Məhkəmə qərarları › İş №2-1(102)-2057/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2057/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2057/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(107)-8/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçası və hərbi biletinə əsasən o, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmət keçmiş, xx.xx.1975-xx.xx.2004-cü il tarixlərdə fasilələrlə əmək fəaliyyəti ilə mə şğul olmuşdur.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsasən təqdim edilən əmək kitabçası, hərbi biletin surətlərinə və digər sənədlərə əsasən sığorta stajı 20 il 11 ay 3 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılmas ı zərurəti yaranmışdır. Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 50 №-li arxiv arayışına əsasən xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Qaradağlı kənd sabiq “Lenin” adına sovxozun əmək günləri uçotu və son hesablaşma cədvəllərində 138 ay əməkhaqqı hesablandığı müəyyən edilmiş və yalnız əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Fondun 2 saylı X4 Filialının müvafiq xidməti məktubuna əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxananın arxiv sənədləri Ucar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədə iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instan siya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək işlədiyi Ucar rayon Buzxanalı Sallaqxananın arxiv sənədlərinin Ucar rayon Dövlət arxivinə təhvil verilməməsində onun təqsiri yoxdur və bu onun məsuliyyətinə aid deyil.

5. Cavabdeh iddiaya dair imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş e tmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2-1(116)-478/2023 nömrəli qərarı ilə (F.Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edərək, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). İşdə olan xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçası, iddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi bile tdən müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 28 il 7 ay 19 günə bərabərdir. Cavabdehin iddia tələbinə etirazının dəlili – Ucar rayon Buzxanalı sallaqxananın sənəd və materialları arxivə təhvil verilmədiyindən iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyətinin araşdırılmasının mümkün olmaması, buna görə də qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı sallaqxananın işləməsi barədə qeydlər icra olunmuşdur. Həmin müddətin araşdırılmasının mümkünsüzlüyünə münasibətdə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin müəssisənin o dövr üçün fəaliyyəti davam etmiş, hab elə 2007-ci ildə "xxxx" ASC-i kimi hüququ varisi tərəfindən fəaliyyət bərpa olunmuşdur. Həmin müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(107)-8/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rövşən - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edil miş, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1997-ci il tarixdən X1 traktorçu vəzifəsinə qəbul edilmiş və "xxxx" X6 Cəmiyyətinin möhürü ilə təsdiqlənmişdir. Müəssisənin maliyyə vəziyyəti ağır olduğu üçün fəaliyyəti dayandırıldığından xx.xx.2004cü il tarixdən iddiaçı həmin vəzifədən azad edilmiş və "xxxx" X6 Cəmiyyətinin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçasında həmin qeydlər kiril qrafikalı əlifba ilə yazılmışdır. Bununla yanaşı Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx. xx.1998-ci il tarixli 1492 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin X2 bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, "xxxx" Dövlət Şirkətinin X2 bazasında "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişdiyi və xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı halda iddiaçı xx.xx.1997-ci il tarixdən təyin edildiyi traktorçu vəzifəsindən xx.xx.2004-cü il tarixdən azad edilmiş və iddiaçının həmin vəzifədən azad edilməsi "xxxx" X6 Cəmiyyətinin möhürü ilə təsdiqləndiyindən, qeyd olunan dövrdə iddiaçının həmin müəssisədə traktorçu vəzifəsində işləməsi barədə iddiaçıya məxsus əmək kitabçasındakı kiril əlifbası ilə yazılan qeydlər mötəbər hesab edilə bilməz.

11. Öz mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi «İnzibati icraat haqqında» Qanunun 11.1, 11.2, 17, 19.1, “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1, 21.2.11-ci maddələrinə istinad etmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətin i iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının 30-cu bəndində aşağıdakıları göstərmişdir: “Göründüyü kimi iddiaçıya məxsus əmək kitabçasındakı onun həmin müəssisədə traktorçu vəzifəsində işləməsi barədə qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan cavabdehin apellyasiya şikayətində göstərilmiş dəlilləri əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən həmin dövrlərin iddiaçının sosial stajına daxil edilməsi əsassız olmuşdur.” Burada məhkəmənin istifadə etdiyi “əsaslı şübhə” termini İnzibati Prosessual Məcəllədə ümumiyyətlə yoxdur. Qanunvericilikdə həmin termindən Cinayət Prosessual Məcəlləsində istifadə edilmiş və həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bundan başqa yenə də həmin Məcəllənin 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Burada cinayət prosessual qanunvericiliyinə istinad etməyimin səbəbi odur ki, mülki işlərdən fərqli olaraq inzibati işlərdə cinayət işlərində olduğu kimi bir tərəf şəxs, digər tərəf isə əsasən dövlət olur. Yəni, məhkəmə analogiyadan istifadə etməli olsaydı hazırki işdə cinayət prosessual qanunvericiliyə istinad etməli və bütün şübhələri şəxsin xeyrinə təfsir etməli idi. Hazırki işdə isə analogiyadan istifadə edilməsinə belə ehtiyac olmamışdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 14cü maddəsi sübut etmə vəzifəsinin kimin üzərində olduğunu təsbit etmişdir. Məhkəmə isə iddiaçının əleyhinə olan halların sübut edilməməsini təsbit etməmiş, yalnız əsaslı şübhələr olduğunu göstərərək qəbul etmişdir. İnzibati orqan isə həmin “əsaslı şübhə”ni sübut edə bilməmişdir. Ona görə də məhkəmənin hazırki qərarı qeyd edilən prosessual hüquq normasının tələblərinin pozulması ilə çıxarılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(107)-8/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadın ların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mate riallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı. 18. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı. Konstitusiya KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti və zifəsindən irəli gəlir.

24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

25. Belə ki, hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.

27. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçının 20 il 11 ay 3 gün sığorta stajının olmasını qəbul edir və bu işin mübahisəsiz halını təşkil edir.

28. Hazırda cavabdeh iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixin ədək Ucar rayon Buzxanalı Sallaqxananın işləməsini mübahisələndirir.

29. Apellyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən dövrlə bağlı qeydlər kiril qrafikalı əlifba ilə yazılmasına istinad edərək iddianı rədd etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil “əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiya”nın tətbiqindən istisnaya əsas vermir.

31. Belə ki, əmək kitabçasının doldurulması ilə bağlı yol verilən pozuntu (kiril qrafikalı əlifbadan istifadə) iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz, həmçinin sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Digər tərəfdən, əmək kitabçasının doldurulması iddiaçı tərəfindən həyata keçirilməmişdir və həmçinin, qeyd edilən pozuntu sözügedən müəssisənin məsul şəxsinin məs uliyyətində olan məsələdir.

32. Apellyasiya məhkəməsi isə işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, sadəcə "xxxx" X6 Cəmiyyətinin hazırda fəaliyyətdə olub-olmaması barədə sorğular vermiş və həmin müəssisənin xx.xx.2017-ci ildən fəaliyyətinin dayandırması barədə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş cavab məktubundan sonra apellyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbərliyinə əsaslı şübhələr olması qənaətinə gəlmişdir.

33. Halbuki məhkəmənin göndərdiyi sorğulara alınan cavablardan müəyyən olunur ki, Ucar rayonu Küçəkənd kəndində yerləşən Buzxanalı Sallaqxana 1990-cı ildən 2012-ci ilədək fəaliyyət göstərmişdir (Pirkənd kənd inziba ti ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu (iş səh. 172)), bundan əlavə 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 bazasında yaradılmış və onun hüquqi varisidir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin baza məlumatlarına əsasən fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı” və cəmiyyətin hüquqi ünvanı Ucar rayonu Bərgüşad kəndi cəmiyyətin rəhbəri X3 olaraq qeyd olunmuşdur. Vergi ödəyicisinin rəsmi müraciətinə əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2122-ci il tarixədək dayandırılıb.

34. Yəni müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeyd olunan 1997-2004 dövrdə iddiaçının traktorçu vəzifəsində işlədiyi müddətdə müəssisə fəaliyyətdə olmuşdur.

35. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi araşdırmağa tam hüquqlu məhkəmə kimi xidməti vəzifəsinə uyğun olaraq iş üçün əhəmiyyətli olan halları araşdırmamaqla İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur.

36. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkə mələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilm əlidir.

41. İddiaçı qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(107)-8/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar