Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2058/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2058/19 Bakı şəhəri 28 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyi nat İdarəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2-1(103)-613/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət aldığını, ikinci qrup əlil olmasını nəzərə almaqla onun pensiyasına “Hərbi Qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin “V” bəndinə əsasən və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19, 19.1.7-ci maddələrinə əsasən ikinci qrup əlillərə - 77 manat əlavənin aparılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 05 may 1992-ci il tarixdə könüllü olaraq Milli Ordunun sıralarına daxil olmuş, N saylı hərbi hissənin tərkibində Şuşa və Laçın rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 15 may 1992-ci il tarixdə Şuşa rayonunun Zarıslı kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır. 17 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik təyin edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq onun pensiyasına əlilliklə bağlı 77 manat əlavənin aparılması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin icra olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi 207,75 manat, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən, 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə müvafiq əlavə və 365,69 manat məbləğində qulluq stajına görə əmək pensiyasına əlavə olmaqla, ümumilikdə 550,44 manat təşkil etm işdir. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edildiyi tarixdən 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə müvafiq əlavə nəzərə alınmış, lakin qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məbləğ iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavədən çıxılmışdır. Belə ki, əmək pensiyaları haqqında qanunvericilyin tələblərinə görə, 01 iyul 2017-ci il tarixədək əmək pensiyasına çıxmış şəxslərin əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqd, qulluq stajına görı əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2-1(81)5666/2017 saylı qərarı ilə (hakim Şrafət Məmmədova) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsinə onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlil olması nəzərə alınmaqla 77 manat məbləğində əlavə hesablansa da, həmin əlavə qanunvericiliyin tələblərinə uyğun olaraq onun qulluq stajına görə əmək pensiyasına əlavədən çıxılmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibaati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2-1(103)-581/2018 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərar ı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1595/2018 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, aşağı instansiya məhkəmələri iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliklə bağlı əmək pensiyasına əlavə aparılmasını tələb etd iyi 77 manat məbləğin onun pensiyasına hesablanması lakin, sonradan indeksləşdirmə nəticəsində onun pensiyasından çıxılması nəticəsinə gəlsə də, həmin əlavənin iddiaçının pensiyasına həqiqətən də aparılması barədə cavabdehdən hər hansı sübut tələb etməmiş, habelə indeksasiyanın iddiaçının əlilliyə görə əlavə tələbi ilə bağlı əlaqəsini əsaslandıra bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2-1(103)-613/2019 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün m üdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edildiyi tarixdən qanunvericiliyin tələbinə uyğun olaraq 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablandığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, Ali Məhkəmənin göstərişinə uyğun olaraq iddiaçının pensiya işinin təqdim olunmasını cavabdehdən tələb etsə də, cavabdeh məhkəmənin sorğusunu icra etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2-1(102)-2058/19 say lı şifahi məhkəmə iclasının qərardadı ilə Cavabdeh onun hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçıya qulluq etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən 19 noyabr 2010-cu il tarixdən müvafiq təminat xərcliyinin 88 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin orqan tərəfindən göndərilmiş məlumat vərəqində isə, id diaçının onun pensiyasına əlavə olunmasını tələb etdiyi məbləğ barədə heç bir məlumat əks olunmamışdır. Pensiya haqqında qanunvericilyin tələblərinə əsasən, əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Cavabdeh hesab edir ki, yaşa görə əmək pensiyasına ikinci qrup əlillərə 77 manat əlavə iddiaçıya şamil edilə bilməz və apellyasiya məhkəməsinin həmin əlavənin hesablanmasına dair gəldiyi nəticə qanunvericiliyin tələblərinin pozulmasına yol açmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3, 29.3, 3.2, 19.1.7.2, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 1.2, 81, 217.1, 418.3, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 14.3, 90.3-ü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin hall arı və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya Cavabdeh tərəfindən 2010-cu ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği əvvəlcə 417,30 manat olmuş, sonradan artırılaraq 550,44 manat təşkil etmişdir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasının qərarı ilə 17 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı 02 avqust 2017-ci il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi alması ilə əlaqədar pensiyasına əlavənin ödənilməsini xahiş etmiş, cavabdeh orqanın 14 avqust 2017-ci il tarixli məktubunda iddiaçıya yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçmə hü ququnun olmadığı bildirilmişdir. İddiaçı 23 avqust 2017-ci il tarixdən yenidən ərizə ilə cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 1.7.2ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasına 77 manat əlavənin ödənilməsini xahiş etmiş, cavabdehin 31 avqust 2017-ci il tarixli məktubu ilə iddiaçıya 550,4 manat pensiya ödənildiyi, iddiaçının ərizədə qeyd etdiyi əlavənin nəzərə alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş pensiya ödənişi ilə bağlı “xxxx” ASC-də olan hesabdan çıxarışdan görünür ki, 01 may 2017-ci il tarixdən 29 dekabr 2017-ci il tarixədək iddiaçıya ödənilmiş pensiyanın məbləği 550,44 manat olmuş, 2017-ci ilin iyul ayından sonra əmək pensiyası yenidən hesablanmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsasl arını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hüquqi əsas ona münasibətdə tətbiq edilməlidir, çünki o, İİ qrup müharibə əlilidir və ona yaşa görə pensiya təyin edilmişdir. Cavabdehin kassasiya şikayətində bildirilmiş mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıyapensiya təyin edilərkən təqdim edilmiş məlumat vərəqinə əsasən hesablama aparılmış və ona münasibətdə istinad edilən əlavənin alınması qanunvericiliyin tələblərinə zidd hesab olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarına görə 17 iyul 2017-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu dövrə uyğun “Əmək pensiyalar ı haqqında” Azərbaycan Respublikasının Qanunun(bundan sonra mətndə Qanun): - 1.0.3-ci maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; - 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası; - 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən; yığım hissəsindən. Sadalanmış müddəaların iddiaçının tələblərinə münasibətdə mənası ondan ibarətdir ki, Azərbaycan Respublikasının müva fiq icra hakimiyyəti orqanlarında xidmət etmiş hərbi rütbəsi olan şəxslər hərbi qulluqçular hesab olunurlar. Qanunda müxtəlif növ pensiyalar müəyyən edilmiş, onların sırasında yaşa görə əmək pensiyası nəzərdə tutulmuşdur ki, həmin pensiyanın tərkibini sığorta və yığım hissələri təşkil edir. Eyni zamanda, həmin Qanunun: - 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; - 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. İstinad edilmiş Qanunun 19-cu maddəsində isə əmək pe nsiyasının sığorta hissəsinə əlavələr nəzərdə tutulmuş və aşağıdakılar göstərilmişdir: - 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində əlavələr hesablanır. Bu normalardan göründüyü kimi, yaşa görə əmək pensiyalarının sığorta hissəsinə İİ grup müharibə əlillərinə 77 manat məbləğində əlavələr hesablanmalıdır. Beləliklə, aparılmış təhlilin nəticəsinə görə, şəxsin yaşa görə əmək pensiyasına əlavənin verilməsi üçün zəruri olan şərtlər onun əmək pensiyaçısı olması və müharibə əlili olmasıdır. Yəni, bu şərtlərin mövcudluğu halında şəxs göstərilmiş əlavənin alınması hüququnu qazanmış olur. İşin hallarına görə isə, iddiaçıya təyin edilmiş pe nsiyanın növü yaşa görə əmək pensiyasıdır, o, İİ grup müharibə əlilidir və belə olan halda ona münasibətdə istinad edilmiş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlərin mövcud olması iddiaçının tələbinin təmin edilməsinin hüquqi əsaslarını təşkil etmişdir. Cavabdehin həmin Qanunun 29.3-cü maddəsinə və onunla əlaqəli olan 20-ci maddəsinə əsaslanmaslanmaqla apellyasiya məhkəməsinin nəticəsinin düzgün olmadığına münasibətdə məhkəmə kollegiysı aşağıdakıları qeyd edir. Həmin Qanunun 20.15-ci maddəsinə əsasən, bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Belə ki, göstərilmiş Qanunun V fəsli “Əmək pensiyasına əlavələr” kimi adlandırılmış və həmin fəslə daxil olan 19-cu mad dədə “Əmək pensiyasının sığorta hissəsinə əlavələr”lə bağlı qaydalar tənzimlənmiş, 20-ci maddədə isə “Qulluq stajına görə əmək pensiyasına əlavələr”lə bağlı qaydalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad edilmiş Qanunun4.2-ci maddəsindən göründüyü kimi, yaşa görə əmək pensiyasının tərkib hissələri sığorta və yığımı hissələrindən ibarətdir. Əmək pensiyasına əlavələr isə bir halda sığorta hissəsinə əlavələri müəyyən edən 19-cu maddəsi və qulluq stajına görə əmək pensiyasına əlavələri müəyyən edən 20-ci maddəsi qaydasında tənzimlənmişdirlər. Beləliklə, yaşa görə pensiyanın ümumi məbləği müvafiq şərtlərin mövcudluğu halında aşağıdakıların cəmindən ibarət ola bilər: (1) əmək pensiyası (sığorta və yığım hissələri); (2) sığorta hissəsinə əlavə; (3) qulluq stajına görə əlavə. Qeyd edilənləri nəzər ə almaqla məhkəmə kollegiyası hesab edir ki, Qanunun 20.15-ci maddəsində göstərilmiş qayda qulluq stajına görə əlavəyə (3) və əmək pensiyasının (1) məbləğinə dair şərtləri nəzərdə tutmuşdur ki, bu halda həmin hissələrə Qanununun 19-cu maddəsi ilə ödənilən əlavə aid olmamalıdır. Pensiya yaşına çatmış müharibə veteranı və ya müharibə əlili olan şəxsin təminat xərcliyindən əlavə olaraq artıq pensiya məbləğinin alınması hüququ həmçinin aşağıdakı əlaqəli qanunvericiliyinin tələblərindən də irəli gəlir. Belə ki, müharibə iştirakçısı olmuş hərbi qulluqçu xidmət dövründə təminat xərcliyi məbləğində gəlir əldə etməklə yanaşı, “Veteranlar haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müharibə veteranlarına verilən müavinətin alınması hüququna da malikdir. “Sosi al müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 11.1.5-ci maddəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqdamüavinətlərin ödənişi dayandırılır. Bu qanunvericiliyin tələblərindən göründüyü kimi, müharibə iştirakçısı olmuş hərbi qulluqçulara müvafiq müavinət əmək pensiyası hüququ olmadığı halda ödənilməlidir. Belə müavinəti alan şəxs pensiya hüququnu qazandıqda isə, onun ödənilməsi dayandırılmalıdır. Göründüyü kimi, qanunvericilikdə əlaqəli şəkildə eyni hüququ fakta görə, yəni şəxsin müharibə iştirakçısı olması ilə bağlı müvafiq imtiyazın verilməsi nəzərdə tutulmuşdur. Şəxs pensiyaçı olmadığı halda müəvinətin alması hüququna malik olmuş, daha sonra əmək pensiyası hüququnu qazandığı dövrdə artıq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda istinad edilmiş 19.1.7-ci maddəsində bu imtiyaz saxlanılmışdır. Bundan başqa, cavabdehin istnad etdiyi Qanunun 29.3-cü maddəsinin 17 iyul 2017ci il tarixinə olan redalsiya sında aşağıdakı mətn göstərilmişdir: 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Lakin cavabdehin kassasiya şikayətindən göründüyü kimi, həmin maddəyə istinad etməklə maddənin mətnini aşağıdakı kimi göstərmişdir: 29.3. Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonrad an artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qeyd edilmiş müddəa 01 iyul 20017-ci il tarixinə qədər qüvvədə olmuşdur ki, işin hallarına görə qiymət verilən hüquq münasibətləri bu müddətdən sonra yarandığından, cavabdehin bu mətnli maddəyə istinadı düzgün hesab edilməməlidir. Ehtimal oluna bilər ki, cavabdehin bildirdiyi etiraz Qanunun 29.2-ci maddəsində bildirilmiş tələblərlə bağlıdır ki, onların 17 iyul 2017-ci il tarixinə olan redaksiyası aşağıdakılardan ibarətdir: 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyas ına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İstər 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyalı mətnin, istərsə də hazırki redaksiyada olan mətnin tələbləri mübahisəli məsələyə tətbiqi o əsasla düzgün hesab edilməməlidir ki, tənzimlənmə müvafiq olaraq qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, istinad edilən Qanunun 19 və 20-ci maddələri müxtəlif əlavələrin hesablanması qaydalarını müəyyən etmiş və onların bir-birindən asılığı və ya bir-biri ilə məhdudlaşıdırlmas ı həmin qanunda nəzərdə tutulmamışdır. Bununla da məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində bildirilmiş dəlillərlə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin müddəaları düzgün təsvir və tətbiq edilmiş və düzgün nəticə əldə edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2-1(103)-613/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2058/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2058/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver