Məhkəmə qərarları › İş №2-1(102)-2059/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2059/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2059/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlarda olan yaşıllığın götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0.9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2-1(107)-102/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən 0.9531 ha kənd təsərrüfatı təyinatlı (əkin məqsədli) torpaq sahəsi xx.xx.2014-cü il t arixdən iddiaçının xüsusi mülkiyyətindədir.

2. İddiaçı Yevlax rayon Xaldan bələdiyyəsinə müraciət edərək, ona məxsus torpaq sahəsində 53 ədəd yulğun kolunun olduğunu bildirmiş və həmin kolların çıxarılması üçün köməklik göstərilməsini xahiş etmişdir.

3. Yevlax rayon Xaldan Bələdiyyəsi öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinə müraciət edərək, yulğun kollarının başqa yerə əkilməsi üçün boş sahə olmadığı nəzərə alınmaqla, kolların çıxarılması üçün köməklik göstərilməsini xahiş etmiş, Agentlik cavab məktubunda bildirmişdir ki, uzun müddət istifadəsiz qalmış və vaxtında təyinatı üzrə düzgün istifadə edilməmiş torpaqlarda inkişaf edərək gövdəsi odunlaşmış yaşıllıqların götürülməsi, eyni zamanda ekosistemin tərkib hissəsi olan geniş yaşıllıq sahələrinin ləğv edilməsi mə qbul hesab edilmir. Yaşıllıq altında olan ərazilərin boş torpaq sahələri ilə əvəzlənərək əkin məqsədləri üçün istifadə edilməsi təklif edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0.9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yulğun kollarının torpaq sahəsindən götürülməməsi onun xüsusi mülkiyyətində olan ərazidən məqsədli təyin atına uyğun istifadəyə maneçilik yaradır.

6. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" ilə tənzimlənir. Qeyd olunan Qaydanın 2.2-ci bəndinə əsasən, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: - dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; - "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəyi olan layihə həyata keçirildikdə; - şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; - ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; - texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; - ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3-cü bəndinin tələblərinə əsasən, digər hallarda yaşıllıqların götürülməsi qadağandır. Qeyd olunan Qərarın tələblərinə uyğun olduğu hallarda yerli bələdiyyələr vasitəsi ilə X3 Agentliyinin rəyi alındıqdan sonra yaşıllığın götürülməsi bələdiyyə, yerli icra hakimiyyəti, torpaq sahəsinin mülkiyyətçisi sayılan qurum və ya fiziki şəxs tərəfindən təşkil olunur.

7. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 31 oktyabr 2023-cü il tarixli, 21(116)-1036/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsi məqsədli təyinatına uyğun istifadə etmədiyindən, həmin ərazidə yulğun kollarından ibarət geniş massivli ekosistem formalaşmışdır. Bu ekosistemin formalaşması üçün uzun müddət tələb olunduğu araşdırma nəticəsində öz təsdiqini tapmışdır. Ekoloji ədəbiyyatda yulğun kollarının şaquli köklərinin, hətta codluğ u yüksək olan torpaqlarda 30 metr dərinliyə, yan köklərinin isə 50 metrə qədər ətrafda inkişaf etdiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün müsbət rəy verilməsindən imtina etməsi əsaslı olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 28 mart 2024-cü il tarixli, 21(107)-102/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)1036/2023 nömrəli qərar ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin üzərinə qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istər “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 20 mart 1952-ci il tarixli protokolun müvafiq maddəsi, istərsə də Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu əsas fundamental hüquqlardan hesab edir. Vətəndaşlar öz mülkiyyətindən maneəsiz istifadə etməlidir və mülkiyyətlərindən məhrum edilə bilməzlər. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda vətəndaşların xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bitmiş kol-kos-yulğun kollarının götürülməsinin nəzərdə tutulmaması onların mülkiyyət hüququnun məhdudlaşdırılaraq pozulmasına gətirib çıxarmamalıdır. Hazırkı halda isə iddia tələbinin təmin edilməməsi mülkiyyətçinin mülkiyyət hüququnun itirilməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülkiyyət hüququnun itirilməsi növləri təsbit olunmuş, “Yaş ıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində göstərilən hal həmin Məcəllədə nəzərdə tutulmamışdır Ona görə də, birinci instansiya məhkəməsinin əsaslandığı maddi normalar iddiaçının mülkiyyət hüququnun itirilməsi üçün əsas ola bilməz. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. İddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması proporsionallıq prinsipinin tələblərinin pozulmasına gətirib çıxarır. Belə olan halda, hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlılıq təmin olunmur. Çünki dövlətin əsas maraqlarından biri sosial ədalət prinsipləri əsasında torpaq üzərində bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahının yüksəldilməsindən ibarətdir. Ona görə də mülkiyyət hüququna müdaxilə zamanı fərdlə ictimai maraqlar arasında ədalətli balans qorunmalıdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində etirazın dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən Agentliyin üzərinə yaşıllıqların götürülməsini tənzimləyən qanunvericilikdə mövcud olmayan halda yaşıllığın götürülməsinə rəy verilməsi barədə qeyri-qanuni öhdəlik qoyulmuşdur. Agentliyin üzərinə qanunvericilikdə mövcud olmayan halda yaşıllığın götürülməsinə rəy verilməsi barədə qeyri-qanuni öhdəliyin qoyulması dövlətin ekoloji tarazlığın mühafizəsinə və yabanı bitkilərin (hazırkı halda yabanı halda bitmiş 1200 topa (yulğun kolu) qorunmasına dair Konstitusiyada müəyyən olunmuş təminatı kobud şəkildə pozur. Məhkəmə qərarı yalnız mülkiyyət hüququ nəzərə alınaraq qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət və ictimai maraqlar, həmçinin Azərbaycan Respublikasının təbiətin mühafizəsi və yaşıl keçidlə əlaqədar beynəlxalq öhdəlikləri heç bir əsas olmadan nəzərə alınmamışdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən götürülməsinə rəy tələb olunan 1200 topa yulğun kolu vahid ekosistem formalaşdıraraq lokal iqlimin yumşaldılması və vəhşi təbiətin nümayəndələri üçün yaşayış mühitinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Təbiətin mühafizəsi, ərazinin (Yevlax rayonu) iqliminin sərt olmasını nəzərə alaraq yaşıllıqların mühafizəsi hər kəs üçün prioritet olmalıdır. Agentliyin iddiaçının müraciətinə uyğun rəy verilməsindən imtinası yaşıllıqların götürülməsini tənzimləyən qüvvədə olan qanunvericilik çərçivəsində olmuşdur. Həmin qanunvericiliyin məqsədi insanların səhhətinə birbaşa təsir edən ekoloji sağlam ətraf mühitin təmin edilməsidir. Apellyasiya instansiyası tərəfindən heç bir əsas olmadan ətraf mühitin mühafizəsi və ya şıllıqların qorunması ilə əlaqədar işə mülkiyyət hüququnun təmin edilməsi baxımından yanaşılmış, "mülkiyyət" hüququnun vətəndaşın əlindən alınması barədə əsassız mövqe ortaya qoyulmuşdur. Hazırkı iş materiallarından aydın olduğu kimi, 0.953 ha torpaq sahəsi iddiaçının mülkiyyətində qalmaqdadır, torpaq sahəsi üzərində onun mülkiyyət hüququna heç bir halda toxunulmamış, dövlət reyestrində torpaq sahəsinin mülkiyyətçisi dəyişdirilməmiş və Agentlik tərəfindən torpaq sahəsinə hər hansı mülkiyyət, sahiblik, istifadə xarakterli iddia irəli sürülməmiş, həmçinin buna cəhd edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələb lər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

19. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yulğun kolları mövcuddur. 20. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur.

21. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir.

22. Həmin Qanunun 13.1-ci maddəsi yaşıllıqların götürülməsinə əsas olan halları sadalamışdır (13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiy mətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıld ıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) və 13.2-ci maddəyə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

23. Yuxarıda qeyd edilən hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, yaşıllıqların götürülməsinə əsas olan hallar qanunvericilikdə dəqiq təsbit edilmişdir.

24. İşə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, hazırkı iş üzrə həmin hallardan hər hansı birinin olub-olmamasına qiymət verməlidir.

25. Digər tərəfdən, əsasların olmadığı halda həm də məhkəmə tərəfindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğu və yaşıllığın götürülməməsinin torpaq sahəsindən istifadəyə maneə yaratdığı nəzərə alınmaqla mülkiyyət hüququna müdaxilənin məqsədəuyğunluğu və mütənasibliyi qiymətləndirilməlidir.

26. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konv ensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: 27. - müdaxilə nin hüquqi əsası olmalıdır; 28. - müdaxilə ictimai maraqlara cavab verməlidir; 29. - müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır.

30. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsinin ədalətli balansın pozulmasına gətirib çıxardığını qeyd etsə də, qeyd edilən nəticəyə gələrkən yuxarıda istinad olunan formada qiymətləndirmə aparmamışdır.

31. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları (torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, torpaq sahəsində yulğun kolunun torpaq sahəsini əldə edərkən mövcud olub-olmaması, yulğun kollarının yaranmasına iddiaçı tərəfindən torpaqdan istifadə edilməməsinin səbəb olub-olmaması, mövcud ərazidə olan 1200 topa yulğun kolundan yalnız 53 ədəd yulğun kolunun iddiaçıya məxsu s ərazidə olması, həmin kolların götürülməsinin ekoloji tarazlığa və təbiətə vurduğu ziyanı, başqa sözlə, 1200 yulğun kolunun bir ekosistem yaradıb-yaratmaması və 53 ədədinin götürülməsinin həmin ekosistemi pozub-pozmaması, mövcud kolların hansı həcmdə torpaqdan istifadəyə mane olması) nəzərə alınmaqla, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadənin məhdudlaşmasının “ədalətli balans”ı təmin edib-etmədiyinə qiymət verilməlidir.

32. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 21(107)-102/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar