Məhkəmə qərarları › İş №2-1(102)-2059/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2059/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2059/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-717/2018 nömrəli, 22 may 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Abşeron rayon İcra Hakimiyyətinin vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesab ı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, İddiaçı 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik - südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 21 may 2003-cü il tarixli, 28 nömrəli vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 19 99-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 19 aprel 2016-cı il tarixli, 661 nömrəli arayışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X5 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsi ayrılmışdır. 2-1247 kodlu tor paq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. İddiaçı aid torpaq sahəsinin sxemi hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 möhürü ilə təsdiqlənmişdir. İddiaçı (bundan sonra - iddiaçı) 20 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət etmiş, cavabdeh 10.05.2016-cı il tarixli **********34 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla cavab olaraq bildirmişdir ki, sənədlər araşdırılan zaman məlum olmuşdur ki, ayrılan torpaq sahəsi Prezidentin İşlər İdarəsinin X4 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kəna rda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə istinad edilmişdir. Həmin normaya əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna tərəvəzçilik və südçülük sovxozu) 21 may 2003-cü il tarixli əmrindən çıxarışa əsasən ona 0.10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Qeyd edilənlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 661 saylı, 19 aprel 2016-cı il tarixli məktubunda öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edə rək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin və dövlət reyestrindən çıxarışın verilməsinin, həmin daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 16 sentyabr 2016-cı il tarixli, **********47 nömrəli etirazda qeyd edilmişdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırılma nəticəsinə məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Azə rbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 balasına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşir. Bu səbəbdən iddiaçının sözügedən əmlak üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-11,12, 23, Torpaq Mülki Məcəlləsinin 55, 66, 67, 68, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə istinad edərək, etirazın qəbul edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2868/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ilə (hakim: H.Ç.Babayeva) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilm əsi, həmin daşınmaz əmlaka ünvan verilməsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsinə plan ölçünün tərtib edilməsi, torpaq sahəsinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması və ünvan verilməsi üçün zəruri olan sənədlərə (Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli sərəncamı, 096 saylı sərəncamına əsasən qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri) malik olduğu halda, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan halların heç birinə istinad etmədən əsassız olaraq iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apely asiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 avqust 2017-ci tarixli, 21(103)-1533/2017 nömrəli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və S.Q.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2868/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci tarixli, 2-1(102)-2200/2017 nömrəli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 avqust 201 7-ci tarixli, 2-1(103)1533/2017 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2018-ci il tarixli, 2-1(103)-717/2018 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2868/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə eyniyyət təşkil etdiyini sübuta yetirə bilməmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya məhkəməsi Abşeron rayon Dövlət Arxivinin 22.05.2018-ci il tarixli, H-58 nömrəli məktubu ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamında adlı siyahı və cizgi daxil edilmədiyi, yəni iddiaçının adı çəkilmədiyini, tərəvəzçilik - südçülük sovxozunun fəhlə və mütəxəssislərinə torpaq sahəsi ayrılması barədə ümumi göstəriş əks olunduğunu 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə əsaslardan biri kimi qeyd etmişdir ki, bu hal tamamilə absurddur. Belə ki, şəxsin adının siyahıda əks olunmaması həmin torpaq sahəsinin ona ayrılmaması anlamına gələ bilməz. Qeyd olunan əmr və sərəncamda ümumiyyətlə hər hansı şəxsin adı qeyd edilməmişdi r. Adlı siyahı olduğu və iddiaçının adının həmin siyahıda əks olunmadığı halda məhkəmənin bu mövqeyi haqlı hesab oluna bilərdi, indiki halda isə tamamilə əsassızdır. Şikayətdə bilririlir ki, apellyasiya məhkəməsi X4 21 may 2003-cü il tarixli əmrində, eyni zamanda Abşeron Rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamında iddiaçıya verilmiş torpaq sahəsinin koordinatlarının öz əksini tapmadığına, sadəcə iddiaçıya 0.10 ha həyətyanı sahənin verilməsinin qeyd olunduğuna istinad etmişdir. Apelyasiya məhkəməsi eləcə də, İdarənin rəis müavini Əşrəf Quliyev tərəfindən imzalanmış **********48 nömrəli 15 may 2018-ci il tarixli məktubda iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının (1.425472.750, 4483872.400; 2.425483.820, 4483830.330; 3.425461.430, 4483825.070; 4. 425450.200, 4483866.420) X4 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşməsinə əsaslanmışdır. Daha sonra qeyd edilir ki, apelyasiya məhkəməsi iddiaçının ona ayrılan torpaq sahəsinin həmin ərazinin hüdudları daxilində olmamasına əsaslanması üçün ilk öncə göstərilən əmr və sərəncamın əhatə etdiyi ərazini müəyyən etməli idi ki, iddia edilən torpaq sahəsinin həmin hissəyə daxil olub-olmadığı aşkar müəyyən edilsin. Bununla yanaşı, göstərilən dövrə aid verilən əmr və sərəncam əsasında iddiaçının həyat yoldaşı X6 da hazırkı işdəki predmet üzrə iddia qaldırmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2-1 (102)1632/17 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qərar öz qanuni qüvvə sini almış və çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmiş, nəticədə Q.Məmmədov RX seriyalı ******* nömrəli çıxarışla təmin olunmuşdur. Şikayətdə daha sonra qeyd edilir ki, apelyasiya məhkəməsinin cavabdeh qurumun məktubuna istinad edərək (idarənin rəis müavini Əşrəf Quliyev tərəfindən imzalanmış **********48 nömrəli 15 may 2018-ci il tarixli məktub) guya iddia edilən torpaq sahəsinin X4 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşməsinə əsaslanması qanuni deyildir. Eyni zamanda, idarənin təqdim etdiyi məktubda əks olunan koordinatlarının hansı qaydada mərzlənməsi və kadastr planının tərtib olunması barədə heç bir məlumat da yoxdur. Gö ründüyü kimi, heç bir əsas olmadan cavabdeh qurumun öz mənafeyinə uyğun verdiyi cavabı məhkəmə yanlış şəkildə sübut kimi qiymətləndirmişdir. Bununla yanaşı qeyd edilir ki, iddiaçı 25(iyirmi beş) ildir ki, iddia edilən torpaq sahəsinə faktiki sahibliyi həyata keçirir. Əgər cavabdehin qeyd etdikləri həqiqətdirsə, niyə bu müddət ərzində iddiaçıya qarşı həmin torpaq sahəsinin iddiaçının sahibliyindən alınması ilə bağlı iddia qaldırılmamışdır? Bu hal özü cavabdehin həmin əmlakın iddiaçıya məxsus olması ilə razılaşdığı faktını sübut edir, lakin cavabdehin digər məhkəmə mübahisələrində olduğu kimi, verdiyi formal şikayətə apelyasiya məhkəməsi düzgün qiymət verməmişdir. Həmçinin, apelyasiya məhkəməsi Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1 (101 )-147/2010 saylı 19 o ktyabr 2010-cu il tarixli hökmü ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək məhkum edilməsini, həmin hökmlə X2 10 sentyabr 1999-cu ildən 1 noyabr 2002-ci tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində Bakı şəhəri, Buzovna qəsəbəsində fəaliyyət göstərən, əvvəlki adı “Tərəvəzçilik və Südçülük”xxxx“X5”nin direktoru vəzifəsində işləyərkən başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs formasında vəzifə səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edib “Tərəvəzçilik və Südçülük” sovxozunda işləmiş 50 nəfər şəxsə fərdi mənzil tikmək üçün torpaq ayırmağa hüquq verən rəsmi sənədləri, o cümlədən də Abşeron Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması ha qqında” 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını müəssisəyə aidiyyəti olmayan şəxslərə müəssisənin ərazisindən torpaq sahəsi ayırıb satmaq məqsədi ilə saxtalaşdırıb, “X5”nin direktorunun adından əmrlər verib, müəssisəyə aidiyyəti olmayan şəxslərin müəssisənin işçisi olması barəsində özündə saxta məlumatları əks etdirən müxtəlif tarixli arayışlar hazırlayıb, müəssisənin möhürü ilə təsdiqləyib müəssisənin Buzovna və Şağan qəsəbələrinin ərazilərində yerləşən 1681.4 hektar torpaq sahəsindən qanunsuz olaraq müxtəlif şəxslərin adına torpaq sahələri ayıraraq onlardan 18500 ABŞ dolları məbləğində rüşvət almasına, onun 2002-ci ilin 1 noyabr tarixindən tutduğu vəzifəsindən azad edilməsinə, həmin tarixdən bu vəzifəyə X3 təyin edildiyinə, onun da, müəssisənin əməkdaşlarından və digər şəxslərd ən ibarət dəstə yaradaraq müxtəlif şəxslərdən rüşvət almaqla həmin şəxslərə qanunsuz torpaq sahələri ayırdığına, beləliklə də həmin hökmlə cavabdehə məxsus ərazidən müxtəlif şəxslərin adına qanunsuz torpaq sahələrinin ayrılması müəyyən edildiyinə, qeyd edilən halın iddiaçının istifadəsində olan torpaq sahəsinin həqiqətən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı ilə 50 ailəyə ayrılmış torpaq sahələrinə aid olması faktını sual altına qoymasına istinad etmişdir. Göründüyü kimi, apelyasiya məhkəməsi şübhəli halı iddiaçının ziyanına qiymətləndirməklə cavabdehin istinad etdiyi hökmün iddiaçı ilə bağlılığını konkret sübutla əks etdirməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus torpaq sahəsinin ona ayrıldığı dövrdə X4 direktorunun sonradan barəsində ittiham hökmünün qəbul edilməsi həmin əmlakın iddiaçıya aid olub-olmaması anlamına gəlməyə əsas vermir və hökmü məhkəməyə təqdim edən cavabdeh onun iddiaçı ilə birbaşa əlaqəsini sübut etdiyi halda sübut hesab oluna bilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilmə sinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci madd əsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitə lərini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin iddiaya qarşı etirazının əsas dəlili ondan ibarətdir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin X4 balasına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşir. Bu səbəbdən iddiaçının sözügedən əmlak üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd olunmalıdır ki, işdə mövcud olan ziddiyyətli halların aydınlaşdırılmasına dair zəruri araşdırmanın aparılması təmin edilməmişdir. Bunun üçün ilk növbədə Azərbaycan Re spublikası Prezidentinin İşlər İdarəsinin X4 balansına ayrılmış 5 ha torpaq sahəsinin koordinatlarını özündə əks etdirən baş planı tələb edilməli, həmin plandakı məlumatlar əsas götürülməklə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyinin müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir. İşdən isə görünür ki, apelyasiya məhkəməsi təkrar işə baxılarkən iddiaçıya ayrılmış torpaq sahəsinin plan və ölçüsünü özündə əks etdirən sənədin təsdiq edilmiş surətini cavabdeh inzibati orqandan tələb etmişdir. Halbuki, iddiaçıya ayrılmış sahəyə cavabdeh tərəfindən ümumiyyətlə plan-ölçü sənədi verilməyib ki, məhkəmə də onun surətini tələb etsin. Digər tərəfdən, apelyasiya məhkəməsi cavabdeh inzibati orqanın təqdim etdiyi koordinatları əsas götürülməklə, ərazinin müəssisənin balansına ayrılmış sahəd ən kənarda yerləşdiyini iddia etmişdir. İdarənin təqdim etdiyi məktubda isə əks olunan koordinatların hansı qaydada mərzlənməsi və kadastr planının tərtib olunması barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq, apelyasiya məhkəməsi heç bir əsas olmadan cavabdeh inzibati orqanın öz mənafeyinə uyğun verdiyi cavabı mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, həmin koordinatların nə dərəcədə düzgün verildiyi nə ekspertin rəyi ilə, nə də işdə tərəf olmayan digər orqanın mütəxəssis rəyi ilə təsdiq edilməmişdir. Odur ki, təkrar apelyasiya baxışı zamanı qeyd edilən pozuntular aradan qaldırılmalı, ayrılmış 5 ha torpaq sahəsinin baş planı tələb edilməklə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyinin müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir. Həmçinin, iş materiallarından görünür ki, apelyasiya məhkəməsi Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1 (101 )-147/2010 saylı 19 oktyabr 2010-cu il tarixli hökmü ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək məhkum edilməsini, həmin hökmlə X2 10 sentyabr 1999-cu ildən 1 noyabr 2002-ci tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində Bakı şəhəri, Buzovna qəsəbəsində fəaliyyət göstərən, əvvəlki adı “Tərəvəzçilik və Südçülük”xxxx“X5”nin direktoru vəzifəsində işləyərkən başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs formasında vəzifə səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edib “Tərəvəzçilik və Südçülük” sovxozunda işləmiş 50 nəfər şəxsə fərdi mənzil tikmək üçün torpaq ayırmağa hüquq verən rəsmi sənədləri, o cümlədən də Abşeron Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını müəssisəyə aidiyyəti olmayan şəxslərə müəssisənin ərazisindən torpaq sahəsi ayırıb satmaq məqsədi ilə saxtalaşdırıb “X5”nin direktorunun adından əmrlər verib, müəssisəyə aidiyyəti olmayan şəxslərin müəssisənin işçisi olması barəsində özündə saxta məlumatları əks etdirən müxtəlif tarixli arayışlar hazırlayıb, müəssisənin möhürü ilə təsdiqləyib müəssisənin Buzovna və Şağan qəsəbələrinin ərazilərində yerləşən 1681.4 hektar torpaq sahəsindən qanunsuz olaraq müxtəlif şəxslərin adına torpaq sahələri ayıraraq onlardan 18500 ABŞ dolları məbləğində rüşvət almasına, 2002-ci ilin 1 noyabr tarixindən tutduğu vəzifəsindən azad edilməsinə, həmin tarixdən bu vəzifəyə X3 təyin edildiyinə, onun da müəssisənin əməkdaşlarından və digər şəxslərdən ibarət dəstə yaradaraq müxtəlif şəxslərdən rüşvət almaqla həmin şəxslərə qanunsuz torpaq sahələri ayırdığına, beləliklə də həmin hökmlə cavabdehə məxsus ərazidən müxtəlif şəxslərin adına qanunsuz torpaq sahələrinin ayrılması müəyyən edildiyinə istinad edərək, qeyd edilən halın iddiaçının istifadəsində olan torpaq sahəsinin həqiqətən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı ilə 50 ailəyə ayrılmış torpaq sahələrinə aid olması faktını sual altında qoyduğunu qeyd etmişdir. Əvvəla apelyasiya məhkəməsi hökmə istinad etsə də, iş materiallarına hökmün surəti əlavə edilməmiş, hökmdə müəyyən edilən halların hazırkı iş üzrə hər han sı preyedusial əhəmiyyət daşıdığına aydınlıq gətirilməmişdir. Digər tərəfdən, apelyasiya məhkəməsi hökmə istinad edərək, sanki iddiaçıya da yuxarıda sadalanan cinayət əməlləri nəticəsində torpaq sahəsinin qanunsuz olaraq ayrılmasını vurğulayır. Halbuki, qeyd edilən hala aydınlıq gətirilməsi məqsədilə iş materiallarına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 19.04.2016-cı il tarixli 661 saylı arayışı əlavə edilmişdir. Həmin arayışda müəssisə iddiaçıya Buzovna Tərəvəzçilik - Südçülük Sovxozu tərəfindən 21.05.2003-cü il tarixli 28 nömrəli əmrdə, çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsinin ayrıldığı, həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmadığını qeyd etmişdir. Bun dan əlavə, apelyasiya məhkəməsi zərurət yarandığı təqdirdə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5ni üçüncü şəxs qismində prosesə cəlb etməli, iddiaçıya ayılmış torpaq sahəsi ilə bağlı həmin müəssisədən zəruri sənədlər, o cümlədən torpaq sahəsinin ayrılmasına dair əmrlər kitabının əsli tələb edilərək baxış keçirilməlidir. Apelyasiya məhkəməsi iddianın rədd edilməsi əsaslarından biri kimi Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamında iddiaçının adının çəkilmədiyinə, sərəncama adlı siyahı əlavə olunmadığına istinad etmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Belə ki, qeyd edilən sərəncamdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində olan Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik - südçülük sovxoz unun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmaması, təsərrüfatda uzun müddət işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 05.01.1999-cu il tarixli məktubu nəzərə alınaraq hər ailə üçün 0.10 hektar hesabı ilə 50 ailəyə 5.0 hektar həyətyanı torpaq fondu ayrılmış, həmin torpağın sovxozun direktorunun əmri ilə növbəlilik əsasında verilməsi, torpaq sahəsinin paylanmasındandan əvvəl sifarişçi tərəfindən sahənin baş planının tərtib edilməsi və torpaqların baş plana uyğun verilməsi qərara alınmışdır. İstinad edilən sərəncamın da məzmunundan göründüyü kimi, sərəncamda torpağın sovxoza ayrılması qərara alınmış, torpaqların növbəlilik əsasında verilməsi isə sovxoz direktoruna həvalə edilmişdir. Bu səbəbdən də, həmin sərəncama adlı siyahı əlavə edilə bilməzdi. Adlı siyahı və əmrlərlə bağlı şübhə olduğu təqdirdə yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə sorğu edilməklə məlumat əldə oluna bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən İPM-in 12 və 58.7-ci maddələrinin tələbləri təmin olunmamış, işin yuxarıda qeyd olunan halları ilə bağlı ətraflı araşdırma aparılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə səhv nəticəyə gəlinmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİS SƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-717/2018 nömrəli iş üzrə 22 may 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar