Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2059/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; elektrik montyorları; nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-247/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən o, 1978-ci ildə Bakı Rabitə Elektrotexnikumuna televizor texnikası və radiotelerabitəsi ixtisası üzrə daxil olmuş, 1982-ci ildə həmin ixtisası əyani şöbəsi üzrə təhsilini bitirmişdir. xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-ci ildə “Azneft ”istehsalat Xidmətinin Mərkəzi Bazasında 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləyir. xx.xx.2002-ci ildə sonradan “Azə rineftavtomatika” müəssisəsi "xxxx" ASC-dən əmək müqaviləsi pozulmuş hesab edildiyi üçün işdən azad olunmuşdur. xx.xx.2002-ci ildən "xxxx" MMC-nin yanacaqdoldurma stansiyasında elektromexanik vəzifəsinə təyin olunmuşdur. Hal-hazıra kimi həmin müəssisədə növbə rəisi vəzifəsində işləyir. 2. “Azneft” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1986-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək dispetçer avadanlıqlarının elektrik montyoru, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 16 il 4 ay 15 gün təşkil edir. Yuxarıda göstərilə vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixl i 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin b) yarımbəndində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (KOD:2130302a-19861) yuxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin a) yarımbəndidə nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr (KOD: 2130301a-18494) güzəştli pensiya hüququna malikdirlər.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçinin işlədiyi “ Azneft ” İstehsalat Xidmətinin Mərkəzi Bazası göstərilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə və texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı mövcud olmadığından müraciətin təmin olunması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu əsas tutaraq onun pensiyasının “Güzəştli şərtlərlə” xx.xx.2019-cı il tarixindən, 57 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə anadan olmuşdur. 1978-ci ilin sentyabr ayında Bakı Rabitə Elektrotexnikumuna qəbul olunmuş və 1982ci ildə “televiziya texnikası və radiorele rabitəsi “ ixtisası üzrə əyani şöbəni bitirmişdir. (DT - İ № 786739, xx.xx.1982-ci il tarixli diplom əlavə olunur) xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə kimi sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-ci ildə “Azneft” İstehsalat Xidmətinin Mərkəzi Bazasında 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləyir. xx.xx.2002-ci ildə sonradan “ Azərineftavtomatika” müəssisəsi "xxxx" ASC-dən əmək müqaviləsi pozulmuş hesab edildiyi üçün işdən azad olunmuşdur. xx.xx.2002-ci ildən "xxxx" MMC-nin yanacaqdoldurma stansiyasında elektromexanik vəzifəsinə təyin olunmuşdur. Hal-hazıra kimi həmin müəssisədə növbə rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. 57 yaşı tamam olanda “Güzəştli şərtlərlə” pensiya təyin olunması üçün sonradan yeni yaradılmış Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına da rəsmi müraciət etmişdir və müvafiq sənədləri tam topluda təqdim etmişdir. "xxxx" MMC-nin 01/21 saylı, xx.xx.2021-ci il tarixli arayışından da görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixə kimi güzəştli iş stajı 16 il 4 ay 15 gün təşkil edir. xx.xx.2006-cı ilə kimi ümumi iş stajı isə 28 il 01 ay 26 gün təşkil edir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 01/21 nömrəli xx.xx.2021-ci il tarixli arayışında onun xx.xx.1991-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında nəzarətölçü cihazlarının və avtomatikanın çilingəri peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi İstehsalat Xidmətinin Mərkəzi Bazası yuxarıda göstərilən nəzarət- ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə isə texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Q eyd olunanları nəzərə alaraq, V.M.Həsənov güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-720/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və Qanunun 37.7-ci maddəsi nəzərə alınaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır- 25 ildən artıq sosial sığorta stajı olmaqla 12 il 6 aydan artıq müddətini xüsusi iş stajını təşkil edir. İddiaçı, «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1986-ci il tarixindən (xx.xx.1986-ci il Əmr № 15/K) xx.xx.1991-ci il tarixinədək dispetçer avadanlıqlarının elektrik montyoru, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il Əmr 15/K ) NÖC və A çilingəri vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı eyni müəssisədə iki vəzifəni yerinə yetirmişdir: dispetçer avadanlıqlarının elektrik montyoru və NÖC və A çilingəri. Qeyd edilmiş vəzifələr 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları-2130302a—19861 şifrinə və a) nəzarət-ölçü cihazlarının və avtomatikan ın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər2130301a—18494 şifrinə uyğundur. Belə ki, qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajı yaranmış olur. Qeyd edilən norma iddiaçıya münasibətdə tətbiq edilmir. Onun pensiyası 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. ap ellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-247/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddia çının xx.xx.1986-xx.xx.1991-ci il tarixədək dispetçer avadanlıqlarının elektriki işlədiyi göstərilmiş, lakin iddiaçının xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə üzrə “dispetçer avadanlıqlarının elektriki’’ vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın qeyd olunan bölməsində nəzərdə tutulmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Azərba ycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə almadan, iddiaçının işlədiyi müəssisədən onun vəzifə təlimatlarını tələb etməmiş, vəzifə təlimatlarına əsasən vəzifələrin uyğunluğunu müəyyən etməmiş, bununla da əsassız və qanunsuz qərar qəbul edərək iddiaçının apellyasiya şikayətini təmin etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatları n, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və sta ja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 21303000
3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı 2130301a-18494 nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər; 2130301a—19861; 2130302a-19861 elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 19. “İnzibati i craat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. İddiaçının ümumi iş stajını cavabdeh mübahisələ ndirmir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 21303000
3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı - 2130301a-18494 nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fə hlələr güzəştli pensiya hüququna malikdirlər; 2130302a-19861 elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələr sırasına daxil edilmişdir.
26. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmiş və məhkəmə araşdırmalarının predmeti olmuşlar.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.
28. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. İddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
30. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.
31. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-247/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.