Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2060/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı“qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1896/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8363 nömrəli qərarı ilə vergi ödəyicisi fiziki şəxs İddiaçı 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 16 iyul 2021-ci il tarixli **********8363 nömrəli Qərarının ləğv edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən 27 may 2021-ci il tarixində Ba kı şəhəri, Yasamal rayonu, Landau 6 ünvanında yerləşən “FACE STUDİO” adlı bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti keçirilmişdir. Keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002447 nömrəli aktda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edildiyi göstərilmişdir. Həmin akta əsasən 16 iyul 2021-ci il tarixli **********8363 nömrəli Qərar çıxarılmışdır. Qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. 27 may 2021-ci il tarixli DVX seriyalı 002447 nömrəli aktda və onun əlavəsində guya 5 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşk arlanmışdır. Bu, tamamilə əsassızdır. Ona görə ki, həmin şəxslər salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır.
4. Vergi Məcəlləsinin 50.1. 50.2, 50.3-cü maddələrinin məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırkı iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar, ümumiyyətlə, əsaslandırılmamışdır.
5. Vergi Məcəlləsinin 42.1, 42.2-ci maddələrinin məzmunundan göründüyü kimi, qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda hə min sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədləri təqdim etdikdən imtina etdiyi halda belə, vergi orqanı 1 iş günü müddətin başa çatmasını gözləməlidir.
6. Vergi Məcəlləsinin 41.1, 41.2-ci maddəsinin tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Çünki, əgər vergi orqanı qanunun tələblə rinə uyğun olaraq vergi nəzarəti zamanı foto və ya video çəkilişdən istifadə etsə idi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntularının həqiqətən mövcud olub-olmadığını açıq-aşkar görmək olardı. Cavabdehin etirazları:
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1092 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mi nmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 002447 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, lakin akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməkdən imtina edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:09:11-də oxunmuşdur.
8. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8363 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inziba ti cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021- ci il tarixdə saat 21:40:05-də oxunmuşdur.
9. İddiaçı öz ərizəsində 5 nəfər şəxsin onun işçiləri olmadığını, həmin şəxslərin subicarə müqaviləsi bağlayaraq, fərdi sahibkar kimi fəaliyyət göstərdiyini və onlarla əmək müqaviləsi bağlamasının absurd olduğunu bildirmişdir. X5, X8, X4, X7, X6 vergi orqanında uçota alınsa da, adıçəkilən şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu M əcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.
11. Məcəllənin müvafiq maddəsindən də göründüyü kimi, subicarə müqaviləsi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər həmin obyekti vergi orqanında uçota qoymalı və Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, öhdəliklərini yerinə yetirməmişlər.
12. İddiaçı öz ərizəsində vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd olunan əsaslardan heç birinin qeyd olunmadığını və Vergi Məcəlləsinin tələblərinin pozulduğunu bildirmişdir. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə qeyd olunur ki, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarəti həyata keçirə bilər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandır ılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğ un olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir.
13. İddiaçı ərizəsində həmin şəxslərlə əmək müqaviləsi bağlanmasının absurd olduğunu bildirsə də, yoxlama keçirildikdən 9 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə X7, X6, X8, X4 ilə əmək müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixdə isə həmin müqavilələrə xitam vermişdir. X5 ilə isə xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və müqavilə bu günədək qüvvədədir.
14. Eyni zamanda, iddiaçı ərizəsində bildirmişdir ki, Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən operativ vergi nəzarəti zamanı foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit edilmişdir və vergi orqanı tərəfindən aparılmış vergi nəzarəti zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmaması normaların tələblərinə ziddir. Qeyd olunanın əksinə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə olunması dispozitiv normadır. Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə ed ilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Qeyd olunan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasından şəxslərin əmək müqaviləsinin olub-olmaması barədə məlumat alınması mümkün olduğundan foto və (və ya) video çəkilişə zərurət yaranmamışdır.
15. İddiaçı ərizədə qeyd edir ki, X11 üzrə Baş İdarənin məsuliyyət qərarını çıxarmağa səlahiyyəti olmamışdır. İddiaçı Bakı şəhəri X11 üzrə Baş İdarəsində vergi uçotuna alınmışdır. Bu səbəbdən də Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə uyğun o laraq məsuliyyət qərarı müvafiq Baş İdarə tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operat iv vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8874/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 5 nəfərlə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsinin əsassız olduğunu, həmin şəxslərlə subicarə müqaviləsi bağladığını və həmin əsasdan irəli gələrək əmək müqaviləsi bağlanılma zərurəti olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, sub icarə müqavilələri qeydiyyatdan keçirilməmiş, X1, X8, X4, X7, X3 izahatlarında subicarə müqavilələrinin bağladıqlarını bildirməmişdir.
18. X1, X8, X4, X7, X6 vergi orqanında uçota alınsa da, adı çəkilən şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir.
19. Həmçinin iddiaçı öz ərizəsində vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd olunan əsaslardan heç birinin qeyd olunmadığını və Vergi Məcəlləsinin tələblərinin pozulduğunu bildirmişdir.
20. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə qeyd olunur ki, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə m əşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarəti həyata keçirə bilər.
21. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, Vergi Məcəlləsinin 41 -ci maddəsinə əsasən operativ vergi nəzarəti zamanı foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit edilmişdir və vergi orqanı tərəfindən aparılmış vergi nəzarəti zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmaması normaların tələblərinə ziddir.
22. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə olunması dispozitiv normadır.
23. Azərbaycan Respublikasının verg ilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Qeyd olunan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasından şəxslərin əmək müqaviləsinin olub-olmaması barədə məlumat alınması mümkün olduğundan foto və (və ya) video çəkilişə zərurət yaranmamışdır.
24. İddiaçı iddia ərizəsində qeyd edir ki, X11 üzrə Baş İdarənin məsuliyyət qərarını çıxarmağa səlahiyyəti olmamışdır.
25. Bununla bağlı bildirilmişdir ki, İddiaçı Bakı şəhəri X11 üzrə Baş İdarəsində vergi uçotuna alınmışdır. Bu səbəbdən də Vergi Məcəlləsinin 23 və 49-cu maddələrin ə uyğun olaraq məsuliyyət qərarı müvafiq Baş İdarə tərəfindən qəbul edilmişdir.
26. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
27. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1896/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və M.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8874/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ləğv olunmuş, idd ia tələbi təmin edilərək cavabdehin 16 iyul 2021-ci il tarixli **********8363 saylı qərarı ləğv olunmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 27 may 2021-ci il tarixdə, DVX seriyalı, 002447 nömrəli aktda və onun əlavəsində adları qeyd edilən X7, X4, X6, X8, X2 işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Qeyd edilən şəxslər iş materiallarında olan izahatlarında da bildirmişlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər.
30. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən qeyd edi lən şəxslərin (X4, X6, X8, X5, X7) hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənildiyini təsdiq edən qəbzlər təqdim edilmişdir.
31. Sözügedən şəxslər Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd edilən şəxslərin siyahısına uyğun gəldiyindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər.
32. Eyni zamanda, işin materiallarında olan subicarə müqavilələrindən aydın olur ki, yuxarıda adları çəkilən şəxslər iddiaçının icarəyə götürdüyü obyektdə onun işçiləri kimi deyil, subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar.
33. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
34. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 218.4.4 və 220.10-cu maddələrinin məzmunundan göründüyü kimi, yalnız fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olaraq müvafiq fəaliyyəti həyata keçirmək hüququ mövcuddur. Apellyasiya instansiyası məhkəməsi isə normanın bu tələbini nəzərdən qaçırmış, cavabdeh tərəfindən təqdim edilmiş dəlillərə baxmayaraq, iddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin fərdi qaydada fəaliyyət göstərib göstərmədiklərini araşdırmamışdır.
35. Əmək Məcəlləsinin 2-3.4-cü maddəsinə əsasən İddiaçı aid olan “FACE STUDİO” adlı obyektin əsas fəaliyyəti bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Buna uyğun olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb edilən 5 nəfər işçinin faktiki göstərdiyi fəaliyyət obyektin fəaliyyətinə tam uyğundur. Buradan belə bir nəticəyə gəlmək olur ki, 5 nəfər işçi “FACE STUDİO” adlı məşhur brendin adı altında faktiki olaraq fəaliyyət göstərmişdir. Göründüyü kimi məhkəmə kollegiyası maddənin tələblərini nəzərə almamış və düzgün tətbiq etməmişdir.
36. Bundan əlavə, “FACE STUDİO”nin rəsmi saytlarında hər xidmət üçün ayrıca qiymətlər nəzərdə tutulmuşdur.
37. Göstərilənlərdən aydın olur ki, qiymətlər vahid standart əsasında işəgötürən tərəfindən tənzimlənir və hər bir ustanın özünün təyin etdiyi qiymət anlayışı yoxdur. Bu da öz növbəsində tərə flər arasında olan münasibətlərin mülki hüquqi xarakterli münasibət olmasını istisna edir.
38. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşaraq bildirmişdir ki, iddiaçı ilə işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər arasında “subicarə müqavilələri bağlanaraq, bərbərlərin İddiaçı məxsus obyektdə fəaliyyəti tənzimlənmiş, icarə müqaviləsinə əsasən bərbərlər iddiaçıya məxsus gözəllik salonlarında iş masası icarəyə götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sübutlara qiymət verməyərək, onları araşdırmadan bağlanmış müqavilələrin həqiqi olduğu qənaətinə gəlmişdir. Məhkəməyə təqdim edilmiş çoxsaylı dəlillər iddiaçı ilə fiziki şəxslər arasında bağlanmış müqavilələrin əmək müqaviləsini pərdələmək məqsədilə bağlandığını göstərir. Belə ki, subicarə müqaviləsi bağlamış şəxslər icarəyə götürülən obyekti vergi orqanında uçota qoymamış və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəməli olduğu halda ödəməmişdir. Bu da özlüyündə müqavilənin formal xarakterli olduğunu göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1896/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcb uri dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək... Maddə
24. Vergi orqanlarının vəzifələri Maddə 24.0. Vergi orqanları:... 24.0.6-1. bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərə bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” verməyə borcludur. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onl arın gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğind ə maliyyə sanksiyası tətbiq edilir.... Maddə 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:... 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər... Maddə 220.10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:... Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 15 manat... Maddə 220.11. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki ş əxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: 220.11.1 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;... Maddə 221.8. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir. 221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.... 221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır...
41. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. On a görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
49. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunmuşdur ki, 27 may 2021-ci il tarixdə, DVX seriyalı, 002447 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda və onun əlavəsində adları qeyd edilən X7, X4, X6, X8, X2 işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır.
50. Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinin tələbindən göründüyü kimi, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər Məcəllənin 218.1-ci m addəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar.
51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən aktda adları qeyd olunan 5 nəfər şəxsin hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbzlər təqdim edildiyindən həmin şəxslər Vergi Məcəlləsinin 218.4.4, 220.10-cu maddələrinə uyğun olaraq sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər.
52. Həmçinin iş materiallarında olan subicarə müqavilələri adları çəkilən şəxslərin iddiaçının icarəyə götürdüyü obyektdə onun işçiləri kimi deyil, subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını sübut edir.
53. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş fakti ki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1896/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.