Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2061/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı 15.08.1979-cu ildən - 23.10.1991-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, 55 yaşının tamam olduğu 10.07.2016-cı il tarixdən əlil uşağı X2 baxmasına görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-433/2019 saylı iş üzrə 19.02.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şö bəsinə qarşı ona 15.08.1979-cu ildən - 23.10.1991-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə çoxuşaqlı ana kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur. Qəhrəmanov Nizami ilə nikaha daxil olmuş, həmin nikahdan onların 4 övladı dünyaya gəlmişdir.1 övladı isə fiziki qüsurludur.15.08.1979-cu ildən 23.10.1991-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Çoxuşaqlı ana kimi ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin onlar ərizəni təmin etməmişlə r. İddiaçı hesab edir ki, imtina əsassızdır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 15.08.1979-cu ildən - 23.10.1991-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, 55 yaşının tamam olduğu 10.07.2016-cı il tarixdən əlil uşağı X2 baxmasına görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli iş № 2-1(82)-2951/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Gülnarə Qadir qızıQəhrəmanovanın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı 15.08.1979-cu ildən - 23.10.1991-ci ilədək işlədiyi i llərin sosial sığorta stajına daxil edilməklə, 55 yaşının tamam olduğu 10.07.2016-cı il tarixdən əlil uşağı Faiq Nizami oğluQəhrəmanova baxmasına görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 19.02.2019-cu il tarixli iş № 2-1(103)-433/2019 (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, biri nci instansiya məhkəməsininhazırkı iş üzrə 17 oktyabr 2018-ci il tarixli, 2-1(82)-2951/2018 nömrəli qərarı ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı Gülnarə Qadir qızıQəhrəmanovanın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı 15.08.1979-cu ildən - 23.10.1991-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, 55 yaşının tamam olduğu 10.07.2016-cı il tarixdən əlil uşağı Faiq Nizami oğluQəhrəmanova baxmasına görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiya məhkəməsi iddianı rədd etməklə ma ddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bu səbəblərdən də qəbul edilmiş qərarın kasasiya qaydasında ləğvi üçün kifayət qədər əsaslar yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən, iddiaçının əmək kitabçası 15 avqust 1979-cu il tarixdə, yəni onun nikaha daxil olduğu aydan bir neçə ay əvvəl doldurulmasına baxmayaraq, onun soyadı əmək kitabçasında nikahdan sonra qəbul etdiyi ərinin soyadına uyğun olaraq - “Qəhrəmanova” kimi qeyd olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nikaha daxil olmamışdan əvvəl ərinin soyadının göstərilməsi ziddiyyətli məqamdır. Bu fakt əmək kitabçasının 15 avqust 1979-cu il tarixdə deyil, daha sonrakı tarixdə doldurulduğunu göstərir. Göründüyü kimi, əmək kitabçası işçinin işdən çıxdığı dövrdə işəgötürən tərə findən doldurularaq ona təqdim edilir ki, İddiaçı əmək kitabçasının nikaha girməmişdən əvvəl “Qəhrəmanova” soyadı ilə doldurulmasının ziddiyyətli olması barədə apelyasiya instansiya məhkəməsinin mövqeyi əsassızdır. Göründüyü kimi iddiaçı maddənin birinci hissəsində nəzərdə tutulduğu kimi faktiki şərtlərin mövcudluğunu özünün mövcud əmək kitabçasını təqdim etməklə sübut etsə də, cavabdeh inzibati orqan isə təqdim edilmiş əmək kitabçası əsasında inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 19 fevral 2019-cu il tarixli, 21(103)-433/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq norm alarının pozuntusuna yol vermişdir. Bu səbəblərdən də qəbul edilmiş qətnamənin kasasiya qaydasında ləğvi üçün kifayət qədər əsaslar yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən, iddiaçının əmək kitabçası 15 avqust 1979-cu il tarixdə, yəni onun nikaha daxil olduğu aydan bir neçə ay əvvəl doldurulmasına baxmayaraq, onun soyadı əmək kitabçasında nikahdan sonra qəbul etdiyi ərinin soyadına uyğun olaraq - “Qəhrəmanova” kimi qeyd olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nikaha daxil olmamışdan əvvəl ərinin soyadının göstərilməsi ziddiyyətli məqamdır. Bu fakt əmək kitabçasının 15 avqust 1979-cu il tarixdə deyil, daha sonrakı tarixdə doldurulduğunu göstərir. Göründüyü kimi, əmək kitabçası işçinin işdən çıxdığı dövrdə işəgötürən tərəfindən doldurularaq ona t əqdim edilir ki, İddiaçı əmək kitabçasının nikaha girməmişdən əvvəl “Qəhrəmanova” soyadı ilə doldurulmasının ziddiyyətli olması barədə apelyasiya instansiya məhkəməsinin mövqeyi əsassızdır. Göründüyü kimi iddiaçı maddənin birinci hissəsində nəzərdə tutulduğu kimi faktiki şərtlərin mövcudluğunu özünün mövcud əmək kitabçasını təqdim etməklə sübut etsə də, cavabdeh inzibati orqan isə təqdim edilmiş əmək kitabçası əsasında inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 8.2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hü ququ vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında“ Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Göründüyü kimi, əmək pensiyası hüququnun müəyyən olunmasında əmək kitabçası əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş KT-V seriyalı ******* əmək kitabçasına əsasən iddiaçı 15.08.1979-cu ildən - 23.10.1991-ci ilədək Gürcüstan Respublikası, Marnueli şəhəri (“Qabro”) “Qruznerud” kooperasiyasında operator vəzifəsində işləmişdir. Əmək kitabçası 15 avqust 19 79-cu il tarixdə doldurulmuş və kitabçada iddiaçının soyadı “Qəhrəmanova” kimi qeyd olunmuşdur, lakin iş materiallarına əlavə olunmuş 22 dekabr 1979-cu il tarixdə verilmiş İİ-Tİ №-li 307938 saylı nikah haqqında şəhadətnaməyə əsasən X1 və X3 Gürcüstan Respublikasının Marneuli rayonunda 22 dekabr 1979-cu il tarixdə nikaha daxil olmuşlar. Göründüyü kimi, iddiaçının əmək kitabçası 15 avqust 1979-cu il tarixdə, yəni onun nikaha daxil olduğu aydan bir neçə ay əvvəl doldurulmasına baxmayaraq, onun soyadı əmək kitabçasında nikahdan sonra qəbul etdiyi ərinin soyadına uyğun olaraq-“Qəhrəmanova” kimi qeyd olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nikaha daxil olmamışdan əvvəl ərinin soyadının göstərilməsi ziddiyyətli məqamdır. Bu fakt əmək kitabçasının 15 avqust 1979-cu il tarixdə d eyil, daha sonrakı tarixdə doldurulduğunu göstərir. İddiaçının hazırkı iş üzrə iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsi ilə müəyyən edilmiş məcburetmə haqqında iddia tələbinə aiddir. Həmin maddəyə uyğun olaraq, məcburetmə haqqında iddiaya inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar aiddir. Azərbaycan Respublikası İPM -nin 14.3-cü maddəsinə əsasən, i9nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni hazırkı iş üzrə sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının ü zərinə düşür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin sübutetmə vəzifəsi iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı irəli sürdüyü iddia tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçının əmək kitabçasında onun 15.08.1979-cu ildən 23.10.1991-ci ilədək Gürcüstan Respublikasının Marnueli şəhəri (“Qabro”) “Qruznerud” kooperasiyasında operator vəzifəsində işlədiyi qeyd olunsa da, yuxarıda qeyd olunan fakta əsasən onun doldurulma tarixinin göstərilən tarixdə deyil, daha sonradan doldurulması əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Bununla yanaşı iddiaçı onun göstərilən dövrlərdə işləməsi ilə b ağlı nə işin birinci instansiya baxışı zamanı, nə də apelyasiya icraatı zamanı arxiv arayışı və digər aydınlaşdırıcı sənədlər təqdim etməmişdir. Əksinə olaraq, iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş, cavabdehin Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsilə Gürcüstan Respublikası Milli Arxivinə ünvanladığı 14/17-5842 16.08.2017-ci il tarixli sorğuya cavab olaraq, 17.10.2017-ci il tarixli 02-3/160125 nömrəli məktubuna əsasən iddiaçının 1979-1991-ci illər ərzində işləməsi ilə bağlı Gürcüstan Milli Arxivində məlumat olmaması qeyd olunmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya insta nsiyası məhkəməsinin 19.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli 21(103)-433/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2061/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2061/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver