Məhkəmə qərarları › İş №2-1(102)-206/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-206/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-206/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı3 cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-206/2019 Bakı şəhəri 30.01.2019 30 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı3 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2018-ci il tarixli, 2-1(103)-1107/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışd ır. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və 30 iyun 2006-cı il təvəllüdlü Xəqani Xalıqov və 12 fevral 2003cü il təvəllüdlü Günel Xalıqovanın Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ailə üzvləri ilə birlikdə mülkiyyət vəsiqəsi olmayan, lakin yaşayış sahəsi kimi mövcud olan Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ünvanda yaşayırlar. Yaşayış sahəsinin hər bir kommunal şəratinin olmasına, həmin ünvan a aid kommunal xərclərin iddiaçılar tərəfindən ödənilməsinə və Binəqədi rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən qeyd edilən fərdi yaşayış evinə köçürülmələrinə baxmayaraq, cavabdeh hərəkətsizliyə yol verərək onların həmin ünvana pasport qeydiyyatına alınmalarından əsassız olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2-1(81)1030/2018 saylı qərardadı ilə (hakim Elçin Məmmədov) iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl cavabdehə hazırkı tələblər bağlı ərizə ilə müraciət etmədiklərindən, iddia həmin iddiaçılara aid hissədə mümkün sayılmamalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2-1(81)1030/2018 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia İddiaçı3 aid hissədə təmin edilməmişdir. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, qeydiyyatın həyata keçirilməsi və şəxsiyyət vəsiqəsinin verilməsi üçün yaşayış yerinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, məhkəmə cavabdehin imtinasının əsaslı olması nəticəsinə gəlmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2018-ci il tarixli, 2-1(103)-1107/2018 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin belə yaşayış yerinə qeydiyyata alınması üçün hüquqi əsas yaranır. İddiaçı isə, mübahisəli ünvanda yerləşən faktiki yaşadığı evə dair mülkiyyət hüququ, icarə müqaviləsi və ya digər qanuni əsaslara söykənən hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ödədiyi kommunal xərclər onun qarşılıqlı müqavilə öhdəlikləri üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlər olduğundan, həmin ödənişləri ehtiva edən sənədlər, habelə həmin mənzilə köçürülmələrinə dair məhkəmə qətnaməsi zəbt olunmuş torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə pasport qeydiyyatına alınmaları üçün əsas ola bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun”un 2, 5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 73.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi b arədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində göstərdiyi əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, qanunvericilik yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilməsini nəzərdə tutmuşdur. İddiaçı hesab edir ki, hər hansı bir sənəd dedikdə qanunverici konkret olaraq hansı sənədləri nəzərdə tutduğunu göstərmədiyindən, onların mübahisəli ünvana köçürülmələrinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi də onların həmin ünvana qeydiyyata alınmaları üçün kifayət edəcək sənəd kimi nəzərə alınmalıdır. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiy yat haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər şəxslr məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyas ı məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçılar Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayış, evə faktiki sahiblik edir, təsərrüfat aparır, kommunal xərcləri ödəyirlər. Binəqədi rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə onların qeyd edilən fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Həmin ünvanda yerləşən evin tikintisi üçün iddiaçının torpaqayırma sənədi yoxdur, həmçinin ev tikinti və şəhərsalma normalarından kənar qaydada inşa edilmiş özbaşına tikilidir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı faktiki yaşadığı evə dair mülkiyyət hüququ, icarə müqaviləsi və ya digər qa nuni əsaslara söykənən hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilmədiyindən, tələbi düzgün olaraq təmin edilməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, yaşayış sahəsinə köçürülmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün qanuni əsas kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; - 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra... qeydiyyata alınması üçün... aşağıdakı sənədləri təqdim etməlidir: yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (İ) (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order (1), icarə və ya kirayə müqaviləsi (2), yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd (3)) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (İİ). Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerin in müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərd ə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda (İ) və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda (İİ). Apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq belə nəticə əldə olunmuşdur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi (İ) və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini (İİ) təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı isə yaşayış yeri ilə bağlı hüququnun mövcudluğuna əsaslanmış və bu hüququn yaranmasını istinad edilən Qanunda ifadə edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla”, yəni Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd əsasında qeydiyyata alınmalı olduğunu bildirmişdir. Belə sənəd kimi iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad etmişdir. Həmin qətnamə ilə iddiaçının yaşayış yeri kimi göstərdiyi mənzil özbaşına tikili olduğu üçün ona dair istifadə hüququ tanınmamış, lakin həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası özbaşına tikililərlə bağlı hüququn müəyyən edilməs inə dair apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq hesab edir ki, iddiaçının mənzilə köçürülməyə dair təqdim etdiyi məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş sənəd kimi qəbul edilə bilməz. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Məhkəmə qətnaməsi ilə bu hüquq tanıdığı halda, həmin qətnamə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsas kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənəd kimi qiymətləndirilə bilər. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyət çidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması o halda mümkün hesab edilə bilər ki, əgər həmin qətnamə ilə şəxsin qüvvədə olan mənzil və mülki qanunvericiliyin müddəalarına əsasən mənzil hüququ öz təsdiqini tapmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaç ı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2018-ci il tarixli, 2-1(103)-1107/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar