Məhkəmə qərarları › İş №2-1(102)-2058/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2058/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2058/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: birinci dərəcə əlilliyin təyin edilməsindən imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “birinc i qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1082/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyəti 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı əlillik dərəcəsinin dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 19 avqust 2019-cu il tarixli, **********4 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ü mumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırda səhhətində ağırlaşma əmələ gəlmişsə, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərara uyğun olaraq, əlillik vəziyyəti özünün iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Türkmənistan Respublikasının Taxta Bazar rayonunda anadan olmuşdur. Hal-hazırda Cəlilabad şəhərində yaşayır. 2013-cü ildə Cəlilabad şəhərində avtomobil tərəfindən vurulmuşdur. Həmin qəzadan sonra sol ayağı tamamilə hərəkət qabiliyyətini itirmişdir. Dəfələrlə müalicə olunsa da, müalicənin bir faydası yoxdur. 2016-cı il tarixindən etibarən ona ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Sonralar səhhətində ağırlaşmalar olduğundan birinci qrup əlillik üçün dəfələrlə şəhər poliklinikasına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, ona şifahi formada imtina cavabı verilmişdir. Müraciətinə məsələni məhkəmədə mübahisələndirmək üçün rəsmi imtina cavabı verilmir. Səhhətində baş verən ağırlaşmalar səbəbindən etdiyi müraciətlə bağlı yuxarıda qeyd etdiyi orqanlar tərəfindən şifahi şəkildə verilən imtina cavabını əsassız hesab edir. ''Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci maddəsinin 2-ci hissəsinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı ol sun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 4-cü maddəsində əks olunmuşdur: şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Səhiyyə müəssisələri göndə rişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0340003AAQB3 saylı göndərişi əsasında 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də birinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsasnamənin 2.1.1-ci bəndinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd edilmiş diaqnozlar kənar şəxsin yardımına ehtiyacın olmasını göstərmir, kənar şəxsin yardımına ehtiyacı olması barədə məlumat qeyd edilməmişdir. Göstərilənlərə əsasən iddia rədd edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tari xli, 2-1(112)-2917/20210 nömrəli qərarı ilə (hakim: P.A.Hüseynov) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunanlarla ona təyin edilmiş İİ dərəcə əlillik uyğunluq təşkil edir, diaqnoz və ağırlaşmaları tam əhatə edir, səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar ona İ dərəcə əlilliyin təyini üçün əsas vermir. Bu baxımdan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, ona birinci qrup əlillik dərəcəsinin təyin olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkə məsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2021-ci il tarixli, 21(103)-1082/2021 saylı qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-2917/20210 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

12. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası mə hkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmadan əsassız ekspertiza rəyinə istinad etməklə qərar qəbul etmişdir. Ümumiyyətlə, ekspertiza özü də tam qanunsuz şəraitdə aparılmışdır. İddiaçı ekspertiza prosesinə cəlb edilməmiş, onun canlı müayinəsi həyata keçirilməmişdir.

13. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının məhkəmə iştirakı hüququ pozulmuşdur. Belə ki, iddiaçı məhkəmə prosesinə vaxtında gəlsə də,prosesin keçirildiyi iclasa dəvət edilməmiş, nəticədə apelyasiya instansiyası məhkəməsi onun mövqeyini dinləmədən qərar qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” Bənd 1.3 TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs ) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Bənd 1.5 Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Bənd 4.1 Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.3 Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Bənd 4.7 Səhiyyə müəssisələri göndərişin ke yfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Bənd 4.9 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 ötürülür. Bənd 4.9-1 TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə ( göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir Bənd 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Bənd 4.17 Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Bənd 4.19 Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Bənd 4.26 Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası» Bənd 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6 Əlilliyin səbəbinin, də rəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəri ş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3 Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 2. 1 Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Kassasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçı ekspertiza rəyini mübahisələndirir və hesab edir ki, həmin rəy əsassızdır.

22. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin müddəalarına tam uyğun olduğundan əsaslıdır. Belə ki, işdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 10.08.2020-ci il tarixli T 204/2020 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1989-cu il təvəllüdlü iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunanlarla ona təyin edilmiş İİ dərəcə əlillik üçün qiymətləndirmə uyğunluq təşkil edir, diaqnoz və ağırlaşmaları tam əhatə edir; 2. səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar ona İ dərəcə əlilliyin təyini üçün əsas vermir. Belə ki, İ dərəcə əlillik orqanizmin həyat fəaliyyətinin elə kəskin məhdudlaşması zamanı təyin edi lir ki, bu zaman həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daim ehtiyacı olsun. Belə hal isə hal hazırda iddiaçıda müşahidə olunmur.

23. Eyni zamanda, cavabdehin inzibati orqanın birinci instansiya məhkəməsinə ünvanlanmış 31.05.2020-ci il tarixli **********7 nömrəli məktubunda isə qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0340003AAQB3 saylı göndərişi əsasında 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik 07.06.2004-cü il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Digər posttravmatik qonartrozlar, Sol diz oynağının postravmatik osteoxondriti, irinli artriti, oynağın yad cisminə görə edilmiş artrotomiya cərrahi əməliyyatından (07.06.2004) sonrakı vəziyyət”, ağırlaşma kimi isə “Oynaqların kontrakturası, Sol diz oynağının kəskin, funksional yararsız vəziyyətdə açıcı-bükücü kontrakturası (Açma -160o, bükmə -110o). Diz oynağının xroniki qeyri-stabilliyi, Sol diz oynağının qeyri-stabilliyi. Osteofit, Sol bud və qamış sümüyünün medial, qamış sümüyünün arxa kənarında, diz qapağının yuxarı qütbündə osteofitlər. Oynaqda ağrı, Daimi ağrı sindromu. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Sol diz oynağının funksiyasının və yerişin pozulması.” diaqnozları qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olu nması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də birinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsasnamənin 2.1.1. bəndinə görə, “Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.” Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd edilmiş diaqnozlar kənar şəxsin yardımına ehtiyacın olmasını göstərmir, kənar şəxsin yardımına ehtiyacı olması barədə məlumat qeyd edilməmişdir.

24. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, iddiaçının yuxarı dərəcə əlilliyin təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Odur ki, cavabdehin 19.08.2019-cu il tarixli **********4 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur

25. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıd ır.

26. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1082/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar