Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2058/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(105)-406/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi).
2. Dövlət İmtahan Komissiyası tərəfindən verilmiş 10 iyul 1992-cu il tarixli, 2313 nömrəli diplomdan görünür ki, iddiaçı 1987-1992-ci il tarixlərində Azərbaycan Politexnik İnstitutunda “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir.
3. İddiaçıya məxsus ГP 046716 saylı hərb i biletin surətindən görünür ki, xx.xx.1992ci il tarixdən xx.xx.1993-cü il tarixədək keçmiş X1 həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçının təqdim etdiyi AT-V seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1993-cü il tarixdə Dərbənd evtikmə kombinatına mexanik vəzifəsinə işə qəbul olunmaqla xx.xx.1994-cü il tarixdə hüquqşünas köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.1995-ci il tarixə kimi həmin kombinatda işləmiş, xx.xx.1995-ci il tarixdən “Yalama” sovxozunda baş hüquqşünas köməkçisi vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ədliyyə polis orqanlarında xidmətdə olmuş, xx.xx.2001-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Xaçmaz rayon məhkəmə nəzarətçiləri və məh kəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək icra məmuru və böyük icra məmuru vəzifələrində işləmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də hüquqşünas vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən Xaçmaz rayon İcra Hakimiyyətində dövlət qulluğuna qəbul edilməklə hal-hazıradək həmin orqanda işləyir.
5. İddiaçı ona ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi barədə 08 yanvar və 13 yanvar 2020-ci il tarixlərdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdeh 04 fevral 2020-ci il tarixli, **********1 saylı məktubu iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onu nla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il (hazırda 35 il) qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 01 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 ildən az qulluq stajı olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh 26 oktyabr 2022-ci il tarixli, **** ******5 saylı məktubu müraciətə eyni məzmunlu imtina cavabı verərək qeyd etmişdir ki, qanunvericilikdə güzəştli illərlə deyil, birmənalı olaraq sözügedən kateqoriyalı vəzifədə şəxsin 25 il təqvimi qulluq stajının olması nəzərdə tutulmuşdur. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün təhsil müddətinin qulluq illərinə aid edilməsinin mümkün olmaması haqqında tərəflərindən 9 iyun 2021-ci il tarixli, **********6 nömrəli məktubla izah verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəmə sinə müraciət edərək 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il müddəti 2 il 6 ay hesablayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında xx.xx.1992-ci il tarixli, 631 saylı qərarını rəhbər tutaraq uzun müddət xidmət illərinə əlavə edilməklə və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında 22 il 09 ay 06 gün iş stajına malik olmasını nəzərə alaraq həmin dövrə kimi onun hüququ yarandığından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş qanun tətbiq edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən ona xüsusi rütbəli şəxs kimi pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ona 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü və hərbi biletdə qeyd edilən xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2022-ci ilin sentyabr ayının 29-da cavabdehə müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə müraciə tinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarında qeyd edilir ki, zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci mad dəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qeyd edir ki, o, 1987-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmaqla 1992-ci ildə həmin tədris müəssisəsini bitirmiş, 1993-1996-cı il tarixlərdə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. Lakin 1987-ci ildən 1992-ci ilin iyul ayına kimi olan dövr, yəni Azərbaycan Politexnik İnsti tutunda təhsil aldığı 5 il müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23..1992-ci il tarixli, 631 nömrəli Qərarının tələblərinə zidd olaraq 2 il 6 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir. Yəni cavabdehin imtina məktubunda xx.xx.1995-ci ildən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 22 il 09 ay 06 gün ədliyyə stajını (belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsində xidmət etdiyi müddət ərzində yəni 30 noyabr 1995-ci il tarixdən 12 yanvar 2001-ci il tarixədək müddətdən 30 noyabr 1995-ci il tarixdən 01 may 1997-ci il tarixədək olan müddət fövqəladə vəziyyət dövrünə aiddir və həmin müddətdə xidmətin 1 gününün 2 gün kimi hesablanmasına görə iş stajına 1 i l 05 ay 01 gün əlavə olunmuşdur, bu barədə müvafiq arayış əlavə olunmuşdur) nəzərə almışdır. Hesab edir ki, NK-nın qeyd etdiyi qərarına əsasən Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı dövr də nəzərə alınmaqla iş stajının 25 il 03 ay 06 gün olması qəbul edilməli və ona xx.xx.2017ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında pensiya təyin olunmalıdır. Fövqəladə vəziyyət dövrünə aid müddətdə hesablanmış olan 1 il 05 ay 01 gün əlavə staj müddəti nəzərə alınmadan 2021-ci ildə bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi 16 avqust 2021-ci il tarixli 21(112)-7893/2021 saylı qərarında (abzas 18) ali təhsil aldığı müddəti və ədliyyə nazirliyində xidmət illərini bir yerdə hesablayaraq (fövqəladə vəziyyət dövründə aid olan müddə ti 1 il 05 ay 01 günü nəzərə almadan) 01 iyul 2017-ci il tarixə cəmi 23 il 09 ay 06 gün stajın olmasını təsdiqləmişdir. Həmin staja fövqəladə vəziyyət dövründə hesablanmış 1 il 05 ay 01 gün əlavə olunduqda xx.xx.2017-ci il tarixə 25 il 03 ay 06 gün stajı yaranır bu da həmin tarixə tələb olunan 25 ildən artıqdır.
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün müraciət edərək 1987-1992-ci illərdə təhsil aldığı müddətin 2 il 6 ay kimi nəzərə alınaraq xüsusi rütbəli şəxs kimi ona pensiya təyin olunmasını və hüququn yarandığı tarixdən ödənilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə polisi orqanlarında işə qəbul olmuş və xx.xx.2017-ci i l tarixdə öz arzusu ilə onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edilməklə tənzimlənmişdir. Qanunun 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə güzəştli illərlə deyil, birmənalı olaraq sözügedən kateqoriyalı vəzifədə şəxsin 25 il təqvimi qulluq stajının olması nəzərdə tutulmuşdur. Burada diqqət çəkilməli olan əsas məsələ qulluq stajı anlayışıdır. Qulluq stajı şəxsin işlədiyi müəssisədə qulluq etdiyi illəri ehtiva edir. Təhsil dövrü isə qulluq müddəti hesab olunmadığı üçün onu qulluq stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1203/2023 nömrəli qərarı (hakim C.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü, hərbi biletdə qeyd edilən dövr və xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək, ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasına görə iddiaçının ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə bu dövr 2 il 6 ay olacaqdır. Nəticədə 22 il 09 ay 06 gün ədliyyə orqanlarında qulluq illəri, 40 gün hərbi xidmət dövrü və 2 il 6 ay təhsil illəri ilə birlikdə iddiaçının xx.xx.2017-ci il tarixə azı 25 il ədliyyə orqanlarında qulluq illəri mövcud olmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(105)-406/2023 nömrəli qərarı ilə (sədrlik edən – H.Babayeva hakimlər – Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1203/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
16. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli 2-1(105)-406/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi Maddə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə
20. Xüsusi rütbələr 20.1. Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: Ali xüsusi rütbələr:- həqiqi dövlət ədliyyə müşaviri;- İ dərəcəli dövlət ədliyyə müşaviri;- İİ dərəcəli dövlət ədliyyə müşaviri;- İİİ dərəcəli dövlət ədliyyə müşaviri. Böyük xüsusi rütbələr:- baş ədliyyə müşaviri;- ədliyyə müşaviri;- kiçik ədliyyə müşaviri. Orta xüsusi rütbələr:- İ dərəcəli ədliyyə qulluq çusu;- İİ dərəcəli ədliyyə qulluqçusu;- İİİ dərəcəli ədliyyə qulluqçusu. 20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. “Ədliyyə orqanlarında qullu q keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 6 mart 2018-ci il tarixli, 1031 nömrəli Azərbaycan Respublikasının Qanunu: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1. 23.8-ci maddədə “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydası: 2.1-ci bənd. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağı dakı dövrlər daxil edilir: (-) 2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; (-). “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (-). 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqla rı əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; (-). “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miç manlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarı (iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olan redaksiyası): “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsu b şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hər bi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarı (hazırda qüvvədə olan redaksiyası): “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzu n müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; (-). Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqa nlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu: 1-ci maddəsinin v) bəndi. Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının t əyin edilməsi və ödənilməsi Qaydaları 109-cu maddəsinin «и» bəndi. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri (-) İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barəd ə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əs aslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkə n hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qay dada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə laz ımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
31. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əl eyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
18. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü və hərbi biletdə qeyd edilən xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş dir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, ədliyyə işçiləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.7-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir.
20. Hazırda iddiaçı tələbinin əsası kimi 1 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 il qulluq stajının olduğunu nəzərə alaraq "Əmək pensiyaları haqqında" Qanunun 9.7-ci maddəsinin həmin tarixədək qüvvədə olan redaksiyasının onun barəsində tətbiq edilməsini tələb edir. 21. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün yeganə şərt ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajının olmasıdır.
22. Həmin şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus AT-V seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ədliyyə polis orqanlarında xidmətdə olmuş, xx.xx.2001-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Xaçmaz rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək icra məmuru və böyük icra məmuru vəzifələrində işləmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
23. Ümumilikdə, iddiaçını n ədliyyə orqanlarında qulluq stajı xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etməklə, 21 il 01 ay 07 gün təşkil edir.
24. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17/3-276 nömrəli arayışda qeyd edilir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluqda olmuş və AR NK-nın xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına müvafiq olaraq xx.xx.2001-ci il tarixə qulluq müddəti: təqvimi hesablama ilə (05 il 01 ay 12 gün Penitensiar xidmətdə qulluq, 02 il 06 ay 00 gün ali təhsil müddətinin yarısı) 07 il 07 ay 12 gün, güzəştli hesablama ilə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək fövqəladə vəziyyət dövründə xidmətin 1 gününün 2 gün kimi sayılmasına görə 01 il 05 ay 01 gün əlavə olunmaqla 09 il 00 ay 13 gün təşkil etmişdir.
25. İşdən görünür ki, iddiaçının arayışda qeyd edilən xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək qulluq stajı fövqəladə vəziyyət dövrünə düşdüyündən cavabdeh tərəfindən xidmətin 1 günü 2 gün kimi sayılaraq iddiaçının stajına 01 il 05 ay 01 gün əlavə edilmişdir.
26. Belə olan halda, qeyd edilən 01 il 05 ay 01 gün əlavə edilməklə, iddiaçının mübahisələndirilməyən qulluq stajı 22 il 06 ay 08 gün təşkil edir.
27. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus ГP 046716 saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək keçmiş X1 həqiqi hərbi xidmətdə olmuşdur (10 ay 27 gün).
28. Belə ki, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 2.1 və 2.2.7-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilmişdir.
29. Beləliklə, iddiaçının 01 iyul 2017-ci il tarixədək hərbi xidmət və ədliyyə orqanlarında xidmət dövrü ilə birlikdə 23 il 05 ay 05 gün xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajın a malik olduğu müəyyən edilir.
30. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Dövlət İmtahan Komissiyası tərəfindən verilmiş 10 iyul 1992-cu il tarixli, 2313 nömrəli diplomdan görünür ki, iddiaçı 1987-1992-ci il tarixlərində Azərbaycan Politexnik İnstitutunda “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasının ilkin redaksiyasına əsasən zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət da xilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
33. Kollegiya qeyd edir ki, iddiaçının ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl 1987-1992-ci il tarixlərində Azərbaycan Politexnik İnstitutunda aldığı təhsil müddəti də beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə, bu dövr 2 il 6 ay olacaqdır. Odur ki, iddiaçının ali təhsil dövrü onun xüsusi rütbəli şəxs kimi qulluq stajına əlavə edilməlidir. Nəticədə, 22 il 06 ay 08 gün ədliyyə orqanlarında qulluq illəri, 10 ay 27 gün hərbi xidmət dövrü və 2 il 6 ay təhsil illəri ilə birlikdə, iddiaçının 01 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 ildən artıq qulluq stajına malik olduğu müəyyən edilir.
32. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası nın təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(105)-406/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.