Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2057/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli pensiya, güzəştli iş stajı, 1 saylı Siyahı, Geoloji Kəşfiyyat İdarəsi, geoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər, mexanik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü, FİN:xxxxxx x) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-644/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1981-ci il tarixdə M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə “neft mexanika” fakültəsinin “neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə tam əyani kursu bitirmişdir. Ona məxsus 18 avqust 1986 -cı il tarixli əmək kitabçasının və 5 yanvar 2022-ci il tarixli arayışın məlumatlarına əsasən iddiaçı 12 avqust 1986-cı il tarixli 115-k saylı əmrə əsasən X5 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunmuşdur, 22 sentyabr 1986-cı il tarixli 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, 8 fevral 1988ci il tarixli 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixli 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixli 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixli 40-k saylı əmrə əsasən X7 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixli 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixli 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13- cü dərəcəli mexanik, 5 iyul 2006cı il tarixli 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, 5 fevral 2007-ci il tarixli 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. 30 may 2008-ci il tarixli 26-k saylı əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 20 fevral 2008-ci il tarixdən halhazıradək SOCAR-ın müxtəlif idarələrində müxtəlif peşələrdə işləyir.
2. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun 1 dekabr 2021- ci il tarixli 08-194 saylı arayışında göstərilmişdir ki, M.Əzizbəyov a dına X6 ordenli Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərinə əsasən İddiaçı 1981-ci ildə neft mexanika fakültəsinin “neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin 1-ci kursuna qəbul olunmuş, 1986-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir.
3. ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı X1 və Topoqrafiya İdarəsinin (indiki X2 İstehsalat Bölümü) arxiv sənədlərinə əsasən X5 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, Cümşüd İbrahimov gəmisində böyük mexanik, X7 Qurğusunda mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 12 avqust 1986-cı il tarixli 115-k saylı əmrə əsasən X5 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunub. 22 sentyabr 1986-cı il tarixli 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, 8 fevral 1988-ci il tarixli 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixli 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixli 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixli 40-k saylı əmrə əsasən X7 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixli 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixli 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik, 5 iyul 2006-cı il tarixli 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, 5 fevral 2007-ci il tarixli 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilib. İşdən azad olma: 30 may 2008-ci il tarixli 26-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İddiaçı iş stajı 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixinə qədər 21 il 9 ay 18 gündür. İddiaçı çalışdığı çilingər, mexanik, böyük mexanik, mühəndis, rəis mavini peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə rlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda (********) “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” ******* (a) yarımbəndində 18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər bəndində, ******* (b) yarımbəndində 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər bəndində, 24094 buruq qurğularının rəisləri və onların müavinləri bəndində, 17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, t exnikləri, ustaları bəndində göstərilmişdir.
4. ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin 5 yanvar 2022-ci il tarixli arxiv arayışında 26 oktyabr 2021-ci il tarixli arayışda göstərilənlərə əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı çalışdığı peşələr, yəni 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər, 22 sentyabr 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək işlədiyi (9 il 8 ay 10 gün) mexanik, 1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixədək işlədiyi (6 il 11 ay) mühəndis və 1 may 2003-cü il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək işlədiyi (2 il 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pe nsiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin
1. Qazma ******* (a) fəhlələr ******* (a) 18497 buruqlara xidmət üzrə çilingərlər, ******* (b) Rəhbərlər və mütəxəssislər ******* (b)23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod ******* (b) 22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.
5. İddiaçının ona 52 yaşdan güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətinə cavabdeh tərəfindən təqdim olunmuş 31 yanvar 2022-ci il tarixli, məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) Qazma yarımbölməsində (10.1) b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustala r vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli arayışında 12 avqust 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək olan dövr ərzində adıçəkilən müəssisənin X5 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik, 1 may 2003-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr ərzində isə baş mexanik xidmətində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədən - geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyğun deyildir. Bu səbəbdən də 1 yanva r 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az - 6 il 11 ay (1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixləri arasındakı dövr) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2 noyabr 2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana (nümayəndəsi vasitəsilə) müraciət etmişdir. Cavabdeh inzibati orqan 17 noyabr 2021-ci il tarixli məktubla 1981 - 1986-cı illərdə aldığı təhsilin əyani olub-olmaması barədə sənəd təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. İddiaçı 1981 - 1986-cı illərdə aldığı təhsilin əyani olması barədə arayışın əsli və digər tələb olunan sənədlərlə birlikdə 2 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh orqan 10 dekabr 2021-ci il tarixli məktubla ona pensiya təyin etməkdən imtina etmiş və imtinaya səbəb kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az (6 il 11 ay) olması göstərilmişdir. İşlədiyi yerdən ona verilən 26 oktyabr 2021-ci il tarixli arayışda peşələrin kodu dəqiq və aydın göstərilmədiyindən, müraciət edib yenidən 5 yanvar 2022-ci il tarixli arayış almış, həmin arayış və digər tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 3 1 yanvar 2022-ci il tarixli məktubla ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az (6 il, 11 ay) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququmun pozulmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, ona 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan ən azı 10 il xüsusi, 20 il ümumi stajı 1 yanvar 2006-cı il tarixədək qazanmışdır. İddiaçının işlədiyi peşələr, yəni 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) ç ilingər, 22 sentyabr 1986cı il tarixdən 1 iyun 1996-cı il tarixədək işlədiyi (9 il 8 ay 10 gün) mexanik, 1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixədək işlədiyi (6 il 11 ay) mühəndis və 1 may 2003-cü il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək işlədiyi (2 il 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1-ci Qazma 1100000a a) fəhlələr şifr 1100000a - 18497 buruqlara xidmət üzrə çilingərlər, 1100000b b) Rəhbərlər və mütəxəs sislər şifr 1100000b - 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod 1100000b - 22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 24 il 04 ay 20 gün təşkil edir. Həmin 24 il 4 ay 20 gün stajın 19 il 04 ay 20 günü 1 nömrəli Siyahı üzrə əmək şəraitinə görə güzəştli iş stajına aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni 5 noyabr 2017-cı il tarixdən əmək pensiyası təyin edil məlidir. O, tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş tələblərinə uyğun baxılmalıdır. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilmişdir.
8. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbində etiraz məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Neftin qazılması və has ilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bölməsinin “Qazma” yarımbölməsində aşağıdakı vəzifələr nəzərdə tutulmuşdur: b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli arayışında İddiaçı X1 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixədək olan dövr ərzində çilingər, mexanik, Cümşüd İbrahimov gəmisində böyük mexanik, X7 Qurğusunda mühəndis, baş mexanik, rəis müav ini, mexanik vəzifələrində çalışdığı qeyd edilmişdir. İşin mübahisələndirilən halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı 12 avqust 1986cı il tarixdən 30 may 2008-ci il tarixədək olan dövr ərzində çilingər, mexanik, böyük mexanik, mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışmışdır. İddiaçının adına verilmiş SOCAR-ın arayışında, həmçinin əmək kitabçasında da onun işlədiyi vəzifələr öz təsdiqini tapmışdır. Lakin qeyd edilməlidir ki, sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədən-geofiziki partiyaların quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyğun deyil. Qeyd edilən qanunveri cilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 10 il güzəştli sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi “çilingər”, “mexanik”, “texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik”, “baş mexanik xidmətində mexanik” vəzifələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrə li 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (1b) bəndində əks olunmuş rəhbərlər və mütəxəssislərə aid oluna bilməz. Çünki həmin bənddə iddiaçının işlədiyi vəzifələr deyil, “mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”, “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər”, “buruqların ustaları və onların köməkçiləri”, “avadanlığın təmiri üzrə ustalar”, “quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar”, “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklə r və böyük mexaniklər”, “dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri”, “buruq qurğularının rəisləri və onların müavinləri”, “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri”, “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” və “qüllə quraşdırma işlərinin iş icraçıları” peşələri nəzərdə tutulmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamışdır. Belə olan halda, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair qərar qə bul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin məhkəmənin sorğusuna əsasən verilmiş 10 aprel 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı X1 və Topoqrafiya İdarəsində (indiki X2 İstehsalat Bölümü) xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi çilingər, mexanik, böyük mexanik, mühəndis və rəis müavini peşələrində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizində yerləşən buruqlarda-quyularda neft-qaz quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçının işlədiyi bu peşələr Qazma briqadasına aiddir, faktiki olaraq buruqlarda-quyularda işləmişdir və bu səbəbdən ona 1 nömrəli siyahıya uyğun güzəştli arayışlar verilmişdir. - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər peşəsində siyahıda qeyd edilən kod 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir; - xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi (1 il 4 ay 14 gün) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir; - xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi (2 il 27 gün) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat prosesləri ndə quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir; - xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi (6 il 3 ay) böyük mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir; - xx.xx.1996-cı il tarixdən 0111.1999-cu il tarixədək işlədiyi (3 il 5 ay) mühəndis peşəsində siyahıda qeyd edilən kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) p eşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir; - xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi (3 il 6 ay) mühəndis peşəsində siyahıda qeyd edilən kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. - xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi (Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək 2 il 8 ay) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. - Cəmi güzəştli iş staj ı: İddiaçı xx.xx.1986-cı il tarixdən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli Siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 19 il 04 ay 20 gün təşkil edir.
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-644/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin olunaraq iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və cavabdeh tərəfindən ilkin müraciətinin alındığı xx.xx.2021-ci il tarixindən 3 il əvvəlki dövrə, yəni xx.xx.2018-ci il tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddiaçının çalışdığı peşələr, yəni xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək işlədiyi (1 ay 10 gün) çilingər, xx.xx.1986-cı ildən xx.xx.1996-cı ilədək işlədiyi (9 il, 8 ay, 10 gün) mexanik, 01.06.1996-cı ildən xx.xx.2003-cü ilədək işlədiyi (6 il, 1 1 ay) mühəndis və xx.xx.2003-cü ildən qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək işlədiyi (2 il, 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələr in və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı
1. Qazma 1100000a a) fəhlələr şifr 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər, 1100000b b) Rəhbərlər və mütəxəssislər şifr 1100000b— 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçının xx.xx.2006-cı il tarixinədək aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 24 il 04 ay 20 gün təşk il edir. Həmin 24 il 04 ay 20 gün stajın 19 il 04 20 günü 1 nömrəli Siyahı üzrə əmək şəraitinə görə güzəştli iş stajına aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilməlidir”.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddia tələbinə dair etirazın dəlilləri ilə eynilik təşkil edir.
17. Əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmadan, yalnız vəzifənin ad uyğunluğu İlə iddiaçının işlədiyi müvafiq vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsasən verən vəzifəyə uyğunlaşdırılmışdır. Hansı ki müvafiq siyahıya əsasən iddiaçının işlədiyi vəzifənin yalnız çilingər deyil, buruqlara xidmət üzrə çilingərlər, yalnız mexanik deyil, quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər, yalnız mühəndis deyil, buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə uyğun olub-olmadığı araşdırılmalı idi. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu... Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı” “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində
1. Qazma 1100000a a) fəhlələr şifr 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər, 1100000b b) Rəhbərlər və mütəxəssislər şifr 1100000b— 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yeri ndən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşəl ərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
25. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhk əməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İddiaçının 52 yaşdan güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı ilədək 20 il ümumi, 10 il güzəştli iş stajının olması şərtdir. İddiaçının 20 il ümumi, o cümlədən 6 il 11 ay güzəştli iş stajının mövcud olması işin mübahisə olunmayan halıdır.
34. Cavabdeh inzibati orqan iddiaçının 1986-1996-cı illərdə işlədiyi dövrü güz əştli staj kimi qəbul etmir. Cavabdehin dəlillərinə görə həmin dövrdə iddiaçının işlədiyi peşə və vəzifə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda əksini tapmamışdır.
35. Cavabdehin bu dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmış, araşdırma zamanı bu qərarın 12-ci bəndində sadalanan sübutlarla iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı ilədək çilingər və mexanik peşələrinin 1 nömrəli Siyahıda olan konkret kodlara uyğun peşə və vəzifələrdə işləməsi, həmin peşələrin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə və vəzifə olması sübuta yetmişdir.
36. Odur ki, 1 yanvar 2006-cı ilədək iddiaçının 20 ildən çox ümumi stajı, 10 ildən çox güzəştli stajı mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 52 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmışdır.
37. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-644/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.