Məhkəmə qərarları › İş №2-1(102)-206/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-206/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-206/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.1977-ci ildən xx.xx.2017-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər xx.xx.2020-ci ilə qədər həyata keçirilmişdir.

3. Cavabdeh orqan tərəfindən 5 iyun 2020-ci il tarixli, **********4 nömrəli “əmək pensiyasının dayandırılması haqqında” Qərar qəbul edilmişdir.

4. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh 04 avqust 2020-ci il tarixli, **********9 saylı məktubla bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olduğundan xx.xx.2016 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 8459,41 manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar olaraq əmək pensiyası dayandırılmış və artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ biri nci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər xx.xx.2020-ci ilə qədər həyata keçirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçı tərəfindən həmin halın aydınlaşdırılması üçün cavabdehə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq cavabdeh pensiyanın yenidən bərpa edilməsindən imtina etmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən pensiya işinə dair sənədlər araşdırılmışdır. Nəticədə iddiaçının 5 sentyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X1 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajınıza iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olduğundan xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 8459,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının əmək pensiyasının ödənilməsi dayandırılmışdır

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1576/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məh kəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1798/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının istiqamətini il k növbədə iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar, əmək pensiyasının təyini əsaslarının öyrənilməsi təşkil etməlidir. Belə ki, iş materiallarında iddiaçının pensiya işi olmadığından iddiaçıya ümumiyyətlə nə vaxtsa pensiya təyin edilibedilməməsi, pensiyanın hansı əsaslarla, nə vaxt və hansı hüquq normalarının tələblərinə əsasən təyin edilməsi müəyyən edilmir. Bu halları araşdırmadan isə tərəflərin dəlillərinə qiymət verilməsi (pensiyanın dayandırılmasının qanuniliyi ilə bağlı) həm mümkün deyil, həm də işin obyektiv araşdırılması prinsipini pozur.

16. Bundan əlavə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparı lması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilib-edilməməsi (konkret olaraq pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi) məhkəmə tərəfindən araşdırılmamışdır.

17. Qeyd edilən halların araşdırılmaması isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir. Həmçinin, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən aparılan araşdırmanın (pensi ya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış, bu zaman isə diskresion səlahiyyət həddinin aşılıb-aşılmamasına və ya qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət verməmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanu nun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi və əmək pensiyasının dayandırılması haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********4 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: Z.B.Babayev və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “İddiaçı əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş, iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, pensiya işindən də göründüyü kimi iddiaçının əmək pensiyasının dayandırılm ası barədə qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən edilməmişdir. Konkret halda işin mübahisələndirən hallarından göründüyü kimi, cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın dayandırılması barədə müvafiq qərar da qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə dayandırmışdır.

22. Cavabdeh həmin qərardan ka ssasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini və ya işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddiya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

24. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 24.0.3, “İnzibati icraat haqqında” qanunun 2.0.1, 64.1, “İcra haqqında” 6.1.8, İPM-in 12.1, 58.7, 90.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitu siyası: İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə

60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 27. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 24.0.3. Əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli Maddə 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtl ərinə uyğun olmayan hallar yarandıqda. 28. “İnzibati icraat haqqında” Qanun: Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, lə ğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnı z ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazır kı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 05 №-li, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək 181,27 manat, xx.xx.2017-ci ildən ömürlük 190,43 manat pensiya təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4№-li qərarı ilə İddiaçı təyin edilmiş pensiya məbləği dayandırılmışdır.

37. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qə rar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin yalnız əmək pensiyasının onun tərəfindən təyin olunduğu hallara şamil olunduğunu nəzərə almalıdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit olunmuş qayda inzibati orqanın qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı halları tənzimləyir. Bu mənada həmin tənzimləmənin nəzərdə tutulduğu norma yalnız inzibati orqanın qərarı ilə əmək pensiyasının təyin edildiyi hallara tətbiq mənasında təfsir olunmalıdır və məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası üzrə ödənişin dayandırılması hallarına şamil edilə bilməz.

38. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının q üvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması, xüsusilə də hər hansı icraat aparmadan dayandırılması yolverilməzdir. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı.

39. Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məsələni həll edərkən yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur.

40. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

41. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

42. Qeyd olunmalı dır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit e dilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

43. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi dayandırılmış, iddiaçıya yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarı lması tələb edilmişdir.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəm əsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar