Məhkəmə qərarları › İş №2-1(102)-2062/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2062/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2062/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinətin şamil olunması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanza də Kənan Zakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra cavabdeh) qarşı “aylıq müavinətin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2190/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarından İddiaçı1 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı1 Laçın rayonundan məcburi köçkündür. Laçın rayon İcra Hakimiyyəti başçısının Zerti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.06.2018-ci il tarixli arayışına əsasə n, İddiaçı1 mərhum anası ilə may 1992-ci ildə Laçın rayonunun işğalından sonra məcburi köçkün düşmüş və Xətai rayonunda məskunlaşmışdır. 5 iyul 1995-ci ildə Bakı şəhər sakini X9 ilə evlənmişdir. Birgə nikahdan 3 övladı var. Hər üçü atası İddiaçı1 daimi qeydiyyatı olan Laçın rayon İcra Hakimiyyəti başçısının Zerti kənd İcra nümayəndəliyinin 3 saylı təsərrüfat başına kitabda Tığık kəndinin daimi qeydiyyatında uçota alınmışlar. Hər 4 nəfərin məcburi köçkün statusu vardır. 31.12.2016-cı ilə kimi ata və hər 3 uşağı bütün imtiyazlardan istifadə etmişlər. Yemək xərci müavinəti hər ay onlara verilmişdir. Həyat yoldaşı Bakı şəhər sakinidir və onun məcburi köçkün statusu yoxdur. Eyni zamanda Laçın rayonunun daimi qeydiyyatına alınmışdır. Dörd nəfər məcburi köçkün ailəsinin heç biri işləmir, təqaüd a lanı yoxdur. 15.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X9 ünvan 1 ünvanında yerləşən 12 saylı mənzili X2 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət reyestrindən 20.04.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. İddiaçılar cavabdehə qarşı 25 yanvar 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məcburi köçkün kimi hər birinə, hər ay qaçqın və məcburi köçkünlərə aid Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə ayrılan 36 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar məlum Qarabağ müharibəsi ilə əlaqədar Azərbaycan Respublikası Laçın rayonunun Tığik kəndindən məcburi köçkündürlər. İddiaçıların Azərbaycan Respublikası qanunlarına müvafiq, məcburi köçkün statusunu təsdiq edən vəsiqələri mövcuddur. Azərbaycan Respublikası Prezidentinin qaçqınların hər bir nəfərinə, hər ay 36 manat məbləğində pul ödənilməsi haqqında Fərmanı elan edildiyi və qüvvəsini aldığı gündən iddiaçılara münasibətdə tətbiq edilməmişdir. Bununla əlaqədar olaraq cavabdehin ünvanına 8 fevral 2017-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək hər bir qaçqına hər ay 36 manat pulun verilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını yazılı şəkildə cavabdehdən xahiş etmişlər və cavabdehin nümayəndəsinin qəbulunda olmuşlar. Cavabdehin hər dəfə bir nümayəndəsi onları qəbul edərək, hər ay onlara qaçqın kimi 36 manatın ödənilməsinin, onlara münasibət də yoxlanaraq yoluna qoyulacağını və ya əks təqdirdə, bununla əlaqədar onlara yazılı cavab veriləcəyini bildirsə də, bununla əlaqədar olaraq cavab verilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 vahid aylıq müavinətin bərpa edilməsi məqsədilə Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarının tələblərinə əsasən iddiaçının həyat yoldaşının adına Bakı şəhərində mənzil olduğundan vahid aylıq müavinətin verilməsinin dayandırıldığı bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-1313/18 saylı iş) 29 iyun 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsasla ndırmışdır ki, İddiaçı1 arvadı X3 adına Bakı şəhərində mənzil olduğundan vahid aylıq müavinətin verilməsinin dayandırılması Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin tələblərinə uyğundur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X10 və X11, 2-1(103)-2190/2018 saylı iş) 23 oktyabr 2018-ci il tarixli qərarla iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəmə sinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı1 5 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, qərarı qəbul edərkən iddiaçılar “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1ci bəndinə əsasən mənzil əldə etmiş şəxs hesab edilirlər. Bu səbəbdən onlara müavinətin verilməsi mümkün deyildir. Lakin ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil X1 mülkiyyətindədir. Həmin mənzil ilk dəfə olaraq formal cəhətdən X5 adı na daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi X8 olmuş və bu səbəbdən də, sonradan 15.04.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzili əsl mülkiyyətçisinə bağışlamışdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(103)2190/2018 saylı qərarı ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməlidir. tərəflərin izahatları: İddiaçılar məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərinə görə çıxışlarda iştirak etməmişlər. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edil miş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Laçın rayonundan məcburi köçkündür, onun üç uşağı vardır. İddiaçı bildirmişdir ki, əvvəllər ona və 3 uşağına məcburi köçkünlər üçün nəzərdə tutulan müavinət ödənilmiş, 2017-ci ildən dayandırılmışdır. İddiaçı hesab edir ki, özü və 3 uşağı məcburi köçkün stat usuna malik olduqlarından onlara dövlət tərəfindən müavinət ödənilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı və üç uşağının Qaçqınlrın və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məcburi köçkün vəsiqələri mövcuddur. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun həll edilir. 1 yanvar 2017-ci ildən qüvvədə olan adı çəkilən Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Laçın rayon İcra Hakimiyyətindən verilən cavabda bildirilmişdir ki, iddiaçının həyat yoldaşının adına Bakı şəhərində mənzil olduğundan vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. İşdə olan 15 aprel 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil X3 mülkiyyətində olmuşdur. Mənzil A.Ə.Alışanova tərəfindən atası X2 bağışlanmışdır. Mənzil 20 aprel 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Ə.Z.Məmmədovun adına qeydə alınmışdır. İşdə olan sənədlərlə iddiaçının X9 ilə rəsmi nikahda olması müəyyən edilmir. X3 iddiaçının ailə üzvü olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən Qaydanın 2.1-ci hissəsində məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlər və onlarla birlikdə yaşayan ailə üzvlərindən bəhs olunur. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak Ailə Məcəlləsinin 32-ci maddəsində, ər-arvadın hər birinin mülkiyyəti həmin Məcəllənin 34-cü maddəsində əksini tapmışdır. ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin iddiaçı ilə arvadının ümumi birgə mülkiyyətində, yaxud iddiaçının arvadının mülkiyyətində olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Qaydanın 2.1-ci bəndinin tələb etdiyi kimi, iddiaçının məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzili əldə etməsi yoxlanılıb müəyyən edilməmişdir. Laçın Rayon İcra Hakimiyyəti başçısının Zerti kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 35 nömrəli, 21.06.2018-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı mərhum anası ilə may 1992-ci ildə Laçın rayonunun işğalından sonra məcburi köçkün düşmüş və Xətai rayonunda məskunlaşmışdır. 5 iyul 1995-ci ildə Bakı şəhər sakini X9 ilə evlənmişdir. Birgə nikahdan 3 övladı var. Hər üçü atası İddiaçı1 daimi qeydiyyatı olan Laçın rayon İcra Hakimiyyəti başçısının Zerti kənd İcra nümayəndəliyinin 3 saylı təsərrüfat başına kitabda Tığık kəndinin daimi qeydiyyatında uçota alınmışlar. Hər 4 nəfərin məcburi köçkün statusu vardır. 31.12.2016-cı ilə kimi ata və hər 3 uşağı bütün imtiyazlardan istifadə et mişlər. Yemək xərci müavinəti hər ay onlara verilmişdir. Həyat yoldaşı Bakı şəhər sakinidir və onun məcburi köçkün statusu yoxdur. Eyni zamanda Laçın rayonunun daimi qeydiyyatına alınmışdır. Dörd nəfər məcburi köçkün ailəsinin heç biri işləmir, təqaüd alanı yoxdur. Qaydanın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinin başçıları cavabdehlik daşıyırlar. Cavabdeh bu barədə məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmiş, məhkəmə tərəfindən Laçın rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, lakin mübahisə ilə bağlı üçüncü şəxsin mövqeyi öyrənilməmiş, iddiaçının və uşaq larının adlarının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına düşübdüşməməsi, siyahıya düşməməsinin səbəbləri müəyyən edilməmişdir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən ta m və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olmadığından bu hissədə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2190/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar