmək pensiyası ödənilmiş, lakin onun həmin pensiya hüququnun qanuni əsasını (ƏPQ m.14.1.2.) təşkil edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona təyin edilmiş İİ qrup əlillik dərəcəsi etibarsız sayıldığından, 07 oktyabr 2020-ci il tarixdən dayandırılmışdır.

3. Bundan sonra, iddiaçı, DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə 12 yanvar 2014-cü il tarixdən ona güzəştli şərtlərlə təyin edilmiş ilkin pensiya növünə qayıdaraq yenidən pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa edilməsini cavabdehdən xahiş etsə də, sonuncu tərəfindən bu müraciətinin təmin olunmasından im tina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə iddiaçı xx.xx.1962-cı ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır. Əmək fəaliyyəti əsasən əl ilə zərərli peşələr olmuşdur. O, hal-hazırda işləmir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixində rəsmi ərizə ilə müraciət edilmiş və cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal üzrə peşələrin vəzifələrin və göstəricilərin siyahısının Toxuculuq istehsalat bölməsinin (32) toxucular bölməsində metal və sintetik tor toxuyan toxucuların nəzərdə tutulduğunu, xx.xx.1979-xx.xx.1995-ci illər ərzində əmək kitabçasında toxucu işləməsini, lakin təqdim edilən sənədlərdə onun metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasının müəyyən olunmasının mümkün olmamasını əsas gətirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona 52 yaşı tamam olduğu xx.xx.2014-cü ildə güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya məbləğini o, 4-5 il ərzində almışdır. Sonradan əlillik qazanmışdır və ölmüş ərinin pensiyasına keçirilmişdir. Əlillik dərəcəsi ləğv edilmiş və hazırki günə qədər təyinat aparılmamışdır.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışla rsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Toxuculuq istehsalatı bölməsinin (32) toxucular bəndində metal və sintetik tor toxuyan toxucular nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 noyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində toxucu işlədiyi qeyd edilmişdir. Lakin təqdim etdiyi sənədlərə əsasən işlədiyi vəzifənin yuxarıda Siyahıda qeyd olunan metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya 12 yanvar 2014-cü il tarixdən Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında pensiya növü dəyişdirilərək 01 fevral 2018-ci i l tarixdən DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əllilik etibarsız sayıldığından, ona təyin edilmiş əmək pensiyası 07 oktyabr 2020-ci il tarixdən dayandırılmışdır. Hazırda isə iddiaçı yenidən pensiya növünün dəyişdirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.1 -ci bəndinə görə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34- cü maddəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndində qeyd edilir ki, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Hazırkı mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 20 il sığorta stajına, bu müddətin yuxarıda qeyd olunan siyahı üzrə 10 il güzəştli iş stajına malik olmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün he sab edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim-N.Abıyev) ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-911/2023 nömrəli (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5769/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli v ə ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000 -ci ilədək hər il 6 ay artırılmışdır.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdi yi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaç ıya güzəştli şərtlərlə əmək pensiyasının bərpa olunması məsələsi apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı mübahisədə iddiaçını n tələbi və hüquqi marağı ona xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması ilə bağlıdır.

29. Bununla bağlı qeyd olunmalıdır ki, Əmək pensiyaları haqqında Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 №li Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 26-cı (Yüngül sənaye) bölməsinin 26.1-ci(Toxuculuq sənayesi; ümumi peşələr-fəhlələr: a) darama-to xuma avadanlığının operatorları) bəndi baxımından, DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə iddiaçının 30 noyabr 1979-cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçası üzrə xx.xx.1979-xx.xx.1995-ci illərdə toxuculuq istehsalatında toxucu peşəsində işlədiyi dövr (işdən görünür ki, pensiya şöbəsinə güzəştli arayış təqdim olunmuşdur) güzəştli staj kimi qəbul edilərək, ona xx.xx.2014-cü il tarixindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının etimad etdiyi, DSMF-nin Suraxanı rayon şöbəsinin ləğv olunmamış xx.xx.2014-cü il tarixli 523 №-li həmin qərarına olan etimadı nəzərə alınmaqla, onun güzəştli şərtlərlə pensiyasının, ailə başçısını itirməyə görə ödənilən əmək pensiyası (əlillik dərəcəsi etibarsız hesab edildiyindən) dayandırıldığı xx.xx.2020-ci il tarixdən, bərpa edilməsini tələb etməkdə haqlıdır.

31. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsindən imtina olunması qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-911/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar