Məhkəmə qərarları › İş №2-1(102)-2061/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2061/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2061/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının N2 may 2023-cü il tarixli, 2-N(N05)N9N/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 23 dekabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2974N nömrəli və N7 dekabr 2020-ci il tarixli 9/2-N0946 nömrəli arayışlarına əsasən N nömrəli hərbi hissədə iyun-iyul N992-ci il tarixlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birin ci instansiya məhkəməsində icraat

3. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.N966-cı il tarixdə Ağdam rayonunun Nəmirli kəndində doğulmuş, Qarabağ ətrafında gedən döyüşlər zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda N992-ci ilin may ayından avqust ayına qədər N saylı hərbi hissənin tərkibində döyüşmüş və həmin il İn N avqust tarixində hərbi toplanış vaxtı bitdiyi üçün N nömrəli əmrlə tərxis olunmuşdur. Bu barədə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli arxiv arayışlarında öz əksini tapmışdır. O zaman ar tıq onun ailə üzvləri və o məcburi köçkün olmuş, o vaxtdan da Sumqayıt şəhərində məskunlaşmışdır. Qarabağ müharibəsini iştirakçısı kimi imtiyazlardan istifadə etməmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il və xx.xx.2020-ci it tarixli arxiv arayışlarında qeyd edilmişdir ki, arxiv sənədlərində N saylı hərbi hissə komandanın N992-ci ilin iyun-iyul ayları üçün nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, N saylı hərbi hissə komandirinin N992-ci ilin oktyabr-dekabr ayları üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N saylı hərbi hissə komandirinin N993cü ilin iyun ayı üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidmət, barədə məlumat yoxdur. Qeyd olunanlar ilə əlaqədar iddiaçı cavabdehə müvafiq sənədlərlə birlikdə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli, N/Bİ7N92 saylı məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmişdir. Səbəb isə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”nın 03 may 20N7-ci il tarixli iclasında onun ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 N-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-c i il oktyabrın 9-dək erməni milliyyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasınd a verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Belə ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-974N nömrəli və xx.xx.2020-ci il tarixli 9/2-N0946 nömrəli arayışlarına əsasən İddiaçı N nömrəli hərbi hissədə iyun-iyul N992-ci il tarixlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasna mə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2N noyabr 2022-ci il tarixli, 2-N(NN8)N499/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etm işdir ki, - İddiaçı həqiqətən də N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunması qeyd olunan Fərmanın təsir dairəsinə düşür. Baxmayaraq ki, iş materiallarında iddiaçının hərbi hissəyə daxil olması barədə hər hansı məlumat olmasa da İddiaçı N avqust N992-ci ildə hərbi hissənin nizami hissə üzrə əmrlərində tərxis olunması onun hərbi toplanışlarda iştirakına dəlalət edir. Eyni zamanda iddiaçının qeydiyyat kartasının təsdiqlənmiş surətindən də müəyyən olunur ki, iddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə İddiaçı xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Ordu sıralarından tərxis olunduqdan sonra İddiaçı N993-cü ildə yenidən könüllü şəkildə ordu sıralarına yazılmış və N994-cü ildə atəşkəs elan olunana qədər döyüşlərdə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı iki hissədən, yəni Səfərbərlik Xidməti tərəfindən çağırılaraq döyüşlərdə iştirak etdiyi və xx.xx.N992-ci ildə tərxis olunduğu və tərxis olunduqdan sonra N993-cü ildə könüllü olaraq yenidən döyüşlərdə iştirak etdiyi dövrdən ibarət olmuşdur; - cavabdehin məhkəməyə təqdim etdiyi N saylı hərbi hissə komandirinin N nömrəli nizami hissə üzrə əmri və SHXÇDX-nin Sumqayıt Şəhər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 2224 nömrəli məktubuna əlavə edilmiş qeydiyyat kartası ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı həmin dövrdə həqiqi hərbi xidmətdə olmad an onun milli ordunun sıralarından N avqust N992-ci ildə tərxis olunması da mümkün olmazdı. İddiaçı N993-cü ildən sonra döyüşlərdə iştirak edərək qanuni şəkildə tərxis olunmaması ilə bağlı gətirilən arqument iddiaçıya N992-ci ildə ordu sıralarında iştirak etməsi və N avqust N992-ci ildə qanuni şəkildə tərxis olunması ilə bağlı müharibə veteranı adının verilməsinə məhdudiyyət yarada bilməz. Ona görə də Müdafiə Nazirliyinin etirazında gətirdiyi arqumentlər əsassız olduğundan iddiaçının tələbinin təmin edilməməsinə əsas ola bilməz. Başqa sözlə desək inzibati orqanın günahı ucbatından iddiaçıya aid müvafiq əmrlərin arxivdə saxlanılmamasına görə məsuliyyəti Müdafiə Nazirliyi özü daşıyır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin o lunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 may 2023-cü il tarixli, 2-N(N05)-N9N/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2N noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. NN. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri N2. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. N3. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrində göstərilir ki, ehtiyat batalyonun hərbi çağırışlı əsgərləri hərbi toplanış vaxtları bitdiyi üçün Milli Ordu sıralarından tərxis edilsinlər. Həmin əmrdə İddiaçı 7-ci göstərilmişdir. Məhkəmə İddiaçı adlı şəxsin iddiaçı olub olmamasını araşdırmamışdır. Bundan başqa, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə hərbi uçot kartasında İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə qeydlər aparılsa da həmin kartada N nömrəli hərbi hissə barədə heç bir məlumatın olmadığı qeyd edilmişdir. N nömrəli hərbi hissədə iddiaçın hərbi xidmət keçməsi barədə heç bir məlumatın olmadığı halda, məhkəmə İddiaçıya aid olduğunu necə müəyyən dərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını qərara alınması əsassız olmuşdur. N4. N nömrəli hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı hansı əsasla və hansı statusda hərbi xidmətə çağırılması, N nömrəli hərbi hissə komandirinin oktyabrdekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, 6N nömrəli hərbi hissə komandirinin xx.xx.N993xx.xx.N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. 6N nömrəli hərbi hissə komandirini n xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin N nömrəli N avqust N992-ci il tarixli əmrinin arxiv çıxarışı və iddiaçının hərbi biletinin kserosurəti də məhkəməyə təqdim olunmuşdur. Qeyd edilən hərbi biletin kserosurətində iddiaçının N və 6N nömrəli hərbi hissələrdə xidməti barədə də qeydlərin aparılması müəyyən edilsə də, iddiaçı hər hansı hərbi hissədə xidmət etmədiyini, hərbi biletin kserosurətindəki müvafiq qeydlərin kim tərəfindən, nə vaxt aparılmasından məlumatsız olduğunu bildirmişdir. N5. Apellyasiya Məhkəməsi isə iddiaçının tərxis olunması barədə N nömrəli hərbi hissə komandirinin N nömrəli N avqust N992-ci il tarixli əmrin tarixi və nömrəsi iddiaçının hərbi biletinin kserosurətində olan tarix və nömrə ilə, həm də onun şəxsi qeydiyyat vərəqəsində olan tarixlərlə uyğunluq təşkil etdiyini qərarında qeyd etsə də, iddiaçının H3 ******* nömrəli hərbi biletin kserosurətində N və 6N nömrəli hərbi hissələrdə xidməti barədə də qeydlərin aparıldığı və onun hərbi uçot kartasında isə N nömrəli hərbi hissədə iddiaçın hərbi xidmət keçməsi barədə heç bir məlumatın olmadığı qeyd edilmişdir. İddiaçının uzun müddət müharibə veteranı adı alması üçün müraciət etməməsinin səbəbi də araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri N6. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N7. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ər azi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 20N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adların ın verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxsl ərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döv lət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi büt övlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N9. İnzibati Prosessual Məcəllə: Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instan siyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2N. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarına əsasən həm cavabdehin yuxarıda istinad edilən arxiv arayışlarında, həm də birinci instansiya məhkəməsi tərəfindən tələb edilərək iş materiallarına əlavə edilmiş şəxsi qeydiyyat vərəqəsində iddiaçının N №li hərbi hissədən başqa digər hərbi hissələrdə xidməti barədə hər-hansı məlumat qeyd olunmamışdır. Həmçinin iddiaçının tərxis olunması barədə N №li hərbi hissə komandirinin N №li, N avqust N992-ci il tarixli əmrinin arxiv çıxarı şını həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, qeyd edilən əmrin tarixi və nömrəsi isə həm iddiaçının hərbi biletinin kserosurətində olan tarix və nömrə ilə, həm də onun şəxsi qeydiyyat vərəqəsində olan tarixlərlə uyğunluq təşkil edir. Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in N2.N, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə hərbi uçot kartas ında onun xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə qeydlər aparılsa da, həmin kartada N nömrəli hərbi hissədə heç bir məlumatın olmadığı qeyd edilmişdir (iş v. 59).

25. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı təsdiq etmişdir ki, o, N və 6N nömrəli hərbi hissələrdə xidmətdə olmamışdır (iş v.N09).

26. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin 27 mart 2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, qeydiyyat kartalarında vətəndaşların hərbi xidmət keçmələri barədə məlumatlar hərbi biletdə olan qeydlər əsasında yazılır (iş v. 98).

27. İddiaçının izahatlarında, qeydiyyat kartasında və hərbi biletində qeyd e dilənlər mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, həmin məlumatlar arasındakı ziddiyyətlər apellyasiya instansiyası məhkəməsində icraat zamanı aradan qalxmamışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arxiv arayışı isə, iddiaçı da daxil olmaqla, həmin arayışda qeyd olunan və hərbi toplanış çağırışçılarından təşkil edilmiş “Ehtiyat batalyonun” hərbi əməliyyatlarda iştirakını özü-özlüyündə təsdiq etmir (iş v. N0N). Bu zaman, həm də nəzərə alınmalıdır ki, N №-li hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar olunmamışdır (iş v. N7).

28. Nəzərə almaq lazımdır ki, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə gəldiyi nəticəni şübhələrdən azad, məhkəmə iclasında tam və hərtərə fli araşdırılmış sübutlara istinadla əsaslandırmalıdır. Hazırkı işdə bu, iddiaçının döyüş əməliyyatlarında iştirakına münasibətdə baş vermədiyindən, cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoymaqda məhkəmə haqlı olmamışdır.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in N2.N, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmi n oluna bilməz. 3N. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 may 2023-cü il tarixli, 2-N(N05)-N9N/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar