Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-206/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı c avabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-663/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı və X12 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Quba rayonu, Dəhnə kəndin də yerləşən ona məxsus 0.08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yenidən müəyyən edilməsi və X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi; X3 məxsus qonşu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsinə riayət edilməsən inşa edilən tikintinin dayandırılması və həmin tikintinin qızına aid olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində yalnız İddiaçı saxlanılaraq, “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerindən müəyyən edilməsi və X13 uçot məlumatların da müvafiq dəyişikliklərin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə həyat yoldaşı X5 adına Quba rayonunun Dəhnə kəndində fərdi ev tikintisi üçün 0,1 ha torpaq sahəsi əldə etmişdir. Sonradan həmin torpağın 0,05 ha hissəsi həyat yoldaşı tərəfindən qızı X9 bağışlanmışdır. Həyat yoldaşı X6 adına qalan 0,05 ha ərazidə fərdi ev tikilmiş, torpağa və tikintiyə aid müvafiq sənədlər alınmışdır. 2020-ci ilin 07 dekabr tarixində həyat yoldaşı X10 vəfat etmişdir. X14 vərəsəsi təyin olunmuşdur. Hal-hazırda torpağa və evə dair sənədlər qızının adına rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi bələdiyyədən alınarkən bələdiyyə sədri bildirmişdir ki, onlara verilən torpaq sahəsinin aşağı hissəsində, Rustov kəndinə gedən yolun üst tətəfındə hərəsi 0,1 ha olmaqla 2 pay torpaq sahə var və onlar keçmiş bələdiyyə sədrinin torpaqlarıdır. Sonradan keçmiş bələdiyyə sədri həmin torpaq sahəsini satmaq istəyərkən ona təklif etmiş, lakin o, torpaq almaqdan imtina etmişdir. Müəyyən vaxt keçdikdən sonra keçmiş bələdiyyə sədri ona məxsus 2 pay torpaq sahəsindən 1 payını, yəni 0,1 ha torpaq sahəsini Nəriman adlı şəxsə, onun həyat yoldaşı X2 adına rəsmiləşdirməklə satmışdır. Qonşusu Nəriman həmin torpaq sahəsində ev tikməyə başlayarkən (binanı bir neçə daş ucaldarkən) keçmiş bələdiyyə sədrinə məxsus ikinci 0,1 ha torpağın sonrakı sahibi ona məxsus torpaq sahəsində tikinti getdiyini görüb, haradansa torpaq ölçən mütəxəssis çağırmış və torpağı ölçərkən məlum olmuşdur ki, həqiqətən qonşu Nəriman evinin bünövrəsini atarkən bilərəkdən özgəsinə məxsus torpaq sahəsinə keçmişdir. Bundan çıxış yolu kimi qonşu Nəriman ikinci 0,1 ha torpağı ona satmağa təklif edir. Lakin, o, qonşu Nərimandan əvvəl həmin torpağın sahibinə torpağı satmaq fikri olarsa birinci ona təklif etməklərini ondan xahiş etdiyindən belə qərara alınmışdır ki, həmin torpağın 0,08 ha ona 0,02 ha isə qonşu Nərimana satılsın. Bu barədə alqı-satqı müqaviləsi bağlandıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsinin əməkdaşları 0,1 ha torpaq sahəsini 0,02 ha qonşu Nərimana, 0,08 ha isə ölçüb ona vermişdirlər və o, 01 iyun 2020-ci il tarixində 0,08 ha torpaq sahəsinə yuxarıda adı çəkilən Reyestr xidmətindən torpaq sahəsinin kadastr göstəriciləri, habelə döngə göstəriciləri haqqında torpaq sahəsinin planı və ölçüləri haqqında sənəd, 02 iyun 2020-ci il tarixində isə dövlət reyestrindən çıxarış almışdır. Ona məxsus torpaq sahəsinin Şərq (sol) tərəfindən eni 6 metr olan evlər arası yol keçir və həmin evlər arası qaz xətti çəkilib. Sonradan qonşu Nərimanla onlara məxsus 0.02 ha torpaq sahəsinin üstündə aralarında narazılıq yaranır və qonşusu Nəriman iddia edir ki, ona ayrılıb verilmiş 0,08 ha torpaq sahəsi 1-2 metr sağa çəkilməlidir. O, qonşusunun bu iddiası ilə razı olmur, çünki ona məxsus olan torpaq ərazisi şərq tərəfə onun dediyi kimi sürüşdürülərsə, onda onun torpağı qaz borusundan 2 metrə qədər şərq tərəf məhəllə yolunun ortasına düşür. Bir müddətdən sonra qonşusu Nəriman Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsindən Mehti adlı şəxsi qeyri-rəsmi çağırıb, ona məxsus 0,08 ha torpaq sahəsini ölçdürür və məlum olur ki, torpağının ikinci döngə nöqtəsi qaz borusundan 0,5 metrə qədər şərqə tərəf qaz borusunu da keçməklə yola çıxır. O, buna etiraz edib bildirir ki, 2018-ci ildə çəkilən qaz borusu əgər ona məxsus olan torpaq sahəsindən keçirdisə, ona 2020-ci ilin iyun ayında torpaq kadastr göstəriciləri haqqında sənəd və dövlət reyestrindən çıxarış verilməzdi. Bu söhbətdən bir neçə ay keçəndən sonra qonşusu ona yaxınlaşaraq bildirir ki, torpağa görə mübahisə etməyək, onun 8 sotunu qaz borusundan qərb tərəfə ölçüb, versinlər və qaz borusu da torpağından kənarda qalsın. Lakin o, bununla razılaşmır. Qonşusu Nəriman bildirir ki, onda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edəcək ki, oradan mütəxəssis versinlər torpaq yenidən ölçülsün. Bundan bir neçə ay keçir, lakin qonşusu Nərimandan bu barədə xəbər çıxmadığı üçün, torpaq sahəsinin və döngə nöqtələrinin yenidən ölçülməsi və dəqiqləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək xahiş etdir ki, yer ölçən mütəxəssisləri Quba Şöbəsindən yox, İdarədən göndərsinlər. Lakin onun bu xahişi cavabdeh orqan tərəfindən yerinə yetirilməmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-51/202 4 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, hal-hazırkı mübahisədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli) çıxarışla satıcı X7 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçı alıcı İddiaçı satılmış 0.08 ha hissəsinin koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Eyni zamanda müəyyənləşdirilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqıs atqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyyat nömrəli) çıxarışla satıcı X7 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları naturada X2 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Belə olan halda isə, koordinatlar və torpaq sahəsinin ölçüləri düzgün olduğundan, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)663/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərar dadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(118)-51/2024 nömrəli qərarı iddia tələbinin “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi”nə dair təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərardad qəbul edilmiş, bu hissədə iddia tələbi mümkün sayılmamışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)663/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, M.Hüseynov və G.Cabbarova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarı “X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək, yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın səhvi ucbatından və onların da verdiyi rəsmi rəydə göstərildiyi kimi onun faktiki istifadəsində olan torpaq sahəsində 0.0124 ha. çatışmır. Bu isə mülkiyyət hüququnun pozulması deməkdir.
12. Əvvəla bildirir ki, o, “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yenidən müəyyən edilməsi və X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edi lməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin onun iddia tələbi “döngə nöqtələrinin yenidən müəyyən edilməsi” sözü kontekstdən çıxarılmış “döngə nöqtələrinin yerində müəyyən edilməsi” kimi eyniləşdirilib təhrif olunmuşdur. Belə ki, o, məhkəməyə müraciət etməmişdən əvvəl qonşusu Nəriman ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etdiyini iddia etdiyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, onların hesabına pul köçürmüşdür və ona məxsus 0.08 ha. torpaq sahəsinin yerində ölçülüb döngə nöqtələrinin yerində müəyyən edilməsini xahiş etmişdir. Bundan sonra həmin İdarədən göndərilən əməkdaş yerində 0.08 ha torpaq sahəsini ölçən zaman müəyyən olmuşdur ki, ona məxsus torpaq sahəsinin eninə 2 metr hissəsi layihə əsasında qanuni çəkilmiş 50 mm-lik qaz borusunun üstündən keçərək 2 metr məsafədə məhəlləarası yola düşür.
13. Bundan əlavə sözügedən İdarə tərəfindən verilən rəydə 7 bənddən ibarət rəyin bütün bəndləri onun lehinədir və həmin rəyin 7-ci bəndində göstərilmişdir ki, “Sözügedən qaz xətti iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin kənarında yerləşir və qaz xətlərinin çəkilməsi normalarına uyğundur. Lakin həmin qaz xətti **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin daxilində yerləşir”. Əgər 2015-ci ildə çəkilən 50 mm-lik qaz borusu ona məxsus 0.08 ha torpaq sahəsindən keçsəydi, həmin torpağa aid xx.xx.2020-ci i l tarixdə ona cavabdeh tərəfindən çıxarış verilməzdi.
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilərək, yenidən araşdırılması üçün apellyasiyainstansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məlum olduğu kimi, iddiaçılar İddiaçı və X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Dəhnə kəndində yerləşən ona məxsus 0.08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yenidən müəyyən edilməsi və X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi; X3 məxsus qonşu torpaq sa həsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsinə riayət edilmədən inşa edilən tikintinin dayandırılması və həmin tikintinin qızına aid olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
19. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində yalnız İddiaçı saxlanılaraq, “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerindən müəyyən edilməsi və X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
21. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir.
23. Burada qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə məhkəmə aktı çıxarmı şdır.
24. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-105-663/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2-1(118)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı iddia tələbinin “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi”nə dair təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərardad qəbul edilmiş, bu hissədə iddia tələbi mümkün sayılmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli, yəni xx.xx.2024-cü il tarixli, 2-1(105)-663/2024 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-51/2024 nöm rəli qərarı “X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
27. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verməmiş, yəni qərardadı mübahisələndirilməmişdir.
28. Beləliklə də, iddiaçının iddiasının “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi” tələblərin in mümkün sayılmamasına dair sözügedən qərardad İPM-in 89-cu maddəsinə görə artıq qanuni qüvvəyə minmişdir.
29. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən tələblərin mümkün sayılmaması barədə yuxarıda göstərilmiş qərardad qanuni qüvvəyə mindiyindən iddiaçının iddiasının “X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbi də mümkün sayılmamalıdır. Belə ki, həmin tələb iddiaçının iddiasının apellyasiya instansiyası məhkəməsinin artıq qanuni qüvvəyə minmiş adıçəkilən qərardadla mümkün tələblərindən irəli gəlir, yəni sözügedən tələblər mümkün sayılmadığı üçün, onlardan irəli gələn tələbə baxılması da mümkün deyildir.
30. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inz ibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiasının “X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” barədə tələbi mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. S umqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-663/2024 nömrəli qərarı “X13 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.