Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2058/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin və təqaüdün keçmiş dövr üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi” təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 2-1(103)-1351/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon hərbi komissarlığı tərəfindən verilən 22 yanvar 2009-cu il tarixli, M/V seriyalı 078114 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-37/2-Q-5239-26-1-08-7169/2024 nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdir ilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” arayışda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu barədə 1307.2022-ci il tarixli ******* nömrəli inzibati akt (arayış formasında) qəbul edilmişdir.
3. İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ünvanlanmış ərizədə İddiaçı xx.xx.2024-cü il tarixdən müharibə veteranlığına görə Prezident təqaüdü aldığını, veteranlıq vəsiqəsini xx.xx.2009-cu il tarixdə aldığını bildirmiş, müharibə veteranına görə Prezident təqaüdü ödənişinin xx.xx.2019-cu il tarixdən təyin edilməsinə və ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ona xx.xx.2024-cü il tarixindən müharibə veteranlarına verilən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir və ödənişi hazırda davam etdirilir. Sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla), habelə övladlığa götürülən uşağa, o cümlədən 18 yaşına dək əlilliyi müəyyən edilmiş uşağa görə sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli Qərarı ilə təsdiq olunmuş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixindən əvvəlki dövr üzrə vətəndaşlıqla bağlı müvafiq sənəd (hansı tarixdən Azərbaycan Respublikasının vətəndaşı hesab edilməklə və ya Azərbaycan Respu blikası ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi) təqdim etdikdən sonra müraciətə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3.17.1/2-Q141744/2024 imtina cavabının qanunsuz hesab edilməsi, xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2024-cü tarixədək ödənilməmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müharibə veteranları üçün müəyyən edilmiş Prezident təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki, ona Qarabağ Müharibəsinin iştirakçısı kimi xx.xx.2009-cu il tarixli, 078114 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə xx.xx.2019-cu il tarixdən etibarən müharibə veteranlarına 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Ona müharibə veteranları üçün verilməli olan 80 manat vəsiqənin verildiyi tarixdən, yəni xx.xx.2009-cu il tarixdən hesablanıb verilməli olduğu halda, xx.xx.2024-cü il tarixdən verilməyə başlamışdır. Prezident Fərmanı ilə ona xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 8880 manat ödənilməlidir.
7. Cavabdehin iddia tələbinə yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “Mü haribə veteranı” adı və 078111 nömrəli veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında iddiaçıya xx.xx.2024-cü il tarixdən müharibə veteranlarına verilən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir və hal-hazıradək ödənilməkdədir. xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə iddiaçının vətəndaşlığı ilə bağlı müvafiq sənəd olmadığına görə (şəxsiyyət vəsiqəsi deaktiv olması səbəbilə) tələb olunan dövrlərin ödənilməsi tələbi qanunvericiliyin tələbləri və eləcə də, ödənişin həyata keçirilməsinin mümkünsüzlüyü baxımından təmin edilməməlidir. Habelə müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavin ətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salınsa, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 04 noyabr 2024-cü il tarixli, 21(112)-12667/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı müharibə veteranları üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərdə tutulmuş müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edi lməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona 22 yanvar 2009cu il tarixdə bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Cavabdeh iddiaçıya müraciət etdiyi xx.xx.2024-cü il tarixindən müharibə veteranı statusu üçün 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş və bu zaman xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə müavinət (təqaüd) ödənilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, həmin tarixədək iddiaçının vətəndaşlığı ilə bağlı müvafiq sənəd olmamışdır. Mə hkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Vəsiqənin mötəbərliyi şübhə doğurmur. İddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2022-ci il tarixli inzibati akt qəbul etməsi ona həmin tarixdən vətəndaşlığın verilməsini ehtiva etməmiş, onun həmin tarixdən əvvəlki dövrlər üzrə də ümumən Azərbaycan Respublikası vətəndaşı olması faktını təsdiq etmişdir. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki dövr üzrə vətəndaşlığını təsdiq edən sənəd təqdim edilməməsi onu əvvəlki dövrlər üzrə müvafiq müavinəti almaq hüququndan məhrum etmir. Belə ki, iddiaçıya hələ 22 yanvar 2009-cu il tarixdə “Müharibə veteranı” vəsiqəsi verilmiş və həmin tarixdən də o, müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna, həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edildiyi vaxtdan təqaüd almaq, həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə əvvəlki 3 il üzrə də müavinətin təyin edilməsi və həmin müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Məhkəmə onu da nəzərə alır ki, artıq təşəkkül tapmış məhkəmə təcrübəsi ilə də müəyyən edilmişdir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respub likası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. 2019-cu il 01 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla, müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 04 mart 2025-ci il tarixli, 21(103)- 1351/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın, iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Sosial müavinətlər haqqında” Azərbaycan R espublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;... Maddə
3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.... Maddə
4. Müavinətlərin növləri... 4.0.1.6. Bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir;... Maddə
6. Müavinət seçmək hüququ 6.1. Bu Qanunun 4-cü madd əsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir;... Maddə
7. Müavinətlərin təyin olunması şərtləri... 7.0.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir.... 17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanı 18. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanı Azərbaycan 19. “Müharibə veteranl arına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apel lyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azər baycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ödənilməmiş müharibə veteranları üçün müəyyən edilmiş sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq bi rinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 04 mart 2025-ci il tarixli, 21(103)-1351/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.