Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2058/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Zaqatala rayonu Yuxarı Tala bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-68/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-608A KOD 40216018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir; Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və ailə üzvlərinin adı qeyd olunmuşdur; 2. 25.01.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında 0.3030 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir
3. A seriyalı 379161 nömrəli X1 kitabında 1031 nömrə ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 3953 kv. metr torpaq sahəsi verilmişdir. 4. 3622005847 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşı nmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında 0.6931 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarının təsdiq edilmiş surəti, ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq sahəsinin islahat xəritələrində 1432BB adı altında qeyd edilmiş 0,20 ha hissəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilib verilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və bütün ailə üzvlərinin ümumi birgə mülkiyyətinə ünvan 1ində 0.38 ha həyətyanı və 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən məktuba əlavə edilmiş torpaq payı alan subyektlər siyahısından da göründüyü kimi, iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə 0.38 ha həyətyanı torpaq sahəsi və 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.74 ha hissəsi çoxillik əkmələr, 1.01 ha hissəsi əkin yeri olmuşdur. Lakin, keçmiş DTXK tərəfindən tərtib edilmiş sənədlərdə (şəh adətnamə, torpaq sahəsinin planı və ölçüsü) 0.38 ha həyətyanı torpaq sahəsinin 0.18 ha hissəsinə şəhadətnamə tərtib edilmiş, yerdə qalan 0.20 ha hissəsi isə islahat xəritələrində 1432BB adı altında qeyd edilmişdir. Bununla yanaşı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində məqsədli istifadə növü çoxillik əkmələr olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.69 ha hissəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, yerdə qalan 0.05 ha hissəsinə isə sənəd tərtib edilmişdir. Bununla bağlı cavabdehə ünvanlanan müraciətə cavabdeh özünün 24 yanvar 2023-cü il tarixli, 321-3-47/2-K-0004- 8 /2023 saylı imtina məktubunu vermişdir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1424/2023 nömrəli qərardadı ilə Zaqatala rayonu Yuxarı Tala bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2-1(116)-1424/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddiaçı Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq sahəsinin islahat xəritələrində 1432BB adı altında qeyd edilmiş 0,20 ha hissəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına raq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı 0.18 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsi qalan hissədə bələdiyyə mülkiyyətində (JN 1432 BB saylı) saxlanılmışdır. Təqdim olunan JN: 608A saylı, 40216018 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsinin 0.18 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Əldə olunan subyektlər siyahısı və təsərrüfatbaşına kitablarda da qanuni istifadədə olan torpaq sahəsinin 0.18 ha olduğu qeyd edilmişdir. İddia olunan 0,05 ha torpaq sahəsinə münasibətd ə məhkəmə qeyd edir ki, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə aqrar islahat zamanı A 379161 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0.69 ha (6931 kv.m) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınaraq Çıxarışlar əldə olunmuşdur. Göründüyü kimi iddia olunan 0,05 ha torpaq sahəsinə dair iddiaçıya hər hansı hüquqmüəyyənedici sənəd verilməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-68/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəf iyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyətyanı torpaq sahəsinə münasibətdə - Şəki İnzibati və Şəki Apellyasiya Məhkəmələri iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən məktuba əlavə edilmiş torpaq payı alan subyektlər siyahısında qeyd olunan məlumatları təhrif edərək, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş məlumatları təhrif edərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,18 ha həyətyanı torpaq sahəsinin verilməsini qeyd etmişdirlər.
16. Halbuki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən məktuba əlavə edilmiş torpaq payı alan subyektlər siyahısında Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.18 ha yox, 0,38 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd olunmuşdur.
17. İddiaçı isə JN seriyalı 608A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə torpaq sahəsinin 0,18 ha hissəsi üzərində o və ailə üzvlərinin mülkiyyət hü ququnun əks olunduğunu nəzərə alaraq, yerdə qalan 0,20 ha hissə üzərində də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh inzibati orqandan xahiş etmişdir.
18. JN seriyalı 608A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə torpaq sahəsinin 0,18 ha kimi qeyd olunması, iddiaçı və ailə üzvlərini yerdə qalan 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırmaq hüququndan istifadə etməsindən məhrum edə bilməz. Təcrübədə bəzi hallarda ümumiyyətlə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinə şəhadətnamə və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunmaması halına da rast gəlinir ki, bu da vətəndaşların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə deyildir.
19. Kənd təs ərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə - Şəki İnzibati və Şəki Apellyasiya Məhkəmələri Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini və həmin torpaq sahəsinin bir hissəsinə hüquq müəyyən edici sənəd tərtib olunmasını etiraf etmiş və kəsir olan torpaq hissəsinə hüquqi sənəd (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) işlənmədiyini bildirmişdirlər. Bununla belə, iddianı həmin hissədə də əsassız hesab etmişdirlər.
20. Belə olan halda sual yaranır ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd (Dövlət Ak tı, Torpaq sahəsinin planı və ölçüsü və.s) tərtib olunmamış hissəsinə sənəd tərtib etmək vəzifəsi hansı quruma aiddir? Vətəndaşın sənəd işlənməməsi adı altında Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin aqibəti necə olmalıdır? Vətəndaşın bura da təqsiri nədən ibarətdir? Respublika ərazisində hazırda da islahat xəritələri başa çatmayan və sənədləri olmayan minlərlə torpaq sahəsi var və cavabdeh inzibati orqanın hazırki iş üzrə yanaşmasına əsasən həmin şəxslərin də İslahat Komissiyasının Qərarı əsasında mülkiyyətinə verilmiş torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı deyilmi?
21. Göründüyü üzrə, iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsas ən, 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilmiş, həmin qərar qüvvədədir. Zaqatala rayonu Yuxan Tala kəndində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmişdir. Həmin sənədi işləməli olan inzibati orqan isə hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHS 18 saylı Zaqatala Ərazi İdarəsidir. Sənədin işlənməməsinin vətəndaşın təqsiri kimi qiymətləndirilməsi absurddur.
22. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarım ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 23. “Daşınm az əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Maddə 8.0.5. Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin üm umi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq sahəsinin islahat xəritələrində 1432BB adı altında qeyd edilmiş 0,20 ha hissəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(107)-68/2024 nömrəli qərarla İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2-1(116)1424/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən belə hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin hazırkı iş üzrə olan yuxarıda göstərilmiş hüquqi mövqeyi ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı 0.18 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsi qalan hissədə bələdiyyə mülkiyyətində (JN 1432 BB saylı) saxlanılmışdır. Təqdim olunan JN: 608A saylı, 40216018 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsinin 0. 18 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Əldə olunan subyektlər siyahısı və təsərrüfatbaşına kitablarda da qanuni istifadədə olan torpaq sahəsinin 0.18 ha olduğu qeyd edilmişdir.
29. Həmçinin iş materiallarından görünür ki, iddia olunan 0,05 ha torpaq sahəsinə münasibətdə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə aqrar islahat zamanı A 379161 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0.69 ha (6931 kv.m) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınaraq Çıxarışlar əldə olunmuşdur. Başqa sözlə, iddia olunan 0,05 ha torpaq sahəsinə dair iddiaçıya hər hansı hüquqmüəyyənedici sənəd verilməmişdir.
30. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişd ir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
31. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas yoxdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin f aktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Bununla belə məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçıya hər hansı bir daşınmaz əmlakın (torpaq sahəsinin) ayrılmasına dair ilkin mötəbər sənəd varsa, iddiaçı bununla bağlı cavabdehə müraciət edib sözügedən məsələnin qanun çərçivəsində həll olmaması istiqamətində zəruri hərəkətlər etmək hüququna malikdir.
33. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(107)-68/2024 nömrəli qərarı dəyişdirilmədən sax