Məhkəmə qərarları › İş №2-1(102)-206/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-206/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-206/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, apelyasiya şikayəti üzrə müddətin buraxılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan so nra mətndə cavabdeh) qarşı “əlillik dərəcəsi barədə aktı (rəyini) ləğv edərək cavabdehə yenidən Tibbi-Sosial Ekspert Komissiyası keçirməyi məcbur etmə” dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(105)-571/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi dinləmə keçirilmədən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onun barəsində olan 18 oktyabr 2019-cu il tarixli (0244003 AAJVA) əlillik dərəcəsi barədə aktını (rəyini) ləğv edərək cav abdehə yenidən Tibbi-Sosial Ekspert Komissiyası keçirməyi məcbur etmə” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-65/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.

3. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Apelyasiya instansiyası məhkəməsi verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir.

5. Cavabdeh apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-65/2021 saylı qərarından şikayət verilməsi üçün buraxılmış proses sual müddətin bərpa edilməsini, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, yaxın vaxtlarda yeni inzibati binaya köçdüyü üçün sənəd dövriyyəsinin böyük həcminə görə sənədlərin qeydiyyata alınmasında və aidiyyəti üzrə struktur bölmələrinə vaxtında çatdırılmasında texniki problemlər və gecikmələr olmuş, bu səbəbdən məhkəmə qərarından apelyasiya şikayəti verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür

7. İşdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin qərarı 21 may 2021-ci il tarixdə cavabdehə təqdim edilmiş (səh.133), apelyasiya şikayəti 4 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (səh.137).

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası 28 okt yabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

9. Cavabdeh apelyasiya məhkəməsinin qərardadını 5 noyabr 2021-ci il tarixdə almış, 18 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

10. Qanunvericilik buraxılmış müddətin bərpa edilməsinə dair üzrlü səbəblərin dairəsini müəyyənləşdirmir və bu məhkəmənin öhdəsinə buraxılır. Məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən üzrlü səbəbləri aydınlaşdırır və pozulmuş maddi və prosessual hüquqların müdafiəsinə şərait yaradır. Belə olan halda məhkəmə cavabdehin məhkəmə mübahisələrinə cəlb ediləsi insan resursunun çatışmazlığı, eləcə də müraciətlərin çoxluğu səbəblərini üzrlü səbəb kimi görməli və buraxılmış müddətin bərpasına dair ərizə yazıldıqdan sonra şikayətə baxılmasını mümkün hesab etməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalx dığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, ey ni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə

87. Apelyasiya instansiyası məhkəməs ində icraat 87.1. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Al i Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadını n təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, məhkəmə qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

16. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

17. Cavabdeh birinci instansiya məhkəməsinin qərarını 21 may 2 021-ci il tarixdə almış (səh.133), apelyasiya şikayəti 26 iyul 2021-ci il tarixdə poçta təqdim edilmiş (səh.154), 23 iyul 2021-ci il tarixli şikayət üzrə müddətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir (səh.137).

18. Cavabdeh apelyasiya şikayətinin giriş hissəsində Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-65/2021 saylı qərarından şikayət verdiyini qeyd etsə də, şikayətin təsviri və nəticə hissəsində Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-1889/2021 saylı qərarının ləğv edilməsini göstərmiş, həmçinin şikayət Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmışdır. Bundan başqa, cavabdeh vəsatətində kasasiya şikayəti üzrə müddətin bərpa edilməsini xahiş etmişdir.

19. Sumqayıt İnzibati Məhkəməsinin hakimi cavabdehə g öndərdiyi 5 avqust 2021-ci il tarixli məktubda nöqsanları onun nəzərinə çatdırmışdır.

20. İş cavabdehin apelyasiya şikayətinə əsasən apelyasiya məhkəməsinə daxil olduqdan sonra bəhs olunan nöqsanlar apelyasiya məhkəməsi tərəfindən də cavabdehin nəzərinə çatdırılmış, bununla bağlı apelyasiya şikayətinin mümkünlüyünə baxılması iki dəfə təyin edilmiş və cavabdeh hər iki məktubu almışdır (səh.161, 162, 172, 173).

21. Apelyasiya instansiyası məhkəməsi məktublarında cavabdehin nəzərinə çatdırmışdır ki, İPM-in 85.1-ci maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətinə inzibati məhkəmə vasitəsilə verilir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2-1(118)-65/2021 saylı qərarının cavabdeh tərəfə 21 may 2021-ci il tarixdə təqdim edilməsinə baxmayaraq həmin qərardan apelyasiya şikayəti verilmə müddəti də ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət birinci instansiya məhkəməsinə ünvanlanmaqla yanaşı vəsatətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə istinad edilməklə kasasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi xahiş edilmişdir.

22. Apelyasiya məhkəməsi cavabdehə hüquqi yardım göstərərək, göstərilən nöqsanların aradan qaldırılmasını, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsini təklif etmişdir.

23. Cavabdeh orqana yuxarıda qeyd edilən formal xətanın aradan qaldırılması barədə iki dəfə yardım edilməsinə, məktubların cavabdeh orqan t ərəfindən qəbul edilməsinə baxmayaraq, cavabdeh apelyasiya şikayətinin tərtibi zamanı yol verilmiş nöqsanları aradan qaldırmamış, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəni və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

24. Cavabdeh müddətin bərpasına dair dəlillərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

25. İşdə olan sənədlərlə cavabdehin apelyasiya şikayəti üzrə müddəti üzrlü səbəbdən buraxması təsdiq olunmur.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İPM-in 85.1-ci maddəsinin tələbləri təmin edilməyərək məhkəmə qərarını aldıqdan sonra apelyasiya şikayətini 30 gün müddətində vermədiyindən, apelyasiya şikayəti haqlı olaraq qeyrimümkün sayılmış, şikayət üzrə müddətin üzrlü səbəbdən bu raxılması baş vermədiyindən müddətin üzrlü sayılması barədə vəsatət təmin edilməmişdir.

27. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-571/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar