Məhkəmə qərarları › İş №2-1(102)-206/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-206/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-206/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçının Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ vardır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, nümayəndəsi xxx qızının, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı təqaüdün bərpa olunması və ödənilməmiş məbləğin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2179/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təqaüdün bərpa olunması və ödənilməmiş məbləğin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsa slandırılmışdır ki, iddiaçı, 1992-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmiş və polis mayoru rütbəsi daşımış, XXXrayonunda sahə müvəkkili işləmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman aldığı travmaya əsasən 2007-ci ildə təqaüdə çıxmış, 2007-ci ildən son iki ayadək o, təqaüdünü vaxtında almışdır. İki ay bundan (hazırkı iddia qaldırılmamışdan) əvvəl onun kartına müvafiq pul vəsaiti köçürülməmiş, iddiaçı bu məsələ ilə bağlı DSMF-nun Xətai rayon şöbəsinə müraciət etmiş və ona həmin qurumdan bildirilmişdir ki, ona Prezident təqaüdü düşmədiyindən, həmin təqaüdün verilməsi dayandırılmşdır. O, aylıq təqaüdündən başqa Azərbaycan Respublikası Prezidentinin təqaüdünü də alırdı, lakin həmin təqaüdün verilməsi x xxxxxxx 2018-ci il tarixdən dayandırılmışdır. Bundan b aşqa, ondan xx xxxxxx 2018-ci il tarixdən artıq ödənilmiş 1.345,87 manat məbləğində pul vəsaiti geri tələb olunur. Araşdırmalarla məlum olmuşdur ki, xx xxxxxx 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu, müayinə zamanı diaqnoz yazılarkən əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi qeyd olunmuşdur. Lakin bu əlillik “Hərbi xidmət vəzifələrini yerinə yetirən zaman alınmış” kimi göstərilməli idi. Bu illər ərzində belə (sonuncu) qeyd olunmuşdur. Bu isə Azərbaycan Respublikası DİN-in 1 saylı Poliklinikasının 1 saylı həkiminin səhvən bir cümləsinin sistemə düzgün yazılmaması nəticəsində baş vermişdir. İddiaçı dərhal Azərbaycan Respublikası DİN-in 1 saylı Poliklinikasının həkimi A.Hacıyevaya müraciət edərək, bura xılan həmin səhvə düzəliş olunmasını tələb etmişdir. Həmin vaxt elektron sistemə müvafiq səhvə düzəliş edilməsini daxil etmək mümkün olmadığından, bu barədə həkim x xxxxxx 2018-ci il tarixli 671 nömrəli arayış vermiş, arayışda həmin səhv etiraf olunmuş, həmin arayış DSMF Bakı şəhəri Xətai rayon şöbəsinə təqdim olunsa da, müsbət nəticə əldə olunmamışdır. ünvan ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli göndəriş məktubuna əsasən xəstəlik haqqında 309 saylı şəhadətnamədə qeyd olunmuşdur ki, 1966-cı il təvəllüdlü, ali təhsilli, 1992-ci ildən 2007-ci ilədək DİO-da xidmət etmiş İddiaçı sol bud – çanaq oynağındakı dözülməz ağrılardan yerişinin pozulmasından, əlağacsız hərəkət edə bilmədiyindən, tez yorulduğundan, uzun məsafə qət edə bilmədiyindın, baş ağrılarından, tez əsəbləşməsindən ümumi zəiflik dən şikayətlərinə dair müayinə keçirilərək xəstə barəsində anamnezi verildi. Xəstə anamnezisində göstərilmişdir: x xxxxx 2005-ci il tarixdən DİN-in 1 saylı Poliklinikasında tibbi qeydiyyatdadır, xx xxxx 2005-ci il tarixdə “İİİ dərəcəli diffuz toksiki zob” diaqnozu ilə, DİN-in Respublika Hospitalında stasionar müalicədə olmuş, xx xxxx 2005-ci il tarixdə “Subtotal strumektomiya” əməliyyatı icra olunmuşdur. Təqdim olunan sənədlərdən və anamnezidən xx xxxxxx 2006-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirən avtoqəza nəticəsində “sol bud-çanaq oynağının travmatik çıxığı, sol sirkə kasasının yerini dəyişmiş qəlpəli sınığı, sol diz oynağının yumşaq toxumalarının əziyi, sağ əlin əziyi diaqnozları ilə Sumqayıət TTYX-yə daxil olmuş, xx xxxxxx 2006-cı il tarixədək stasionar müalicə olunaraq so l bud-çanaq oynağının çıxığını yerinə salmışdır”. Müalicəsini xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxx 2007-ci il tarixədək AR DİN Respublika Hospitalında “Sol bud sümuyünün başının mərkəzi çıxığı. Sirkə kasasının sınığı, sirkə kasasının qopması. Bel-omba-qılça birləşməsinin aralanması, sol diz oynağının xüsusi bağının hissəvi zədələnməsi, sol əlin İİ-İV barmaq daraq sümüklərinin qapağı sınığı” diaqnozla stasionar davam etdirmişdir. Sonradan ambulator və AR DİN Respublika Hospitalında stasionar müalicəsini davam etdirmişdir. x xxxx 2007-ci il tarixdə X2 Ortopediya İnstitutunda konsultasiya olunmuş, xəstəliyi ilə əlaqədar olaraq AR DİN XHK tərəfindən 30 günlük məzuniyyət verilmişdir. Hazırda göndərişə əsasən AR DİOda gələcək xidmətə yararlığının təyini üçün AR DİN XHK-ya göndərilmişdir. Xüsu si Həkim Komissiyasının qərarı – travmadan sonrakı (2006-cı il) sol bud sümüyünün başının mərkəzi çıxığı, sol oturaq sümüyünün sirkə kasası dibi nahiyəsində natamam bitişmiş mərkəzi sınığı, sirkə kasasının yuxarı bayır ucundan qopmuş bitişməmiş fraqmenti, sol bud çanaq oynağının kəskin ağrı sindromu ilə təzahür olunan koksartrozu, hərəkət məhdudluğu, ətrafda funksiyaların pozulması ilə. Tireoektomiyadan sonrakı hal “Astenonevrotiki” vəziyyət kimi qeyd olunmuşdur. Eyni zamanda qeyd olunan travmanın “Xidməti vəzifələrini yerinə yetirərlən alınmışdır” ifadəsi aşkar göstərilmişdir. O, şərəflə xidmət etmiş və xidmət zamanı aldığı xəsarətlər nəticəsində ayağındakı, süni ayaq protezi ilə hərəkət edir, əziyyət çəkir, bunun qarşılığı olaraq ona Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi t əqaüdün verilməsi dayandırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-716/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin imtinası qanunsuz sayılmış, İddiaçı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsinin bərpa olunması və x xxxxxxx 2018-ci l tarixdən ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2179/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyiş dirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Prezidentinin "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə AR Prezidentinin təqaüdü təsis edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçının əlillik səbəbi xx.xx.2018-ci il tarixdən "Hərbi xidmət dövrü ilə əlaqədar əlillik" olaraq dəyişdirildiyindən, ona təyin olunmuş təqaüd də həmin tarixdən dayandırılmış, bu halda iddiaçının TSEK tərəfindən təyin edilmiş əlillik səbəbi müvafiq fərmana uyğun olaraq ona təqaüd ödənilməsini istisna edir. Cavabdehin vəkili Vəki l məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və nümayəndə X1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fak tiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2179/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Ap ellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müayinə olunan şəxs barədə xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 nömrəli məlumata görə təkrar müayinə nəticəsində iddiaçıya “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəblə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmiş, müayinə olunan şəxs barədə sonrakı məlumata görə isə xx.xx.2018-ci il tarixdə iddiaçıya “hərbi xidmət dövrü ilə əlaqədar” səbəblə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin olunmuş, cavabdeh apellyasiya şikayətində növbəti inventarizasiya zamanı iddiaçının əlillik səbəbində dəyişikliyin aşkar olunduğunu, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə əlillik səbəbi xx.xx.2018-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” olaraq dəyişdirildiyindən, ona təyin olunmuş Prezident təqaüdünün xx.xx.2018-ci il tarixdən dayandırıldığını, bu səbəbdən, xx.xx.2018-ci il tarixdən iddiaçının aldığı artıq 1.345,87 manat təqaüd məbləğinin dövlət büdcəsinə ödəməyinin vacibliyini qeyd etsə də, İddiaçı Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ var, iddiaçı İİ qrup əlildir və o, müvafiq xəstəliklər üzrə “Travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” və “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmiş, cavabdeh inzibati orqan isə, şəhadətləndirilən halın iddiaçıya müvafiqini deyil, əlverişsizini əsas götürərək, məsələnin həllindən imtina etmiş, bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və 24-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir, beləliklə, cavabdehin imtinası qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı (Fərman 2008-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmişdir) ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: İ qrup əlillərə - 250 manat, İİ qrup əlillərə - 230 manat, İİİ qrup əlillərə - 210 manat. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 976 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləş dirilmiş və «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə əsasən DSMF məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.1.20-ci bəndinə əsasən əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqor iyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək DSMF-nin vəzifələrinə aiddir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası İddiaçı İİ qrup əlil olmaqla, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olduğunu, onun, müvafiq xəstəliklər üzrə “Travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” və “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirildiyini, cavabdeh inzibati orqanın isə, şəhadətləndirilən halın iddiaçıya müvafiqini deyil, əlverişsizini əsas götürərək, məsələnin həllindən imtina etdiyini, bu halın isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1 9-cu və 24-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirildiyini, beləliklə, cavabdehin imtinasının qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 20 19-cu il tarixli, 2-1(103)2179/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2179/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar