Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2060/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi hesab vərəqəsində göstərilən azalmanın təsdiqlənməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində göstərilən azalmanın təsdiqlənməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 04 may 2023-cü il tarixli, 2-1(103)-957/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının ƏDV-nin əvəzləşdirilməsi barədə təqdim etdiyi bəyannamə cavabdeh tərəfindən təsdiq olunmayaraq şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalmalar” xanasında 226787,91 manat kimi əks olunmuş və bu da, yekunda borc məbləğinin yaranmasına səbəb olmuşdur.
2. Cavabdeh qeyd olunan bəyannamənin təsdiq olunmamasının əsası kimi iddiaçının 2018-ci il ərzində riskli vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına köçürmələr etdiyinə istinad etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsində göstərilən 226787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, fəaliyyət dövrü ərzində iddiaçı heç bir qayda pozuntusuna yol verməmiş, onun heç bir vergi borcu və digər borc öhdəliyi yaranmamışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçının yeni qüvvəyə minmiş qanunun tələblərinə uyğun olaraq əmtəəsiz əməliyyatlar keçirdiyi üçün riskli vergi ödəyicilər siyahısına daxil edildiyi, bu səbəbdən də əvəzləşdirmənin qəbul edilmədiyi və artıq ödəmənin təsdiqlənmədiyi bildirilmişdir. İddiaçının son əməliyyatlar ı və ödənişləri 2019-cu ilin aprel ayında həyata keçirilmişdir. Bu zaman həmin qanun mövcud olmadığı üçün cavabdeh bunu qanunsuz şəkildə həyata keçirmiş, sonra da iddiaçının şəxsi hesab vərəqəsində yeni tarixlərlə borc məbləği göstərmişdir.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, bundan əvvəl vergi ödəyicisi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən (riskli vergi ödəyiciləri siyahısından çıxarıldıqdan sonra) xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən 438417,2 manat (66877,2 manat ƏDV məbləği) vəsait müxtəlif riskli vergi ödəyicilərin ƏDV sub-uçot hesablarına köçürülmüşdür. İddiaçının vergi orqanına etdiyi müraciətlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli təsdiqlənmiş azalma və ƏDV sub-uçot hesabında olan məhdudiyyətin aradan qaldırılması barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri ərzində iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına (riskli vergi ödə yicisi hesab edilməsi ilə bağlı qeydin olmasına baxmayaraq) ümumilikdə 66877,22 manat vəsait köçürüldüyü üçün riskli vergi ödəyicisi hesab olunmuşdur. Həmçinin vergi ödəyicisinin ƏDV depozit hesabına ümumilikdə 169692,55 manat vəsait köçürmüş "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MMC (VÖEN: **********) cavab məktubunun verildiyi tarixə riskli vergi ödəyiciləri siyahısında olmuşlar. Eyni zamanda, qeyd olunanlarla əlaqədar, əmtəəsiz əməliyyatlar çərçivəsində vergidən yayınma sxeminin iştirakçısı olmaması üçün iddiaçı tərəfindən aparılan əməliyyatların riskliliyinin öncədən qiymətləndirilməsi ona tövsiyə edilmişdir.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin olunması Dövlət Vergi Xidmətinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Eyni zamanda, mütəmadi qaydada yalan əqdlər bağlayaraq, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətləri Dövlət Vergi Xidməti tərəfindən müvafiq risk meyarları əsasında təhlil edilir. Vergi orqanının baza məlumatlarına əsasən aparılan təhlillər nəticəsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, "xxxx" MMC (VÖEN: **********) tərəfindən isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək karqo fəaliyyətinin həyata keçirildiyi (faktiki olaraq üçüncü şəxslər üç ün malları idxal və ya ixrac edən) və ya digər riskli vergi ödəyiciləri ilə ƏDV sub-uçot vasitəsi ilə qarşılıqlı əməliyyatların aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” 265 nömrəli qərarının xx.xx.2020-ci il tarixdə imzalandığını nəzərə alaraq, həmin vergi ödəyiciləri tərəfindən riskli əməliyyatlar qərarın imzalandığı tarixdən əvvəl aparıldığından vergi ödəyicilərinin riskli vergi ödəyiciləri hesab edilməsi Baş İdarənin təklifinə əsasən meyarlardan əvvəlki yanaşmaya müvafiq olaraq aparılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1188/2022 nömrəli qərarı ilə iddia təmin olunmuş, iddiaçının şəxsi vər əqəsində göstərilən 226787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 04 may 2023-cü il tarixli, 2-1(103)-957/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-3-cü bəndlərinə istinadən iddiaçının xx.xx.2019-cu il tarixdə, bundan əvvəl riskli vergi ödəyiciləri Siyahısına daxil edilmiş şəxslər lə apardığı əməliyyatlara görə riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi, bu əməliyyatlar çərçivəsində onun şəxsi hesab vərəqəsində təsdiqlənməmiş 226787,91 manat məbləğində azalmanın qəbul olunmasından imtina edilməsi tamamilə əsassızdır. Belə ki, birincisi, Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 13.2.82-ci maddə xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. İkincisi, həmin normada nəzərdə tutulan “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” müvafiq icra hakimiyyəti orqanının – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əməliyyatlar vergi qanunvericiliyinə riskli vergi ödəyicil əri ilə bağlı hakimiyyət tədbirini ehtiva edən normalar daxil edilənə qədər aparılmışdır. Deməli, həmin vaxt iddiaçı tərəfindən vergi qanunvericiliyi ilə bağlı pozuntunun törədilməsi də mövcud olmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Belə olan halda, həmin müəssisələrlə əməliyyatlar həyata keçirdiyinə görə iddiaçının riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi və onun riskli vergi ödəyiciləri sırasına aid edilməsi qanunsuzdur.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Etirazda əlavə olaraq qeyd olunmuşdur ki, araşdırma zamanı iddiaçının riskli əməliyyatlar həyata keçirdiyi müəyyən edildiyindən, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bü tün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (xx.xx.2020ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyu lur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş və 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. M addə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının şəxsi hesab vərəqəsində təsdiqlənməm iş azalmanın təsdiqlənməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağ ıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ƏDV-nin əvəzləşdirilməsi barədə təqdim etdiyi bəyannamə cavabdeh tərəfindən təsdiq olunmamış və onun şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalmalar” xanasında 226787,91 manat kimi əks olunmuş, nəticədə iddiaçının borc məbləğinin yaranmasına səbəb olmuşdur.
27. Cavabdeh qeyd olunan bəyannamənin təsdiq olunmamasını iddiaçının 2018-ci il ərzində riskli vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına köçürmələr etməsi ilə əsaslandırmışdır.
28. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən 2018-ci ildə riskli vergi ödəyiciləri ilə ƏDV üzrə riskli əməliyyatlar aparıldığı üçün kameral yoxlanılmalı məbləğin aradan qaldırılmadığını bildirmişdir. Bunu nla bağlı nəzərə almaq lazımdır ki, riskli vergi ödəyiciləri ilə bağlı normalar Vergi Məcəlləsinə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Həmin normalara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” hazırlanmış və xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarla təsdiq olunmuşdur. Həmin qərar xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir.
29. Göründüyü kimi, cavabdeh riskli vergi ödəyicisi və riskli əməliyyatla bağlı hüquqi tənzimləmənin mövcud olmadığı dövrdə aparılmış əməliyyatları, bununla bağlı sonradan qəbul edilmiş normalara istinadən riskli əməliyyat hesab etmişdir. Başqa sözlə, cavabdeh iddiaçı tərəfində n aparılmış əməliyyata münasibətdə həmin dövrdə qanunvericilikdə təsbit olunmamış davranış tətbiq etmiş və bununla da hər hansı hüquqi əsas olmadan iddiaçının qanunla qorunan iqtisadi maraqları və hüquqları sferasına müdaxiləyə yol vermişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, hüquqi təhlükəsizlik prinsipinin tələbləri baxımından şəxsin hüquqları və qanunla qorunan maraqları sferasına yalnız qanun əsasında və ya ən azından qanunda nəzərdə tutulmuş göndərici normaya uyğun olaraq qəbul edilmiş institusional əsas üzərindən müdaxilə edilə bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdehin davranışının qanuni və ya institusional əsasının mövcud olduğu müəyyən olunmur. 31. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" A zərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “... 55. “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi, ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyinəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların “hərəkət zolağını” hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Kollegiya bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlər indəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil.....
60. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur.
61. Hər hansı normativ-hüquqi aktın və ya i nzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur....”
32. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin aradan qaldırılmasını, yəni şəxsi vərəqədə göstərilən 226787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəl iyinin cavabdehə həvalə edilməsini tələb edir.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “təsdiqlənməmiş azalma” və ya “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Bu qaydada davrana bilmək üçün isə cavabde h konkret hüquqi əsaslara malik olmalıdır. Yuxarıda göstərildiyi kimi cavabdeh belə bir hüquqi əsas sahib olmamışdır. Ona görə də, cavabdehin sözügedən faktiki xarakterli hərəkətləri qanunsuz sayılmalıdır. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edil mir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2023-cü il tarixli, 21(103)-957/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.